Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ciftəli
Ciftəli və ya Qayqulu Ciftəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir. Mənbədə Çiftəli kimidir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən -lı şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündən əmələ gəlib " qayı tayfasından olan Quluya mənsub mal-qoyun bəslənildiyi yer" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyşdirilib Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.
Tefteli
Tefteli - çəkilmiş ətdən kürəciklər şəklində hazırlanan yeməkdir, dünyanın bir çox xalqlarının mətbəxində müəyyən adlarla adlandırılır. Məsələn, İsveçdə bu yemək ölkənin mülli yeməklərindən biri hesab olunur və İsveç frikadelki adlandırılır.
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. == Yaranma tarixi == Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Dəmirçi Cəfərli
Dəmirçi Cəfərli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Toponimikası == Erməni mənbələrində kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd Kalavan olduğu da göstərilir. Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir . Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır, 1918-19 - cu illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk etməyə məcbur olmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. 1929-1930-cu illərdə kənddə yaşayan azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri əsasında əmələ gəlmişdir.
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elşən Cəfərli
Həmid Cəfərli
Mendeleyev cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Mirsəməd Cəfərli
Mir Səməd Cəfərli (24 dekabr 1972, Bakı) – azərbaycanlı jurnalist, teleaparıcı, bloqqer, səyyah. Cəfərli Mir Səməd Mir Abtalıb oğlu 24 dekabr, 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə 4 saylı fars təmayüllü internat məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə BDU-nu ərəbşünas kimi bitirmişdir. Daha sonra isə təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda davam etdirmişdir. Mir Səməd Cəfərli Azərbaycanın müxtəlif TV kanallarında jurnalist, ictimai-siyasi verilişlərin və “talk-show”ların aparıcısı kimi çalışmışdır. İlk dəfə efirdə 1997-ci ildə Space TV-də Xəbərlər proqramının aparıcısı kimi tanınmışdır. 2012-ci ildə ATV kanalında teleməkanda səyahətlə bağlı olan çox məşhur – Turne verilişi efirə başlayır. Müəllif və aparıcı olan M. Cəfərli bu verilişlə 40-a yaxın ölkədən 80-dən çox veriliş hazırlayır.
Məhərrəm Cəfərli
Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003). Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur. Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir.
Natiq Cəfərli
Natiq Cəfərli (22 fevral 1972, Babakişilər, Bolnisi rayonu) — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, icra katibi. 1972-ci ildə Bolnisi rayonunun Babakişilər kəndində doğulmuşdur. Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirmişdir. 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş, hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olmuşdur. 6 noyabr 2023-cü il tarixində Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv seçilmişdir. Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.
Orxan Cəfərli
Qorqud Cəfərli
Qorqud Əlisəmid oğlu Cəfərli (6 avqust 1990, Bakı) — Aktyor, Rejissor. Qorqud Əlisəmid oğlu Cəfərli 1990-cı il avqustun 6-da Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasıında təhsil alıb.Rüstəm İbrahimbəyovun Kino Akademiyasını bitirib.2008-ci ildən 2012-ci ilə qədər "İbrus" teatrında aktyor çalışıb. Hələ məktəb vaxtlarından səhnədə dram lirik-psixoloji üsluba bir neçə obrazlar ifa edib. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Məmmədkamal Kazımov, Muxtar Maniyev, Zemfira Əbdülsəmədova, Şəfiqə Məmmədova, Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərdən dərs alıb. Səhnədə yaratdığı obrazlar arasında Xosrov("Xosrov və Şirin"), Vəzir ("Vaqif"), Şahzadə ( "Balaca şahzadə"), Ramiz ("Tartyuf Ağayev") xüsusilə seçilir. Qorqud Cəfər kino fəaliyyətində ilk dəfə 18 yaşında kino rejissor Çingiz Rəsulzadənin "Kuklalar" bədii filmində Mikki obrazı ilə film debütünü etmişdir. Daha sonra O, bir çox bədii filmlərdə və teleseriallarda əsas rollara çəkilib. Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibi..
Qəzənfər Cəfərli
Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959). Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır. Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir. Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir.
Ruslan Cəfərli
Röyal Cəfərli
Rütbələr cədvəli
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Simvollar Cədvəli
Simvollar Cədvəli — proqramın kompilyasiyası (yaxud assemblerləşdirilməsi) zamanı rast gəlinən bütün identifikatorların siyahısı, onların proqramda yeri və atributları. Simvollar cədvəli kompilyatorda saxlanılır və kompilyasiya zamanı müxtəlif identifikatorlara müraciətləri yoxlamaq, yaxud onlara icazə vermək məqsədilə istifadə olunur; o, həm də tez-tez obyekt kodun (çıxış proqramının) bir hissəsi kimi yazılır ki, linkləyici ayrı-ayrı kompilyasiya olunan modullar arasındakı istinadlara icazə verə bilsin. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Fərhad Dəftəri
Fərhəd Dəftəri (1938, Brüssel paytaxt vilayəti[d]) Belçika əsilli İran-Britaniya İslam və Şərq tarixçisidir. Londonda İsmailiyyə Araşdırmaları İnstitutunda direktor müavini, tədqiqatlar və nəşrlər şöbəsinin rəhbəri. London, Tehran, Roma və Vaşinqtonda təhsil alıb. Amerika Universitetində liberal sənətlər üzrə bakalavr və magistr, 1971-ci ildə Berkli Kaliforniya Universitetində İslamşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1988-ci ildən İsmailiyyəşünaslıq İnstitutunda çalışır. Şiə tarixi, xüsusən də İsmaillik sahəsində avtoritet. 2011-ci ildə Festfont mükafatına layiq görülüb. “İranika”, “İslamika” ensiklopediyalarının müəlliflərindən biri və həm redaktoru, “Böyük Rus Ensiklopediyası” və “İslam Ensiklopediyası”nın müəlliflərindən biri və İsmayıliyyəyə həsr olunmuş üç seriyalı kitabların baş redaktoru. Ensiklopediyalarda və elmi jurnallarda 200-dən çox məqalənin müəllifidir. == İşləri == === Monoqrafiyalar ingilis dilində === Daftary Farhad.
Tural Cəfərli
Əhəd Cəfərli
Əhəd Məmməd oğlu Cəfərov (5 dekabr 1956, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı, Naxçıvan Ali Məclisinin deputatı (1990–1995). == Həyatı == Əhəd Cəfərli 5 dekabr 1956-cı ildə Ordubad rayonunun Dırnıs kəndində doğulmuşdur. Dırnıs kəndində 8 il təhsil aldıqdan sonra təhsilini Bakı şəhəri 5 nömrəli Kimya-biologiya Təmayüllü orta məktəbdə tamamlamışdır. 1974-cü ildə orta təhsilini başa vuraraq Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1980-ci ildə ali təhsilini başa vurmuşdur. Əhəd Cəfərli 1980–1981-ci illərdə Nəriman Nərimanov adına Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-interna, 1981–1982-ci illərdə Ordubad rayon Vənənd kənd Sahə Xəstəxanasında həkim-terapevt, 1982–2009-cu illərdə Ordubad rayon Dırnıs kənd Həkim Ambulatoriyasında həkim işləmişdir. 1983-cü ildə həmin ambulatoriyanın baş həkimi təyin olunmuşdur. Daha sonra, 2009-cu ildən həmin ambulatoriyanın baş həkimi vəzifəsində çalışır. == Siyasi fəaliyyəti == Əhəd Cəfərli 1990-cı ildə keçirilən Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə 88 sayl Dırnıs seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Əhəd Cəfərli 6 noyabr 2005-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.