Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Trend İA

Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Trend informasiya agentliyi
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…], Boka-Raton, Florida) — amerikalı müğənni, bəstəkar və aktrisa. İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.
Brend (dəqiqləşdirmə)
Brend — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend (çay) — çay.
Brend (çay)
Brend — (alm. Brend‎) — Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Brend idarəçiliyi
Brend idarəçiliyi — sahibləri və müştəriləri tərəfindən brendin idarə edilməsi (potensial olanlar da daxil olmaqla). Nəzarət, məqsədyönlü müşahidə və obyektə təsir prosesi kimi başa düşülür: hədəf dəyişikliyi / obyekti dəyişdirməkdən imtina. Məqsəd, brend aktivlərini artırmaq, brend potensialını (ing. brand potential) artırmaqdır. Brend idarəçiliyi bir neçə əsas sahəni özündə birləşdirir: brend idarəetmə nəzəriyyəsi; strateji brend idarəçiliyi; korporativ brend idarəçiliyi (ing. portfolio management); brend idarəetmə prosesi - əlavə şirkət mənfəəti əldə etmək üçün bir vasitə kimi brendləşdirmə. Ayrıca, brend idarəçiliyi, müəyyən bir brend və ya marka portfelinə aid bir təşkilatın marketinq fəaliyyətinin planlaşdırılması və ümumi koordinasiyasından ibarətdir. İqtisadi nəzəriyyənin inkişafının ilkin mərhələsində, eramızdan əvvəl IV əsrə qədər, Qədim dünyada (Misir, Babilistan, Hindistan, Çin və s.) idarəetmə sistemlərinin inkişafı faktı ən qədim işarə sistemlərində öz əksini tapmışdır və onları tematik heroqliflərin daimi bir komplikasiyası şəklində izləmək olar. Təkamül yazma prosesi: sadə (qrafiklərdən) kompozitə (kompleksə). "Nəzarət" mücərrəd mənalı hiyeroglif işarəsi bir neçə minilliklər əvvəl ortaya çıxdı.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.
Digital Trends
"Digital Trends" — ABŞ xəbər saytı. Saytın məzmunu texnologiya və istehlak elektronikası məhsulları haqqında xəbərlər, resenziyalar, bələdçilər, təsviri videolar və podkastlar dərc etməkdən ibarətdir. Saytın mərkəzi Oreqon ştatının Portlend şəhərində yerləşir. Portlend, Nyu-York, Çikaqo və digər yerlərdə ofisləri olan "Digital Trends" ispandilli auditoriya üçün nəzərdə tutulmuş yetirən "Digital Trends Español" saytını da idarə edən "Digital Trends Media Group"un mülkiyyətindədir. Sayt texnologiya ilə formalaşmış geniş çeşidli məhsullar haqqında resenziyalar və məlumatlar təklif edir. Bura smartfonlar, video oyunlar, noutbuklar, fərdi kompüterlər, periferiya qurğuları, televizorlar, rəqəmsal kameralar, video kameralar, planşetlər və s. kimi istehlakçı elektronikası məhsulları daxildir. Üçüncü tərəf veb-analitika provayderi "SimilarWeb"ə görə, sayt iyun 2018 (2018-June) tarixinə olan məlumata əsasən, ayda 40 milyondan çox ziyarətçi cəlb etmişdir. 2014-cü ildən 2021-ci ilə qədər "Digital Trends"in redaktor heyətinə baş redaktor Ceremi Kaplan rəhbərlik etmişdir.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Strend (London)
Strend (ing. Strand) — inzibati dairə, Vestminster borası ilə Siti London arasınnda yerləşə, Londonun mərkəzi küçəsi. Küçə demək olar ki, Trafalqar meydanından başlayaraq, Temza çayına paralel olaraq şərqə, Flit Stritə doğru uzanır. Küçənin adı Bertolt Brextin Üç qəpiklik opera tamaşasına yazılmış Bıçaq Mekki haqqında balladada 1897-ci ildə Londonda qətl törədilən yerin adı kimi çəkilir.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Always (brend)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Mercedes (brend)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Rənd (Maku)
Rənd (fars. موليك علي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (101 ailə).
Tred (informatika)
Tred (ing. thread) və ya axın — kompüter proqramında çoxaxınlılıqdan istifadə edən tapşırıq və ya proses. İnformatikada işin icrasının tredi adətən əməliyyat sisteminin bir hissəsi olan zamanlayıcı tərəfindən müstəqil şəkildə idarə oluna bilən proqramlaşdırılmış təlimatların ən kiçik ardıcıllığıdır. Əksər hallarda tred prosesin bir hissəsi olur. Müəyyən bir prosesin çoxsaylı tredləri eyni vaxtda yerinə yetirilə bilər (çoxaxınlılıq vasitəsilə), yaddaş kimi resursları paylaşa bilər, ancaq müxtəlif proseslər isə resursları paylaşmır. Xüsusilə, prosesin tredləri istənilən vaxt onun icra oluna bilən kodunu və dinamik olaraq yer ayrılmış dəyişənlərin və tredin özündə olmayan qlobal dəyişənlərin dəyərlərini paylaşır. Tredlərin və proseslərin həyata keçirilməsi müxtəlif əməliyyat sistemləri arasında fərqlənir. Endrü Tanenbaum "Müasir Əməliyyat Sistemləri" kitabında prosesin təşkilinin bir çox fərqli modellərinin mümkün olduğunu göstərir.
Nottingem Trent Universiteti
Nottinqem Trent Universiteti (ing. Nottingham Trent University) — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet. Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var. Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir: Kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühit fakültəsi Memarlıq, dizayn və tikinti mühiti fakültəsi İncəsənət və dizayn fakültəsi Sənətlər və humanitar elmlər fakültəsi Nottingem biznes məktəbi Təhsil fakültəsi Nottingem hüquq məktəbi Elm və texnologiya fakültəsi Sosial elmlər fakültəsi Bu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir: Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti. Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə. Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir.
Nottinqem Trent Universiteti

Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Trent Aleksandr-Arnold
Trent Aleksandr-Arnold (7 oktyabr 1998, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Onlayn brend müdafiəsi
Onlayn brend müdafiəsi — istehlakçı davranışında konsepsiya. Bu, istehlakçının onlayn platformalardakı tənqidlərə qarşı bir brendi müdafiə etdiyi vəziyyətə aid edilir. İstehlakçının bunu etməsinin səbəbi dəyişkəndir. Bu, brendə bağlılıqdan qaynaqlana bilər. Bu, həm də brendin yüksək məhsul keyfiyyətinə inamla bağlı ola bilər. Nəticədə brendə olan tənqidlərin əsassız olduğu qənaətinə gəlinir. XXI əsrin əvvəllərindən etibarən onlayn brend müdafiəsi konsepsiyası marketinq sahəsində, xüsusən də istehlakçı psixologiyasında elmi maraqları cəlb etmişdir. Bu sahədə bir çox ekspert müştərilərdə onlayn brendin müdafiəsinə sövq etməyin yollarını müzakirə edir, çünki belə davranışın brendi ağızdan-ağıza yayılan mənfi sözlərdən müdafiə etməyə kömək etdiyi düşünülür.
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Ebrend
Hərənd
Hərənd — İranın İsfahan ostanının İsfahan şəhristanının Colqə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,613 nəfər və 1,856 ailədən ibarət idi.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.