Gürcüeli, Gürcüyol — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3].[4]
Kənd | |
Gürcüeli | |
---|---|
40°56′06″ şm. e. 43°52′39″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyinidə olmuşdur. Erməni mənbələrində Gürcüyel[5], Qafqazın 5 verstlik xəritəsində Gürcüel[6] formasında qeyd edilmişdir.
Toponim gürcü etnonimi ilə türk dilində «tayfa, xalq» mənasında işlənən el sözündən əmələ gəlmişdir və «gürcü tayfasından olan el, xalq, nəslə mənsub kənd» mənasını bildirir. S.Ataniyazov türkmənlərin anaveli, salır tayfasına mənsub etnonimlərdən birinin gürcü (qurji) adlarıdığını qeyd edir[7].
Eyni zamanda qaşqay türk tayfasından olan Səfixan tayfasına mənsub tirənin (nəslin) birinin adı gürcülü olmuşdur[8]. Buradan belə bir qənaətə gəlirik ki, gürcü etnonimi türk mənşəli tayfalardan biridir.
Kəndin adı 1924-cü ildə dəyişdirilib Torosgyuğ (Toroskənd) qoyulmuşdur.
XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Kurçi-Tubə dağ adı, Azərbaycanda Oğuz (keçmiş Vartaşen rayonunda) Gürcədağ (əsli Gürçədağ), Qars əyalətinin Ərdahan dairəsində Qurcibək kəndi[9] adı ilə mə’naca eynidir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Kurci xaraba kənd və Zəngəzur qəzasında Gurcilu kənd adları[10]da bu sıraya daxildir. P.N.Yaqodınski XIX əsrin ortalarında Quba qəzasında bir yaylağın adını Sənqələ-Gürcü kimi yazılmışdır.Gürcü etnonim ilə bağlı deyildir. Türk dillərində qurç-"möhkəm", "qüvvətli", yaxud qorçi, qurçi- "sultan qvardiyasının əsgəri" sözündəndir. Azərbaycanda Səfəvilər sülaləsi vaxtında qvardiya döyüşçüsü qurçi (farsca tələffüz forması qorçi) adlanırdı. Qurçi qırmızı rəngli papax qoymalı və uzun bığ saxlamalı idi. Qurçilərə hərbi xidmətlərinə görə torpaq sahələri verilirdi[11] İranın toponimiyasında "qorci"formasında bu sözdən yaranmış 8 kənd adı vardır.[12][13] V.I. Savina səhv olaraq bu adları "gürcü " etnonimi ilə əlaqələndirmişdir. Azərbaycanda Ağsu r-nunda Hacıman və Diliman kəndləri sərhəddində "Gürcübulağı", Abovyan rayonundanunda Ellər kəndinin qərbində Gürcü arxacı[14]bulağının adındakı "gürcü" sözü ilə eynidir.[15]
XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi.