Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Abiş Xatun
Abiş Xatun və ya Abaş Xatun (d. ? - ö. 29 dekabr 1286, Təbriz) - 1264-cü ildən 1282-ci ilə qədər Şiraz Salqurlularının IX və sonuncu hökmdarı. == Həyatı == Atası Sad ibn Əbu Bəkir Yəzd atabəyinin qızı Terkən Xatundir. Anadan olma tarixi bilinməməkdədir. Fars atabəyi olan Səlcuqşah Abiş Xatunun anası Terkən Xatunu öldürüb, Abiş Xatun və bacısını həbs edmişdi. Bunun ardınca, Elxani məmurlarını da öldürdükdən sonra Hülakü xan tərəfindən üzərinə ordu göndərilmiş və öldürülmüşdür. Atasından sonra taxta çıxan kiçik qardaşı Məhəmməd öldükdən sonra, 1264-cü ildə adına xütbə oxutduraraq və sikkə kəsdirərək taxta çıxmışdır. Ona bu işdə Hülakü xan yardım etmişdir.
Anu xatun
Anu xatun (d. ? — ö. 13.5.1696; Terelc, Tuşetu xan aymağı, Xalxa) — Cunqar xanlarından, əvvəlcə Senqe xanın, sonra Qaldan-Boşoqtunun qadını, qəhrəman qadın. == Həyatı == Anu xatun oyratların qolu olan xoşutların knyazı Qaldamanın qızı, Oçirtu-Çeçen xanın nəvəsi idi. Uşaqlıqdan Qaldan-Boşoqtu ilə tanış olmuşdu. Gələcəkdə onun xanımı olmağı arzulayırdı. Amma Qaldan rahib olduğundan və Tibetə oxumağa getdiyindən, onun böyük qardaşı, gələcək cunqar xanı Sengeyə verdilər. Anu xatun Sengedən Çevan-Rabdan və Sonom-Rabdan adlı övladları oldu. Senqenin ölümündən sonra və Qaldanın Cunqariyaya qayıdışından sonra Anu xatun onun qadını oldu.
Aqilə Xatun
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Ayşə Xatun
Ayşə Xatun (1476, Bağçasaray – 1539, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı. == Həyatı == Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.
Batun Pürevsüren
Batun Pürevsüren (31 oktyabr 1996) — Monqolustanlı oxatan. Batun Pürevsüren Monqolustanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Batun Pürevsüren birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 138-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Bağdad xatun
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz (?-1335) — Elxanlılar dönəmində tanınmış qadın. == Həyatı == Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı. Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. == Həyatı == O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. == Ailəsi == Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Burla Xatun
Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında də iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır. Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir. == Etimologiya == (Bur) kökündən törəmişdir.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. == Həyatı == Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?-1265) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi.Doqquz Xatun Nestorian xristian idi. Qərbli tarixçilər tərəfindən sıxlıqla xristian inancına böyük yararı toxunmuş bir kimsə olaraq anılır. Həyat yoldaşı Hülaku xanla eyni il 1265-ci ildə ölmüşdür. == İstinadlar == == Mənbə == Runciman, Steven (çev.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. == Həyatı == 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlətşah Xatun
Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı. == Həyatı == 1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir. 1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon İmperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır. Bir qrup tarixçilər isə Teodoraya “Dəspinə xatun” da deyirdilər.
Fatma Xatun
Fatma Xatun (1284 – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Gülfəm Xatun
Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul) - Osmanlı padşahı I. Süleymanın hərəmi. == Həyatı == Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir. Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir. Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər. İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.
Gülruh Xatun
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi. Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Gülşah Xatun
Gülşah Xatun (d. 1433, Mərsin – ö. 1487, Bursa) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi, Şahzadə Mustafanın anasıdır. == Həyatı == Sultan Muradın vəfatından sonra oğlu II Mehmed taxta çıxmış, ancaq bunu zəiflik qəbul edən Qaramanoğlu İbrahim bəy Həmid elini işğal etdi. Bunun ardından böyük bir orduyla səfərə çıxan II Mehmed qısa zamanda Qaramanoğlu ordusunu məğlub etdi. İbrahim bəy dağa qaçdı və ordan II Mehmedə bağışlanması üçün məktublar yazmağa başladı. Nəhayət, II Mehmed İbrahim bəyin qızlarından biri olan Gülşah Xatunu sülh qarşılığında istədi və Gülşah Xatunla birlikdə Ədirnəyə geri döndü. 1451-ci ildə yeganə övladı olan Şahzadə Mustafanı dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Konya sancaqbəyliyinə göndərildi.