Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faza diaqramı
Faza diaqramı (vəziyyət diaqramı) — diaqramda nəzərdən keçirilən nöqtənin koordinatlarına cavab verən şəraitdə sonsuz fiziki-kimyəvi sistemin tarazlıq vəziyyətinin qrafik görünüşüdür (fiqurativ nöqtə). == Faza diaqramlarının analizi == Faza diaqramlarının qurulması üçün adi koordinatlar, termodinamik parametrlər-temperatur, təzyiq və sistemin tərkibidir (mol və ya çəki faizi ilə). Ümumi hallarda koordinatların sayı sistemin komponentlərinin sayını bir vahid üstələyir (birkomponentli sistemin diaqramı ikiölçülü, ikikomponentlininki üçölçülüdür və s.) Kondensasiya olunmuş (qatılaşdırılmış) sistemlərdə təzyiq hesabına faza tarazlığının dəyişikliyi bir çox hallarda nəzərə alınmadığına görə, bu hallarda diaqram ölçülərinin sayı komponentlərin sayına bərabərdir (kondensasiya olunmuş ikikomponentli sistemin diaqramı ikiölçülü, üçkomponentlininki isə üçölçülüdür və s.). Kompleks faza diaqramları çap nəşrlərində kəsik və ya proyeksiya şəklində əks olunur. Faza qaydalarına uyğun olaraq, ikiölçülü diaqramda birfazalı hissə sahə ilə, ikifazalı hissə-xəttlə (r-T diaqramlarda) yaxud konod paralel xətlər toplusu ilə, hansılar üçün ki, bərabər fazaların tərkibi müəyyənləşdirilmişdir (tərkibin iştirakı ilə olan diaqramlarda), üçfazalı hissə nöqtə ilə (r-T diaqramlarda) və ya üfüqi (T-x yaxud r-x diaqramlarda) təsvir olunur. == Temperatur-təzyiq diaqramları == Birkomponentli sistemlərin diaqramı/ Birkomponentli sistemlərin faza diaqramlarında, faza qaydalarına əsasən,sahələr birfazalı vəziyyətə, onları ayıran xətlər ikifazalı, xətlərin kəsişdiyi nöqtələr üçfazalı vəziyyətə uyğundur (bu nöqtələr üçqat nöqtələr adlanır). İkifazalı xətlər bir qayda olaraq, ya iki üçqat nöqtəni, ya da üçqat nöqtəni sıfır təzyiqə cavab verən ordinat oxu ilə birləşdirir. Bu zaman kritik nöqtədə başa çatan maye-qaz xətti istisna təşkil edir. Kritik nöqtədən yüksək temperaturlarda maye ilə buxar arasında fərq itir. == Temperatur-tərkib diaqramları == İkili sistemlərin diaqramları Bərk vəziyyətdə sərhədsiz həllolma Evtektik və evtektoid dəyişikliklər Kimyəvi birləşmələr yaradan ərintilər Politermik kəsimlər == Faza diaqramlarının eksperimental quruluşunun metodları == Dinamik: Differensial termik analiz və Vizual termik analiz Statik: Rentgen fazalı analiz və Lokal rentgen spektral analiz == Faza diaqramlarının termodinamik optimallaşdırılmasının metodları == CALPHAD metodu Q.F.Voroninin qabarıq səthlər metodu == Ədəbiyyat == Аносов В. Я., Погодин С. А. Основные начала физико-химического анализа.
Faza dəyişməsi
Faza dəyişməsi - amplitudda verilən istənilən zamanda sistemin dəyişməsini təyin edən fazadır. Əgər faza dəyişməsi sinusoid, kosinusoid və eksponensial qanunları ilə izah edilirsə: A cos ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\cos(\omega t+\varphi _{0})} , A sin ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\sin(\omega t+\varphi _{0})} , e i ( ω t + φ 0 ) {\displaystyle e^{i(\omega t+\varphi _{0})}} ,Onda faza dəyişməsi harmonik dəyişməsini izah edən periodik funksiyanın arqumenti sayılır. == Faza dəyişməsinin hesablanması == Faza dəyişməsi aşağıdakı düsturlarla təyin olunur: T = 1 f → [ f = 50 H z ] {\displaystyle \ T={\frac {1}{f}}\to [f=50Hz]} T = 1 50 = 20 m s → [ 360 ∘ V a x t ] {\displaystyle \ T={\frac {1}{50}}=20ms\to [360^{\circ }Vaxt]} ϕ = t ⋅ 360 ∘ T → [ t = 5 ] {\displaystyle \ \phi ={\frac {t\cdot 360^{\circ }}{T}}\to [t=5]} ϕ = 5 ⋅ 360 ∘ 20 = 90 ∘ {\displaystyle \ \phi ={\frac {5\cdot 360^{\circ }}{20}}=90^{\circ }} == İstinadlar == == Xarici keçidlər == Relationship of phase difference and time-delay Phase angle, phase difference, time delay, and frequency ECE 209: Sources of Phase Shift — Discusses the time-domain sources of phase shift in simple linear time-invariant circuits.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Faza keçidləri
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Faza modulyasiyası
Faza modulyasiyası — daşıyıcı dalğaların eyni fazada variasiyası kimi informasiyanı kodlaşdıran modulyasiya formasıdır. Tezlik modulyasiyasından (FM) fərqli olaraq, faza modulyasiyasından radio dalğalarını ötürmək üçün geniş istifadə edilmir.Çünki faza modulyasiyası mürəkkəb texniki vasitələr tələb edir və orada qeyri-müəyyənlik problemləri ola bilər. Faza modulyasiyası Kasio CZ sintezatorları kimi rəqəmli sintezatorlarda istifadə edilir. == Nəzəriyyə == Faza modulyasiyası məlumat siqnalına proporsiyada mürəkkəb paketin faza modulyasiyasını dəyişir. Fərz edək ki, göndərilmiş siqnal m ( t ) {\displaystyle m(t)} -dir və modullaşdırılmış siqnal daşıyıcıdır. c ( t ) = A d sin ⁡ ( ω d t + ϕ d ) . {\displaystyle c(t)=A_{d}\sin \left(\omega _{\mathrm {d} }t+\phi _{\mathrm {d} }\right).} A_d-daşıyıcının amplitududur. Bu modullaşdırılan siqnal hasil edir. y ( t ) = A d sin ⁡ ( ω d t + m ( t ) + ϕ d ) .
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Zaza
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada yaşayan xalq . == Məskunlaşma == Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . === Türkiyədə === Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . == Subetnik qruplar == Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : ZazaDeylemi ÇarojlarDimilibacalan şəbək sarlı avroman == Zaza tayfaları == Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur: fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"), gərginliyin qoyulmuş həddən aşağı düşməsi, gərginliyin qoyulmuş həddən yuxarı qalxması, fazın əks ardıcıllığı neytralın qırılması, cərəyanların və gərginliklərin qeyri-simmetrikliyiBundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər. == İş prinsipi == Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir. == Sənaye növləri == Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər. == Ədəbiyyat == «Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.
Sublimasiya (faza keçidi)
Sublimasiya — bir maddənin maye haldan keçmədən birbaşa bərk haldan qaz vəziyyətinə keçməsi. Sublimasiya, maddənin maye halında mövcud ola biləcəyi ən aşağı təzyiqə uyğun gələn faza diaqramında maddənin üçqat nöqtəsindən aşağı temperatur və təzyiqlərdə baş verən endotermik prosesdir. Sublimasiyanın əks prosesi çökmə və ya desublimasiyadır ki, bu zaman maddə birbaşa qazdan bərk fazaya keçir. Sublimasiya həmçinin bərkdən qaza keçidi (sublimasiya) və sonra qazdan bərkə keçidi (çökmə) təsvir etmək üçün ümumi termin kimi istifadə edilmişdir. Mayedən qaza buxarlanma mayenin qaynama nöqtəsindən aşağı olduqda səthdən buxarlanma, qaynama nöqtəsində baş verərsə, mayenin içərisində qabarcıqların əmələ gəlməsi ilə qaynama kimi baş verir. Normal təzyiqlərdə əksər kimyəvi birləşmələr və elementlər müxtəlif temperaturlarda üç fərqli vəziyyətə malikdirlər. Bu hallarda bərk haldan qaz halına keçid üçün aralıq maye hal tələb olunur. Sözügedən təzyiq bütün sistemin ümumi (məsələn, atmosfer) təzyiqi deyil, maddənin qismən təzyiqidir. Beləliklə, hər hansı bir bərk cismin buxar təzyiqi eyni maddənin ətrafdakı qismən təzyiqindən yüksək olarsa və bəzi hallarda nəzərəçarpacaq sürətlə sublimasiyaya uğraya bilər (məsələn, su buzu 0 °C-dən bir qədər aşağı olarsa). Karbon və arsen kimi bəzi maddələr üçün sublimasiya ərimədən buxarlanmadan çox asandır, çünki onların üçlü nöqtəsinin təzyiqi çox yüksəkdir və onları maye halında almaq çətindir.
Aza
Aza (Ordubad)Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
FAA
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza təhsil - gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir: 1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil; 2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.I və II qrup baza yağları – mineral yağlardır.
Faba sativa
At paxlası (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Fazu Əliyeva
Fazu Əliyeva (5 dekabr 1932, Xunzax rayonu, SSRİ – 1 yanvar 2016, Mahaçqala, Dağıstan, Rusiya) — Sovet, rus və avar şairəsi, Dağıstan Respublikasının Xalq şairəsi (1969), nasir və publisist. Dağıstan və rus ədəbiyyatının inkişafına əhəmiyyətli töhfə vermiş şəxsdir. Bundan əlavə insan hüquqları fəaliyyəti ilə məşğul olmuşdur. İki Şərəf Nişanı və iki Xalqlar Dostluğu Ordenləri ilə təltif olunmuşdur, habelə bir sıra xarici ölkələrin fəxri mükafatlarına layiq görülmüşdür. == Bioqrafiya == Kiçik yaşlarından şeir yazmağa başlayır və artıq məktəb illərində əsl şair sayılır. Fazu əsərlərini avar və rus dilində yazır. On yeddi yaşlı Fazunun şeirləri ilk dəfə 1949-cu ildə Bolşevik Qori qəzetində, daha sonra "Komsomolets Daqestana" qəzetində və avar dilində nəşr olunan "Drujba" jurnalında nəşr edilmişdir. O dövrdə tənqidçilər parlaqlığı və qeyri-adi istedadı ilə istedadlı şairə və yazıçıya artıq heyran qalmışdılar. Fazu Əliyeva səmimiyyətlə inanırdı ki, şeir insanı təmizləyir, onu daha parlaq, daha mehriban və daha ülvi edir. 1954–1955-ci illərdə Fazu Əliyeva Dağıstan Qadın Pedaqoji İnstitutunda təhsil alır.
Feza Günərgun
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi. == Həyatı == Türk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop və Turhan Baytopun qızıdır.Lisey təhsilini Notre Dame de Sion Fransız Liseyində bitirdikdən sonra, 1980-ci ildə İstanbul Universiteti Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji Bölümündə etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq çalişması ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir. == Redaktə etdiyi nəşrlər == Osmanlı Elm Tədqiqatları (1995-) Türk Elm Tarixi Vəqfi Xəbər Bülleteni (1991–2000) Manuskripte zur Chemiegeschichte & TeaComNews (1996-).
Feza Gürsey
Feza Gürsey (d. 7 aprel 1921, Konstantinopol – 13 aprel 1992[…], Nyu-Heyven[d]) — Türk fizik və riyaziyyatçı. == Həyatı == 7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır. Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Fəza astronomiyası
Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmçinin Müxtəlif koordinat sistemləri vasitəsi ilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.