Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası[2] qısaca AMCP — Razi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP[3] adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır.[4] Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir.
Milli Cəbhə Partiyası | |
---|---|
Sədri | Razi Nurullayev |
Qurucu | Razi Nurullayev |
Quruluş tarixi |
|
Qeydiyyat tarixi | 31 avqust 2020 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | |
İdeologiya | |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | sosdem.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Cəbhə Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.[5]
19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.[6] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[7][8] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb,[9] 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.[10][11]
Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.[12]
Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[13]
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra, 26 noyabr 2023-cü ildə Milli Cəbhə Partiyasının Növbədənkənar Qurultayı keçirildi. Qurultayda partiyanın yeni Nizamnaməsi və Proqramı təsdiqlənmiş, həmçinin, qurultayda sədr, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilmişdir.[14]
Qurultay/Konfrans | Tarix | Seçilən sədr | Namizəd |
---|---|---|---|
Azərbaycan Xalq Cəbhəsi Partiyası (2015–2020) | |||
Etimad Qurultayı | 18 oktyabr 2015[15] | Razi Nurullayev | Razi Nurullayev
Mehman Muradlı Səbuhi Əliyev |
Milli Cəbhə Partiyası (2020-ci ildən) | |||
I (Quruluş) Qurultayı | 29 iyul 2020 | Razi Nurullayev | Razi Nurullayev |
II (Növbədənkənar) Qurultay | 26 noyabr 2023 |
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2024 |
Loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.
Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır.
Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.