Natiq Saleh oğlu Baxşəliyev (7 iyul 1980, Bakı – 20 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Natiq Baxşəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1980(1980-07-07) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2021 2020 |
Natiq Baxşəliyev 1980-ci il iyulun 7-də Bakı şəhərində anadan olub.[1] Baxşəliyev Natiq 1986-cı ildə Bakı şəhəri, Yasamal rayonu 167 saylı orta məktəbin 1-ci sinfinə getmiş və 1997-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Avtomexanika fakültəsinə daxil olmuşdur. Universiteti 2001-ci ildə bitirərək, elə həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2001-ci il tarixli əmri ilə "Leytenant" rütbəsi almış və motoatıcı taborun minaatan batareyasının taqım komandiri — Batareyanın Baş zabiti vəzifəsinə təyin edilərək hərbi xidmətə çağırılmışdır. Vaxt tamamında, 2003-cü ildə N saylı hərbi hissədən tərxis olunub, ehtiyata buraxılır. Natiq Baxşəliyev 2007-ci ildə ailə həyatı qurub. 2009-cu il təvəllüdlü Yunus adlı bir oğlu var.
Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Baxşəliyev oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Natiq Baxşəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[4]