Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adışirin Ələkbərov
Ələkbərov Adışirin Balaşirin oğlu (25 noyabr 1955, Bakı – 2 may 2016, Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014) == Həyatı == Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir. == Peşə fəaliyyəti == 1976–2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A. B. Ələkbərov 2001–2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-cı ildən "Azərsu" ASC-də şöbə rəisi və "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. A. Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6–7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
Ceyhun Adışirinov
Ceyhun Vaqif oğlu Adışirinov — Azərbaycan futbolçusu. == İdman karyerası == Ceyhun Adışirinov "Şahdağ", MOİK, "Bakılı", "MKT-Araz", "Qəbələ", "Karvan", "Qarabağ" klublarında, Azərbaycanın olimpiya və milli yığma komandalarında oynayıb. == Həbs edilməsi == 2009-cu ildə Ceyhun şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vurub. Ceyhun 2009-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib.
Ağaşirin Babayev
Ağaşirin Cəfərov
Cəfərov Ağaşirin Ağaməmməd oğlu (10 iyul 1906, Ballıcalı, Cavad qəzası – 3 may 1984, Neftçala) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır. Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır. Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Kipr adasının coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Misirin dövlət quruluşu
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Süd dişinin ağrısı
Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır. Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir. Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. Ssenari müəllifi: Ramiz Rövşən Quruluşçu rejissor: Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Rövşən Həsənov Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: T.Mirzəyev Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi) Montaj üzrə assistent: Ş.Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov Rəssam assistenti: X.Əminağayeva İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Azər Quliyev Bədii rəhbər: Rasim Ocaqov Pərviz Hüseynov — Kərim Fuad Dadaşov — Səlim Əlican Əzizov — Kərimin atası Larisa Xələfova — Çimnaz müəllimə Rəna Tanrıverdiyeva — Sona Ədalət Əbubəkirov — Səttar Xalidə Quliyeva — Kərimin anası Nuriyyə Əhmədova — tibb bacısı Adil İsmayılov — rentgenoloq Əhməd Əhmədov — müəllim Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Yonpxöndo adasının atəşə tutulması
Yonpxöndo adasının atəşə tutulması — Cənubi Koreyanın Yonpxöndo adasının atəşə tutulması 2010-cu il noyabrın 23-də Şimali Koreya tərəfindən baş vermişdir. Adaya azı 200 mərmi buraxılmışdır. Nəticədə 4 cənubi koreyalı həlak olmuş, 16 isə yaralanmışdır, eyni zamanda 60–70 yaşayış evi yanmışdır. BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya ərazisinə hücumu "1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident" adlandırıb. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.
Yenpxyendo adasının atəşə tutulması

Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Süd dişinin ağrısı (film, 1987)
Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır. Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir. Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. Ssenari müəllifi: Ramiz Rövşən Quruluşçu rejissor: Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Rövşən Həsənov Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: T.Mirzəyev Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi) Montaj üzrə assistent: Ş.Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov Rəssam assistenti: X.Əminağayeva İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Azər Quliyev Bədii rəhbər: Rasim Ocaqov Pərviz Hüseynov — Kərim Fuad Dadaşov — Səlim Əlican Əzizov — Kərimin atası Larisa Xələfova — Çimnaz müəllimə Rəna Tanrıverdiyeva — Sona Ədalət Əbubəkirov — Səttar Xalidə Quliyeva — Kərimin anası Nuriyyə Əhmədova — tibb bacısı Adil İsmayılov — rentgenoloq Əhməd Əhmədov — müəllim Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
Azadlıq adasının elçiləri Azərbaycanda qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunub. == Məzmun == Film Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunmuşdur.