Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədaxil
Axşam
Axşam günün periodu olub, gündüzün sonunda başlayan və gecənin başlanğıcı ilə üst-üstə düşür. Ümumiyyətlə, günəşin üfüqə yaxın olduğu zaman dövrünü göstərir və mülki, dəniz və astronomik alatoranlıq dövrlərini əhatə edir. Axşamın başladığı və bitdiyi dəqiq vaxtlar subyektivdir və ilin yerindən və vaxtından asılıdır. Gün batmazdan bir az əvvəl son azalan günortanı daxil etmək üçün danışıq dilində istifadə edilə bilər.
Mədaxil Cavadlı
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980). Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000). == Yaradıcılığı == XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Axşam yarasası
Axşam yarasası (lat. Nyctalus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Mirzəbəyovun mədaxil evi
Mirzəbəyovun mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində, Bakı metropoliteninin İçərişəhər metrostansiyası və Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı Musa Nağıyevə sataraq Bakını tərk etmişdir. Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur. Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş bina demək olar ki, bütöv bir kvartalı əhatə edir. == Tarixi == Bina keçmiş Qubernator bağı, hazırda Filarmoniya bağı adlandırılan şəhər bağı ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində yerləşir. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı 1.200.000 qızıl rubla Bakı milyonçularından Musa Nağıyevə sataraq pulları ABŞ banklarından birində yerləşdirmiş, özü isə Nyu-Yorka köçmüşdür. Sonradan binanın inşaat işləri 1917-ci ilə kimi Musa Nağıyevin hesabına aparılmışdır. Evin birinci sahibinə hörmət əlaməti olaraq Nağıyev binanın fasadında Mirzəbəyovların venzelinin saxlanılmasına qərar vermişdir. Bina inşa edilməzdən əvvəl onun yerində bir neçə yarımdağılmış vəziyyətdə olan daxmalar var idi.
Muxtarovun mədaxil evi
Muxtarovun mədaxil evi — Bakıda Rəşid Behbudov küçəsində, 1910-cu ildə Bakı neft maqnatı və milyonçusu Murtuza Muxtarov tərəfindən tikilmiş mədaxil evi. İtaliyanın İntibah memarlığı üslubunda, memar İosif Ploşko tərəfindən işlənmiş bir binadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, ölkənin yerli əhəmiyyətli tarixi və mədəniyyət memarlıq abidəsidir. == Arxitektura == Murtuz Muxtarov Xəzər küçələrinin (indi Rəşid Behbudov) və Nijne-Priyutskaya (indi Süleyman Rəhimov) küçələrinin kəsişməsində bir torpaq sahəsinə sahib idi. O, bu bölmədə iki mərtəbəli bir evin tikintisini Ploşkoya əmanət etdi. Birinci mərtəbədə zirzəmilər və ofisləri olan dükanlar, ikinci mərtəbədə — bütün şəraiti olan mənzillər var idi. Mənzillərin otaqları iki sıra təşkil edilir. Hər bir mənzildə də balkon var idi — şüşəbənd. Əsas giriş böyük bir portal tərəfindən hazırlanmışdır. Fasad memarlığında İtaliyanın İntibah dövrünün forması istifadə edilmişdir.
Əmanət kassası (film, 1950)
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.
Kiçik axşam yarasası
Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır. == Yayılması == Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərə və İrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir. == Yaşayış yeri və həyat tərzi == Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Sadıqov qardaşlarının mədaxil evi
Sadıqov qardaşlarının mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Niyazi küçəsinin kəsişməsində, Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir. Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir. == Tarixi == Binanın yerləşdiyi ərazidə əvvəl qəbirsanlıq olub. Ona görə də binanın inşasına başlandığı zaman yerli əhali sifarişçiyə xitabən deyir ki, "Ay Kərbəlayi, nə uğursuz yer seçmisən, boşuna pulu havaya sovurdun." O, isə cavabında bildirir ki, "Boş-boş danışmayın, lap da yaxşı yerdir. Hətta qubernator da, evin qabağında mənim üçün bağ saldırıb." Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Milli-romantik memarlıq stilində inşa edilmişdir. 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir, binanın müəllifi olan Qavriil Ter-Mikelov birinci mükafatı əldə edir. SSRİ dövründə binada Azərbaycan SSR-in Mərkəzi İcrayə Komitəsi yerləşmişdir.
Axşam konserti (film, 1948)
Axşam konserti qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1948-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Burada Bülbül, Niyazi, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Əminə Dilbazi, Qara Qarayev, Nəcibə Məlikova, İsmayıl Dağıstanlı və başqalarını görürük.
Bir axşam... (film, 1985)
Bir axşam... qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. == Məzmun == Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. Bu, sərxoş bir məclisin kiçik ailənin rahatlığının, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. == Film haqqında == Burada aktyor oyunları və rəsmlərlə qurulmuş səhnələr vardır. Film cizgi, qarışıq, ekler filmidir. == Rollarda == Elnarə Cəfərova — qız Nuriyyə Əhmədova — ana Həmidə Ömərova — qonaq Gülşən Qurbanova — qonaq Rəfael Dadaşov — qonaq Azad Dadaşov — ovçu == Festival və mükafat == 1986-ci ildə Alma-Atada XI Ümumittifaq kinofestivalında filmə aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizi verilib.
Musa Nağıyevin dördmərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi — Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi — Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Akşam
= Akşam = Akşam, gündəlik çap olunan Türk dilli qəzet. Murat Kelkitlioğlunun baş redaktorluğu ilə, Esmedya tərəfindən çap olunur. == Tarixi == Akşam, 1918-ci il sentyabrın 20-də Necmettin Sadak tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Muammer Senihi, Enis Tahsin Til idi. İlk nömrə kiçik və tək idi. Milli mübarizəni dəstəkləyirdi.Uzun illər Necmettin Sadak (Sivas Millət vəkili, Xarici İşlər Naziri) baş redaktor olmuşdur. Falih Rıfkı Atay milli mübarizəyə qarşı çıxanları tənqid etdi. İkinci Dünya Müharibəsi zamanı Axşam qəzetinin redaktoru Necmettin sadak Nazı Almaniya ilə yaxınlığıyla tanınırdı. Almanlar Sadaka bir Mercedes hədiyyə etdi və Türkiyədəki Alman səfirliyi onun böyük qumar borclarını qarşıladı. 1965-ci ildə qədər CHP-nin tərəfini tutdu.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Çərşənbə axşamı
Çərşənbə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca ikinci günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin ikinci günüdür. Rəsmi sənədlərdə çərşənbə axşamı bəzən qısaldılmış şəkildə ç.a. da yazılır. Fars dilində çərşənbə axşamı "dördüncü şənbə axşamı" deməkdir. Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə Çərşənbə axşamı adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə ikinci gün deyilir. Çərşənbə axşamı həftədə bazar ertəsi günü ilə çərşənbə arasında yerləşir. Qədim Romada çərşənbə axşamı müharibə allahı Marsa həsr edimişdi. Azərbaycanda Novruz bayramından əvvəlki dörd həftənin çərşənbə axşamları bayram günləri kimi qeyd edilirlər. İnsanlar bir-birini təbrik edir, həyət və küçələrdə tonqallar qalanaraq üstündən tullanırlar.
Bayram axşamı
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Kassari adası
Kassari adası (est. Kassari) — ada Estoniyanın qərbində qərarlaşır. Adada Estoniyuanın milli mədəniyyət abidəsi olan Kassari kiləsəsi yerləşir. Ada ilə ölkənin digər əraziləri arasında əlaqə əsasən bərə və avtomobil nəqliyyatı vastəsi ilə təmin edilir.
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Mahnı Axşamı (1962)
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Kalp Hastası
Kalp Hastası — Sagopa Kajmerin 2013-cü ildə işıq üzü görən albomu. Albom 8 iyul 2013-cü ildə Melankolia Müzik tərəfindən Türkiyədə satışa çıxarılmışdır. Albom çıxmadan 2 gün əvvəl Düşünmek İçin Vaktin Var mahnısı internet üzərindən yayınlanmış və mahnıya klip də çəkilmişdir. Alboma Sagopa Kajmerin Kolera ilə olan dueti İster İstemez də daxil edilmişdir.
Assam Universiteti
Assam Universiteti (assam. আসাম বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Silçar şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Assam dili
Assam dili (assam. অসমিয়া [asamiya]) — Hind-Avropa dillərinin hind-ari qrupuna daxil olan dil. Əsasən Hindistanın şimal-şərqi ştatı olan Assamda və ona qonşu ştatlarda yaşayan təxminən 15 milyon insanın ana dili. Assam dilində danışan azlıqlar eləcə də Banqladeşdə və Butanda yaşayırlar.
Axsaq toyuq
Axsaq toyuq - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı == Tarixi və toponimi == Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yə'ni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" sözündən ibarətdir: XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (İndiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarət idi.
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Bərgüşad kaskadı
Bərgüşad kaskadı (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir. == Tarixi == Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır.
Diş pastası
Diş pastası — diş təmizlənməsi üçün jele və gel sayağı tərkib. Əvvəllər tabaşirdən hazırlanırdı, indi silkatlardan hazırlanır. Diş məcunu haqqında ilk məlumat eramızdan əvvəl IV əsrdə Misir manuskriptində verilir. O duzdan, bibərdən, nanə yarpağından və bəzi çiçəklərdən hazırlanırdı.
Hippokrat maskası
Hippokrat maskası (lat. facies Hippocratica) — qarın boşluğu orqanlarının ağır xəstəliyi, orqanizmin tükənməsi, xroniki yuxusuzluğun əlamətidir. Ölümün yaxınlaşdığını bildirən əlamətlərdən biri hesab olunur.Əsas əlamətləri: batıq gözlər,solmuş yanaqlar, soyuq tərlə örtülmüş göyümtül-solğun dəri.
Kassada müvəffəqiyyətsizlik
Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur. == Səbəbləri == === Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr === Facebook və Twitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər. === Qeyri-film şərtləri === Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi. Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Tomat pastası
Tomat pastası — Pomidordan hazırlanan, ayrıca istifadə olunan və ya xörəyə əlavə edilən qida məhsulu. == Hazırlanması == Nəmlik azaltmaq üçün pomidorlar bir neçə saat bişirilir, toxum və dərilərinin aradan qaldırılması üçün onlar sözülür və bir qalın və zəngin konsentrat ələ gəlmək üçün yenidən bişirilirlər.
Çiçək passajı
Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir. == Tarixi == 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir. Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Əlcəzair Kasbahı
Kasbah (ərəb. قصبة‎, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi. == Etimologiya == Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir. == Tarix == Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi. Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir. Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı.
Beyker kistası
Beyker kistası və ya dizaltı kista (ing. Baker´s cyst) – diz oynağının arxa səthində sinovial cibdən və ya kapsulanın zəifliyi nəticəsində sinovial membranın qabarmasıdır. Dizaltı çuxurda minimal ağrı ilə gedən şişkinlik yaranır.
Müdaxilə (iqtisadi)
İqtisadi müdaxilə
İqtisadi müdaxilə (ing. economic interventionism və ya state interventionism "dövlət müdaxiləsi") — bazar iqtisadiyyatı və çoxstrukturlu sosial-bazar və qarışıq iqtisadiyyat şəraitində sahibkarlığa nəzarət, saxtakarlıq və böhran vəziyyətlərinin aradan qaldırılması üçün dövlət və hökumət tərəfindən həyata keçirilən tədbirlər. İqtisadi inkişafın təşviqi, məşğulluğun artırılması, əmək haqqının artırılması, qiymətlərin artırılması və ya aşağı salınması, bərabərliyin təşviqi, pul kütləsinin və faiz dərəcələrinin idarə edilməsi, mənfəətin artırılması və ya bazar uğursuzluqlarının həlli kimi istənilən siyasi və ya iqtisadi məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Termin dövlətin və mahiyyətcə bir-birindən ayrı olan iqtisadiyyatların iqtisadiyyata müdaxiləsini nəzərdə tutur və buna görə də hökumətin hərəkətlərinin "müdaxilə" təşkil edəcəyi kapitalist bazarına və ya qarışıq iqtisadiyyata aiddir (baxmayaraq ki, bu, dövlət müəssisələrinə şamil edilmir. bazarda fəaliyyət göstərən).
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. == Erkən həyatı == Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Yazı masası
Yazı masası — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır.
Assasin
Xaşaşilər, Həşişilər və ya Assasinlər (ərəb. الحشاشين‎ — Assasin, Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Şiəliyin İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma. Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılan Nizari İsmaili dövlətinin ordusuna verilən ad. Xaşxaşilər siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmışdılar. XIV əsrin ortalarında xaşxaşilərin adının Avropa dillərindəki tələffüzünə uyğun olan "assasin" sözü bir çox Avropa dillərinə qatil kimi tərcümə edilməyə başladı və indiyədək də həmin mənada qalmaqdadır. == Adın etimologiyası == "Xaşiyyə" sözünün nizarilərə münasibətdə işlənməsinə XII əsrin əvvəllərindən yazılı mənbələrdə rast gəlmək olar. Bu zamana qədər ismaililiyin iki cərəyanı — Fatimi Misirində möhkəmlənmiş nizarilər və mustalitlər arasında polemika kəskinləşdi. Fatimi xəlifəsi əl-Əmirin dövründə yazılmış əsərlərdən birində 1122-ci ildə Suriya nizariləri ilk dəfə Həşişiyyə adlandırılmışdır. Bu termin yenidən onlara münasibətdə Səlcuq salnaməsi "Nüsrətül-fətrə"də (1183), eləcə də tarixçilər Əbu Şama (vəf.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd. Daşbaşı (Kvemo-Kartli) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd.
Kaşğari
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.
Kanzaşi
Kanzaşi – ənənəvi yapon saç bəzəkləri. Əsasən metal və ya taxtadan hazırlanır, ipəklə bəzədilir. Bəzək əşyası olmaqla yanaşı, saçı tutmaq üçün də istifadə olunur. Sözün yaponca yazılışında bambuk (簪) heroqlifindən istifadə olunur. Belə ki, qədim Çində saç sancaqlarının hazırlanmasında bambukdan istifadə olunurdu. == Tarixi == Yaponiyada tapılmış ən qədim saç bəzəyi nümunələri Comon dövrünün son hissəsinə aiddir və heyvan sümüklərindən hazırlanıblar. Kanzaşi ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Orijinal kanzaşi şəri qovduğuna inanılan talisman hesab olunurdu. VIII əsrdə Çinin təsiri ilə qızıl və gümüş kimi metallardan hazırlanan ornamental kanzaşilər yaranmışdır. Belə ki, bu dövrdə qadınlar uzun tareqami üslubundan imtina edib yığcam, ləçəkli saç üslublarına üstünlük vermişdirlər.
Başdaşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Panteon-Assas Universiteti
Panteon-Assas Universiteti (fr. Université Panthéon-Assas) — Parisdə bir universitetdir. O, Paris Universitetinin hüquq məktəbinin varisidir. == Tarixi == 1970-ci ildə təsis edilmişdir.
Himalay xaşxaşı
Meconopsis grandis və ya Himalay xaşxaşı- Meconopsis cinsinə aid bitki növü. Himalay xaşxaşı, Butanın milli gülüdür.
Kommutativlik xassəsi
Kommutativlik - Binar əməliyyatın ödəyə biləcəyi xassədir. Əgər binar əməliyyat olaraq "vurma" götürsək onda, kommutativlik xassəsini belə yazmaq olar: a {\displaystyle a} b {\displaystyle b} = b {\displaystyle b} a {\displaystyle a} Kommutativlik yunanca qarışdırmaq deməkdir. Buna görə kommutativlik yerdəyişmə qanunu da adlandırırlar. Kommutativlik qanununa tabe olan əməliyyatlara ədədlərin toplanması və vurulmasını, çoxluqların birləşməsi və kəsişməsini, təkliflərin düzyunksiya və konyuksiyasını göstərmək olar. Kommutativlik qanununa tabe olmayan əməliyyatlara nümunə olaraq ədədlərin çıxılmasını və bölünməsini göstərmək olar. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Mahmud Kaşğari
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.