Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Canbağça
Canbağça — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Osmanlı İmperiyası zamanında hazırkı Türkiyə Cümhuriyyəti ərazisindən Zaqafqaziyaya köç edərək Başkeçid bölgəsində məskunlaşmış və Rusiya İmperiyası təbəliyini qəbul etmiş etnik urumlar tərəfindən 1830-cu ildə salınmışdır. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qaşqatala kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Canbağça kəndi Alagöz dağ silsiləsinin sona çatdığı, Trialet dağ silsiləsinin başladığı ərazidə yerləşir. Kənd inzibati-ərazisinə daxil ən hündür məntəqə Qaraqatlıq zirvəsi adlanır, bu məntəqənin okean səviyyəsindən hündürlüyü 2000 metrdən çoxdur. Qaraqatlıq zirvəsi kənddən 2.5 km uzaqlıqda yerləşir. Qaraqatlığın ətəkləri subalp çəmənlikləri ilə örtülüdür. Kəndin aşağı qismi meşələrlə əhatəlidir. Meşələr çox sayda ağac növləri (qoz, fındıq, böyürtkən, yabanı alma, armud, palıd, fıstıq, vələs, göyrüş, cökə, akasiya, söyüd, alça, yemişan, əzgil və sairə) ilə zəngindir. Sərt iqlimi şəraiti olduğu üçün kənd ərazisində soyuq dövr adətən 180-200 sutka davam edir.
Canbuta
Canbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli.İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır: Kişi cinsinə mənsub olmaq; Ailəli olmaq; On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq; Qırx yaşı ötmək; Talmud və Tövratı mükəmməl bilmək.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Pançala
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand və Uttar Pradeş ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region. == Haqqında == Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka və Tayttiriya geniş yayılmışdır. Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Canbulaq (Bükan)
Canbulaq (fars. جانبلاغ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (37 ailə).
Canbulaq Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. == Döyüşlərdə iştirakı == Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
Culcha Candela
Culcha Candela — Berlində yaranmış alman Dancehall qrupu. Onların mahnılarının sözləri siyasətdən başlayaraq, (məsələn - "Una Cosa" və ya "Schöne, neue Welt") party, gecə klubları (məsələn - "Partybus") kimi bir çox mövzuları əhatə edir. Culcha Candela adının mənası "qaynar" və "parlaq" kimi tərcümə oluna bilər. == Tarix == Culcha Candela üç gənc oğlan Johnny Strange, Itchyban, və Lafrotino tərəfindən yaranmışdır. Sonradan bu qrupa Larsito, Mr. Reedoo, Don Cali, və DJ Chino con Estilo da daxil olmuşlar. Belə multikulturizm qrupun musiqi üslubunun seçiminə də özünü göstərmişdir: belə ki, mahnıların bir çoxunda alman, ingilis, ispan və patua dillərində aktiv istifadə olunur. Həmçinin musiqidə Rok, Salsa, Hip-hop və Reggae üslubları hiss olunur. == Albomlar == == Mahnılar == == İstinadlar == == Xarici keçidlər == Culcha Candela Official Website Culcha Candela Fan Website Arxivləşdirilib 2007-07-22 at the Wayback Machine English Lyrics Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine Culcha Candela interview with Big Up!
Eliaquim Manqala
Eliaquim Manqala - Fransalı futbolçu.Müdafiəçidir. == Klub karyerası == === Standard Lyej === === Portu === === Mançester Siti === === Valensiya === == Milli Komanda karyerası == 2013-cü ildən Fransa formasını geyinir və 8 oyuna çıxmışdır.
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Ştutqart === Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. === Hamburq === 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Typhlodromips yandala
Xanbaba Bayramov
Xanbaba Tacir oğlu Bayramov — Alim, texnika elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası fakültəsinin dekanı (1989-1995), İnformatika və kompüter texnikası kafedrasının müdiri (1995-2001), əmək veteranı, 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. == Həyatı və elmi fəaliyyəti == Xanbaba Bayramov 1928-ci ildə Qazax qəzasının Kəmərli kəndində anadan olmuşdur. 1947-ci ildə Kəmərli orta məktəbini bitirmişdir. 1949-cu ildə Qazax ikiillik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və 1949-1959-cu illərdə Tovuz rayonunun orta məktəblərində müəllim işləmişdir. 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universitet) bitirərək pedaqoji fəaliyyətini davam etdirmişdir. 1959-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu nda oxumuş və kompüterlərin sistem və şəbəkələri üzrə mühəndis ixtisasını almışdır. 1965-ci ildən institutun İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasında assistent, 1968-1977-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1977-1980-ci illərdə Elektron hesablama kafedrasının baş müəllimi, 1980-1990-cı illərdə isə həmin kafedranın dosenti vəzifəsində çalışmışdır. 1975-ci ildə Özbəkistanın Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası kafedrasının professoru olmuşdur.
Xanbaba Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur. Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", “Babaxan”, "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".
Xanbaba Məmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur. Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", “Babaxan”, "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".
Xanbaba Nurədilov
Xanbaba Nurədilov — II dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Xanbaba Nurədilov 1922, 6 iyul anadan olmuşdur. 1942, 12 sentyabr vəfat etmişdir.
İsmayıl Canbulad
İsmayıl Canbulad (1880, Konstantinopol – 1926, İzmir) — Türk siyasətçi. == Həyatı == Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi. == Fəaliyyəti == 1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi.
Şahbala Məmmədov
Məmmədov Şahbala Ağqırax oğlu — Azərbaycanın əməkdar iqtisadçısı (1978), Dövlət Statistika Komitəsi sədrinin müavini, Baş Hesablama Mərkəzinin direktoru, "Şərəf nişanı" ordeni (1981). == Həyatı == Qazax rayonunun Yuxarı Salahlı kəndində 1936-cı il iyunun 1-də doğulmuş, onillik məktəbi Aşağı Salahlı orta məktəbində başa vurmuşdur. Karl Marks adına Xalq Təsərrüfatı İnstitutunun ticarət-iqtisad fakültəsinə daxil olmuş, bu ali məktəbi statistika ixtisası üzrə bitirmişdir (1958). Moskvada SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası İxtisasartırma İnstitutunda tam kurslar dinləmişdir (1986). == Fəaliyyəti == Əmək fəaliyyətinə təyinatla Şəmkir rayonunda başlamış, orada 1959-cu ilin yanvarında əhalinin siyahıyaalınmasını respublika rayonları arasında birinci olaraq, dəqiq və keyfiyyətlə yerinə yetirdiyinə görə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Dərhal mərkəzi idarəyə işə dəvət edilən Ş.A.Məmmədov həyatının 50 ildən çoxunu Dövlət Statistika Komitəsində çalışmış, burada əsaslı tikinti və mənzil-kommunal təsərrüfatı şöbəsinin iqtisadçısı, baş iqtisadçısı və həmin şöbənin rəisi işləmişdir. 1968-ci ilin aprelində İdarənin maşın-hesablama stansiyasının rəis müavini təyin edilmiş, sonra hesablama mərkəzi direktorunun müavini olmuşdur. Ş.A.Məmmədov 1976-cı ilin martından Respublika Hesablama Mərkəzinin direktoru olmaqla, Dövlət Statistika Komitəsi sədrinin müavinidir. Azərbaycanın statistika orqanlarının son 50 ildəki inkişaf yolu, kiçik bir idarədən geniş şəbəkəsi olan dövlət strukturuna çevrilməsi, idarənin elm və texnikanın son nailiyyətləri ilə təchiz olunması bilavasitə Ş.A.Məmmədovun adı, fəliyyəti və şəxsi təşəbbüsləri ilə bağlıdır. Milli statistikamızın dünya standartlarına cavab verən bir struktur olaraq, formalaşmasında bu müstəsna xidmətlərinə görə onu öz xidməti sferasında "statistikamızın patriarxı" da adlandırırlar. Ş.A.Məmmədov respublikada statistika kadrlarının hazırlanmasına öz töhfəsini vermiş, istehsalatdan ayrılmamaqla 8 il Xalq Təsərrüfatı İnstitutunda ixtisas fənnindən dərs demiş, 20 il statistika və iqtisadi kibernetika bölmələrində dövlət imtahan komissiyasının sədri olmuşdur.
Çankaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
Çanqaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
MV Çankaya
MV Çankaya — 264 qroston ağırlığında, yelkənli və motorlu yük gəmisi. 23 fevral 1942-ci ildə SSRİ sualtı qayığı Ş-213 tərəfindən torpedo ilə Bosfor boğazında batırılmışdır. == Tarixi == 1886-cı ildə Ramage & Ferguson şirkəti tərəfindən Şotlandiyanın Leyt limanında "SY Katrina" adı ilə hazırlanmış və C.Andersona aid Qlazqo şirkətinə xidmət verməyə başlamışdır. 1890-cı ildə Rusiya İmperatorluq Donanmasına satılmışdır. "Kolxida" adı ilə 23 il boyunca yaxt və buxarlı gəmi siniflərində xidmət verdikdən sonra 1913-cü ildə xidmətini başa çatdırmışdır. 1914-cü ildə "Lukull" adı ilə döyüş gəmisi kimi yenidən fəaliyyət göstərməyə başlamışdır. 1918-ci ildə eyni adla Almaniya İmperatorluq Donanmasında yaxt kimi xidmət vermişdir. 1919-cu ildə Belarus Donanmasında yük gəmisi olmuşdur. 15 oktyabr 1921-ci ildə İtaliyanın "Adria" gəmisi ilə Qız qalası yaxınlığında toqquşaraq batmışdır. 1923-cü ildə sudan çıxarılaraq sərnişin gəmisi kimi istifadə olunmağa başlamışdır.