Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baxşəli Baxşəliyev
Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası – 12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987). == Həyatı == Baxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir. Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır. 1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur. 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur. Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş və Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
Baxşəli Quliyev
Baxşəli İmamqulu oğlu Quliyev — Fizika-riyaziyyat elmləri doktoru, professor, == Həyatı == Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almış, 1964-1968-ci illərdə Leninqradda Elmlər Akademiyasının Yarımkeçiricilər institutunun aspirantı olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin assistenti, baş müəllimi, dosenti, professorudur (1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir).1968-1996 illərində Azərbaycan Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. Baxşəli Quliyev Bakı Dövlət Universitetində elmi şura üzvü, Bərk cisimlər fizikası üzrə müdafiə şurasının məsul katibi, 1996-cı ildən Türkiyənin Yüzüncü Yıl Uiversitetində fizika professorudur. 2015-ci ildən AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Elmi əsərlərinin sayı-70 Xaricdə dərc olunan əsərlərinin sayı-40 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-20 Kadr hazırlığı-3 müdafiə olunmuş fəlsəfə doktoru Elmi-pedaqoji fəaliyyəti-1968-1996 illərində Bakı Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr. Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Əsas elmi nəticələri == Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsi qurulmuşdur. Qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərilmişdir. == Əsas elmi əsərləri == 1. Electron transport phenomena in conductive films, Phys.-Stat. Sol.
Baxşəli bəy Sultanov
Qışlaq-i Baxşəli (Germi)
Qışlaq-i Baxşəli (fars. قشلاق بخشعلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (6 ailə).
Adil Baxşəliyev
Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004) == Həyatı == Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva . 1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir. Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib.
Adil Baxşəliyev (həkim)
Adil Baxşəliyev (professor)
Araz Baxşəliyev
Azər Baxşəliyev
Azər Baxşəliyev — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazı ilə tanınır. == Həyatı == Azər Baxşəliyev 3 iyul , 1985-ci ildə anadan olub. Aktyor, Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışır. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Ən çox sevdiyi aktyorlar Antoni Hopkins və "Bozbaş Pictures"də olan "Ağsaqqal" (gülür). Hobbisi sovet maşınlarının modellərini yığmaqdır. Evlidir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Natiq Baxşəliyev
Nicat Baxşəliyev
Qərib Baxşəliyev
Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969). == Həyatı == Azərbaycanda güləş idman növünün inkişafında mühüm rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
Rəşid Baxşəliyev
Tahir Baxşəliyev
Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; 26 aprel 1951, Şahsevən[d], Jdanov rayonu) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub. === Təhsili === 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub. 1980-ci ildə namizədlik dissertasiya müdafiə edib. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.
Valeh Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri. == Həyatı == Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N. B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980–1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983–1985), assistent (1986–1992), baş müəllim (1992–1994), dosent (1994–2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006–2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ — ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir. Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur. Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri. == Elmi yaradıcılığı == Prof.
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А. А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə İstanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Xoşqədəm Baxşəliyeva
Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Narınclar, Ağdərə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru, "ARB" telekanalında aparıcı. == Həyatı == Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar (indi Kəlbəcər rayonuna daxildir) kəndində anadan olub.1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar ""Səni axtarıram" verilişinin aparıcısı olub. 2015–2016 illərdə ANS tv bağlanana qədər orada çalışıb.
Zamiq Baxşəliyev
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. == Həyatı == Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. == Filmoqrafiya == Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, DQMV) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Bioqrafiya == Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Bərdə rayonuna köçüb.
İnam Baxşəliyev
Baxşəliyev
Baxşəliyev — soyad. Faiq Baxşəliyev — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü Vəli Baxşəliyev — arxeoloq, tarix elmləri doktoru (2005), professor Baxşəli Baxşəliyev — Azərbaycan-sovet dövlət xadimi Elçin Baxşəliyev Azər Baxşəliyev — azərbaycanlı aktyor Adil Baxşəliyev — C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru Rza Baxşəliyev — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı.
Elçin Baxşəliyev (20 Yanvar şəhidi)
Ülvi Baxşəliyev
Ülvi Vaqif oğlu Baxşəliyev (8 aprel 1972) — Azərbaycan diplomatı. Azərbaycanın Moldovadakı səfiri. == Həyatı == Ülvi Baxşəliyev 8 aprel 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsindən məzun olub. Rus, ingilis və fars dillərini bilir. == Karyerası == 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Şərq İdarəsinin attaşesi olub. 2001-2006-cı illərdə Azərbaycanın İrandakı səfirliyinin üçüncü katibi, 2006-2009-cu illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Şərq İdarəsinin birinci katibi kimi çalışıb. 2009-2012 və 2013-2017-ci illərdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri kimi fəaliyyət göstərib. 2012-2013-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Avropa Direktorluğunun şöbə müdiri, 2017-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini, 2019-2021-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Balaəli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Bağəli
Bağəli (əvvəlki adı: Bəğələ) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. Kənddə 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındır. Əhali maldarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Baləli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baxşi
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Balaəli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Balaəli Rzayev
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Blerta Başoli
Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur. == Şəxsi həyat == Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var. == Karyera == 2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları.
Baləli Maştağalı
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baləli Rzayev
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Baxışlı
Baxışlı (Xızı) – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. ‎Baxışlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Baxşi İşxanyan
Baxşi İşxanyan (erm. Բախշի Իշխանյան; 1879[…], Xanyeri, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 26 avqust 1921, Suakin[d]) — erməni ictimai-siyasi xadimi, iqtisadçı, publisist. == Həyatı == Baxşi Zakarbekoviç İşxanyan 1879-cu ildə Xaçın mahalının Sarıkeşiş kəndində anadan olmuşdur. 1899-cu ildə Şuşa yeparxiya məktəbi bitirərək Gevorkyan Dini Seminariyasına qəbul olmuşdur. 1901-ci ildə Almaniyaya gedərək Leypsiq Universitetinə daxil olmuş, 1905-ci ildə buranı bitirmişdir. Avropadakı erməni sosial-demokrat təşkilatlarda ("Hnçak") fəallıq göstərmiş, "Mşak", "Arşaluys", "Luyse oratsuyts", "Murç" kimi qəzetlər üçün yazılar yazmışdır. 1904-cü ildə Cenevrədə Karl Marksın "Muzdlu əmək və kapital" əsərini ermənicəyə tərcümə etmişdir. 1905-ci il inqilabı ərəfədində Qafqaza qayıtmış, 1906-cı ildən "Kyank" ("Həyat") adlı qəzetin redaktoru olmuşdur. Təqiblərə məruz qalaraq 1908-ci ildə çar jandramsı tərəfindən həbs edilmişdir. 1911–1913-cü illərdə yenidən Almaniyada yaşamış, burada "Sosialist" adlı qəzetlə əməkdaşlıq etmişdir.
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Baseri
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Baxşı
Baxşi - özbək, qazax, qırğız, uyğur, türkmən, xorasani türk və qaraqalpaq xalqlarının şair-nəğməkarı. Qaraqalpaqlarda və qazaxlarda bu termin baksı şəklində işlənir. Bakşı, Bağşı, Bahçı, Baxçı, Baksı olaraq da deyilir. Monqollar Böge və ya Büğe deyərlər. == Məna və tərif == Baxşi, türk, altay və monqol mifologiyasında eyni vaxtda şamandır. Əslində Kam (şaman) anlayışından daha geniş əhatəlidir. Xalq şairi, aşiq, musiqiçi istiqaməti də çox vaxt ön plana çıxa bilər. Ənənəvi üsullara əsaslanan xalq həkimliği edə bilər. Cadulu sözlərlə pis ruhları qovar. Arkıl Ata ilk baxşıdır.
Qapı-i Babaəli (Soyuqbulaq)
Qapı-i Babaəli (fars. قپي باباعلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (118 ailə).
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.
Allahverdi Baxışlı
Banksia baxteri
Banksia baxteri (lat. Banksia baxteri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Baxışlı (Xızı)
Baxışlı — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur. == Tarixi == Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.
Baxşeyiş Hətəmli
Baxşeyiş Hətəmli, Baxşeyiş Abbasoğlu (Hətəmli) — 1963-cü il fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1970–80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981–82-ci illərdə, 1984–1987-ci illərdə Ağdam rayonunun M. F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982–1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1981–90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə "Ağdam" qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. O, Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Baş leytenantdır. Azərbaycan Respublikasının torpaqlarının erməni təcavüzündən müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, gənclərimizə mərdlik, vətənpərvərlik və qəhrəmanlıq duyğularının aşılanmasında göstərdiyi xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyi tərəfindən "Fədai", "Vətən naminə" və "Vətənpərvərlik işində xidmətlərinə görə" medalları ilə təltif olunmuş, iki dəfə 708 saylı hərbi hissənin döş nişanını almışdır.
Baxşeyiş Paşayev
Baxşeyiş Paşayev (1 may 1936, Ağdam – 12 iyul 1992, Xanabad, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur. == Döyüşlərdə iştirakı == Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir.
Baxşeyiş Əsgərov
Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 may 1953, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür. == Həyatı == Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub. 1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib. O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib. 1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb.
Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
Dryandra baxteri
Dryandra baxteri (lat. Dryandra baxteri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.