Canbağça

CanbağçaGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Osmanlı İmperiyası zamanında hazırkı Türkiyə Cümhuriyyəti ərazisindən Zaqafqaziyaya köç edərək Başkeçid bölgəsində məskunlaşmış və Rusiya İmperiyası təbəliyini qəbul etmiş etnik urumlar tərəfindən 1830-cu ildə salınmışdır. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qaşqatala kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Canbağça kəndi
gürc. სოფელი გორა (sopeli qora)
გორა
41°15′09″ şm. e. 44°17′40″ ş. u.HGYO
Ölkə Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.355 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1715[2]
Xəritəni göstər/gizlə
Canbağça kəndi gürc. სოფელი გორა (sopeli qora) xəritədə
Canbağça kəndi gürc. სოფელი გორა (sopeli qora)
Canbağça kəndi
gürc. სოფელი გორა (sopeli qora)

Canbağça kəndi Alagöz dağ silsiləsinin sona çatdığı, Trialet dağ silsiləsinin başladığı ərazidə yerləşir. Kənd inzibati-ərazisinə daxil ən hündür məntəqə Qaraqatlıq zirvəsi adlanır, bu məntəqənin okean səviyyəsindən hündürlüyü 2000 metrdən çoxdur. Qaraqatlıq zirvəsi kənddən 2.5 km uzaqlıqda yerləşir. Qaraqatlığın ətəkləri subalp çəmənlikləri ilə örtülüdür. Kəndin aşağı qismi meşələrlə əhatəlidir. Meşələr çox sayda ağac növləri (qoz, fındıq, böyürtkən, yabanı alma, armud, palıd, fıstıq, vələs, göyrüş, cökə, akasiya, söyüd, alça, yemişan, əzgil və sairə) ilə zəngindir. Sərt iqlimi şəraiti olduğu üçün kənd ərazisində soyuq dövr adətən 180-200 sutka davam edir.

Kənd yerləşən ərazidə onun salınma tarixinədək yaşayış məntəqəsi olmamışdır. 1823-cü ildə azərbaycanlı kəndi Qamışlı ilə hazırkı Canbağça kəndi arasında, Dambuluq adlanan yerdə urum əsilli ovçulardan (yalnız kişilər) ibarət üç çadır quruldu. Bu çadırlara daha bir neçəsinin də əlavə olunması ilə şikar ehtiyyacdan artıq olduğundan ticarət etməyə qərar verən urum ovçular 1827-ci ildə çadırları hazırda Canbağça kəndi yerləşən əraziyə köçürdülər. Beləki, bu ərazi Osmanlı ərazisinə gedən karvan yoluna olduqca yaxın idi. Ancaq ticarətin tədricən zəifləməsi ilə ovçular tədricən peşələrini dəyişərək əsasən kömür düzəltməyə başladılar. Qazncın artması ilə ailələrini də yanlarına gətirəm ovçular 1830-cu ildə burada çadırlardan imtina edərək evlər tikmiş və dövlətin də icazəsi ilə Canbağça adlı kənd salmışdırlar. Tədricən kənd əhalisi Qars ətrafı və Trabzon bölgəsindən gələn əhali hesabına artmış, ingilislərin 1845-ci ildə yaxınlıqda mis hasilatı ilə məşğul olan karxana yaratması ilə kənd çiçəklənmə dövrünə qədəm qoymuşdur. 1847-ci çar hökumətinin Zaqafqaziya canişininin əmri ilə kəndin adı dəyişdirilərək Mis-Mədən adlandırıldı. Bu adlanma Gürcüstanda sovet hökumətinin təşkili ilə 1921-ci ildə dəyişdirilmiş və kənd Carayer adlandırılmışdır. 1947-ci ildə həyata keçirilmiş dəyişiklikdən sonra kənd Qora adlanmaqdadır. Qora (gürc. გორა) gürcü dilindən tərcümədə "təpə" mənasını ifadə edir.

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Tiflis quberniyası, Borçalı qəzası, Trialeti şöbəsi, Hamamlı kənd cəmiyyəti tərkibinə daxil olan Carayer kəndində 11 evdə pravoslav xristian olan urumlardan ibarət 105 nəfər (55 nəfəri kişilər, 50 nəfəri qadınlar) əhali yaşayırdı.[4]

Kənd əhalisi kirəmit dam örtükləri olan bir-birindən xeyli aralı evlərdə yaşayırlar. Hazırda əksər evlər urumların kənddən kütləvi köçü ilə əlaqədar boş qalmışdır. Belə ki, kənddə 1948-ci ildə 127 evdə 730 nəfər, 1975-c ildə 93 evdə 84 ailədə 325 nəfər əhali yaşayırdı, qalan evlər boş qalmışdı. Kəndə azərbaycanlıların ilkin yerləşməsi XIX əsrin 40-50-ci illərinə təsadüf etməkdədir. Azərbaycanlılarla qohumluq əlaqələri quran urumlar demək olar türk mədəniyyətinin tam anlamda daşıyıcıları sayıla bilərlər. Dini mərasimləri çıxmaqla bütün adətlər, mətbəx, toy adətləri və sair Ahısqa türklərinə eləcə də azərbaycanlılara olduqca yaxındır. Əvvəllər kənd əhalisinin mütləq əksəriyyətini urumlar təşkil etsə də onların kənddən köçü ilə azsaylı azərbaycanlı əhalinin nisbəti artmaqdadır.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 38 nəfər əhali 47 %-i azərbaycanlılardan, 47 %-i isə urumlardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 44 nəfər əhali yaşayır.[3]

Kənd əhalisi tarixən ovçuluq, kömür istehsalı, mədən hasilatı, maldarlıq və qismən əkinçiliklə məşğul olmuşdur. Sovet dövründə əhali əsasən maldarlıqla məşğul olsa da XX əsrin 70-ci illərində əkinçiliyin ekstensiv yolla inkişafına çalışılmışdır. Torpaqdan istifadənin düzgün həyata keçirilməməsi ilə əlaqədar olaraq 350 hektar torpaq yarasız hala gəlmişdir. Qalan əkinə yararlı 50 hektar torpaqda isə əkin ildən ilə azalmış hazırda isə demək olar ki bir neçə hektar əkin sahəsi çıxılmaqla yox dərəcəsindədir.

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005