Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi. Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi.
Alaş Xan
Alaş hərəkatı
Alaş hərəkatı — indiki Qazaxıstanda, XX əsrin birinci rübündə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı. XIX əsrdə qazaxların milli ərazisinin çox hissəsi Rusiya dövlətinin mülkiyyətinə keçmiş, qaçqınların sayı kəskin şəkildə artmış, yerli əhali məskunlaşan torpaqlardan zorla sıxışdırılıb çıxarılmışdır. Çarizm siyasətinə qarşı mübarizəyə milli ziyalılar rəhbərlik etmiş, Rusiyada 1905–1907-ci illər inqilabı sonra onlar Alaş hərəkatını yaratmışdılar. Karkaralı petisiyası (1905) Alaş hərəkatının proqramı olmuşdur. Demokrat-maarifçilər Əlixan Bökeyxan, Əhməd Baytursunov və Mustafa Şokay qazax cəmiyyətinin tərəqqisi yollarını axtarır, Dövlət Dumasında müsəlman fraksiyalarının işinə rəhbərlik edirdilər. Onların təşəbbüsü ilə "Aykap" jurnalı (1911), "Birlik tuı", "Sarı-Arka", "Akjol" qəzetləri təsis edilmişdir. Bu qəzetlərdə maarifləndirmə işləri aparılırdı. Alaş hərəkatının məqsədi qazax xalqının özünü idarə etməsi, xalqın müstəqil dövlət, dövlət yaratmaq hüququ, Rusiyanın daxili bölgələrindən qazax torpaqlarına əhalinin köçürülməsini məhdudlaşdırmaq idi. Alaş hərəkatının nümayəndələri toalipionik heyvandarlığın qorunub saxlanmasının, kənd təsərrüfatının, sənayenin və ticarətin inkişafının tərəfdarı idilər. Beləliklə, onların proqramında milli mədəniyyətin, təhsilin və qazax dilinin inkişafı yer tuturdu.
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Alaş muxtariyyəti
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917–1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5–13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi. == Tarixi == === İkinci Ümumqırğız Qurultayı (İkinci Ümumqazax Qurultayı) === Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" — yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi — Alaşa 16.200 və 300 səs — "Üç Juz" üçün verilmişdi.
Jas Alaş
Jas Alaş — 1921-ci ildə təsis edilmiş, Qazax dilində gündəlik dərc olunan siyasi qəzetdir. Sovet dövründə " Лениншіл жас" ("Lenin Gəncliyi") adı altında nəşr olunurdu. == İlk illəri == Qəzet, 1921-ci il martın 22-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının (Türkistan MSSR ) Komsomol təşkilatı liderlərindən biri olan Gəncə Muratbayev tərəfindən respublikanın paytaxtı Daşkənddə təsis edilib və nəşrin baş redaktoru olub. Altı ay ərzində qəzet Sovet hakimiyyəti orqanları tərəfindən bağlanıb və bu nəşrin millətçi, demokratik və anti-bolşevik "Alaş" hərəkatından təsirləndiyini hesab edilirdi. Türkistan Sovet Sosialist Respublikasının Qazaxıstan gəncləri üçün (Qazaxıstanın cənubu) və Türkistan Komsomol təşkilatının əsası kimi xidmət edən nəşri, 1922-ci il sentyabrın 1-də "Jas Kayrat" qəzetinin yayımına başlandı (redaktor E. Aldonqarov ). Qəzet təxminən 1 il nəşr edildi və 1924-cü ildə eyni ad altında jurnal buraxıldı. Bununla belə, 3 fevral 1925-ci ildən 30 oktyabr 1926-dək Orenburqda, daha sonra isə Qızılordada "Jas Kayrat" adı altında həftəlik qəzetin nəşri bərpa olundu. Təkrar dərcini bərpa edən qəzet oxuculara ölkədə və xaricdə olan xəbərləri təqdim etdi. "Qazaxıstan Gəncliyi" bölməsində yerli gənclər təşkilatlarının fəaliyyəti barədə məqalələr dərc edilmişdir. "sağlam bədən – sağlam ruh" başlığı tibb və idmana həsr edilmişdir.
Sibel Alaş
Sibel Alaş (13 fevral 1975, Türkiyə) — türk müğənni.
Alaş-Orda hökuməti
Alaş-Orda Müvəqqəti Xalq Şurası və ya Alaş-Orda hökuməti (qaz. Алаш-Орда үкіметі) — 1917-ci ilin dekabrından 1920-ci ilin martına qədər mövcud olmuş Alaş muxtariyyətində dövlət hakimiyyətinin ən yüksək regional icra, inzibati və qanunverici orqanı. İkinci Ümumqazax Qurultayında 25 nəfərdən ibarət "Alaş-Orda" müvəqqəti xalq şurası yaradılmışdır, onun 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verilmişdir. Alaş-Ordanın yerini sonralar "Alaş-qala" adlandırılan Semipalatinsk təyin edilmişdir. == İstinadlar == == Xarici keçidlər == АЛАШОРДА ҮКІМЕТІНІҢ ТОЛЫҚ ҚҰРАМЫНА КІМДЕР МҮШЕ БОЛДЫ?
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Alaşa (xalça)
Alaşa (qaz. Алаша) — çoxrəngli yun saplardan hazırlanmış əl işi xalça məmulatı. Alaşa iki şəkildə toxunur: Birincidə rəngli saplar bir-biri ilə rəqabətdə toxunur. İkincidə müxtəlif naxışlar əldə etmək üçün iplər diqqətlə seçilir və rəngə görə qruplaşdırılır. Qazaxların həyatında geniş yayılmışdır.
Alaşa bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alaşa xan günbəzi
Alaşa xan günbəzi (qaz. Алаша хан күмбезі) — Qazaxıstanda memarlıq abidəsi. Karağandı vilayətinin Ulıtau rayonunda, Malşıbay kəndindən 2 kilometr cənub-cənub-qərbdə, Qarakəngir çayının sağ sahilindədir. Oğuz-qıpçaq dövrünə (X–XI əsrlər) aiddir. == İstinadlar == == Xarici keçidlər == Улытау.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alaşar
Alaşar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1604-cü ildə yaradılmışdır.[mənbə göstərin] == Etimologiya == Alaşar kənd adının mənası talış dilində "alçaq dağlıq yer" deməkdir. Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, İinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Toponimikası == Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, şinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Relyefi == Alaşar Cəlilabad rayonu ərazisində dağ. Alaşar-Burovar sıra dağları da adlanır.
Alaşaxan
Alaşaxan (qaz. Алашахан) — XV–XVII əsrlərdə yaşayış məntəqəsi. İndiki Qazaxıstanın Ulıtau kəndindən 18 kilometr (11 mil) aralıda, Karatal çayının sol sahilində yerləşir. Alkey Xaqanoviç Marqulanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya nəticəsində tapılmışdır. Burada iri çiy kərpicdən və çınqılla qarışdırılmış gildən hörülmüş qala və müdafiə divarının qalıqları tədqiq edilmişdir. Əsas qala dördbucaqlı formadadır (90x92 metr), ətrafı divarla (eni 4,5 metr) və eni 3,5–4 metr olan xəndəklə əhatə olunmuşdur, künclərdə bürclərin izləri qalmışdır. Darvazası cənubda yerləşir. Qalanın şərqində dördbucaqlı formalı (65x70 metr) daha kiçik bir qala da var.
Alaşkert FK
Alaşkert FK (erm. Ալաշկերտ) — Ermənistannın futbol klubu.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Alaştər
Alaştər – İranın Luristan ostanının şəhərlərindən və Silsilə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 77,306 nəfər və 12,033 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Alaşşünaslıq
Alaşşünaslıq (qaz. Алаш тану) — Alaş Partiyası, Alaş muxtariyyəti və Alaş Orda hökuməti anlayışlarını birləşdirən "Alaş" hərəkatının tarixşünaslığı. Müəllifləri Əhməd Baytursunov və Saken Seyfullin olan ilk nəşrlər 1919–1920-ci illərdə çıxmışdır. "Millətlərin həyatı" həftəlik qəzetində Baytursunovun "İnqilab və qazaxlar" məqaləsində qazax xalqını konsolidasiya etmək, 1917-ci il Oktyabr inqilabından sonra tüğyan edən anarxiyanı dayandırmaq məqsədi daşıyan "Alaş" hərəkatının yaranmasının səbəbləri açıqlanmış, bu, ilk dəfə təhlil edilmişdir. "Qırğız ziyalıları haqqında" məqaləsində Seyfullin hərəkatı sərt tənqid etmişdir. 1920-ci illərin əvvəllərindən başlayaraq mətbuat davamlı olaraq hərəkatın tərəfdarlarını və tənqidçilərinin yazılarını dərc edirdi. Əbdürrəhman Baygəldin "Şərqi Qırğızıstanda inqilabi hərəkat" məqaləsində və İsfəndiyar Kenjin "Qırğızıstanda inqilabi hərəkat" məqaləsində Alaş Ordanın tarixi mənalarının birmənalı şəkildə inkarına qarşı çıxmışdılar. 1925-ci ildə hərəkat iştirakçılarına qarşı təqiblər başlamışdır. 1929-cu ildə N. Martinenkonun "Alaşorda" kitabı nəşr olunmuş, burada "Alaş" hərəkatı mənfi müstəvidə qiymətləndirilmişdir. 1930–1932-ci illərdə "Alaş" hərəkatı fəallarına qarşı repressiyalar başlamış, 1937–1938-ci illərdə bir çoxları "xalq düşməni" kimi güllələnmişdir.
Alaşşünaslıq tədqiqat mərkəzi
Alaşşünaslıq tədqiqat mərkəzi — 2008-ci ildə Semey Dövlət Pedaqoji İnstitutu nəzdində yaradılmış tədqiqat mərkəzi. Mərkəzin yaradılmasına əsas kimi Semey şəhərinin sol hissəsinin XX əsrin əvvəllərində Alaş şəhəri olması və Alaş Orda tarixində xüsusi yer tutması göstərilirdi. Mərkəzin direktoru Şanbay Turdıkuldur. Mərkəzin müasir biliklərə əsaslanan sahə proqramı konkret elmi istiqamətlərlə sistemli və hərtərəfli müəyyənləşdirilmişdir. Mərkəzin fəaliyyətinin prioritet istiqaməti Alaş Orda xadimlərinin həyat və yaradıcılığını öyrənməkdir. Nəticədə 100 cildlik "Alaş kitabxanası" seriyası işıq üzü görmüşdür. İlk 10 kitab həmin il nəşr olunmuşdur. Mərkəzin konseptual istiqaməti "Alaş" ensiklopediyasının hazırlanmasıdır. Ensiklopediyanın lüğəti ətraflı hazırlanaraq ekspertlərin müzakirəsinə təqdim edilmişdir. Mərkəzin fundamental tədqiqat istiqaməti alaşşünaslığa dair silsilə elmi topluların formalaşdırılmasıdır.
Alaşiya
Alaşiya, həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Armstrong, K. M. 2003 Settlement Hierarchy and The Location of Alashiya on Cyprus. Unpublished MA dissertation, University of Cincinnati. Knapp, A. B. ed. 1996 Near Eastern and Aegean Texts from the Third to the First Millennia BC. (Translations of all 122 Bronze Age and early Iron Age texts referring to «Alashiya»). ISBN 0-9651704-2-X Knapp, A. B. 1997 The Archaeology of Late Bronze Age Cypriot Society.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Mazanabad (Alan)
Mazanabad (fars. مزن اباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (51 ailə).
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Alas boğazı
Alas boğazı - Lombok adasını Sumbava adasından ayırır. Bu adalar İndoneziyanın Qərbi Nusa Tenggara vilayətinə aiddir. Boğazın əmələ gəlməsi 14000 il bundan əvvələ aiddir. Uzunluğu 75 km, eni 15–40 km arası dəyişir. Boğazın yaxınlığında Alor boğazı və Lombok boğazı vardır. Boğazda Lombok, Adonara, Sumbava, Flores, Sumbata, Solor və Konada adaları yerləşir. Hind okeanını Sakit okeanından ayırır.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q. Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.