Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Maddələr
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar.Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur. == Maddələrin xassəsi == Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər.
Anabolik maddələr
ANABOLİK MADDƏLƏR – orqanizmdə zülal sintezini stimullaşdıran preparatlar. Anabolik maddələr quruluşuna görə kişi cinsiyyət hormonlarına yaxın olan androgen xassəli steroidlərə (klostebol, metandiyenon, metandriol, nandrolon) və nisbətən zəif anabolik təsirli qeyri-steroidlərə (orot turşusu, inozin, karnozin, mildronat, kreatin-fosfat, etaden, metilurasil, pentoksil) bölünür. Anabolik maddələr orqanizmdə azotu, kaliumu,kükürdü, fosforu saxlamaqla azot mübadiləsinə müsbət təsir göstərir, sidik cövhərinin böyrəklərlə xaric olmasını azaldır və kalsiumun sümüklərdə saxlanılmasını təmin edir. Onlar, həmçinin, iştahanı artırır, əzələ kütləsini çoxaldır, sümüklərin minerallaşmasını, dəri və selikli qişa zədələnmələrinin epiteli ilə örtülməsini sürətləndirir. Anabolik maddələr kaxeksiya, artan əzələ distrofiyası zamanı, ağır cərrahi əməliyyatlardan, yanıqlardan, sınıqlardan sonrakı bərpa dövründə, sağalmayan yaralarda, osteoporozda, sümük iliyi qanyaranması çox zəiflədikdə, bəzi endokrin xəstəliklərdə istifadə olunur. Prostat və süd vəzilərinin xərçəngi, prostatit, kəskin hepatit, qara ciyər sirrozu zamanı, hamiləlik və əmizdirmə dövründə Anabolik maddələr əks göstərilir. İdmanda Anabolik maddələr klassik dopinq hesab olunur və istifadəsi qadağandır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Analgetik maddələr
ANALGETİK MADDƏLƏR – ağrı hissini aradan qaldıran və ya zəiflədən dərman preparatları. Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Analgetik maddələrdə təzahür edir. Analgetik maddələr anesteziologiyada, əsasən, ümumi anesteziya və cərrahiyə əməliyyatından sonrakı ağrını götürmək üçün istifadə edilir. Bu qrup Analgetik maddələrin əsas nümayəndələri morfin, fentanil (remifentanil), omnopon, promedol, trimeperidin, prosidol, butorfanol, moradol, stadol, nalbufin, tramadoldur. Analgetik aktivliyinə görə buprenorfin (tebain alkaloidinin yarımsintetik törəməsi) morfindən 20–50 dəfə üstündür və kiçik cərrahi əməliyyatlardan sonra intensiv ağrıları götürmək üçün təyin edilir. Opioid Analgetik maddələrin universal antaqonisti naksolondur; opioidlərin təsirini tez dayandırmaq və onları bütün opioid reseptorlardan xaric etmək üçün istifadə olunur. Qeyri-narkotik Analgetik maddələrə pirazolonun (amidopirin, analgin, antipirin, butadion), anilinin (antifebrin, parasetamol, fenasetin), salisil turşusunun törəmələri (asetilsalisil turşusu, natrium-salisilat, salisilamid) aiddir. Ağrı götürmə aktivliyinə görə onlar narkotik Analgetik maddələrdən xeyli geri qalır. Bundan əlavə onlar ancaq bəzi növ ağrılar (nevralgik, baş, diş və s.) zamanı effektlidir.
Maddələr mübadiləsi
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Partlayıcı maddələr
Barıt
Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir. == Xassələri == Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır. == Səthi aktiv maddələrin yuyucu təsiri == Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). == Ümumi məlumat == Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir.İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y.Sil, Ş.Jerar, E.Franklit, Kekule, A.Kuper, M.Lomonosov, A.M.Butlerov, M.Markovnikov, A.Zinin, N.Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y.Məmmədəliyev, Ə.Quliyev, A.Məhərrəmov, M.Qulubəyov, Ş.Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur. Belə ki, indiki neft ehtiyatları dünya əhalisinin təlabatını 50-100 il ödəyə bilər.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. == Səthi-aktiv maddələrin təyinatları == SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. == Səthi-aktiv maddələrdən istifadə tarixi == Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Əldəqayırma partlayıcı maddələr
Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir. Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.
Ağ və boz maddələr
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. == Praktik cəhətdən dəyərli maddələrin axtarışı == Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
Psixotrop maddələr haqqında Konvensiya
Psixotrop maddələr haqqında Konvensiya (Vyana Konvensiyası 1971-ci il) ― psixotrop maddələrin sui-istifadəsi ilə mübarizə və onların qanunsuz trafikinin qarşısını almaq məqsədi daşıyan BMT müqaviləsi. 1976-cı ilin avqustunda qüvvəyə minmişdir. 2008-ci ilin noyabr ayından etibarən 183 əyalət konvensiyaya qoşulmuşdur. İdarə olunan psixotrop maddələr terapevtik əhəmiyyətinə və istifadəsi ilə əlaqəli potensial riskə görə dörd siyahısı bölünür. Siyahı I - halüsinasiya xüsusiyyətlərinə malik maddələr elmi istifadə üçün təsdiqlənmiş və tibbi məqsədlə məhdudlaşdırılmışdır. Cədvəl II - yüksək asılılıq potensialına sahib maddələr və geniş yayılan, lakin terapevtik məqsədlər üçün istifadə edilməsinə imkan verən xüsusiyyətlərə sahib maddələr. Siyahı III. Siyahı IV.Noyabr 2008-ci il tarixinə beynəlxalq nəzarət altında olan 116 psixotrop maddə var. Bütün maddələr Cədvəl II, III və IV yalnız həkim resepti ilə verilməlidir, etiketlərdə və onlara əlavə vərəqələrdə lazımi xəbərdarlıq və tədbirləri daxil olmaqla istifadə qaydaları olmalıdır. Bu maddələrin xalqa reklamı qadağan edilməlidir. Cədvəl I-yə daxil olan maddələrin istifadəsi yalnız dövlət nəzarəti və ya xüsusi icazə altında olan tibb və ya tədqiqat müəssisələrində mümkündür.
Pektin maddələri
Pektin maddələri - uron turşusunun törəmələri olmaqla, həyat üçün vacib hesab olunan bir çox biopolimerlərin tərkibinə daxildir. Pektin maddələri bitkilərdə və bəzi su yosunlarında, əsasən isə meyvə və tərəvəzin tərkibində vardır. Pektin maddələrinə protopektin, pektin, pektin turşuları aid edilir. == Xarici keçid == Интернет-сайт Международной ассоциации производителей пектина (International Pectin Producers Association) (ing.) Дополнительная информация о свойствах, производстве и применении пектина. Производство и применение пектинов Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine — Интернет-страница о пектинах Лаборатории фундаментальных и прикладных исследований качества и технологий пищевых продуктов ФГБОУ ВПО «Московский государственный университет пищевых производств». | Радиационный мониторинг жителей и их продуктов питания в Чернобыльской зоне Беларуси | Чернобыльская катастрофа УДК 621.029.553.5 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Пектин на сайте «Калоризатор» E440 — Пектин на сайте «Про добавки» == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Aktiv Boyaq Maddələri
Aktiv boyaq maddələri – molekulunda atom və ya atomlar qrupu saxlayan və boyama zamanı liflərin makromolekullarının funksional qrupları (OH, NH2) ilə möhkəm kovalent rabitə yaradan (məsələn: amid, mürəkkəb efirlər) sintetik boyalar. Aktiv boyaq maddələri rəngin davamlılığını təmin edir. Aktiv boyaq maddələri sellülozlu lif materiallarının, təbii ipək və yunun, az hallarda poliamid liflərin boyanmasında (bəzək vurul masında) geniş istifadə edilir. Aktiv Boyaq Maddələri molekulunda reaksiyaya qabil qruplar (məsələn, 1,3,5 — trixlorazin qalığı, 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidin, 2-bromakrilamid, vinilsulfon qrupu) boyağın rəngini təyin edən xromofor sistemlə əlaqədardır. Reaksiyayaqabil qrupları daxil etməklə rəngi sarıdan qarayadək dəyişən istənilən xromofor sistemli aktiv boyalar almaq olur. Belə ki, aktiv monoazoboyalar sarı, yaşıl və qırmızı, antraxinonlu Aktiv Boyaq Maddələri göy, mis ftalosianın əsasında olan Aktiv Boyaq Maddələri isə füruzəyi rənglərə boyayır. Sellülozlu lifli materiallar üçün xlortriazinli, xlorpirimidinli, vinilsulfonlu Aktiv Boyaq Maddələri daha çox tətbiq edilir. Dixlortriazinli Aktiv Boyaq Maddələri (məsələn, formul I) başlıca olaraq monoazoboyaların və ya onların metallarla komplekslərinin sianurxloridlə emalından (formul II), həmçinin 1-amino-4 — brom-antraxinon 2-sulfoturşunun (formul III) aromatik diaminlərlə arilaminləşmə məhsullarından alınır. Monoxlortriazin Aktiv boyaq maddələri (məsələn, formul IV) dixlortriazinli Aktiv boyaq maddələrində xlor atomlarının amin və ya alkoksi qrupla əvəz edilməsindən alınır. Pirimidinli Aktiv Boyaq Maddələri, məsələn, dixlorpirimidinli Aktiv boyaq maddələri (formul V) triazinlərə analoji olaraq 2,4,6-trixlor və ya 2,4,5,6-tetraxlorpirimidindən istifadə edilərək alınır.
Narkotik maddələri haqqında vahid Konvensiya
Narkotik maddələri haqqında vahid Konvensiya (1961) (1972-ci ildə düzəliş edilmişdir) — məqsədi, sirr (marixuana, həşiş və s.), kokain (digər ecognin esterləri ilə birlikdə) və tiryək (morfin, eroin, tibbi məqsədlər xaricində kodein və s.) 1931-ci il Paris Konvensiyasını dəyişdirdi. == Birləşmiş Millətlər Təşkilatının Narkotik maddələri ilə Mübarizə Konvensiyasının Qəbulu == Konfrans, BMT Baş Assambleyasının 1395 (XIV) qətnaməsi ilə narkotiklərə nəzarət sahəsində texniki yardımın göstərilməsinə dair xüsusi tədbirlərin təsis edilməsi məqsədi ilə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, 28 iyul 1958-ci il tarixli 689 J (XXVI) saylı qərarla, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 62-ci maddəsinin 4-cü bəndinə və Baş Məclisin 366 (IV) saylı qətnaməsinə əsasən qərar verdi. 3 dekabr 1949-cu ildə, bu sahədə mövcud olan çoxtərəfli müqavilələri tək bir sənədlə əvəzləyən Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsi, müstəsna olaraq narkotik nəzarətinə cavabdeh olan beynəlxalq müqavilə qurumlarının sayını azaltmaq üçün səlahiyyətli nümayəndələrin konfransını çağırmaq; və narkotik xammal istehsalına nəzarət yaratmaq. Birləşmiş Millətlər Təşkilatının Narkotik Narkotiklərlə Mübarizə Konvensiyasının Qəbulu üzrə Konfransı, 24 Yanvar-25 Mart 1961-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirildi. İşdə 73 ştatın nümayəndələri iştirak etdi. Konfransda BMT-nin aşağıdakı ixtisaslaşmış qurumları təmsil olunmuşdur: Ümumdünya Səhiyyə Təşkilatı; Beynəlxalq Mülki Aviasiya Təşkilatı; Beynəlxalq Əmək Təşkilatı; Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı.Konfransda aşağıdakı beynəlxalq qurumlar təmsil olundu: Daimi Mərkəzi Tiryək Komitəsi; Narkotik dərmanlara nəzarət orqanı.Konfransda aşağıdakı qeyri-hökumət təşkilatları da təmsil olundu: Beynəlxalq Katolik Xeyriyyə Konfransı; Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyası; Beynəlxalq Cinayət Polisi Əməkdaşlıq Təşkilatı.Konfransın işinin nəticəsi Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsinə dair 5 qətnamənin qəbulu, eyni zamanda 1961-ci il Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın mətninin təsdiqlənməsi olmuşdur.
Neft-Kimya Maddələri Layların Neft Hasilatını Yüksəldir (1985)
== Məzmun == Filmdə neft-kimya maddələrinin neft quyularında istifadə edilməsindən və bu madələrin layların neft hasilatının yüksəlməsinə əhəmiyyətli təsirindən danışılır. == Film haqqında == Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə Tatarıstanda çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: A.Borisov Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Sponsor == Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (film, 1985)
== Məzmun == Filmdə neft-kimya maddələrinin neft quyularında istifadə edilməsindən və bu madələrin layların neft hasilatının yüksəlməsinə əhəmiyyətli təsirindən danışılır. == Film haqqında == Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə Tatarıstanda çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: A.Borisov Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Sponsor == Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Geokimyəvi landşaftlar
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxt­larda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müd­dəa­lar nəzərə alınmaqla A.İ.Perelman tərəfindən yaradılmışdır. A.İ.Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) land­şaftda atomların miqra­siyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, tex­nogen (başqa sözlə antropogen, ya­xud mədəni) landşaftlara ayrı­lır. == Abiogen landşaft == Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu land­şaftlarda elementlərin biogen miqrasiyasının praktiki ola­raq möv­­­cud olmamasıdır. Yüksək dağ zirvələri, suayrı­cı­ların qar və qis­mən buzlaqlarla örtülmüş hissələri belə land­şaftlara aid edilir. == Biogen landşaft == Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqra­siya­nın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fi­ziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji döv­ranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji küt­lənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyiş­məsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümu­mi can­lı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kə­miy­yətlərin nisbətindən asılı olaraq müəy­yənləşdirilir (N.İ.Bazileviç, L.E.Rodin, 1965).
Geokimyəvi tsikl
Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Geokimyəvi xəritə
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Geokimyəvi xəritələr
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Geokimyəvi rejim
Geokimyəvi rejim – tektonik, maqmatik, hidrotermal, metasomatik, metamorfik, hidrodinamiki, epigenetik və biokimyəvi proseslərdə iştirak edən kimyəvi elementlərin və yaxud kimyəvi birləşmələrin formalaşdırdığı fiziki-kimyəvi şəraitdir. Geokimyəvi rejimin tipləri çox olub hansısa bir kimyəvi elementin və yaxud da kimyəvi birləşmənin fiziki-kimyəvi xüsusiyyətini özündə saxlayır. Bunlara geokimyəvi rejimin fiziki, kimyəvi, termik, üzvi, bərpaedici, oksidləşdirici, hidrodinamiki, hidrokimyəvi, atmokimyəvi, biogeokimyəvi, biokimyəvi və s. tipləri daxildir. Geokimyəvi rejim tiplərinin müəyyən edilməsində fəal su növlərindən (kükürdlü, hidrokarbonatlı, hidrogen-sulfidli və s.), həmçinin su növlərinin kimyəvi təkibindən (CO2, H2S, CH4, H2, N2, O2, Fe, K, Ca, Mg, S və s.) və geokimyəvi xüsusiyyətlərindən istifadə edilir.
Geokimyəvi zonalar
Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir. Kosmosun şüa enerjisinin geokimyəvi proseslərində iştirakının və qarşılıqlı təsirinin ən aktiv geosferidir.
Ağır mayelər
Ağır mayelər - yüksək xüsusi çəkiyə (£5,3) malik, kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün işlədilən mayelər. Ən çox Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və b. istifadə edilir. == Həmçinin bax == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir.Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. == İstifadə == Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır. Genetik, şəxsiyyət növü, psixoloji problemlər, özünü müalicə, cinsiyyət, yaş, ani hiss, insanın təməl ehtiyacları, maraq, ailə və sevgi problemləri, məktəbdə və ya işdə uğursuzluqlar, sosial-iqtisadi streslər, həmyaşıdların təzyiqi, yetkinlik yaşına çatmayanların cinayətkarlığı, tarixi amillər və ya sosial-mədəni təsirlər ən geniş müşahidə olunan nəzəriyyələrdir.
İlk müjdələr (film, 1960)
== Məzmun == Film Azərbaycanın yeddiillik dövlət planını yerinə yetirərək xalq təsərrüfatının bütün sahələrində, elm və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən danışır. Filmdə Azərbaycan neftinə geniş yer ayrılmışdır.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı- böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi birləşmələrə çevrilməsindən ibarətdir. == Ümumi məlumat == Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin edir. Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır. Yer kürəsində bu enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80° ş.en.) üç dəfə çoxdur. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və s.Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır. O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı tsikli sayılır.
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. == Tikinti materialları istehsalı == 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
Üzvi maddələrin bitki orqanizmində hərəkəti
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. == YSM-lərin tətbiqi == Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cu illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.