Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bismillah
Bismillah və ya tam şəkildə "Bismillahir-Rahmənir-Rahim" (ar. بسم الله الرحمن الرحيم ) kəlməsi ərəb dilində ifadə olub, "Rəhmli və Mərhəmətli Allahın adı ilə" mənasına gəlir. Xeyirli və halal bir işə başlayarkən Allah-Təalanın adını dilə gətirmək və bu adla işə başlamaq mənasına gəlir. İslam dini meydana gəlməmişdən öncə ərəblər cahiliyyə dövründə hər hansı bir işə başladıqları zaman "Bismil-Lat" (Latın (büt)adı ilə) və "Bismil-Uzza" (Uzzanın (büt) adı ilə) deyirdilər. İslam Peyğəmbəri Məhəmməd (ə.s.) İslam dinini təbliğ etməyə başladıqdan sonra bu ifadənin yerinə "Ey Allahım, sənin adınla" mənasına gələn "Bismikə Allahummə" və "Allahın adıyla" mənasını verən "Bismillah" kəlmələrini işlətmişdir. Ancaq Qurani-Kərimdə Nəml surəsinin 30-cu ayəsi nazil oduqdan sonra "Bismillah" kəlməsi son şəklini almışdır; "Bismillahir-Rahmənir-Rahim". Bu ayədə Süleyman Peyğəmbərin yazdığı məktubun başlığı kimi məhz "Bismillahir-Rahmənir-Rahim" qeyd olunmuşdur. Qeyd edildiyi kimi, hər hansı bir xeyirli və halal işə başlayarkən bu ifadənin deyilməsi müsəlmanlar üçün təkidlə tövsiyə edilmişdir. Qurani-Kərimdə də bununla bağlı bir sıra ayələr vardır. "Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin." "Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl." "Səhər-axşam Rəbbinin adını zikr et!" == Təfsiri == Abdullah bin Sinan belə rəvayət edir: Əbu Abdullah Cəfər Sadiqdən (əs) «Bismillâhirrahmanirrahim»in təfsirini soruşdum.
Bismillah (1925)
Bismillah — rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər. == Məzmun == Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür. Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır. Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Abbas Mirzə Şərifzadə Ssenari müəllifi: Pavel Blyaxin Operator: Arkadi Yalovoy Rəssam: K.Yevseyev, A.Plaksik == Rollarda == Mirzəağa Əliyev — molla Mirzə Əbdürrəhim K.Vyaznova — Zeynəb Mustafa Mərdanov — muzdur Qulu T.Vişnevskaya — Hökümə İbrahim Azəri — Cəfər Mirseyfəddin Kirmanşahlı — bəy Kazım Ziya — molla Rövzəxan Möhsün Sənani — qoçu == İstinadlar == == Mənbə == Yenici.
Bismillah (film, 1925)
Bismillah — rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1925-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azdövlətkinosənaye"də istehsal edilmişdir. Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən bəhs edir. Əsas rolları Mirzəağa Əliyev, K.Vyaznova, Mustafa Mərdanov, T.Vişnevskaya və İbrahim Azəri ifa edirlər. == Məzmun == Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, dilsiz və yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir.Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.Filmin rejissoru Abbas Mirzə Şərifzadə "xalq düşməni" elan olunduqdan sonra onun adı lentdən vəhşicəsinə cırılıb götürülmşdür. Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır. Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Abbas Mirzə Şərifzadə Ssenari müəllifi: Pavel Blyaxin Operator: Arkadi Yalovoy Rəssam: K.Yevseyev, A.Plaksik == Rollarda == Mirzəağa Əliyev — molla Mirzə Əbdürrəhim K.Vyaznova — Zeynəb Mustafa Mərdanov — muzdur Qulu T.Vişnevskaya — Hökümə İbrahim Azəri — Cəfər Mirseyfəddin Kirmanşahlı — bəy Kazım Ziya — molla Rövzəxan Möhsün Sənani — qoçu == İstinadlar == == Mənbə == Yenici.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Biofil
Biofillər — ətraf mühitə nisbətən canlı orqanizmlərdə daha çoxlu miqdarda toplana bilən kimyəvi elementlər və ya maddələr (sink, oksigen, fosfor və digər elementlər, həmçinin bir vast; onun çox pestisidlər). Çox vaxt Biofillərin canlı orqanizmlərdə konsentrasiyası (toplanma əmsalı) ətraf mühitə nisbətən yüz dəfə, min dəfə (yüz min dəfə) çox olur. Biofillərin orqanizmdə həddən mütləq artıq toplanması toksikozların əmələ gəlməsinə və ya hətta orqanizmin məhv olmasına səbəb olur. == Biofil elementlər == Orqanizmlərin geokimyəvi mühitdən (torpaq, su) udaraq həyat çirklənməsi, fəaliyyətində istifadə etdiyi elementlər. Biofil elementlər makroelementlərindən N, C, O, H, Ca, Mg, Na, К, P, S, Cl, Fe və mikroelementlərdən Си, Co,Mn, Zn, V, Ni, Mo, Se, F, Br, J və b. aiddir. == Biofilota == Müəyyən arealın flora və faunası. == Biofiltratorlar == Öz spesifik üsulu ilə qidalanaraq (fıltrasiya edərək) su mühitinin təmizlənməsində özünəməxsus rol oynayan su orqanizmləri. Məs. mikroskopik kalapus xərçəngciyi bir sutka ərzində 2 1 suyu təmizləyə bilir.
Bismut
Bismut (Bi) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 83-cü element. == Tarixi == XVIII əsrə qədər bu metal Avropa əlkimyaçılarının işlərində tez-tez rast gəlinirdi. Bismut sözünün mənşəyi məlum deyil. Bir fərziyyəyə görə o, təhrif olunmuş alman sözləri "wis" və "mat"dan yaranıb "ağ kütlə" deməkdir. Bitkilərdə bismut aşkar olunmamışdır. Heyvanlarda bismutun miqdarı külə ilə 0,00002%-dir. == İnsan orqanizmində bismut == Insan orqanizminə bismut qida ilə, həmçinin hava və su vasitəsi ilə daxil olur və bu, sutkada 5-20 mkq-dır. Bismut insan orqanizminə müxtəlif orqanlarda və toxumalarda aşkar olmuşdur: qanda, əzələlərdə, saçlarda, böyrəklərdə, sümüklərdə, baş beyində və s. Bismut qara ciyərdə, dalaqda və sümüklərdə toplanır. Bismut bəzi zülalların sintezi prosesində iştirak edir, böyrəklərin strukturunu əmələ gətirir.
İsmail
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır və onun evində yaşayırdı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcər ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
BAKMİL metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir. == Tarixi == Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. 26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür.
Bismut oksid
Bismut oksid (II)
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Namık İsmail
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi. == Həyatı == === Uşaqlıq illəri === Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.
İsmail Bennaser
İsmayıl Bennaser (fr. Ismaël Bennacer; 1 dekabr 1997, Arl) — Fransada doğulmuş Əlcəzair əsilli futbolçu. "Milan" klubunun və Əlcəzair milli komandasının yarımmüdafiəçisidir. == Karyerası == 2019-cu ilin iyul ayının sonunda İsmael Bennaser, 16 milyon avro qarşılığında "Empoli" klubundan İtaliya nəhəngi "Milan" klubuna keçir. Futbolçu ilə 5 il müddətinə və illik 1,6 milyon avro maaşla müqavilə imzalanıb. Transfer müqaviləsində əlavə olaraq 2 milyon avro mümkün bonuslar kimi ödəniş nəzərdə tutulub.13 yanvar 2023-cu ildə futbolçu "Milan"la müqaviləsini 2027-ci ilə qədər uzadır. == Milli karyera == Bennaser Fransada anadan olub və ölkənin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. 2016-cı ildə tarixi vətəni Əlcəzairdə oynamağa qərar verib. Sentyabrın 4-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Lesotoya qarşı oyunda, Əlcəzair milli komandasının heyətində debut edir.
İsmail Həniyə
İsmail Həniyə (29 yanvar 1963, Əl-Şati[d], Qəzzə zolağı) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.
İsmail Küçükkaya
İsmail Küçükkaya (d. 20 yanvar 1970, Simav ) — türk jurnalisti və yazarıdır. == Erkən illər və şəxsi həyat == İsmail Küçükkaya, 20 yanvar 1970-ci ildə Kütahya-da Yunus və Halise Küçükkayanın oğlu olaraq dünyaya gəlib. İbtidai və orta təhsilini Simavda, daha sonra 1993-cü ildə Qazi Universitetinin Ünsiyyət fakültəsinin Jurnalistika fakültəsini bitirib. 2002-ci ildə birinci həyat yoldaşından ayrılan Küçükkaya 10 iyul 2016-cı ildə Eda Demirci müəllimlə ailə həyatı qurub. 2020-ci ilin yanvar ayında Küçükkaya və Demirci boşanıb. == Karyera == O, 2013-cü ilin sentyabr ayından etibarən həftə içi hər gün səhər saat 08:00-da FOX TV -də "İsmail Küçükkaya ilə Çalar Saat" proqramını təqdim edir. 2019- cu il İstanbul müvəqqəti yerli seçkilərindən əvvəl o, İstanbul 2019 Seçki Xüsusi yayımına moderatorluq edib. 2013-cü ilin sentyabr-2022-ci ilin avqust ayları arasında Fox (Türkiyə)-nin səhər xəbərlərini təqdim edən İsmail Küçükkaya 2022-ci ilin sentyabr ayından Halk TV-nin səhər xəbərlərini təqdim edir. == Nəşrlər == Respublikamız haqqında (2008) Cümhuriyyətin birinci əsri (2012; İlber Ortaylı ilə) Korkma (2016) Biraz Cesaret (2019) Fikri Hür Vicdanı Hür (2020) == Mükafatlar == Qızıl Kəpənək Mükafatı - Ən Yaxşı Kişi Xəbər aparıcısı (2017; namizəd) Türkiyə Qızıl Marka Mükafatı - İlin Televiziya Aparıcısı (2017; qalib) MGD Mükafatı - Ən Yaxşı Səhər Xəbərləri (2018; qalib) == Mənbə == == xarici linklər == İsmail Küçükkaya — Twitter səhifəsi İsmail Küçükkaya ile yapılan bir röportaj 3 Ekim 2014 tarihinde Wayback Machine sitesinde arşivlendi.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. == Həyatı == == Hərbi karyera == 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. == İran-ABŞ gərginliyinin artması == Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.
İsmail Semyonov
İsmail Semyonov (Jırçı İsmail; 3 mart 1891, Uçkulan[d], Karaçayevski rayonu – 1 avqust 1981, Qaraçay-Çerkesiya) — Qafqazda çox məşhur olan "Elbrus", "Aktamak" adlı xalq mahnılarının müəllifi. == Həyatı == Onun anası Julduzxan folklor söyləyicisi olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası Unux dövrünün savadlı adamlarından, klassik ədəbiyyatın və ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziya-rət zamanı vəfat etmişdir. Jırçı İsmailin ilk müəllimləri vali-deynləri, ilham mənbəyi isə ətəyində yaşadığı Elbrus dağı, doğma təbiəti gözəllikləri olmuşdur. Digər tərəfdən, ona bu istedad nəsilliklə ötürülmüşdür. İsmail Semyonovun babası xalq jırçısı Kaltur Semyonov olmuşdur.
İsmail Türüt
İsmail Türüt (d. 8 iyun 1965, Rizə), Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. == Həyatı == İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı - üç oğlan, bir qız - ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. == Kariyerası == Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
İsmail YK
İsmayıl YK və ya İsmayıl Yurdsevən (5 iyul 1978, Hamm, Şimali Reyn-Vestfaliya) — türk musiqi artisti, musiqiçi, mahnı mətni müəllifi, bəstəkar, tərtibatçı. == Həyatı == 2004-cü ildə Avropa Musiqi Etiketi çıxardığı Şappur Şuppur adlı ilk solo albomu ilə Daxildə və Xaricdə rəğbətlə qarşılanmış, ard-arda çıxardığı solo albomlar ilə satış rekordları qırmış və musiqi siyahılarında müvəffəqiyyət qazanmışdır. Albomlarının satış rekordları qırmasının səbəbi universitetlərdə dissertasiya mövzusu belə olub. Etdiyi musiqili işlərin vahid bir tərzə olunmasını "Yanlış və yetərsiz" olduğu əsası ilə rədd edib Sərbəst Türk Musiqisi, Sərbəst İş və ya YK tərzi anlayışları adlandırmışdır. İsmayıl Yurdsevən Qardaşlarının Musiqi qrupunun ən kiçik solistidir. 1968-ci ildə Sivasdan Almaniyaya zavod işçisi olaraq köç edən Əli Rüfət və xanımı Zərifə Yurdsevən cütünün musiqiylə məşğul olan beş uşağından ən kiçiyi olan İsmayıl YK, 5 İyul 1978-ci ildə səhər 05.00-da Almaniyanın hamm şəhərində dünyaya gəlmişdir. Qardaşlarının hamısı musiqiylə məşğul olduğuna görə oyuncaqlarla oynamaq əvəzinə, musiqi enstürmanlarıyla oynamaq onu daha çox xoşbəxt edirdi. 5 yaşında Bağlama, qitara, çalmaya başlayan İsmayıl YK, 7 yaşında qardaşı ilə birlikdə səhnələrə çıxmağa başlamışdır. Məktəbdə, səhnədə hər yerdə istədiyi kimi davranır mahnılar deyərdi. İsmayıl Yurdsevən Qardaşlar olaraq 1985 və 1987 illərində 2 həvəskar albom çıxarmışlar.
İsmail kəndi
İsmail kəndi (Xoy) İsmail kəndi (Qoşaçay) İsmayıl kəndi (Qoşaçay) Mərgən-i İsmayılkəndi — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. İsmayılkəndi-i Yek (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. İsmayılkəndi-i Do (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
İsmail peyğəmbər
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır və onun evində yaşayırdı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcər ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Bisma Xan
Göy cismi
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Himil xalçaları
Himil xalçası
Yuri Kisil
Yuri Kisil (18 sentyabr 1995) — Kanadalı üzgüçü. Yuri Kisil Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yuri Kisil birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.50 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İsmin hallanması
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. == Hazırlanması == Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Kişmiş oyunu
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır.Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir. Oyunda baş verən hər hansı bir vəziyyətin təkrarlanması da "kov deyil" qaydasına tabedir.
Badə İşçil
Badə İşçil (8 avqust 1983)— Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakultəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.