Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
Kana
Lana
Ketrin Coy "Si Cey" Perri və ya Lana (24 mart 1985, Geynsvill[d], Florida) — ABŞ güləşçisi, modeli, aktrisa, rəqqasəsi və müğənnisi. O, hazırda peşəkar güləşçi Rusev-in meneceridir. O, Sovet İttifaqında Latış (Latviya) Sovet Sosialist Respublikasında onun uşaqlığının bir neçə ilini keçirdi, harada ki onun atası Xristian missioneri kimi işlədi.
Qana
Qana rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. == Siyasi və coğrafi mövqeyi == Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. == Təbii resursları == Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
FAA
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
A (kana)
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır. == Yaranması == ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır. == Yazılış == あ hiraqanası 3 xətlə yazılır: Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.ア katanakası 2 xətdən ibarətdir.
Achillea nana
Achillea nana (lat. Achillea nana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ajania nana
Ajania nana (lat. Ajania nana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü.
Arabis nana
Arabis alpina (lat. Arabis alpina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabidium alpestre Spach Arabidium alpinum (L.) Fourr. Arabidium saxeticolum (Jord.) Fourr. Arabis albida var. elata Sprague Arabis alpina subsp. alpina alpina Arabis alpina f. alpina Arabis alpina var. alpina alpina Arabis alpina subsp. cantabrica (Leresche & Levier) Greuter & Burdet Arabis alpina var.
Arnold Fank
Arnold Henrix Fank (alm. Arnold Heinrich Fanck‎; 6 mart 1889[…], Frankental[d], Bavariya – 28 sentyabr 1974[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — alman kinorejissor, operator, montajçı və memuarist, dağ filmləri janrının banisi və ən böyük nümayəndəsi. 1920-1930-cu illərdə alman kinosunun ən görkəmli nümayəndələrindən biri. Arnold Funk yüksək təhsil almış, 1915-ci ildə geologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun mövzusu Sankt-Qallen fosilləri idi. Fank ən məşhur filmlərini Veymar Respublikası illərində çəkib. Onlardan biri də “Müqəddəs dağ” əsəridir. Bu film Venesiya Film Festivalında Qızıl medala layiq görülmüşdür. Film tarixçiləri rejissorun Üçüncü Reyxdəki mövqeyini qiymətləndirməkdə fərqlənirlər. Onların bəziləri Fankı nasist rejiminin minionu kimi səciyyələndirirsə, digərləri onun o dövrdə persona non qrata olduğunu iddia edirlər.
Artemisia cana
Artemisia cana (lat. Artemisia cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis cana
Baccharis cana (lat. Baccharis cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bana monastrı
Bana monastırı (gürcücə: ბანა) – Türkiyənin Ərzurum ilinin Şənqaya ilçəsinə bağl Penek kəndində olan monastırdır. Monastır əsas kilsə, kiçik kilsə, keşişlər üçün kilsə, qayaya oyulmuş hücrələr və başqa tinintilərdən ibarətdir. Bana monastırı Tao bölgəsinin yepiskopluq mərkəzlərindən biri olmuşdur. Bir fikrə görə, zamanla yepiskopluq ləğv edilmiş və sadəcə monastırın fəaliyyəti davam etmişdir. == Bana Kafedralı == Monastırın əsas kilsəsi olan Bana kilsəsi və ya Bana Kafedralı əsas fikirlərə görə, VII əsrdə inşa edilmişdir. XI əsrə aid qaynağa görə, kafedral 881-923-cü illər arasında gürcü kralı IV Adarnase tərəfindən qüvvələri, tetrakonkhos struktur olaraq yenidən inşa edilmişdir. Bu tarixdən etibarən, gürcü Baqrationi sülaləsi tərəfindən Osmanlı dövrünə qədər kraliyyət kafedralı olaraq istifadə edilmişdir. XVI əsrdə öblgəni ələ keçirən Osmanlı bu qədim kafedralı Krım müharibəsi dövründə Osmanlı ordusu üçün qalaya çevirmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsi zamanında kompleksin böyük hissəsi dağılmışdır. Divar rəsmlərinin izlərində rast gəlinən kafedralın bir kitabəsinin olduğu, bu müharibə zamanı burada qərərgah quran rus ordusundan olan bi rgeneralın bu kitabəni apardığı deyilməkdədir.
Bana monastırı
Bana monastırı (gürcücə: ბანა) – Türkiyənin Ərzurum ilinin Şənqaya ilçəsinə bağl Penek kəndində olan monastırdır. Monastır əsas kilsə, kiçik kilsə, keşişlər üçün kilsə, qayaya oyulmuş hücrələr və başqa tinintilərdən ibarətdir. Bana monastırı Tao bölgəsinin yepiskopluq mərkəzlərindən biri olmuşdur. Bir fikrə görə, zamanla yepiskopluq ləğv edilmiş və sadəcə monastırın fəaliyyəti davam etmişdir. == Bana Kafedralı == Monastırın əsas kilsəsi olan Bana kilsəsi və ya Bana Kafedralı əsas fikirlərə görə, VII əsrdə inşa edilmişdir. XI əsrə aid qaynağa görə, kafedral 881-923-cü illər arasında gürcü kralı IV Adarnase tərəfindən qüvvələri, tetrakonkhos struktur olaraq yenidən inşa edilmişdir. Bu tarixdən etibarən, gürcü Baqrationi sülaləsi tərəfindən Osmanlı dövrünə qədər kraliyyət kafedralı olaraq istifadə edilmişdir. XVI əsrdə öblgəni ələ keçirən Osmanlı bu qədim kafedralı Krım müharibəsi dövründə Osmanlı ordusu üçün qalaya çevirmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsi zamanında kompleksin böyük hissəsi dağılmışdır. Divar rəsmlərinin izlərində rast gəlinən kafedralın bir kitabəsinin olduğu, bu müharibə zamanı burada qərərgah quran rus ordusundan olan bi rgeneralın bu kitabəni apardığı deyilməkdədir.
Banksia nana
Dryandra nana (lat. Dryandra nana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Betula nana
Betula nana (lat. Betula nana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.