Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı. Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır.
Fatma Xatun
Fatma Xatun (1284, Söğüt, Biləcik ili – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Gülfəm Xatun
Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul) - Osmanlı padşahı I. Süleymanın hərəmi. == Həyatı == Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir. Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir. Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər. İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.
Gülruh Xatun
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi. Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Gülçiçək Xatun
Gülçiçək Xatun (osman. كلچیچك خاتون, yun. Γκιουλτσιτσέκ Χατούν) (1355, Vifiniya – 1389, Bursa) — I Muradın xanımı, I Bəyazidin anasıdır. Əslən yunan olan Gülçiçək Xatunun türbəsi Bursada yerləşir. Osmanlı padşah anaları arasında öz adına türbəsi olan ilk qadındır. Gülçiçək Xatunun məzarından başqa türbədə adı bilinməyən 3 məzar daha var. Türbə sonuncu dəfə 1958 tarixində bərpa edilmişdir. I Bəyazidin və Yaxşı bəyin anasıdır.
Gülşah Xatun
Gülşah Xatun (1433 – 1487, Bursa) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi, Şahzadə Mustafanın anasıdır. == Həyatı == Sultan Muradın vəfatından sonra oğlu II Mehmed taxta çıxmış, ancaq bunu zəiflik qəbul edən Qaramanoğlu İbrahim bəy Həmid elini işğal etdi. Bunun ardından böyük bir orduyla səfərə çıxan II Mehmed qısa zamanda Qaramanoğlu ordusunu məğlub etdi. İbrahim bəy dağa qaçdı və ordan II Mehmedə bağışlanması üçün məktublar yazmağa başladı. Nəhayət, II Mehmed İbrahim bəyin qızlarından biri olan Gülşah Xatunu sülh qarşılığında istədi və Gülşah Xatunla birlikdə Ədirnəyə geri döndü. 1451-ci ildə yeganə övladı olan Şahzadə Mustafanı dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Konya sancaqbəyliyinə göndərildi. 1474-cü ildə Şahzadə Mustafa şübhəli şəkildə vəfat etdi. Ölüm səbəbi olaraq isə Şahzadə Mustafanın Sədrəzəm Vəli Mahmud Paşanın xanımıyla yaşadığı gizli münasibətin Mahmud Paşa tərəfindən öyrənilməsi və Paşanın Şahzadə Mustafanı zəhərlənməsi göstərilir.
Hafsa Xatun
Hafsa Xatun (1380, Səlcuq, İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı. == Həyatı == Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi. Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır. İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir.
Hayimə Xatun
Hayimə Xatun və ya Hayimə Ana (1176, Osmanlı imperiyası – 1268, Osmanlı imperiyası) ― Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsi və Sunqur Təkin, Gündoğdu bəy, Ərtoğrul Qazi və Dündar bəyin anasıdır. Osmanlı İmperiyasının Dövlət Anası adına layiq görülmüş və tanınmışdır. == Xatirəsi == Necdet Sakaoğlunun dediyinə görə, tarixçilər tərəfindən çox tədqiq edilməmiş Hayimə ananın xatirəsini Domaniç qəsəbəsinin sakinləri yaşatmışdırlar. Çarşamba kəndindəki bir qəbrin yerli xalq tərəfindən əsrlər boyu Hayimə Xatunun qəbri olaraq ziyarət edildiyini eşidən Osmanlı Sultanı II Əbdülhəmidin əmri ilə burada 1892-ci ildə bir türbə tikdirilmişdir. Digər tərəfdən, İdris-i Bitlisî Heşt Behişt adlı tarixində Osman Qazinin kiçik oğlu Ələddin Paşanın anası ilə birlikdə Biləcikdə yaşadığı yazılmışdır. == Həyatı == Osmanlı sultanlarının qeyri-müsəlman cariyələrlə evlənmə ənənəsi hələ başlamadığından, Hayimə Xatunun türk olduğu iddia edilir. Başqa bir inanca görə, Hayimə Ana, Kaya Alpoğlu Süleyman şahın həyat yoldaşı, Ərtoğrul Qazinin anası və Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsidir. Əri Süleyman Şah Fəratı keçərkən boğulduqdan sonra Qayı qəbiləsinin başçılığını ələ keçirmiş Hayimə Ana, əvvəlcə Səlcuqlu Sultanı Əlaəddin Keykubadın əmri əsasında əvvəlcə Ankara, Karacadağ, sonra isə Domaniç və Söğütə yerləşmişdir. Ərtoğrul Qazi, "Dövlət Anası" olaraq da tanınan anası Hayimə Anayı hər il Çarşamba kəndində çadır qurduğu bir təpədə dəfn etdirmişdir. Sultan II Əbdülhəmid 1892-ci ildə Hayimə Ananın məzarı üzərində inşa edilən indiki türbəni inşa etdirmişdir.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Hüsnüşah Xatun
Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, Söğüt, Biləcik ili) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Malhun Xatun
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir. == Həyatı == Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. == Həyatı == Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. == Həyatı == 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Mehri Xatun
Mehri Xatun (türk. Mihrî Hatun; 1460 - 1514) — türk şairəsi. == Həyatı == Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun-dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Mehmet Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi. Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sa-yəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir. Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisa-da valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.