Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Sason
Sason — Batman ilinin bir ilçesidir. Sason, dağların arasında qurulmuş köhnə bir məskunlaşma vahididir. Mahal mərkəzi Helkıs Dağı ətəklərinə qurulmuşdur. İlçe'nin girişində şəfalı içməyə vardır. Sason dağların bir yanı Kozluk üzərindən Bitlisən çıxarkən digər yanı Muş düzənliyinə çıxar. 3000 m'ye yaxın yükseltisiyle Mereto Dağı Diyarbakır hövzəsindən dəqiq bir şəkildə görülməkdə olub, bölgənin ən yüksək dağıdır. == Tarixi == Erməni olan "Sasun" və "Sanasunk" adları 3-cü əsrdən etibarən erməni, Rum-Bizans, Sürəni və Ərəb qaynaqlarında yazılmışdır. Tarixi Sasun bölgəsi bugünkü sahəsinə əlavə olaraq Mutki və Kozluk (Hazzo) rayonlarında də əhatə edir. Bölgənin tarixi xalqı ermənilər olmaqla birlikdə Kürd və Ərəb ünsürlərə da ən qədim dövrdən etibarən rast gəlinməkdədir. Erməni xalq ədəbiyyatının ən məşhur əsəri olan Sasuntsi Tavit (Türkçesi Sasun'lu Tavit ) dastanı, 10.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Şanen
Şanen (fr. Chaneins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01083. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 820 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 527 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 434 nəfər iqtisadi cəhətdən, 93 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,4%, 1999-cu ildə 71.7%). Fəal 434 sakindən 409 nəfər (225 kişi və 184 qadın), 25 nəfər işsiz (10 kişi və 15 qadın) idi.
Adi süsən
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. == Həyatı == Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.
Katsudo Şaşin
Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər‎) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada çəkilmiş ilk anime hesab olunur. "Katsudo Şaşin"i Osaka İncəsənət Universitetinin müəllimi Natsuki Matsumoto 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edib. Proyektorda sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadr saxlanılmışdı. 3 saniyə davam edən animenin mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir. == Təsviri == "Katsudo Şaşin" sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadrdan ibarətdir və cəmi 3 saniyə davam edir. Animasiyanın kadr tezliyi saniyədə 16 kadr təşkil edir. Kadrın mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" (yap.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[…] – 12 fevral 1958[…]) — Fransa siyasətçisi, kommunist. == Həyatı == Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Mavi süsən
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Nazikyarpaq süsən
Nazikyarpaq süsən (lat. Iris tenuifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Paradoksal süsən
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Paradoxsal süsən
Qurdqulağı süsən
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Sarsen Amanjolov
Sarsen Amanjolov (27 dekabr 1903, Semipalatinsk vilayəti[d], Bozqır general-qubernatorluğu – 28 yanvar 1958, Almatı — Sovet dilçi-türkoloqu, qazax dilçiliyinin banilərindən biridir. Filologiya elmləri doktoru (1948), professor (1948), Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1954). İbtidai, orta və ali təhsil müəssisələri üçün qazax dili qrammatikasının əsaslarını, qazax yazılarının əsaslarını (əlifba və orfoqrafiya), qazax terminologiyasının əsas prinsiplərini, kiril dilində qazax dialektologiyasının əsaslarını inkişaf etdirmişdir. Orfoqrafiya, rus-qazax, rus-qazax hərbi və rus-qazax kənd təsərrüfatı lüğətləri tərtib və redaktə edilmişdir. == Həyatı == Sarsen Amanjolov 27 dekabr 1903-cü ildə Şərqi Qazaxıstan vilayətinin Ulan rayonunun Eqinsu kəndində anadan olmuşdur. 1916-cı ildə Katon-Karaqaydakı Rus-Qazax məktəbini bitirib Ust-Kamenogorskdakı əsl məktəbə daxil oldu. Lakin maddi problemlər üzündən məktəbdən çıxdı. Bir müddət sonra Semipalatinskdə üç aylıq müəllimlər kursuna daxil oldu, sonra doğma kəndində müəllim işlədi. 1924-cü ildə Şərqi Qazaxıstan vilayətinin icraiyyə komitəsinin məsul katibi vəzifəsinə işə dəvət edildi. 1926-cı ildə Daşkənddəki Orta Asiya Dövlət Universitetinin pedaqogika fakültəsinin qazax dili və ədəbiyyatı şöbəsinə daxil oldu.
Sarı süsən
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. == Filmləri == == İstinadlar == == Mənbə == КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine == Xarici keçidlər == Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Susən Maqsudlu
Susən Maqsudlu - İran aktrisasıdır. 1980-ci ildə Tehran Universitetinin incəsənət fakültəsindən məzun olubdur.
Süsən Məcidova
Süsən Məcidova (1916, Bakı – 24 iyun 1985) — Azərbaycan aktrisası. == Həyatı == Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. == Çoxalması == Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
Yasen dili
Yasen dili — qumdan təşkil olunan dil Azov dənizinin şərq sahillərində, Yasen körfəzi ilə Beyqus limanı arasında yerləşir. Yasen dilinin uzunluğu 14 km, maksimal eni şimalda 3 km-dir. Dil fəal şəkildən şimala uzanır. Səbəb isə qərb, cənub-qərb istiqamətində əsən külək və cənubdan şimala hərəkət edən dəniz axınları səbəb olur. Axınlar qum və balıqqulağı ilə qarışaraq dilin ərazisini genişləndirir. == Həmçinin bax == Kamışevat dili == Ədəbiyyat == Ясенская коса // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Лотышев И. П. География Кубани.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.