Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Humay
Humay — qadın adı.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Həma
Həma (ərəb. حماة‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 55.981 ailədə 162.838 nəfəri kişilər və 150.156 nəfəri qadınlar olmaqla cəmi 312.994 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Həma şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Puma
Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir. Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Yuma
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının qərb hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Arizona ştatı ABŞ və Aşağı Kaliforniya Meksika). Səhra Arizona ştatının cənub-qərbində, Hila çayından cənubda, Kolorado çayından isə şərqdə yerləşir. Səhranın cənubu Meksika sərhədinə yaxın Böyük səhra (ing. Great Desert, isp. Gran Desierto) adlandırılır. Yayı dəhşətli istiləri, qışı isə orta temperaturları ilə seçilir.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.
Hüma Şah Sultan
Hüma Şah Sultan (Gürcüstan – ən tezi 1672, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan. Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi. Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu. Bu sürtüşmədə xanımı Hümüşah Sultanın tərəfini tutan Sultan İbrahim isə bacılarını Hümaşah Sultana xidmət etdirmiş, bu hadisənin ardından isə mallarını müsadirə etdirərək Ədirnə sarayına sürgün etmişdir.
Huma Quşu Fondu
Huma Quşu Təhsilə Yardım Fondu — kommersiya məqsədi güdməyən qeyri-hökumət təşkilatıdır. Fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədilə yaradılıb. Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin "After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth – Huma." ("Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma." — misrasından istifadə edilib. Deviz isə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasından götürülmüş "Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!" misrasıdır. Fondun rəsmi açılışı 17 noyabr 2022-ci ildə olub. Huma Quşu Təhsilə Yardım Fondunun təsisçisi və prezidenti Humayın anası Şəhla Cahangir qızı Vəzirovadır. Fondun fəaliyyətinə nəzarəti üç nəfərdən ibarət Himayəçilər Şurası həyata keçirir. == Məqsəd == Huma Quşu Fondunun başlıca məqsədi imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah, vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir. == Prinsiplər == Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır.
Hum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Guma (Suxumi)
Guma (gürc. გუმა) - Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 380 m hündürlüktə, Suxumidən 23 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 200.
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Human Teatrı
Human Teatr — Bakıda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Müstəqil "Human" teatrı pantomima ustası, keçmiş "Simsar" teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə Bakı şəhərində yaradılmışdır. Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılmışdır..Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası oldu. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib. == Aktyor heyəti == Pərviz Məmmədrzayev Şamil İbrahimov Rəfiqə Məmmədova Elgün Həmidov == Repertuarı == Slovamir Mrojek - Üçüncü (Karol əsəri əsasında) S.A.Yesenin - Anqleter 1925 (Qara adam poeması əsasında) P.Məmmədrzayev - Mənim == Nailiyyətləri == Türkiyə teatrlar birliği, İnternational Unitsin üzü seçilib.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. == Həyat və yaradıcılığı == Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir. Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.
Humay mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Humea gracillima
Thiseltonia (lat. Thiseltonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Thiseltonia gracillima (F.Muell. & Tate) Paul G.Wilson (Triba: Gnaphalieae) Sinonim Humea gracillima F.Muell. & Tate Thiseltonia dyeri Hemsl. Calomeria gracillima (F.Muell.
Humea madagascariensis
ПМА "В-1" və ПМА "В-2" aşqarları