Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atatürkçülük
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya.
Liberal Atatürkçülük
Liberal Atatürkçülük və ya Liberal Kamalizm, Türkiye Cümhuriyyətinin qurucu ideologiyası olan Kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsidir. Liberal Kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal Kamalizm, iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal Kamalizm, sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Atatürkü Anma, Gənclik və İdman Bayramı
Atatürkü Anma Gənclik və İdman Bayramı (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı. == Tarixi == Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.
Atatürkü Xatırlama, Gənçlik və İdman Günü

Atatürk
Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk, digər adı Kamâl Atatürk) (1881, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası – 10 noyabr 1938[…], Dolmabağça sarayı, Beşiktaş, Türkiyə) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmir yolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi.
Atatürkün Prinsipləri
Atatürkün prinsipləri Türkiyənin modernləşmə istiqamətini, islahatları "təməlində nə olduğunu və düşüncə və düşüncələrə söykənən Türk milliyyətçiliyini müəyyənləşdirir. Atatürkün prinsiplərini və inqilablarını bir-birinə bağlayan atatürkçü düşüncə sistemi, çağdaş uygarlık səviyyəsinə çatdırmaq üçün Türkiyənin düşüncə ağılının əsas sahələri və yolları məntiqlə çəkilir. Bu səbəbdən Atatürkün prinsip və inqilablarının əsası konstruktiv olmaq və faydalı tərəfdə olmaqdır. == Əsas prinsiplər == 6 prinsipdən ibarətdir. === Respublikaçılıq === Respublikaçılıq (lat. res publica; res – iş, publicus – ictimai, ümumxalq) və ya cümhuriyyətçilik (cümhuriyyət sözündən; ərəb. جمهورية, cümhuriyyə; cümhur – ictimai) — müstəqil özünüidarə anlayışı ətrafında formalaşmış, sadəcə çoxluğun yox, eyni zamanda azlığın suverenliyini, yəni vətəndaşların bərabərhüquqluluğunu vurğulayan, respublikaçı konstitusiyalı sistem və respublikaların əsasını təşkil edən ideologiya. İdeologiyanın xüsusiyyətlərindən biri də referendumdur. Respublika üçün Atatürk; "Türk millətinin xarakterinə və adətlərinə ən uyğun gələn rəhbərlik" ifadəsini istifadə etdi. === Milliətçilik === Millətçilik müəyyən millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və hərəkatdır.
Atatürk Muzeyi
Atatürk Muzeyi və ya digər adıyla İnqilab Muzeyi, İstanbulun Şişli rayonunda yerləşən və 1942-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən muzeyə çevrilmiş Mustafa Kamal Atatürkün yaşadığı evdir. Burada Atatürkün şəxsi əşyaları, Atatürk və Türkiyə İstiqlaliyyət müharibəsi ilə bağlı müxtəlif materiallar həmçinin fərqli rəssamlara aid tablolar sərgilənməkdədir. == Keçmişi == Mustafa Kamal, Birinci Dünya Müharibəsinin sona çatmasından sonra Suriya cəbhəsindən ayrılaraq 13 noyabr 1918-ci ildə İstanbula gəldi. Bir müddət Pera Palasda qaldıqdan sonra dostu Salih Fansanın Bəyoğlunda yerləşən evində qonaq oldu. Bu arada Şişlidə, bu gün ki, Halaskarqazi Prospektində Osep Kasabyanın 1908-ci ildə tikdiyi 3 mərtəbəli evi kirayə aldı. Mustafa Kamal, Akaretlerdə yaşayan anası Zibeydə xanım və bacısı Makbuleni yanına gətirdi. Özü ikinci mərtəbədə, yavəri isə alt mərtəbədə otururdu. İstanbulun işgal olunduğu günlərdə Mustafa Kamal dostlarıyla bu evdə tez-tez toplaşırdı. Samsuna doğru hərəkət etdiyi gün, 16 may 1919-cu ilə qədər bu evdə yaşadı. Mustafa Kamal Ankaraya yerləşdiyində anasını və bacısını yanına gətirdi.
Atatürk Universiteti
Atatürk Universiteti — 1957-ci ildə yaradılan universitetidir. == Tarix == Atatürk Universitetinin tarixi Türkiyə Cümhuriyyətinin önəmli röyalarından birinin gerçəkləşməsidir. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir. Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar. İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.
Atatürk abidəsi
Atatürk abidəsi (Kanberra)
Atatürk bəndi
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Atatürk evi
Atatürk evi muzeyi — geniş yayılmış fikrə görə Mustafa Kamal Atatürkün 1881-ci ildə Salonikidə doğulduğu və bu gün muzey kimi istifadə edilən ev. Saloniki bələdiyyəsi, Türkiyə Respublikasının 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarını vermiş; satınalma işləri tamamlanıb hədiyyə edilməsi 1937-də baş tutan ev 1953-də muzey olaraq açılmışdır.Ev-muzeyi ildə 50 mindən artıq insan ziyarət edir. Evin bağçasında Atatürkün atası Əli Rza Əfəndi tərəfindən əkildiyi rəvayət olunan tarixi nar ağacı, tarixi və mədəni dəyəri səbəbilə muzeyin ən çox diqqət çəkən nöqtələrindəndir.Ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən "müasir abidə" kimi təsdiq edilmişdir. == Ünvanı == "Agiu Dimitriu məhəlləsi, Apostolu Pavlu pr.17" ünvanında yerləşən evin Osmanlı dönəmindəki ünvanı "Koca Kasım Paşa məhəlləsi, İslahane prospekti və ya Numan Paşa prospekti" şəklindədir. == Surətləri == === Atatürk Meşə Ferması Atatürk Evi === Atatürkün 100 illiyi münasibətilə türk xalqının atasına sevgi və hörmətinin dəlili olaraq Salonikidəki Atatürk evinin eyni plan və ölçülər içərisində bir surəti, Ankara Ticarət Palatasının dəstəyi ilə Çarmıqlı qardaşları tərəfindən Atatürk Meşə Fermasının ərazisində inşa etdirilərək 1981-ci il 10 noyabr günü mərasimlə ziyarətə açılmışdır. Bu fəaliyyətlər çərçivəsində Əkinçi Atatürk Abidəsi də ucaldılmışdır. Atatürk evi Atatürk Meşə Ferması idarəsi tərəfindən idarə olunmaqdadır. === Ovçular Atatürk Evi === Ovçular Anbarlı Məhəlləsində yaradılan bu monumental əsər, Atatürkün Salonikidə doğulduğu ev model alınaraq hazırlanmışdır. Əli Külək və Tuncay Gürpınarlı tərəfindən Atatürkün Salonikidəki evi layihələndirildikdən sonra, Memar Müslüm Kaptan tərəfindən Ankara, Sivas və Ərzurumda araşdırma gəzintiləri aparılaraq lazımi məlumat və sənədlər toplandı. Orijinalına sadiq qalınaraq yaradılan bu əsər üçün 650 milyard lirə xərclənmişdir.
Atatürk islahatları
Atatürk islahatları (türk. Atatürk Devrimleri) — Mustafa Kamal Atatürkün rəhbərliyi altında və Kamalizm ideologiyasına uyğun olaraq, yeni yaranmış Türkiyə Respublikasını sekulyar, müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi siyasətdə edilən dəyişikliklərdir. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşə bilmək üçün özünü siyasi və mədəni baxımdan qərbləşdirməsi idi. Siyasi islahatlar bir çox ənənələrə son qoyan fundamental institusional dəyişikliklərin aparılması ilə müşayiət olunmuş və əsrlər boyu formalaşan mürəkkəb sistemi açmağa yönəlmiş planlı proqram icra edilmişdir.İslahatlar konstitusiyanın modernizasiyası ilə, o cümlədən, 1921-ci il konstitusiyasını əvəz edən 1924-cü il konstitusiyasının qəbulu və yeni respublikanın ehtiyacları üçün Avropa qanunlarının və hüququnun tətbiqi ilə başlamışdır. Bunun ardınca dövlət idarəetmə aparatının tam sekulyarizasiyası və müasirləşdirilməsi aparılmış, təhsil sisteminə xüsusi diqqət yetirilmişdir. Atatürk islahatlarının Osmanlı İmperiyasında 1839-cu ildə başlayan və 1876-cı ildə birinci konstitusiya dövrü ilə başa çatan Tənzimat dövrünün yenilik və modernləşmə hərəkətlərinin davamı olduğunu düşünmək geniş yayılmışdır. Ancaq Mustafa Kamal Atatürk konstitusiya ziyalılarının hədəfləri ilə razılaşmadı; modernistlərin təklif etdiyi latın qrafikasının qəbulu, Qərbdən mülki hüquq (medeni hukuk) alınması, mədrəsələrin və təkkələrin bağlanması təkliflərinin ötəsinə keçərək respublikanın elanı, xilafətin qaldırılması, sekulyarizm ve qadınların siyasi hüquqların tanınması islahatlarını da həyata keçirmişdir.Atatürkün rəhbərliyi altındakı bəzi islahatlar müsəlman məmləkətlərində mühafizəkar və islamçı qruplar tərəfindən tənqid olundu və anti-dini olma ilə ittiham edildi. Pakistanın ilk xarici işlər naziri Məhəmməd Zafirullah Xan, 1951-ci ildə Pakistan baş nazirinin təlimatı üzərinə Türkiyəyə rəsmi bir ziyarətdə tapıldı. Özü xatirələrində Atatürk sonrası Türkiyəni belə izah etməkdədir: "Atatürk inqilabından sonra, İslam ölkələrinin ümumi fikri, Türkiyədə dini dəyərlərə hörmətsizlik edilir şəklində idi. Amma mənim gördüklərim bunun tam tərsiydi və söz-söhbətlərin yalnız bir ittiham olduğunu gördüm." == Əhəmiyyətli hadisələr == === 1920-ci illər === Siyasi: 1 noyabr 1922: Osmanlı sultanlığının ləğv edilməsi Siyasi: 29 oktyabr 1923: Türkiyə Respublikasının elan olunması Siyasi: 3 mart 1924: Osmanlı xilafətinin ləğv edilməsi İqtisadi: 24 iyul 1923: Lozanna müqaviləsi ilə kapitulasiyaların ləğvi Təhsil: 3 mart 1924: Təhsilin mərkəzləşdirilməsi Hüquqi: 8 aprel 1924: Şəriət məhkəmələrinin ləğvi İqtisadi: 1924: Həftəsonu Qanunu Sosial: 25 noyabr 1925: Erkəklər üçün geyimin dəyişilməsi Sosial: 30 noyabr 1925: Dini monastırların və dərviş evlərinin bağlanması İqtisadi: 1925: Nümunəvi fermaların yaradılması; (məs.: Atatürk Meşə Ferması) İqtisadi: 1925: Beynəlxalq vaxt və təqvim sistemi (Qriqorian təqvimi və vaxt zonası) Hüquqi: 1 mart 1926: İtaliya cinayət məcəlləsi əsasında hazırlanmış cinayət məcəlləsinin qəbulu Hüquqi: 4 oktyabr 1926: İsveçrə mülki məcəlləsi əsasında yeni mülki məcəllənin qəbulu Hüquqi: 1926: Öhdəliklər qanunu Hüquqi: 1926: Kommersiya qanunu İqtisadi: 31 may 1927: Türkiyə Dövlət Dəmiryolları Təhsil: 1 yanvar 1928: Türkiyə Təhsil Assosiasiyasının qurulması Təhsil: 1 noyabr 1928: Yeni türk əlifbasının tətbiqi === 1930-cu illər === Təhsil: 1931: Tarixi araşdırma üçün Türk Tarix Cəmiyyətinin qurulması Təhsil: 12 iyul 1932: Türk dilinin tənzimlənməsi üçün Türk Dil Cəmiyyətinin yaradılması İqtisadi: 1933: Beynəlxalq vahidlər sisteminin qəbulu İqtisadi: 1 dekabr 1933: İlk beş illik inkişaf planı (planlaşdırılan iqtisadiyyat) Təhsil: 31 may 1933: Universitetin təhsilinin tənzimlənməsi Sosial: 21 iyun 1934: Soyad Qanunu Sosial: 26 noyabr 1934: Müəlliflərin və adların ləğv edilməsi Təhsil: 5 dekabr 1934: Qadınların səs verməsi və seçilməsi üçün tam siyasi hüquqlar.
Atatürk körpüsü
Atatürk körpüsü — ilk olaraq tikiləndə əsl adı Mahmudiyə körpüsü olmuş, sonralar Unkapanı körpüsü və Karaköy-Eminönü körpüsü olaraq da adlandırılmışdır. Körpüdə keçidlər pulsuz olduğu üçün xalq Hayratiye körpüsü adını vermişdir.İstanbulda tarixi yarımadanı Bəyoğlu yaxasına birləşdirən bir körpüdür. Fatih ilçəsinə bağlı Unkapanı Kiçikkbazar bölgəsi ilə Bəyoğlu ilçəsinə bağlı Azapqapı səmtlərini bir-birinə bağlayır. Aksaray səmtindən başlayaraq Unkapanına gələn Atatürk bulvarının davamı deməkdir. == Tarixi == Körpü 1836-cı ildə Sultan II Mahmudun (1808-1839) əmrilə kapitanı dərya Fevzi Əhməd Paşa tərəfindən tərsanədə tikilib. Körpü 1836-cı ildə tamamlandı və açılışını şəxsən Sultan II Mahmud körpüyə at üzərində keçərək edib. Körpünün uzunluğu təxmini olaraq 400 mt, eni isə 10 mt olmuşdur. Körpünün ortası lazım olanda böyük gəmilərin keçməsi üçün açılırdı. XIX əsrin sonlarında Körfəzdə yerləşən körpülərin dəyişdirilməsi gündəmə gəlmiş və burada dəmir bir körpü keçirilməsi ideyası ön plana çıxmışdır. Bu barədə xarici şirkətlərlə danışıqlar aparılmışdır.
Atatürk ili
Atatürk ili 1978-ci il noyabrın 27-də Parisdə keçirilən YUNESKO-nun 20-ci Baş Assambleyasında 1981-ci ilin Atatürk ili kimi qeyd olunması qərara alınıb. 12 sentyabr çevrilişi ilə hakimiyyətə gələn Milli Təhlükəsizlik Şurası da qanun qəbul edərək 1981-ci ili Atatürk ili elan etdi.Mustafa Kamal Atatürkün anadan olmasının 100 illiyi münasibətilə UNESCO-nun təşəbbüsləri ilə; Atatürkün şəxsiyyətini, fəaliyyətini, baxışlarını dünyaya tanıtmaq üçün müxtəlif tədbirlər təşkil edilib. Xalq artistləri müxtəlif konsertlər veriblər. YUNESKO-nun baş qərargahında sərgilər keçirilib. Kipr Türk Federativ Dövlətində də bayram tədbirləri keçirilib. Türkiyədə Atatürk ili 5 yanvar 1981-ci ildə Kənan Əvrənin Türkiyə Böyük Millət Məclisindəki çıxışı ilə başladı. Ölkədə bayram proqramları “Milli Komitə” tərəfindən təşkil olundu. Bundan əlavə, bayram tədbirlərinin keçirilməsi üçün “Bayram Koordinasiya Şurası” yaradılıb. Koordinasiyanın məqsəd və vəzifələri yazılı şəkildə Kənan Əvrən tərəfindən müəyyən edilmişdi. 1981-ci ildə ölkədə Atatürk adına keçirilən müxtəlif idman qarşılaşmaları, mətbuat-yayım tədbirləri və mədəniyyət proqramları ilə 100 illik yubileyin yaddaqalan olmasını təmin etmək məqsədi daşıyırdı.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi

Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər.Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi. Atatürkün fikrincə, türk xalqı İslamın nə olduğunu bilmir və Quran oxumaz.
Atatürk Beynəlxalq Aeroportu
Atatürk Beynəlxalq Hava Limanı — (türk. Atatürk Uluslararası Havalimanı, ing. Atatürk International Airport) (IATA: ISL , ICAO: LTBA) — İstanbulun Avropa hissəsində beynəlxalq hava limanı, öncəki adı Yeşilköy Hava Limanı olmuşdur. 1900-cü illərin əvvəllərində Türkiyədə ilk hava nəqliyyatının başladıldığı yer olan Atatürk Aeroportu, 1953-cü ildə beynəlxalq hava nəqliyyatına açılmışdır. 29 İyul 1985-ci il tarixində adı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün soyadı verilərək, Atatürk Beynəlxalq Hava Limanı olaraq dəyişdirilmişdir.
Atatürk Evi Muzeyi
Atatürk Evi Muzeyi — Atatürk Evi Muzeyi, Türkiyənin Kayseri şəhərində yerləşən bir muzeydir. 1983-cü ildə açılan muzeydə Mustafa Kamal Atatürkə aid əşyalar sərgilənir. == Tarixi == XIX əsrdə ev olaraq tikilən muzey binası İmamzadə Rəşid Ağanın Malikanəsi kimi də tanınır 19–20 dekabr 1919-cu ildə şəhərə gələn Mustafa Kamal Atatürk iki gecə binada qalmışdır. 1976-cı ildə bina qorunmaq üçün daşınmaz mədəni sərvət kimi qeydiyyata alınmışdır. 1978-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən milliləşdirildi. 1983-cü ildə isə Atatürk Evinə çevrildi. 19 dekabr 1998-ci ildə yenidən təşkil edildi və Atatürk Muzeyi kimi fəaliyyət göstərməyə başladı == Memarlıq == İki mərtəbəli malikanə kəsilmiş daş və ağacdan tikilmişdir. Damın uclarında və bay pəncərənin alt saçaqlarında ağac motivləri var.
Atatürk Meşə Ferması
Atatürk Meşə Ferması (əvvəllər Meşə Ferması və Qazi Meşə Ferması) — Mustafa Kamal Atatürkün 5 may 1925-ci ildə, Ankarada müasir bir ferma qurulması üçün verdiyi təlimat ilə qurulmuşdur. Türkiyəni müstəqilliyə qovuşdurduqdan sonra, "Milli iqtisadiyyatın təməli əkinçilikdir. Bunun üçündür ki əkinçilikdə inkişafa böyük əhəmiyyət verməliyik. Kəndlərə qədər yayılacaq proqramlı və praktik işlər bu məqsədə çatmağı asanlaşdıracaq. Lakin bu həyati işi isabətlə məqsədə çatdıra bilmək üçün, əvvəlcə ciddi dərslərə söykənən bir əkinçilik siyasəti tətbiq etmək və onun içində hər kəndlinin və bütün vətəndaşların asanca qavraya biləcəyi və sevərək tətbiq edə biləcəyi bir əkinçilik rejimi qurmaq lazımdır" deyərək əkinçiliyə verdiyi prioriteti ifadə etmişdir. "Yaşılı görməyən gözlər rəng zövqündən məhrumdur. Buranı elə ağaclandırın ki kor bir insan da yaşıllıqlar arasında olduğunu fərq etsin" deyərək Atatürk Meşə Fermasının qurulmasına öncüllük etmişdir. Atatürk ölkənin tanınmış əkinçilərini Çanqaya köşkünə çağıraraq Ankara ətrafında müasir bir ferma qurmaq istədiyini bildirmiş və bu məqsədəuyğun bir ərazi tapmalarını əmr etmişdi. Tamamlanmasının ardından Atatürk, bu fermanı dövlət xəzinəsinə bağışlamış və bu gün də "Dövlət Əkinçilik İşlətmələri" adı altında fəaliyyətini davam etdirməkdədir.
Atatürk Olimpiya Stadionu
Atatürk Olimpiya Stadionu (Türkcə: Atatürk Olimpiyat Stadyumu) - İstanbul'un Başakşehir ilçəsində yerləşir.UEFA-nın 5 ulduzlu stadionlarından biridir. 2006-cu il UEFA kubokunun finalı bu stadionda keçirildi.
Atatürk abidəsi (Sarayburnu)
Sarayburnu Atatürk Abidəsi (türk. Sarayburnu Atatürk Anıtı) — İstanbul Bələdiyyəsi tərəfindən avstriyalı heykəltaraş Henrix Krippel tərəfindən hazırlanan Türkiyənin ilk abidə heykəli. Heykəl Türkiyədə qoyulan heykəl eyni zamanda ilk Atatürk heykəldir. Abidə Mustafa Kamal Atatürkün, Türkiyə İstiqlaliyyət müharibəsini başlatmaq üçün Samsuna getmək məqsədilə yola çıxdığı yerdə qoyulmuşdur. Abidə, 3 oktyabr 1926-cı ildə dövrün bələdiyə sədri, Emin Erkul (1924–1928) tərəfindən açılmışdır. == Tarix == Abidə Sarayburnu Parkında yerləşir. Buraya bir Atatürk heykəlinin dikilməsi fikri dövrün Bələdiyyə Sədri, Emin Erkul aiddir. Bələdiyyə Məclisi tərəfindən də icazəsi verilən bu təklifin gerçəkləşdirilməsi üçün bir komissiya qurularaq işlərə başlanmışdır. Heykəlin hazırlanması heykəltaraş Henrix Krippelə həvalə edilmişdi. Heykəlin hazırlanmasına 15.000 türk lirəsi xərclənmişdir.
Atatürk abidəsi (İzmir)
Atatürk abidəsi (türk. Atatürk Anıtı) — Türkiyənin İzmir şəhərininin Konak ilçəsindəki Cümhuriyyət meydanında yerləşən abidə. Mustafa Kamalın xatirəsinə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin bir simvoludur. Abidənin heykəli İtaliya heykəltəraşı Pyetro Kanonikaya 1929-cu ildə sifariş edilmişdir. 27 iyul 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilmişdir.
Atatürk maskası (İzmir)
Atatürk maskası (türk. Atatürk Maskı) — İzmir şəhərində müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün başı formasında beton relyefdən düzəldilmiş heykəl. O, tarixi Kadifekale qalasının cənubunda yerləşir. Onun üzərində işlər 2009-cu ildə tamamlanmışdır. 42 m yüksəklikdə olan Atatürk Maskası Türkiyənin ən yüksək relyef heykəlidir və dünyada onuncu yüksək relyef heykəldir. Meşələr üzərində qurulmuş və ABŞ-da yerləşən Raşmor dağından fərqli olaraq dağın yamacına həkk olunmayıb. Daha dəqiq təsvir etmək üçün dağ kosmik truss sistemini ehtiva edən polad konstruksiyasından ibarətdir. Tamamlanma işləri üç il çəkən maska, Braziliyanın Rio-de-Janeyrodaki İsa Məsihin heykəlindən daha yüksəkdədir.Hava və iqlimin dağıdıcı təsiri ilə əlaqədar təmirçilər kömək üçün təcrübəli alpinistlərə müraciət etmişdilər, çünki kran abidənin bəzi yerlərinə qalxa bilmirdi.
Atatürk su anbarı
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Atatürk şəxsiyyətinə pərəstiş
Atatürk şəxsiyyətinə pərəstiş — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsiyyəti, fikirləri və siyasi düşüncələri ətrafında yaşadığı dövrdə meydana gəlmiş və əsasən öldükdən sonra davamçıları tərəfindən qurulmuş şəxsiyyətə pərəstiş. == Əsasları == Atatürkün qəhrəman və heç nədən təsirlənməyən, hər mövzuda düzgün siyasət yeridən, səhv etməyən lider kimi düşünülməsini ifadə edir. Mustafa Kamalın milli qəhrəman obrazı İstiqlaliyyət müharibəsində başlayıb 1927-ci ildən etibarən daha böyümüşdür və bu obraz XX əsrdə oxşarları içərisində ən uzunömürlü şəxsiyyətə pərəstiş halını almışdır. == Atatürk pərəstişinin yaranması və möhkəmlənməsi == Çanaqqala döyüşündə "Anafartalar qrupu"nun komandiri olan polkovnik Mustafa Kamal qələbədən sonra ictimai rəy nəticəsində "Anafartalar Qəhrəmanı" olaraq tanınmışdır. Bir çox yazıçının yazdığına görə XX əsrin əvvəllərində Osmanlının hərbi və siyasi məğlubiyyətləri ağır rüsvayçılıq yaşayan türk xalqı Anafartalar Qəhrəmanı Mustafa Kamalı o dövrdə türklük və müsəlmanlıq şərəfini xilas edə biləcək ümid olaraq görürdü. M. Kamal 1919-cu ildə İstiqlaliyyət müharibəsinin öndəri oldu və iki il ərzində qəhrəman mərtəbəsinə çatdı. Sakarya döyüşündən əvvəl baş komandir olan Mustafa Kamal artıq İstanbul və bütün Anadoluda simvola çevrilmişdi: adına toplu dualar oxunurdu. Sakarya döyüşünün qazanılmasından sonra "Qazi" ləqəbini aldı və "Qazi həzrətləri" kimi tanınmağa başladı. 1923-cü ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti oldu. Mustafa Kamal qazanılan bütün uğurların "xalqın uğuru" olduğunu vurğulamışdır.
Azərbaycan Atatürk Mərkəzi
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. Mərkəzin müdiri Nizami Cəfərovdur. == Tarixi == Azərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir. == Fəaliyyəti == Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. == Əsas vəzifələri və funksiyaları == Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.Mərkəz ona həvalə olunmuş əsas vəzifəsinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: Mustafa Kamal Atatürk irsini tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini müvafiq mövzuların işlənilməsinə cəlb edir və onların elmi fəaliyyətlərinə lazımi şərait yaradır; Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatlar aparır; Türkdilli xalqların ictimai fikir tarixində və mədəni inkişafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir; Aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədilə elmi əsərlər, məcmuələr və s. nəşr edir; Atatürk şəxsiyyəti və irsinin tədqiqinə həsr olunmuş görkəmli əsərlərə görə mükafatlar verir; Atatürk irsinə aid sənədlərin vahid arxivini və fondunu yaradır; Türkdilli dövlətlərin həyatının müxtəlif sahələrinə həsr edilmiş tədbirlər keçirir; Respublika daxilində və respublikadan kənarda türkdilli dövlətlərin elmi və mədəniyyəti ilə əlaqədar tədqiqatlar aparan digər qurumlarla münasibətlərini qurur və onların fəaliyyəti ilə öz fəaliyyətini əlaqələndirmək üçün konfrans və müşavirələr keçirir; Türkdilli dövlətlərin və digər xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir; Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil edir və belə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsini təmin edir.
Azərbaycanda Atatürk Mərkəzi

Konya Atatürk stadionu
Konya Atatürk stadionu — 1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdur. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir. 7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı. Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur.