Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Analsim
Analsim (yun. άναλkις – zəif, zəif elektrikləşmə xüsusiyyətinə görə) – Na [AlSi2O6]· H2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir == Xassələri == Rəng – rəngsiz, yaxud bozumtul, sarımtıl, yaşılımtıl çalarlı ağ, bəzən Fe oksidləri qarışığından asılı olaraq ətrəngi-qırmızı olur; Mineralın cizgisinin rəngi– ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,24-2,31; Sərtlik – 5,5; Kövrəkdir; Ayrılma – bəzən {100} üzrə olduqca qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – sürtüldikdə və qızdırıldıqda zəif elektrikləşmə; molekulyar ələk xassəsi; Morfologiya – kristallar: tetraqon-trioktaedrik, bəzən heksaedrlə kombinasiyada; İkiləşmə: {001}və {110} üzrə polisintetik; Mineral aqreqatları: dənəvər, radial-şüalı, sıx kütlələr, jeodalar, druzalar, kristallik qabıqlar. == Mənşəyi və yayılması == Maqmatik analsim teşenitlər, esseksitlər, siyenitlər və doleritlər üçün səciyyəvidir. Mineralın hidrotermal əmələgəlmələri adətən qələvi effuziv və intruziv əmələgəlmələrdə qeyd edilir. Mineralın qələvi süxur peqmatitlərindəki yığınlarında o, əsasən nefelini əvəzləyir. Autigen - diagenetik analsim bəzi çökmə əmələgəlmələrdə–qumdaşlarında, argillitlərdə, gilli süxurlarda, göl çöküntülərində, torpaqda, kömür yataqlarında geniş yayılmışdır. Birlikdə rast gəldiyi minerallar: kalsit, prenit, xlorit, illit, həmçinin natrolit, şabazit, tomsonit və başqa seolitlər. Mineralın tapıldığı yerlər: Siklop adaları (İtaliya); Sankt-Andreasberq (Almaniya); Rodop dağları (Bolqarıstan); İlmen dağları (Rusiya); Kutaisi rayonu (Gürcüstan); Berqen-Hill (ABŞ); Oaxu adası; Havay adaları və b. Azərbaycanda Dağlıq Talışda, Dağlıq Qarabağda, Qubadlı, Göy-Göl, Göranboy, Laçın rayonlarında, Naxçıvan MR-nın, Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərinin bir çox məntəqələrində tapılmışdır.
Analiz
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur.,Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Gennadi Anaşkin
Gennadi Vladimiroviç Anaşkin (17 dekabr 1968, Kuybışev) — rusiyalı hərbi xadim. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ümumqoşun ordusunun komandirinin müavini, general-leytenant (2021). Rusiya Federasiyasının Qəhrəmanı (05.09.2008). == Həyatı == Gennadi Vladimiroviç Anaşkin 17 dekabr 1968-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına çağırılmış, Almaniyada Sovet Qüvvələri Qrupunda xidmət etmişdir. 1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandanlığı Məktəbinə daxil olmuş, bundan sonra 1993-cü ildə 337-ci Qvardiya Hava-Desant Alayında xidmətə göndərilmişdir (104-cü Qvardiya Hava-Desant Diviziyası, Ulyanovsk). Həmin ilin avqust ayından orada paraşüt-desant tağımının komandiri təyin edildi. 1994-cü ilin avqustunda komandirin müavini, 1995-ci ilin iyulunda isə eyni alayda hava-desant bölüyünün komandiri təyin olundu. 1998-ci ilin aprel ayından etibarən komandanlıq etdiyi 116-cı paraşütçü-desant taborunda (31-ci qvardiya hava-desant briqadası, Ulyanovsk) xidmət etmişdir. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Gennadi Vladimiroviç Anaşkin keçmiş Yuqoslaviyada ezamiyyətdə olmuş və burada Bosniya və Herseqovina Respublikasında Sülhməramlı Qüvvələrin bir hissəsi olan hava taboruna komandanlığı yerinə yetirmişdir.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Yulay Aznalin
Yulay Aznalin (rus. Юлай Азналин) (başk. Yulay Аҙналин; 1730 (başqa məlumatlara görə 1722) — təxminən 1797) — Ufa rayonunun Şaytan-Kudeyskoqosu ulusunun başçısı, 1773 — 1775-ci illərdə Kəndli müharibəsinin iştirakçısı, Salavat Yulaevin atası. == Həyatı == Tekeevo kəndinin sakini, Şaytan-Kudey tarxanı (nəsil) irsilərdən olurdu. 1750-ci ildən. Yulay yüzbaşı kimi xidmət edirdi, 1766-cı ildə nahiyə başçısının vəzifəsinə daxil oldu. 1771-də — 1773-cü ilərdə başqırd qeyri-müntəzəm qoşunlarına xidmət edirdi. Orenburq sərhəd xətlərinin mühafizəsində öz dəstəsi ilə iştirak edirdi, uzaq yürüşlərdə iki dəfə olurdu. Üsyanda onun iştirakı 1755-ci il tamamilə mümkündür, amma sənədli məlumatlarla bu təsdiq edilməmişdir. == Polşada müharibədə iştiraki == XVIII əsrdə Polşada Rusiyayla aparılmış müharibələr hədəflə dağılmış Polşanın daxili işlərinə müdaxiləyə malik idi.
İvan Anaşkin
İvan Anaşkin (tam adı: İvan İvanoviç Anaşkin, 1880, Tambov quberniyası -1938) — fəhlə hərəkatı iştirakçısı. == Haqqında == İvan Anaşkin Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. 1901-ci ildə Bakıya gəlmiş, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışmışdır: RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü Qırmızı hərbi drujinanın üzvü Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü 1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü seçilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərmişdir. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil etmiş, fəhlələri Hökumətə qarşı itaətsizliyə çağırmışdır. Bununla əlaqədar, dəfələrlə həbs olunmuşdur. 1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışmış, 1928-ci ildən AK(b)P MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləmişdir. Repressiya olunmuşdur.
Aktivasiyalı analiz
Aktivasiyalı analiz (radioaktivasiyalı analiz) — maddənin element və izotop tərkibinin nüvə-fiziki təyini üsülu; analiz edilən nümunədə təyin edilən elementin izotoplarının nüvə hissəcikləri və ya yüksək enerjili γ-şüalanma ilə nüvə reaksiyası (aktivasiya) nəticəsində əmələ gələn radionuklidlərin aktivliyinin ölçülməsinə əsaslanır. Aktivasiyalı analizi 1936-cı ildə G.Xeveşi və X.Levi təklif etmişlər. Alınan radionuklidlərin təsnifatlaşdırılması şüalanmanın tipinə, onun enerjisinə, intensivliyinə, radionuklidlərin yarımparçalanma dövrünə görə aparılır. Bunun üçün adətən qamma-spektro metrlər və yüksək ötürücülü yarımkeçirici detektorlar, nadir hallarda ssintilyasiyalı detektorlar istifadə edilir. Miqdari analiz alınan radionuklidin aktivliyinin qatılığın geniş diapazonunda təyin olunan elementin miqdarına nisbətinə əsaslanır. Qatılığın müqayisəli (nümunələr istifadə edilməklə) və etalonsuz nisbi hesablanma üsulu tətbiq edilir. Radioaktiv şüalanmanın yüksək nüfuzetmə qabiliyyəti nümunənin dağılmadan analiz edilməsinə imkan verir. Aktivasiyalı Analizin ən geniş yayılmış variantı neytron-aktivasiyalı analizdir (NAA). Aktivasiya üçün nüvə reaktorunun istilik və epiistilik neytronları və ya neytronların (məsələn, Cf252) radio izotoplu mənbəyi, həmçinin neytron generatorlarının sürətli neytronları istifadə edilir. Reaktorlu neytron-aktivasiyalı analiz analitik kimyanın inkişafında böyük rol oynamışdır; ondan istifadə etməklə elektronika üçün yüksək təmiz materialların, atom energetikası uçün isə xüsusi konstruksiyalı materialların alınmasının texnologiyası işlənib hazırlanmışdır.
Anakin Skayvalker
Ulduz müharibələri obrazı.
Bibliometrik analiz
Bibliometrik analiz - iki başlıca elementə əsaslanır: nəşrlər tədqiqat məhsullarının əsas indikatoru kimi və nəşrlərdən əldə olunan istinadlar elmi fəaliyyətin qiymətləndirilməsi üçün əsas vasitə kimi. Statistik biblioqrafiya adlanan erkən bibliometrik araşdırmalar elmin inkişafının araşdırılması, daha sonralar isə kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq olunurdu. Məsələn, bibliometriyanın ilk tədqiqatçıları sayılan F.J.Kol və N.İls 1543-1860-cı illərdə nəşr olunan ədəbiyyata əsasən, Avropa ölkələrində anatomiya sahəsində aparılan araşdırmaları tədqiq etmişlər. Verilmiş istiqamətdə elmi aktivliyin qiymətləndirilməsi üçün əsas vahid olaraq elmi əsərləri götürməklə gələcək bibliometrik tədqiqatların əsasını qoymuşlar. 10 il sonra P.L.K.Qros və E.M.Qros (Gros and Gros) öz kitabxana kolleksiyalarının idarə olunması üçün obyektiv metod kimi jurnalların istinad analizini həyata keçirən ilk alimlər olmuşlar. Tədqiqatçılar "Journal of Chemical Society" jurnalının 1926 cildindən 3663 ədəbiyyat siyahısında göstərilən istinadları çıxararaq ən çox istinad olunan jurnalları təyin etmişlər. Bu cür yanaşma ilə tədqiqatçılar istinad analizinin həm kitabxana kolleksiyasının idarə olunması, həm də tədqiqatın qiymətləndirilməsində vacibliyini sübut etmişlər. == Bibliometriyanın riyazi əsasları == Bredfordun yayılma qanunu hər müəllif üçün məqalələrin tezliyi haqqında Lotka qanunu, mətnlərdə sözlərin işlənmə tezliyi haqqında Zipf qanunu və Praysın elmdə eksponensial artım qanunu ilə birlikdə bibliometriyanın riyazi əsaslarını formalaşdırır. Bununla yanaşı qlobal və bir istiqamətli istinad indeksinin, yəni Qarfildin Elmi İstinad İndeksinin yaradılması bibliometrik üsulların və istinad analiizinin əsas aspekti olan tədqiqatların idarə olunması və qiymətləndirilməsi sahəsinə keçidi təmin etdi. Bibliometriya və tədqiqatın qiymətləndirilməsində əsas vasitə verilənlər bazaları, qlobal və genişmiqyaslı analizi təmin edən istinad indeksləri hesab olunurdu.
Bioloji analiz
Bioloji analiz – sututarın üzvi çirklənmə dərəcəsinin təyinidir. Bu müayinə suyun keyfiyyətinin biogöstərici orqanizmlərin çirklənmənin səviyyəsinə verdikləri cavab reaksiyasına əsasən qiymətləndirilməsini nəzərdə tutur və su ekosistemlərininin qorunmasına xidmət edir. Suyun sanitar-bakterioloji göstəriciləri, onun içmək üçün yararlığı xüsusi mütəxəssislər, əsasən həkimlər tərəfindən müəyyən edilir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. == Mahiyyəti == Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.Ötürücü funksiyanın təyin edilməsi üçün maşının seçilmiş yerinə impuls çəkici ilə zərbə endirilərək sistem məcburi həyacanlandırılır.
Nargin adası
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qravimetrik analiz
Qravimetrik analiz (çəki analizi) – analitik kimyada müəyyən tərkibli təyin olunan komponentin kütləsinin dəyişməsinə əsaslanan miqdari analiz metodudur. Qravimetrik analizdə alınmış XaRb çöküntüsü üçün aX+bR=XaRb tipli reaksiya istifadə olunur. Çəki analizinin aparılması zamanı təyin olunan komponent və ya maddənin tərkib hissəsi (element, ion) göstərilən reaksiya üzrə reaksiyaya daxil olur və ayrılaraq çəkilir. Reaksiya üzrə alınmış forma qravimetrik forma adlanır (əvvəllər çəki forması adlanırdı). Alınan maddənin tərkibi dəqiq məlum olmalıdır. Yəni tərkib hər hansı bir kimyəvi formula tabe olmalıdır və tərkibində kənar qarışıqlar olmamalıdır. Qravimetrik analizdə müxtəlif qeyri-üzvi və üzvi kimyəvi birləşmələr istifadə olunur. Belə ki, məsələn, 1,2,3- benzotriazol mis, gümüş, sink və s. metalların qravimetrik təyinində istifadə olunur. Qravimetrik analiz (çəki analizi) öz inkişafının pik nöqtəsinə 1950-ci illərdə çatmışdı.
Riyazi analiz
Riyazi analiz — riyaziyyatın bir bölməsi olub, differensiallaşdırma, inteqral, ölçü cəbri, limit, silsilə və analitik funksiyaları özündə birləşdirir. Analizin özəyi sonsuz ardıcıllığın limitidir. Əsas mövzuları həmçinin inteqral və differensial hesabı əhatə edir. Riyazi analiz XVIII əsrdə yaranmış, lakin onun tam əsaslandırılması ancaq XIX əsrin sonunda Auqusto Koşinin yaratdığı limit nəzəriyyəsinin köməyi ilə baş vermişdir.
Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır. Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir. == Sistemli analizin tərifi == O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır. Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir. Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
Statistik analiz
Statistik analz - riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Termiki analiz
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. == Növləri == Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. == Metodların mahiyyəti == Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Termomexaniki analiz
Termomexaniki analiz (TMA)- müəyyən bir mexaniki yük tətbiq edilərkən, bərk cisimlərin, mayelərin və ya özlü materialların ölçüsünün və ya həcminin dəyişməsini temperatur və ya zaman funksiyası kimi müəyyənləşdirir (standartlar: DİN 51005, ASTM E831, ASTM D696, ASTM D3386, İSO 11359). == TMA-nın əsas xüsusiyyəti == Bu üsul (TMA metodu) dilatometriya üsuluna yaxındır, burada cüzi yük tədbiq edilərkən bərk cisimlərin və ya mayelərin ölçülərinin dəyişməsi ölçülür (məsələn, DİN 51045). Materiallarin əksəriyyəti qızdırılarkən və ya soyuduqda termomexaniki xüsusiyytləri dəyişikliklərə uğrayırlar. Məsələn, faza keçidləri, bitişmə və ya yumşalma istidən genişlənmə fonunda baş verə bilər. TMA müxtəlif materiallar üçün tərkibi, quruluşu, istehsal şərtləri və tətbiqi imkanlari haqqında dəyərli məlumat verir. == TMA-nın tətbiqi == TMA-nın tətbiqi keyfiyyətə nəzarətdən yeni materialların işlənib hazırlanmasına və tədqiqatlarına kimi olan sahəni əhatə edir . Bu, plastmassa, elastomer, boyalar, kompozit materiallar, yapışqan materiallar, liflər, keramika, şüşə, metal və ərintilər kimi yeni materialların işlənib hazırlanmasına və tədqiqatına aiddir. Ənənəvi olaraq TMA, dəyişən temperatur şərayitində sabit yük tətbiq ədərək, şüşələnmə temperaturu və materialların yumşalmasının xətti genişlənməsini öyrənmək üçün istifadə olunur. == TMA-nın işləmə prinsipi == Genişlənməni ölçmək üçün minimum yük səviyyəsinə malik sensor, nümunənin üzərində yerləşir. Sabit yük altında olan digər ölçülərə də, məsələn, penetrasiyanın müəyyən edilməsi, bükülmə, büzülmə, şişkinlik və sürünmə, elastiklik və əyilmə testləri daxildir (bu halda, nümunənin yerdəyişməsi, tədbiq olunan yük altında qaldığı müddətə uyğun olaraq ölçülür).
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. == Tarixi == Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Titrimetrik analiz
Titrimetrik analiz (titrləmə) – təyin edilən maddənin reaksiyası üçün sərf olunan reaktiv məhlulunun dəqiq bilinən qatılığının həcminin ölçülməsinə əsaslanan, analitik kimyada tez-tez istifadə olunan kəmiyyət/kütlə analiz metodudur.. == Titrləmə == Titrləmə — tətqiq edilən maddənin titrinin təyin prosessinə deyilir. Titrləmə sıfır işarəsinə kimi titrantla doldurulmuş buretkanın köməkliyi ilə aparılır. Başqa nişanlardan başlayaraq titrləmək məsləhət görülmür, çünki büretkanın şkalası qeyri-bərabər ola bilər. Büretkaların işçi məhlulla doldurulması qıf və ya xüsusi vasitələrin köməkliyi ilə aparılır, əgər büretka yarımavtomatikdirsə. Titrləmənin son nöqtəsi (ekvivalent nöqtəsi ilə səhv salmaq lazım deyil) indikatorlarla və ya fiziki-kimyəvi üsullarla (elektrikkeçiricilik, işıqkeçiricilik, indikator elektrodunun potensialı və s.) təyin edilir. Titrləməyə sərf edilən işçi məhlulun miqdarına əsasən analizin nəticələri hesablanır. == Titrimetrik analizin növləri == Titrimetrik analiz müxtəlif kimyəvi reaksiyalara əsaslana bilər: Turşu-qələvi titrləmə — neytrallaşma reaksiyaları Oksidləşmə-reduksiya titrləmə (permanqanatometriya, yodometriya, xromatometriya, bromatometriya və s.) – oksidləşmə-reduksiya reaksiyaları Çökdürmə titrləmə (argentometriya, merkurometriya və s.) – az həll olunan maddələrin alınması ilə gedən reaksiyalar, bu zaman məhlulda çökən ionların qatılığı dəyişir. Kompleksometrik titrləmə — davamlı kopleks birləşmələrin əmələ gəlməsinə əsaslanan reaksiyalar, bu zaman titrlənən məhlulda metal ionların qatılığı dəyişir. === Titrləmənin növləri: === Birbaşa titrləmə zamanı təyin olunan maddənin məhluluna (titrlənən maddənin alikvotasına və ya lazım olan miqdarda götürülmüş çəkisinə) kiçik porsiyalarla titrant məhlul(işçi məhlul) əlavə edilir.
Ədədi analiz
Ədədi analiz (Numerical analysis) - riyaziyyatın, riyazi formalaşdırılmış probemlərin həll üsullarının tapılmasına həsr olunmuş bölməsi; mücərrəd riyazi məsələlərin dəqiq və ya tətbiqi həllərinin tapılması üsullarının axtarılması. Kompüterlər öz sürətləri və hesablama imkanları hesabına belə araşdırmaları əhəmiyyətli dərəcədə genişləndirir və tezləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Onalsın Jumabəyov
Onalsın Jumabəyov (qaz. Оңалсын Исламұлы Жұмабеков, 9 noyabr 1948) — V çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı. == Bioqrafiyası == 9 noyabr 1948-ci ildə Taldıkorqan vilayəti, Aksu rayonundakı Kızıl-Orak kolxozunda anadan olmuşdur. 1974-cü ildə S. M. Kirov adına Qazaxıstan Dövlət Universitetini bitirib. İxtisası — vəkil. Karyerasına 1966-cı ildə Taldy-Kurgan bölgəsinin Aksu rayonundakı Zhanakogamsky sovxozunda fəhlə olaraq başlamışdır. 1974-1980-ci illərdə - Alma-Ata şəhərinin Auezov rayonu prokurorluğunun müstəntiqi. 1980-1985-ci illərdə Qazaxıstan SSR Prokurorluğu İstintaq İdarəsinin prokuroru, Qazaxıstan SSR Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi, Alma-Ata Prokurorluğunun Frunzenski rayon prokuroru vəzifələrində çalışmışdır. 1985-1990-cı illərdə Alma-Ata bölgəsi prokurorunun müavini vəzifəsini tutdu. 1990-1994-cü illərdə - Mangistau vilayətinin prokuroru, 1994-1996 - Almatı vilayətinin prokuroru.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı. 1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır.Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur. == Əsərin təhlili == İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Anaqiz (Sərab)
Anaqiz (fars. اناقيز‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 540 nəfər yaşayır (121 ailə).
Ayağın bağlanması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ayağın sarınması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Demet Akalın
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.