Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bürcəli
Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır. Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur.
Bürcəli bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bürcəli Əsgərov
Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Gürcüstan SSR, ZSFSR və ya SSRİ – 1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb. Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır.
Anar Bürcəliyev
Bürcəliyev Anar Məhəmməd oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
Məhəmməd Bürcəliyev
Məhəmməd İsmayıl oğlu Bürcəliyev (25 aprel 1914, Nuxa – 25 noyabr 1994, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olmuşdur.Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib. 1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.
Məmməd Bürcəliyev
Məhəmməd İsmayıl oğlu Bürcəliyev (25 aprel 1914, Nuxa – 25 noyabr 1994, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olmuşdur.Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib. 1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.
İlqar Bürcəliyev
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
İlqar Bürcəliyev (şəhid)
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
Şəhla Bürcəliyeva
Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Bürclər
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Bürcələr
Bürcələr — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş kənd. == Yaranması == 1904-cü ildə Qarabulaq adlı xəzinə kəndinin 20 ailəsi yerli hökumət idarələrinin özbaşınalığına dözməyərək, öz yurdlarını tərk etmiş və Bürcələr dərəsi adlı əlçatmaz yerə köçmüşdü. Onlar burada, meşədə, Bürcələr kəndinin əsasını qoymuş, qonşu kəndlilərin sakinləri də bu kəndə köçüb gəlmişdilər.Bürcələr camaatı yerli hakimiyyət orqanlarını tanımayaraq, vergiləri ödəməkdən imtina edir və tez-tez malikanələrinə, varlı kəndlilərin evlərinə hücum edirdilər. Onlara Dəli Aslan Həsən oğlu başçılıq edirdi. Çoxsaylı cəza ekspedisiyalarına baxmayaraq, bürcələrlilər təslim olmamış və silahlı mübarizəni bir neçə il davam etdirmişdilər.
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Sürməli
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Bürclü
Bürclü (Ərdəbil)
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqogi Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir.2008-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətinə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı. (Povest, hekayələr).
Dövlət büdcəsi
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.
Kürdəli (Ərdəbil)
Kürdəli (fars. كردعلي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (59 ailə).
Pirallahı bürcləri
Qüllər vaxtilə Pirallahı adasının qarşısında yerləşirdi. Təəssüf ki, adanın ərazisində, həmçinin yarımada ilə üzbəüz ərazidəki abidələr qalmamışdır. Yerlərdə aparılan yoxlama bu abidələrin hətta nişanələrini belə aşkar etməyə imkan verməmişdir. Bu yox olmuş maraqlı abidələri xarakterizə etmək üçün əlimizdə yalnız iki sənəd var. Birincisi bu üç bürcdən birinin XIX əsrdə çəkilmiş fotoşəklidir. İkini sənəd bu abidələrin XVIII əsr səyyahı Lerxin "Onun həyatı və səyahətləri" əsərinə əlavə edilmiş qrafik təsviridir. Lerx XVIII əsrin sonunda çap edilmiş səyahətin təsvirində "Pir" adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planını vermişdir. Lerxin təsviri ona görə qiymətlidir ki, o coğrafi şəraiti göstərməklə məhdudlaşmamış, onun bu yerlərə gəlişinə qədər qorunub saxlanmış abidələri sxematik olsa da, kifayət qədər dəqiq təsvir etmişdir. Şəkildə Abşeron yarımadasının qurtaracağında üç bürcün sxemini görünür. Bu bürclərdən birinin yanında iki məqbərə də təsvir edilmişdir.
Sürməli mahalı
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli nahiyəsi
Sürməli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Sürməli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livasınə tabe olan Sürməli nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == Dağıdılmış kəndlər == 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Sürməli mahalında dağıdılmış kəndlərin siyahısı 1. Vəlican, 2. Talasavan, 3. Abbasabad, 4. Sərhəngabad, 5. Rəsullu, 6. Zəngan, 7.
Sürməli qəzası
Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur. == Etimologiya == Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir. == Tarixi == İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur.1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir.Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür. Lakin 1920-ci ilin sentyabrında baş vermiş Türk-Erməni müharibəsindən sonra bölgə imzalanmış Gümrü müqaviləsi ilə Türkiyəyə verilmişdir. Bu ərazi dəyişiklii Kamalist Türkiyə illə Bolşevik Rusiyası arasında imzalanmış Moskva və Qars müqavilələri ilə də bir daha müəyyən edilmişdir.
Zodiak bürcləri
Zodiak bürclərinin siyahısı — 12 bürc
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. == Tərif == BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. == Ailə maliyyəsinin idarəetmə sistemlərinin tipologiyası == 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi == Ailə büdcələrinin təsnifatı == Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. == Şəbəkə resursu == Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır."Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn. Böhran vəziyyətində, yaşamaq üçün artan imkanları təmin edən ənənəvi ailə anlayışının təkrar istehsalını gözləməliyik.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Təşkilatın büdcəsi
Təşkilatın büdcəsi — şirkətin fəaliyyətinin idarə edilməsi prosesində qərar qəbul etmək, planlaşdırmaq və nəzarət etmək üçün pul və kəmiyyət baxımından tərtib edilmiş təşkilatın gəlir və xərclərinin təqvim planı. Təşkilatın büdcəsi natura və/və ya pul formasında tərtib edilir və şirkətin proqnozlaşdırılan gəlir əldə etmək üçün zəruri olan resurslara ehtiyacını müəyyən edir. == Büdcə növləri == Büdcənin iki əsas növü var: Əməliyyat büdcəsinə gəlir və xərclər büdcəsi daxildir, onun işlənməsi üçün əsaslar aşağıdakı büdcələrdir: istehsal büdcəsi, məhsulların satışı üçün büdcə, digər gəlirlər, material və enerji xərcləri, əmək haqqı büdcəsi, amortizasiya, ümumi və ümumi istehsal xərcləri, vergilər üzrə büdcə (Vergidən asılı olaraq ümumi təsərrüfat xərclərinə daxil edilə bilər). Maliyyə büdcəsi dörd maliyyə sənədindən ibarətdir:gəlir hesabatı proqnozu pul vəsaitlərinin hərəkəti proqnozu balans proqnozu kapital axınının proqnozuAşağıdan yuxarı büdcə, büdcə məlumatlarının ifaçılardan aşağı səviyyəli menecerlərə, sonra isə təşkilatın rəhbərliyinə çatdırılmasını nəzərdə tutur. Yuxarıdan aşağı büdcə şirkət rəhbərliyindən təşkilatın əsas xüsusiyyətlərini dəqiq başa düşməyi və nəzərdən keçirilən dövr üçün real proqnoz formalaşdırmaq bacarığını tələb edir. == Büdcələrin təsnifatı == Təşkilatda büdcələrin təsnifatı aşağıdakı formaya malikdir: Uzunmüddətli (yarım ildən 1 ilə qədər) və qısamüddətli (həftə, 10 gün, ay, rüb). Eyni zamanda, uzunmüddətli büdcələr qısamüddətli büdcələrə nisbətən birincidir, çünki onların əsasında qısamüddətli büdcə tərtib edilir. Bununla belə, biz müəssisəni qısamüddətli büdcə vasitəsilə idarə edirik, çünki məhz bu, bizə cari qərarların qəbulu üçün meyarlar verir və onun icrasının təhlili əsasında uzunmüddətli büdcələrin və ya hətta şirkətin məqsədlərinin tənzimlənməsi barədə qərarlar qəbul edirik. Buna görə də, gələcəkdə "büdcə idarəetməsi" dedikdə, qısamüddətli büdcələr vasitəsilə və ya onların köməyi ilə müəssisənin idarə edilməsini başa düşəcəyik. Uzunmüddətli büdcə çox təfərrüatlı ola bilməz, lakin əsas göstəricilər - həcmlər, mənfəətlər, investisiyalar üzrə təlimat verməli və maliyyələşdirmə baxımından şirkətin strategiyasını müəyyən etməyə imkan verməlidir.
İnvestisiya büdcəsi
İnvestisiya büdcəsi — müəssisənin investisiya fəaliyyəti üçün vəsaitlərin bütün daxilolmalarını və xaricələrini əks etdirən büdcə icmal büdcənin tərkib hissəsidir . == Məzmunu == İnvestisiya büdcəsinə aşağıdakılar daxil ola bilər: strateji inkişaf planında nəzərdə tutulmuş fəaliyyətlər (bax: Strateji idarəetmə); dövlət orqanlarının tələbi ilə tamamlanmalı olan layihələr; cari büdcələrin icrası ilə bağlı layihələr; fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəlmiş layihələr.Bütün fəaliyyətləri başlamış və yeni başlayan layihələrin davamı kimi bölmək olar. İnvestisiya büdcəsinə, əgər şirkətin qarşıdan gələn büdcə dövründə inkişaf strategiyası ilə nəzərdə tutulmuşdursa, portfel investisiyaları da daxildir. İnvestisiya büdcəsi tərtib edilərkən, maliyyələşdirmə mənbələri üzrə məcburi bölmə ilə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlmiş şirkətin maliyyə imkanları diqqətlə təhlil edilir. İnvestisiya büdcəsinə yalnız maliyyələşdirilə bilən layihələr daxildir. Əgər maliyyə imkanları məhduddursa, seçim etməlisiniz və üstünlük aşağıdakılara verilir: dövlət orqanlarının tələblərinin ödənilməsinə yönəlmiş layihələr; həyata keçirilməməsi müəssisənin dayanmasına səbəb ola biləcək layihələr; artıq layihələrə start verilib.Artıq başlanmış layihələr üçün məbləğlər əvvəllər tamamlanmış işlər nəzərə alınmaqla bu büdcə dövrü üçün nəzərdə tutulan işlərə əsasən müəyyən edilir. Büdcəyə daxil olan hər bir investisiya layihəsi üçün bu layihənin maliyyələşdiriləcəyi mənbə göstərilməlidir. İnvestisiya büdcəsinin nəticələri PVH büdcəsinin tərtibində və balans hesabatının tərtibində nəzərə alınır.
Əməliyyat büdcəsi
Əməliyyat büdcəsi (ing. operating budget) — növbəti əməliyyat dövrü üçün gəlir və xərcləri, o cümlədən satış, istehsal və əməliyyat xərclərini proqnozlaşdıran büdcə. == Tərifi == Professor Entoni Atkinsona görə, əməliyyat büdcəsi satış, istehsal və əməliyyat xərcləri ilə bağlı proqnozlar daxil olmaqla, növbəti əməliyyat dövrü üçün gəlir və xərcləri proqnozlaşdıran sənəddir. == Əməliyyat büdcəsinin strukturu == Əməliyyat büdcəsi aşağıdakılardan ibarətdir:. Funksional büdcələr: satış büdcəsi; kapital büdcəsi; istehsal planı; qaimə büdcəsi; materialların satınalınması büdcəsi; hazır məhsul ehtiyatlarının hərəkəti planı; əmək haqqı fondunun büdcəsi və kadrların işə qəbulu və təlimi xərcləri; səyahət büdcəsi idarəetmə xərcləri üçün büdcə; biznes xərcləri büdcəsi. İnvestisiya büdcələri: bazara yeni məhsulların çıxarılması üçün büdcə; yeni filial və ya bölmənin yaradılması üçün büdcə; yeni avadanlıqların tətbiqi üzrə investisiya layihəsi; yeni obyektlərin tikintisi üçün smeta. CFD büdcələri: marketinq şöbəsinin büdcəsi logistika şöbəsinin büdcəsi; istehsal şöbəsinin büdcəsi; filial və şöbələrin büdcələri.
Sürməli (Duzluca)
Sürməli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Xristianlığın qəbulundan çox sonra (təxminən 305-ci il) bölgənin dini və inzibati mərkəzi olan Armavirdə "Məryəm Məryəm" adına tikilmiş məşhur kilsəyə görə şəhər "Surb-Mari/Surb Məryəm" adlandırılmışdır. Sonralar "Sür-Melü", "Sür/Meli" adı da bundan yaranmışdır. Kəndin yerləşdiyi İğdır rayonu isə 11-ci yerdədir. və ya 12. 19-cu əsrdən etibarən Surmari/Sürmelü adı ilə bölgədəki türk bəyliklərinin hökmranlıq mərkəzi olmuşdur. 1878–1918-ci illər arasında Rusiya idarəçiliyi dövründə İğdır-Tuzluca bölgəsinin adı Sürməlu Uyezdi (rayon) adlandırıldı.
Borçalı
== Yaşayış məntəqələri == Borçalı qəzası — Borçalı mahalı — Borçalı sultanlığı — Dağlıq Borçalı — Aran Borçalı — Borçalı distansiyası — Borçalı kəndləri — Borçalı (Üskü) Borçalı (Nir) == Digər == Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalı elləri.
Burchell
Vilyam Con Börçel (ing. William John Burchell, 1782 — 3 mart 1863) — Britaniya botaniki və naturalisti. Burchellia bitki cinsi və düzənlik zebri (Equus burchelli) heyvan növü Börçelin şərəfinə adlandırılmışdır. == Elmi əsərləri == Travels in the interior of southern Africa. Longman, Hurst, Rees, Orme & Brown, London 1822—1824, 2 cild. Hints on emigration to the Cape of Good Hope. Hatchard & Son, London 1819. == İstinadlar == == Mənbə == Cleverly, Les: W. J. Burchell. 1989. Notcutt, Henry Clement: Pioneers.
Gürcüeli
Gürcüeli, Gürcüyol — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyinidə olmuşdur. Erməni mənbələrində Gürcüyel, Qafqazın 5 verstlik xəritəsində Gürcüel formasında qeyd edilmişdir. Toponim gürcü etnonimi ilə türk dilində «tayfa, xalq» mənasında işlənən el sözündən əmələ gəlmişdir və «gürcü tayfasından olan el, xalq, nəslə mənsub kənd» mənasını bildirir. S.Ataniyazov türkmənlərin anaveli, salır tayfasına mənsub etnonimlərdən birinin gürcü (qurji) adlarıdığını qeyd edir. Eyni zamanda qaşqay türk tayfasından olan Səfixan tayfasına mənsub tirənin (nəslin) birinin adı gürcülü olmuşdur. Buradan belə bir qənaətə gəlirik ki, gürcü etnonimi türk mənşəli tayfalardan biridir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Torosgyuğ (Toroskənd) qoyulmuşdur. == Toponimi == XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Kurçi-Tubə dağ adı, Azərbaycanda Oğuz (keçmiş Vartaşen rayonunda) Gürcədağ (əsli Gürçədağ), Qars əyalətinin Ərdahan dairəsində Qurcibək kəndi adı ilə mə’naca eynidir.
Tunceli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tuncəli
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Qurieli
Qurieli ( gürc. გურიელი) və ya Qurielovlar (rus. Гуриеловы) — Quriya knyazlığının suveren knyazlarının (mtavarlarının) soyadı. 1871-ci ildən sonra Qurieli ailəsinin knyazlarının gücü sona çatmışdır. Son hökmdarın əmisioğlu David Qurieli (1802–1856) Qurieli (Qurielovlar) knyazlıq ailəsinin əsasını qoymuşdur. Onun nəsli 1850-ci il fərmanı ilə Rusiya imperiyasının knyazlıq ləyaqətində təsdiqlənmişdir. Rusiya imperiyasında Qurieli ailəsinin knyazları Tiflis quberniyasının şəcərə kitabının beşinci hissəsinə daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Долгоруков П. В. Российская родословная книга. — СПб.: Тип. Э. Веймара, 1856.
Bareli
Bareli, bəzən Bareyli (hind बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801).
Lucəli
Lucəli və ya Locanlı — İranın Şimali Xorasan ostanının Şirvan şəhristanının Sərhəd bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 701 nəfər və 174 ailədən ibarət idi.
Abdallı (Borçalı)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Ageratina burgeri
Ageratina burgeri (lat. Ageratina burgeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Akçabük (Türkeli)
Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd. == Tarixi == Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir. == Haqqında == Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarixi == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. == Coğrafiyası == Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Ağqula (Borçalı)
Ağqula (gür.: g.ə. ახყულა, l.ə. axğula) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Ağqüllə" adlandırırlar. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 150 nəfər (68 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayır.