Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. == Adı və etimologiyası == "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Turfan
Turfan (uyğ. تۇرپان, çin. sadə. 吐鲁番, pinyin: Tulufán) — Çinin Sinzyan-Uyğur Muxtar Rayonunda şəhər dairəsi. Ərazisi — 69,3 min. km². Dairənin hökuməti Qaoçan rayonunda yerləşir. == Relyefi == Qərbində Toksun bölgəsi, şimalqərbində Urumçi şəhəri, şimalında Jimisar bölgəsi və Quçung bölgəsi, şərqində Piçan bölgəsi, şimalında Lopnur bölgəsisi ilə həmsərhəddir. == Qəsəbə və kəndləri == Turfan şəhəri, iki məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), yeddi çöl qışlağı (乡 xiāng) və üç özəl çöl qışlağı (虚拟乡) kimi məntəqələrdən ibarətdir. == Coğrafya və İqlim == Turfan şəhəri Turfan hövzəsinin şimal kənarında qurulmuş, hövzənin ən çuxur yerində Ayding gölü, dəniz seviyəsindən 154,50 metr dərinlikdə olan bölgədə yerləşir.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir. Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
2S4 Tülpan
2S4 Tülpan (Rusca: 2С4 «Тюльпан»; “lalə”), SSRİ istehsalı olan özüyeriyən minaatan qurğusu olub, 2K11 Krug ilə eyni quruluşa sahibdir. Lazer başlıqlı mərmilərdən, kimyəvi başlıqlı mərmilərdən və nüvə başlıqlı mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. İstehsalçı: SSRİ İstehsalçı firma: Uraltransmaş SKB-72 Tip: Özüyeriyən minaatan qurğusu İstehsal tarixi: 1969 – 1988 Xidmətə giriş ili: 1972 – günümüzə Ekipaj: 5 nəfər İstehsal sayı: 588 ədəd == Ölçülər == Ağırlığı: 27.5 ton Uzunluğu: 6.246 m Lülənin uzunluğu: 5.34 m Eni: 3.25 m Hündürlüyü: 3.2 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 30 mm-lik yayılmış polad == Performans == Zəminə təzyiq: 0,605 kq/sm ² Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.55 m Maneə keçmə: 0.7 m Qalxma dərəcəsi: 35º Motor: V-59U dizel At gücü: 520 Maksimal sürət: 63 km/saat Yolsuzluqda: 45 km/saat Yanacaq çəninin tutumu: 830 litr Mənzili: 500 km Dayandırılması: müstəqil burulma bar == Silahlanma == Əsas silahı: 240 mm “2B8” yivsiz minaatan Kalibr: 240 mm Lülənin qalxma bucağı: +45º... +80º Üfüqi tuşlama bucağı: +45º : -10º... +10º +80º : -41º...
Arxiyepiskop Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879, Konstantinopol – 24 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.
Lalə-Tulpan
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Turxan Allahverdiyev
Turxan Rəsul oğlu Allahverdiyev (5 aprel 1996, Gədəbəy rayonu – 12 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib. == Hərbi xidməti == Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır.
Turxan Gənceyi
Turxan Gənceyi – filoloq alim, filologiya elmləri doktoru, professor. 1925-ci ildə Təbrizdə doğulmuşdur. Orta təhsilini Təbrizdə, ali təhsili İstanbul universitetinin ədəbiyyat fakültəsində almışdır. Əmək fəaliyyətinə Neapol universitetinin şərqşünaslıq fakültəsində dərs deməklə başlamışdır. Eyni zamanda Frankfurt na Mayne və Hamburq universitetlərinin şərqşünaslıq universitetlərində dərs demişdir. 1959-cu ildən London universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" eposu haqqında mühazirələr oxumuşdur. Kembric universitetinə dəvət alıb, burada, 1984-cü ildə Turxan üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır. Turxan Gənceyi, Xətai, M. F. Axundov, C. Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bir sıra başqaları haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir. Azərbaycanın şair və yazıçılarının əsərlərini ingilis dilinə çevirmişdir. Turxan Gənceyi böyük Azərbaycanın şairi Xətai haqqında (I Şah İsmayıl) monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.
Turxan Gəncəyi
Turxan Zeynal oğlu Gəncəyi (20 mart 1925-2005) — ədəbiyyatşünas. == Həyatı == Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünü bitirmişdir. Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949- 1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956- 1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969- 1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir. Alim 16 aprel 2005-ci ildə Londonda vəfat etmişdir. Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş genişmiqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir.
Turxan Məmmədov
Turxan Rizvan oğlu Məmmədov (9 avqust 1998; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub. 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Turxan Məmmədov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Turxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Turxan Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Turxan Süleyman
Turxan Süleymanov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Tülpan ağacı
== Təbii yayılması: == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 m, eni 20-24 m, gövdəsinin diametri 50 sm olan, şaxələnmiş, yumru çətirli ağacdır. Yarpaqların uzunluğu 8-22 sm, eni 6-25 sm-dir. Yarpaqların üstü parlaq yaşıl, payızda isə sarımtıl rəng alır. Tumurcuqları iri, küt, 2 qabıqlıdır. Çiçəkləri ikicinsli, görünüşünə görə tülpanın çiçəklərinə bənzəyir, tək, diametri 3-10 sm, yaşılımtıl-sarıdır. Çiçək yanlığının 9 xırda yarpağı vardır, onlardan üçü üstdə, yumurtavari-neştərvari, yaşılımtıl-ağ, tez tökülən kasayarpaqlı və altı enli-yumurtavari, açıq yaşıl, içəridə ləçəkləri yerləşir. Çiçəkləri zəif xiyar ətirlidir. Erkəkcikləri və dişicikləri sünbülün ətrafında spiral şəklində yerləşir; erkəkcikləri tökülür, dişicikləri isə qanadcıq formasında olur. Çiçəkləməsi iqlim şəraitindən asılı olaraq apreldən iyuna qədər davam edir.
Türkan (Maku)
Türkan (fars. ‎تركان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Türkan (dəqiqləşdirmə)
Türkan — Bakı şəhərinin Xəzər rayonunda qəsəbə. Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunda mövcud olmuş qəsəbə.
Türkan Akyol
Türkan Akyol (12 sentyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). == Həyatı == Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980). 12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. == Ailəsi == Evlidir, iki uşaq anasıdır.
Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). == Şahmat karyerası == === Şəxsi === 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb. 2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb. 2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. === Komanda === Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır. == Reytinqi == FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb. == Şəxsi həyatı == Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
Türkan Nəsirova
Türkan Nəsirova — Azərbaycanlı sərbəst güləşçidir. == Həyatı == Türkan Nəsirova 6 mart 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbini bitirmişdir. Abşeron rayonu Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsidir. 2009-cu ildən güləş ilə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. == Karyerası == Türkan Nəsirova birinci uğurunu 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qazanmışdır. O Gənclərin Dünya Çempionatında finalda məğlub olaraq gümüş medal qazanmışdır. Daha sonra Türkan Nəsirova 2013-cü ildə Monteneqronun Bar şəhərində Gənclərin Avropa Çempionatında bürünc medal qazanmışdır. Bir ildən sonra Türkan Nəsirova 2014-cü ildə Bolqarıstanın Samokov şəhərində analoji yarışda, Gənclərin Avropa Çempionatında qızıl medal qazanmışdır.
Türkan Saylan
Türkan Saylan — Türk tibb həkimi, yazar, ÇYDD Ümumi Başçısı. == Həyatı == Türkan Saylan 1935-ci il dekabrın 13-də İstanbulda dünyaya gəldi. Respublika dövrünün ilk mütəfəkkirlərindən Fəsih Qalib Bəy ilə (evləndikdən sonra Leyla adını alan) İsveçrəli Lili Mina Raiman cütünün beş uşağının ən böyüyüdür. 1944–1946-cı illərdə Şamlı İbtidai məktəbi və 1946–1953-cü illərdə Şamlı Qız Liseyində oxudu. 1963-cü ildə İstanbul Tibb Fakültəsini bitirmişdir. 1964–1968-ci illərdə SSK Nişantaşı Xəstəxanasından Dəri və Zöhrəvi Xəstəliklər Mütəxəssisliyini götürdü. 1968-ci ildə İÜ İstanbul Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsində Baş assistentliyə başladı. 1971-ci ildə İngilis Mədəniyyət Heyətinin təqaüdüylə İngiltərədə irəli təhsil aldı, 1974-də Fransada və 1976-da İngiltərədə qısa davamlı işlər gördü, 1972-də dosent, 1977-də professor oldu. 1982–1987 illəri arasında İstanbul Universiteti Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsi Başçılığını, 1981–2001-ci illərdə İstanbul Universiteti Tibb Fakültəsi Lepra Araşdırma və Tətbiq Mərkəzi Müdirliyini icra etdi. 1990-cı ildə yaradılan "İÜ Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzi"nin quruluşunda vəzifə götürdü və 1996-cı ilə qədər müdir köməkçiliyi ilə Qadın Sağlamlığı dərslərinin koordinatölüğünü etdi.
Türkan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkan xatun
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.