Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarı şam
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Dar Emtedade Şab
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Adi sar
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Tüklüayaq sar
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Şar (ada)
Şar — SSRİ-nin şimal dənizlərində iki ada və ya materiklə ada arsında uzun və nisbətən ensiz boğaz. Məs: Novaya Zemlya adaları arasındakı Matoçkin şar.
Şar adası
Şar adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Kara dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasında yerləşən Kuybişev burnundan 1,3 km cənub-qərbdə, Juravlyov körfəzinin şimal hissəsində yerləşir. Dairəvi formsya malikdir. Diametri 1,5 km təşkil edir. Hündürlüyü 8 metri keçmir. Cənub-qərb sahilləri hündür olub 4 metrə çatır. Mərkəzi hissəsində teleskoplu astronomik məntəqə vardır.
Şar dağları
Şar Dağları (serb. və mak. Sar Planina / Шар Планина; alb. Malet e Sharrit / Maliyyə i Sharrit / Sharr) — Kosovo ilə Makedoniya dövlətlərinin sərhədləri boyunca uzanan dağ silsiləsidir. Dağların Kosovodakı hissəsi daha əvvəldən milli park olmuş, Şimali Makedoniyadakı hissəsi isə 30 iyun 2021-ci ildə milli park statusu almışdır. == Coğrafiyası == Şar Dağlarının 56,25% Makedoniya sərhədləri içində, 43.12%-i Kosovo sərhədləri içində, 0,63%-i isə Albaniyanın sərhədləri əhatəsindədir. == Etimologiyası == Qədim Dünyada bu dağların adı Scardus, Scodrus və ya Scordus kimi verilmişdir. Bəziləri düşünürlər ki, bu dağın adı Carska planina ("Çarın dağı") sözündən götürülmüşdür. Bəziləri isə dağın adının hər iki ölkənin paytaxtlarının (Prizren və Skopye) adlarından yarandığını düşünürlər. == Təpələr == Hündürlüyü 2.000 m çox olan xeyli sayda zirvə nöqtəsi var.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə,pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal,yanacaq tərkibli-alov,yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement,əhəng,gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar,millər) fırlanması zamanı və üyüdülən obyektlər («yük» adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Haqqında == Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.
Do Sar (Bicar)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Do Sar (Qürvə)
Do Sar (fars. دوسر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 304 nəfər yaşayır (74 ailə). Əhalisini kürdlər təşkil edir.
Kostin Şar boğazı
Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir.
Matoçkin Şar boğazı
Matoçkin Şar boğazı (rus. Ма́точкин Шар) -Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasını Cənub adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizini Kara dənizi ilə birləşdirir. Boğazın dərinliyi 12 m təşkil edir. Bu boğazdan gəmilərin sərbəst irəliləməsinə imkan verir. Gəmilərin sərbəst sahilə yan alması üçün Baranevo burnu əlverişlidir. Uzunluğu 100 km, eni ən dar yerdə 600 m təşkil edirdi. İlin böyük hissəsi buzla örtülü olur. Sahilləri hündür və sıldırımlıdır. Sahillərində yay aylarında fəaliyyət göstərən, hazırda isə mövcud olmayan Matoçkin Şar və Stolbovoy qəsəbələri olmuşdur.
Qazan Sar (Bukan)
Qazan Sar (fars. قازان سر‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (7 ailə).
Qrişin Şar çayı
Qrişin Şar çayı (rus. Гришина Шара) — Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasının şimal-şərqindən axan çay. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 27 km-dir. Çay Şimal adası üzərini örtən buzlaqdan başlayaraq qərbdən şərqə doğru axır. Kara dənizinə daxil olan Natalii körfəzinə tökülür. 160 metrlik hündürlüyə malik ərazidə ensiz qayalı dərədən axır. Axarı boyunca bir sıra qol qəbul edir. Onlar arasında mənsəbə 7 km qalmış tökülən çay ən iri qoldur. Mənsəbində kiçik ada vardır.
Yaqorski Şar boğazı
Yaqorski Şar boğazı (rus. Югорский Шар) - Vayqaç adasını Yaqorski yarımadasından ayıran boğaz. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 40 km., eni 2,5–12 km., ən dərin yeri 36 m. təşkil edir. Boğaz ilin böyük hissəsini buzla örtülü olur. Boğazda bir neçə ada vardır: Storojevoy, Sokolnıy. Sahilləri qayalı və sıldırımlıdır. Bitki örtüyü zəifdir, əsasən mamır, şibyə və qayalıqlarda bitən otlara rast gəlinir.
Çelovnah Sar (Talış)
Çelovnah Sar (fars. چلونه سر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,294 nəfər yaşayır (285 ailə).
Asar
Asar(lar) - German-skandinav mifologiyasında Asqardda yaşayan ali tanrılara deyilir. Asarların başçı Odin sayır. Digər mədəniyyətlərdə: türk, altay, monqol və tibet mifologiyalarında tanrılar yurdu. Azar olaraq da deyilər. Tanrıların yaşadığı səma deməkdir. Eyni söz tanrı mənasına da gəlir. Azəri millət adının buradan törədiyini irəli sürən bəzi görüşlərdə mövcuddur. Tibet və monqol mətnlərində də iştirak edən, hətta Skandinaviya mifologiyalarında belə bənzər bir sözlə "Aesir" şəklində Tanrılar birliyini ifadə edən ortaq bir ünsürdür. Asarı sözcüyü də Tibetcədə Göy Tanrılarını təyin etməkdə istifadə edilər. Monqolcada asar çadır deməkdir.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
JAR
JAR file (java ARchive) — Java sinifli fayllar toplusundan ibarət fayl. Adi ZİP arxiv formatında olur, ancaq faylın uzantısı jar olur. Java jar faylın adı komandası ilə başladılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Ksar
Ksar və ya qsar, cəmdə ksour və ya qsour — ərəb dilindəki qaṣar (قَصَر) (bu sözün özünün latın dilindəki castrum (qala) sözündən törəndiyi düşünülür) sözündən götürülüb, Şimali Afrikada "istehkam tipli yaşayış məskəni və ya kənd" mənasında işlədilən termindir. Bu termin ümumilikdə bərbərlərin istehkam tipli kəndlərinə aid edilir. == Mənşəyi və mənası == Məğrib ərəbcəsində qsar sözünün qarşılığı standard ərəb dilindəki "qala" və ya "saray" mənasını verən qaṣar (قَصَر ) sözünə uyğun gəlir və bu söz müsəlman dünyasının başqa yerlərində də rast gəlinir. Şimali Afrikada Bərbər dilli populyasiyalar tərəfindən ksar termini üçün istifadə olunan orijinal söz ağrem (təkdə) və ya iğerman-dır (cəmdə). Məğrib-də bu termin "istehkam edilmiş kənd" və ya "qala" kimi daha ümumi bir məna daşıyır. == Memarlıq == Məğribdəki ksar ümumilikdə məscid, hamam, soba və dükan kimi kollektiv binalar və digər quruluşlara sahib olan evlərdən ibarətdir. Ksar əsasən Şimali Afrikadakı vahələrdə yaşayan əhali arasında geniş yayılmışdır. Müdafiəni asanlaşdırmaq üçün ksarlar bəzən dağlıq ərazidə yerləşir. Yaşayış evlərinin hamısı əsasən tək bir davamlı divar daxilində yerləşir. Bütün tikililərin tikinti materialı adətən çiy kərpic və ya kəsilmiş daş və çiy kərpicdən ibarətdir.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Dan yeri Orta əsr qəbirstanlığı — Yaşayış yerinin yаxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sinə daşları-sənduqələr dövrümüzədək qalmışdır. Düzbucaqlı forması sənduqənin yalnız bir üzü istisna edilməklə digər tərəfləri zəngin bəzədilmişdir. Cızma, döymə və oyma üsulu ilə zəngin nəbati təsvirlərlə bəzədilmiş sənduqənin üzərinə ərəb əlifbası ilə yazı həkk edilmişdir. Kitabə Quran ayələrindən və mərhumun adı, olum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.