Rəşid Baxşəliyev

Rəşid Əliağa oğlu Baxşəliyev (23 oktyabr 1996; Sumqayıt, Azərbaycan2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi.

Rəşid Baxşəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014—2016
Rütbə Əsgər
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Baxşəliyev 1996-cu il oktyabrın 23-da Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundan idi. 2002-2011-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində İ. Tağıyev adına 26 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Abşeron rayonunun Masazır qəsəbəsində Ə. Vahid adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Rəşid Baxşəliyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Rəşid Baxşəliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Rəşid Baxşəliyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 12-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Rəşid Baxşəliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]