Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Arch
The Arch — Honkonqda yerləşən bina. Honkonqun 3-cü ən hündür yaşayış binasıdır. Binanın uzunluğu 231 metrdir. 2001-ci ildə inşası başlamış və 2005-ci ildə tamamlanmışdır. Binada 1000 mənzil vardır.
Arch Linux
Arch Linux — müstəqil olaraq inkişaf etdirilmiş x86-64 ümumi təyinatlı Linux paylanması. Arch dalğavari buraxılış modelinə əməl etməklə əksər proqramların ən son stabil versiyalarını təmin etməyə çalışır. Defolt quraşdırma istifadəçi tərəfindən yalnız məqsədyönlü şəkildə tələb olunanları əlavə etmək üçün konfiqurasiya edilmiş minimal baza sistemidir. Arch Linux üçün xüsusi olaraq yazılmış paket meneceri olan Pacman, proqram paketlərini quraşdırmaq, silmək və yeniləmək üçün istifadə olunur. Arch Linux dalğavari buraxılış modelindən istifadə edir, yəni sistemin tamamilə yeni versiyalarının "əsas buraxılışları" yoxdur. Ən son Arch proqram təminatını əldə etmək üçün lazım olan tək şey müntəzəm sistem yeniləməsidir. Arch komandası tərəfindən hər ay yayımlanan quraşdırma skriptləri əsas sistem komponentlərinin sadəcə olaraq ən son anlıq görüntüləridir. Arch Linux-un, ArchWiki kimi tanınan icma tərəfindən idarə olunan vikidən ibarət hərtərəfli sənədləri mövcuddur. == Tarixi == Başqa bir minimalist paylanma olan CRUX-dan ilhamlanan Cad Vinet, 2002-ci ilin martında Arch Linux layihəsinə başladı. İlk x86_64 quraşdırma ISO-su əvvəlcə yalnız 32-bit x86 CPU-lar üçün 2006-cı ilin aprelində buraxıldı.
Arch Enemy
Arch Enemy — 1996-cı ildə İsveçin Halmstad şəhərində yaranmış melodik death metal qrupudur. Mayk Amott, Carcass'ın dağılmasının ardından, 1995-ci ildə İsveçin Halmstad şəhərində açdığı bir musiqi mağazasını işlədirdi. Hətta Mayk həmin dövrdə Soilwork'ün ilk albomunun çıxması üçün qrupu musiqi şirkətləri ilə tanış etmiş və bunun nəticəsində Soilwork'ün karyerasını başlatmışdır. Bu sıralarda öz adına bir qrup qurmağa qərar verən Mayk, qısa müddətdə bir ulduzlar heyəti meydana gətirdi və ilk albom hazırlıqlarına başladı. İkinci gitarist olaraq Armageddon qrupunun gitaristi və qardaşı olan Xristafor Amott'u qrupa qatan Mayk, bas gitarist olaraq Viçeri, İluill və Mercyful Fate'də də çalmış olan Şarli d'Angelo'nu, perkusiyaçı olaraq da Euçarist və In Flames'də da olan və At The Gates perkusiyaçısı Adrian'ın da qardaşı olan Daniyel Erlandsson'u qrupa qatdı. Vokalist əskikliyini isə o günə qədər adı eşidilmiş bir qrupda yer almamış olan Yohan Liiva ilə doldurdu. Bu ulduzlar heyətiylə şirkət tapmaqda çətinlik çəkən Arch Enemy, Century Media Records ilə razılaşaraq 1996-cı ildə "Black Earth" albomunu satışa çıxartdı. Melodik və bir o qədər də sərt mahnıların yer aldığı bu albom, qısa müddətdə qrupun adını eşitdirməsini təmin etdi. Albomda həm də Iron Maiden "Ides of March" coveri də yer alırdı. "Bury Me An Angel" mahnısına çəkilən klip və uzaq şərq turundan sonra qrup ikinci albomunun işlərinə başladı.
Aglaia archboldiana
Aglaia archboldiana (lat. Aglaia archboldiana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Angelica archangelica
Dərman tütəkcəsi (lat. Angelica archangelica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
ArchLabs Linux
ArchLabs və ya ArchLabs Linux — Arch Linux bazalı Linux əməliyyat sistemidir. Əsas masaüstü mühiti kimi Openbox pəncərə menecerindən istifadə edir. ArchLabs 25 iyul 2017-ci il tarixində DistroWatch saytının online məlumat bazasına əlavə edilib. Distrubitivin adı onun yaradıcılarının sevimli əməliyyat sistemləri olan Arch Linux və BunsenLabs Linux əməliyyat sistemlərinin adlarındakı "Arch" və "Labs" sözlərinin birləşməsindən yaradılıb.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Intel Architecture
IA-32 (Intel Architecture-32) — Intel şirkətinin 32-mərtəbəli arxitekturaya malik 80386, 80486, Pentium, Pentium Pro, Pentium II, Celeron və Xeon mikroprosessorlarının ümumi işarəsi. Bu arxitekturanın bir sıra çatışmazlıqları Intel’i yeni IA-64 arxitekturasını işləyib hazırlamağa məcbur etdi. IA-64(Intel Architecture-64)– Intel şirkətinin 64-mərtəbəli arxitekturaya malik Merced, Itanium tipli prosessorlarının ümumi işarəsi. 1994-cü ildən Hewlett-Packard şirkətinin fəal iştirakı ilə işlənib hazırlanıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Internet Archive
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Mikania archeri
Mikania archeri (lat. Mikania archeri) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Pentacalia archeri
Pentacalia archeri (lat. Pentacalia archeri) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
Tanacetum archibadii
Terminalia archipelagi
Terminalia archipelagi (lat. Terminalia archipelagi) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
The Archer (albom)
The Archer — amerikalı müğənni Aleksandra Saviorun ikinci studiya albomu. 10 yanvar 2020-ci ildə 30th Century Records tərəfindən buraxılıb. Bütün treklər Aleksandra Savior tərəfindən yazılıb.
Archaeplastida
Arxeplastidlər (lat. Archaeplastida) — eukaryota domeninin diaphoretickes kladına aid bitki qrupu. Qrup qırmızı yosunlar (Rhodophyta), yaşıl yosunlar, quru bitkilər və qlaukofitlər kimi bəzi kiçik qrupları əhatə edir. Arxeplastidlərin bütün nəsilləri fotosintetik olmayan eukariotrof bir flagella növü qırmızı yosunların paralel taksonu olan Rhodelphidia istisna olmaqla hamısı fotoavtotrofdur. Arxeplastidlərin iki membranla əhatə olunmuş xloroplastları var və bu xüsusiyyətlərləri bu canlıların sianobakteriya ilə qidalanaraq endosimbioz hadisəsi ilə birbaşa əldə edildiyini göstərir. Kökayaqlılar Paulinella chromatophora, eləcə də xloroplastları olan bütün digər qruplarda üç və ya dörd membranla örtülmüş xloroplastlar var ki, bu da onların ikinci olaraq qırmızı və ya yaşıl yosunlardan törədiyini göstərir. Qırmızı və yaşıl yosunlardan fərqli olaraq, qlaukofitlər heç vaxt ikincili endosimbioz hadisələrinə daxil olmamışlardır. Arxeplastidlərin hüceyrələrində adətən sentriol yoxdur və düz kristal mitoxondri var. Onlar adətən sellüloza ehtiva edən hüceyrə divarına malikdirlər və qida maddələri nişasta şəklində saxlanılır. Lakin bu xüsusiyyətlər digər eukariotlarla da paylaşılır.
Archive.today
archive.today (və ya archive.is) 2012-ci ildə qurulmuş web-səhifələri arxivlə xidmətidir.
ArchLabs
ArchLabs və ya ArchLabs Linux — Arch Linux bazalı Linux əməliyyat sistemidir. Əsas masaüstü mühiti kimi Openbox pəncərə menecerindən istifadə edir. ArchLabs 25 iyul 2017-ci il tarixində DistroWatch saytının online məlumat bazasına əlavə edilib. Distrubitivin adı onun yaradıcılarının sevimli əməliyyat sistemləri olan Arch Linux və BunsenLabs Linux əməliyyat sistemlərinin adlarındakı "Arch" və "Labs" sözlərinin birləşməsindən yaradılıb.
Industry Standart Architecture
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tanacetum archibaldii
Tanacetum archibaldii (lat. Tanacetum archibaldii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.
Archineottia
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Archineottia gaudissartii
Neottia gaudissartii (lat. Neottia gaudissartii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Archineottia smithiana
Neottia smithiana (lat. Neottia smithiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Archboldia
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
ArchINFORM
ArchINFORM — memarlıq və şəhərsalma sahəsində məlumatların toplanması, tədqiqatı və paylaşımını təmin edən bir onlayn platformadır. Bu platforma, dünya miqyasında memarların, layihələrin, binaların və memarlıq üslublarının məlumatlarını təqdim edir. == ArchINFORM-un əsas xüsusiyyətləri == === Məlumat bazası === ArchINFORM, tanınmış memarların, layihələrin və binaların geniş məlumat bazasına malikdir. Burada memarların bioqrafiyaları, layihə təsvirləri, fotoşəkillər və çertyojlar yerləşdirilir. === Tədqiqat və resurslar === Platforma memarlıq tədqiqatçıları, tələbələr və mütəxəssislər üçün dəyərli bir resurs təqdim edir. İstifadəçilər, memarlıq layihələri və üslubları ilə bağlı müxtəlif məlumatları asanlıqla əldə edə bilərlər. ArchINFORM istifadəçilərə memarlıq sahəsindəki müxtəlif aspektləri araşdırmaq, müqayisələr aparmaq və yeni ideyalar əldə etmək imkanı verir. ArchINFORM, memarlıq ilə bağlı aktual tədbirlər, sərgilər və xəbərlər barədə məlumatlar təqdim edir. Bu, memarlıq icması üçün əlaqələr yaratmağa kömək edir. ArchINFORM, memarlıq sahəsində məlumat mübadiləsi üçün mühüm bir platforma olmaqla, mütəxəssislər və maraqlananlar arasında əlaqələrin gücləndirilməsinə və biliklərin paylaşılmasına töhfə verir.
First Arsch
First Arsch — "Rammstein"-in vokalisti Till Lindeman tərəfindən 1986-cı ildə Şverində yaradılmış punk rock qrupudur. Amma Lindemann bu qrupda zərb alətində ifa edirdi. == Haqqında == First Arsch qrupu "İlk Sənət" adı ilə tanınırdı. Bu ad səlahiyyətli orqanların fikirlərini yayındırmaq , incəsənətlə məşğul olan qrup olduqlarını göstərmək üçün qoyulmuşdur. Çünki o zamanlar Şərqi Almaniyada bu cür qrupların fəaliyyəti qadağan adı. Aşkarlanacağı təqdirdə qrup üvlərini böyük cəzalar gözləyirdi. Qısaca olaraq First Arsch gizli qrup idi. Gizlicə konsertlər verirdi. == Üzvləri == Yörq E. Milke (Bas gitarist, vokalist) Till Lindeman (Zərb) Rixard Kruspe (Baş gitarist, vokalist) Paul H. Landers (Ritim gitaristi, vokalist) == Diskoqrafiya == "Saddle Up" — Albomdakı mahnıların siyahısı: Train Priest in love SKA(T) In the name of love Crowded house Preagnant AHA-ha Superstition Saddle Up O-cult Moder Blues Come together Hip Hop Flop Chicken steps Big Dong (für Saskia S.) == Xarici keçidlər == First Arsch — discogs.com saytında.
Solomon Asch
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Arc de Triomphe
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur. Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.
L'Arc-en-Ciel
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib. 1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb.
L'Arc~en~Ciel
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib. 1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb.
March Comes in Like a Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Arça rayonu
Arça rayonu (tatar. Арча районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayonlardan biri. Respublikanın şimalında yerləşir. Baltaç, Saba,Teləçə, Pitrəç, Biektau, Əntə rayonları və Mari El Respublikası (Mari-Turek və Morkinski rayonları) ilə həmsərhəddir. İnzibati mərkəzi Arça şəhəridir. == Coğrafiyası == Rayonun relyefi Kazanka çaylarının vadilərinə bölünən (yüksəkliklər: Atınka, Verezinka, Oia, Kismes) Aşit, Şoşma təpəli düzənliklərdən (hündürlüyü 170–266 m) ibarətdir. Açıq boz meşə torpaqları geniş yayılmışdır. Meşələr ərazinin təxminən 12% -ni tutur. == Tarixi == 1920-ci ilə qədər müasir Arça rayonun ərazisi Kazan vilayətinin Kazan qəzasının tərkibində idi. 1920-1930-cu illərdə Arça kantonunun bir hissəsi olur.
The Best of L'Arc-en-Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. * Remix by Yukihiro.
The Best of L'Arc~en~Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. * Remix by Yukihiro.
AMCP
Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP — Razi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır. Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Cəbhə Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur. == Tarixi == 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir. Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.
APCR
APCR (İngilis dili → Armour-Piercing, Composite Rigid) (Azərbaycan dili → Sərt başlıqlı zireh dağıdıcı) tank əleyhinə mərmi növüdür. Mərminin başlığının içərisində çox sərt bir volfram metal örtüklü nüvəcik mövcuddur. Bu nüvənin xarici hissəsi daha yumşaq alüminium metal qapaq ilə örtülmüşdür. Mərmi tanka dəyəndə alüminium hissəsi dərhal dağılır, lakin volfram başlığı zirehə nüfuz edir və tankın içərisinə təsir göstərir. Beləliklə, tankın içindəki heyəti, avadanlıqları zərərsizləşdirə bilir. Bu mərmiyə Amerikalılar High Velocity Armour Piercing (HVAP) (Azərbaycan dilində → Lülədən yüksək çıxış sürəti olan zireh dağıdan mərmi); Almanlar isə Hartkernmunition deyirlər.
Adeh
Adeh (Sulduz)
Arad
Arad (judets)
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. == Həmçinin bax == Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Arat
Arau
Arau və ya Aarau (alman: [ˈaːraʊ]) — İsveçrənin şimalında şəhər, Arqau kantonunun inzibati mərkəzi. Are çayı üzərində yerləşir. Dəniz səviyyəsindən 368 m yüksəklikdə yerləşir. Arau vadinin yamacında tikilmiş köhnə istehkam şəhəridir. Şəhər indiki dövrdə əhalisi sürətlə artan mühüm sənaye mərkəzidir. Kilsə, muzeylər, elektrik enerjisi, maşınqayırma və toxuculuq, dəmir-polad və ayaqqabı fabrikləri var. == Tarixi == Arau XIII əsrin axırlarında Habsburq qraflıqlarının və Avstriya hersoqluqlarının hakimiyyəti altında idi. Bir neçə kilometr aralıda onların ailə qalaları mövcud idi. 1415-ci ildə şəhər bernlilərin əlinə keçmişdir. 1531-ci ildə baş tutmuş İkinci Kappel müharibəsində protestantların rəhbəri Svinqli öldürülmüş, bundan sonra burada katoliklər ilə protestantlar arasında sülh bağlamışdır.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Archer
Tomas Arçer (ing. Thomas Croxen Archer; 1817[…] – 19 fevral 1885) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Tomas Arçer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Təsnif etdiyi taksonlar == Leopoldinia piassaba Wallace ex Archer Mauritia carana Wallace ex Archer Olearia fulvida Archer ex Kuntze Olearia rugosa Archer ex Kuntze == İstinadlar == == Ədəbiyyat == C.D. Waterston; A. Macmillan Shearer. 2006. Former Fellows of The Royal Society of Edinburgh, 1783–2002, Royal Society of Edinburgh (Edinburgo) : 1024 pp.
Acca
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Ala-Arça (milli park)
Qırğızıstanın Milli Təbii Parkı Ala-Arça (qırğ. Ала-Арча) — Qırğızıstanın paytaxtından 41 km məsafədə Qırğız silsiləsinin (Kirg. Qırğız Ala-Too) şimal yamacında 1600–4860 metr yüksəklikdə yerləşən parkdır. 2280 hektar ərazini əhatə edir. Qırğızıstanın Ala-Tu yüksəkliyindən başlayaraq, şimala doğru Ala-Arçinski dərəsinə doğru uzanır. Ala-arxa çayı parkdan keçir. Ala-arxa çayı parkın ərazisindən keçir. Parkın direktoru Qasımbəyov Marat Aşurbəyoviçdir. == Təsviri == Ala — rəngarəng, zolaqlı; arça — ardıc mənalarını verir. == Tarixi == Milli park Qırğızıstan SSR Nazirlər Sovetinin 29 aprel 1976-cı il tarixli fərmanı ilə 19.4 min hektar ərazidə yaradılmışdır.
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir Toponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.
Funda Arar
Funda Arar (8 aprel 1975, Ankara) — anadolu rock, pop rock və "Türk sanat müziği" müğənnisidir. == Həyatı == İbtidai məktəbi Ankarada başlayan məktəbi atasının işi ilə əlaqədar Muğla və Adapazarında tamamlayan Funda Arar 1992-ci ildə İstanbul Teknik Üniversitesi, Türk Musikisi Devlet Konservatuarına daxil olub. Sənətçı Febyo Taşel ilə evlidir. == Musiqi Kariyerası == == Albomları == 1999: Sevgilerde 2001: Sevgiliye 2002: Alagül 2003: Sevda Yanığı 2006: Son Dans 2008: Rüya 2009: Zamanın Eli 2011: Aşkın Masum Çocukları == Video klipləri == Kaldırımlar Aysel Sonu Yok Bu Aşkın Sevgiliye Seni Düşünürüm Alagül Seninim Belki Bir Gün Arapsaçı Affet Sevda Yanığı Yangın Yeri Roman Haberin Var mı?
Hüseyn Arac
Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi. == Həyatı == Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur. Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Arçan
Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.