Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kompüter-dəstəkli təlim
Təhsil texnologiyası — öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi. "EdTech" abreviaturu adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. "EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age" (2019) adlı kitabda Tanner Mirrlis və Şahid Alvi "EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna" olmadığını vurğulayır, "EdTech" sənayesini "mənfəət əldə etmək məqsədilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi" müəyyən edir. Onlara görə, "bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür". == Tərifi == Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası (TKTA) təhsil texnologiyasını "müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi" kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını "öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi" kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.
Dəlləkli
Azərbaycanda Dəlləkli (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəlləkli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Dəlləkli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Dəlləkli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Dəlləkli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ermənistanda Dəlləkli (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonra isə keçmiş Qafan rayonu ərazisində kənd. Dəlləkli (Kotayk) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Dostəli
Dostəli — ad. Dostəli Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Dostəli xan Müəyyirəlməmalik — Qacarlar dövlətinin xəzinədarı. Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı. Digər Dostəli (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Dəlləkli (Kotayk)
Dəlləkli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır.
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. == Toponimikası == Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Dəlləkli (Tovuz)
Dəlləkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dəlləkli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər.
Dəlləkli (Zəngəzur)
Dəlləkli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Tsav kəndindən 2 km qərbdə yerləşirdi. == Etimologiyası == Kəndin adı Dəlləkli nəsil adı əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 118, 1905-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Dəyirmikirpiklilər dəstəsi
Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir.
Erato dəstəsi
Erato dəstəsi (erm. Էրատո ջոկատ) — Ermənistan Quru Qoşunlarının hərbi hissəsi. Ermənistan Silahlı Qüvvələri zəminində yaradılmış ilk qadınlardan ibarət hərbi hissədir. Azərbaycan ilə Ermənistan arasında baş verən qarşıdurmalardan sonra yaradılmış və ilk növbədə İkinci Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmişdir. == Zəmin == 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ən azı 115 qadının döyüş tapşırıqlarında iştirak etdiyi haqqında məlumat mövcuddur. 2013-cü ildə Ermənistandakı hərbi akademiyalarda ilk dəfə qadınların iştirakına icazə verilmişdir. Armenak Xanperyants adına Hərbi Aviasiya Universiteti həmin il 5 qadını qəbul etmiş, növbəti il isə Vazgen Sarkisyan adına Hərb Universiteti də oxşar qərar almışdır. == Tarixi == 2020-ci ilin avqust ayında Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan, Qondarma Dağlıq Qarabağ Respublikasından olan qadınlarla bir həftəlik döyüş hazırlığı proqramı keçmişdir. Bu, 2020-ci ilin iyul ayında, Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşlərinə bir cavab idi. Hakobyan daha sonra 18–27 yaş arası qadınlar üçün 45 günlük könüllü bir təhsil proqramı yaratmışdır.
Evqlenakimilər dəstəsi
Evqlenakimilər dəstəsi (lat. Euglenida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Evqlenakimilər dəstəsi — Bu dəstə bədənin ön tərəfində bir qamçı olan, əsasən şirin sularda yaşayan qamçılıları birləşdirir. Evqlenakimilərin bədəni pellikula ilə örtülüdür. Pellikula bəzi növlərdə yaşıl evqlenada olduğu kimi elastiki, bəzilərində isə möhkəm olub, bədənə sabit forma verir. Evqlenakimilər yaşıl bədənə, çoxlu xromatoforlara malikdirlər. Onlar üçün holofit qidalanma, bəzi rəngli formalar üçün miksotrof qidalanma xasdır. Bütün rəngli evqlenakimilər qırmızı gözcüyə — stiqmaya malikdir. Rəngsiz növlər saprofit, bir çoxu isə holozoy üsulla qidalanır. Holozoy üsulla qidalanan evqlenakimilər xüsusi orqanoidlər: hüceyrə ağzı — sitostom, sitoplazmanın dərinləşməsindən əmələ gələn udlaq yerləşir.
Fitomonadlar dəstəsi
Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə. == Haqqında == Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir.
Hidralar dəstəsi
Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə. == Görünüşü == Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir.
Hipermastiginlər dəstəsi
Hipermastiginlər dəstəsi (lat. Hypermastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Çoxqamçılıların bəzilərində nüvələrin , qamçıların , aksostilin miqdarı çox olur. Belə qamçılıların hipermastiginlər dəstəsində birləşdirir. Termitlərin bağırsağında bu dəstənin Calonymphidae fəsiləsindən olan nümayəndələri parazitlik edir. Termitlərlə simbioz həyat tərzi keçirən C.grassii növündə nüvələrin, bazal dənəciklərinin, aksostilin və parabazal aparatın miqdarı çox olur. Hər bazal dənəciyində uzanan 3–4 qamçı bütöv qamçılı sahə əmələ gətirir. C.grassii növü termitin bağırsağında oduncaqla qidalanır. Məlumdur ki, termitlərin özü sellülozanı parçalaya bilmir. Təcrübədə sübut edilmişdir ki, bağırsağında qamçılılar çıxarılmış termit oduncaqla qidalandırıldıqda, onlar acından məhv olurlar.
His dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Kökqamçılılar dəstəsi
Kökqamçılılar dəstəsi (lat. Rhizomastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. == Haqqında == Bu dəstənin nümayəndələrində həm qamçılıların, həm də sarkodinlərin əlamətləri vardır. Buna görə də kökqamçılılar bu iki sinif arasında keçid formalar hesab olunurlar. Kökqamçılılarda nüvə ilə nazik tellərlə birləşən bir və ya bir neçə qamçı olur. Eyni zamanda qamçılarla bərabər yalançı ayaqlar əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kökqamçılılar qamçılarını itirmədən amöbvari hərəkət edirlər. Adətən birnüvəli olurlar. Bakteriyalarla, yosunlar, və ibtidai orqanizmlərlə qidalanırlar. Kökqamçılılar yalnız qeyri-cinsi yolla bölünməklə çoxalırlar.
Mühafizə dəstəsi
SS (alm. Schutzstaffel‎ — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır. 1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır. Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır. 1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm.
Opalinkimilər dəstəsi
Opalinkimilər dəstəsi (lat. Opalinida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Opalinkimilər, demək olar ki, sırf suda – quruda yaşayanların parazitləridir. Opalinlərin bədəni bərabər kirpiklərlə örtülüdür. Onlarda həzm və ifrazat vakuolu yoxdur, qidalanma diffuz xarakterlidir. Müxtəlif opalinlər iki və daha çox eyni tipli nüvəyə malikdir ki, bununla infuzorlardan fərqlənirlər. Dəstənin xarakterik nümayəndələri qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Otyeyənlər dəstəsi
Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu. Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır.
Pətəkli (Qoşaçay)
Pətəkli (fars. پتك لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).
Qansporlular dəstəsi
Qansporlular dəstəsi (lat. Haemosporidia ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Qansporlular dəstəsi 100-ə qədər növü birləşdirib, məməlilərin, quşların və sürünənlərin hüceyrədaxili parazitləridir. Həyat tsikli koksidilərdə olduğu kimi şizoqoniya, qametoqoniya və sporoqoniya mərhələlərinin növbələşməsi ilə baş verir. Koksidilərdən fərqli olaraq, rüşeym möhkəm örtük əmələ gətirmir və xarici mühitə düşmədən bir sahibdən digər sahibə keçir. Beleliklə çoxalma 2 sahibdə gedir. Koksidilərdə qansporlular qohumluq əlaqələri olduğunu ilk dəfə 1887-ci ildə İ. İ. Meçnikov qeyd etmişdir. Onlar arasında başlıca fərq qansporlularda hərəkətli amöbvari şizontların olması və sporların olmamasıdır . Qansporluların Piroplasmoidea yarımdəstəsindən olan növlərinin də böyük təsərrüfat əhəmiyyəti vardır. Bu dəstənin Babesiidae və Theileriidae fəsilələrinin nümayəndələri məməli heyvanlarda, əsasən qaramalda, piroplazmoz adlanan bir sıra ağır xəstəliklər törədirlər.
Spiralkirpiklilər dəstəsi
Spiralkirpiklilər dəstəsi (lat. Spırotrıcha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Bu dəstənin nümayəndələri üçün ağızın ətrafında membranellaların spiral şəklində yerləşməsi xarakterikdir. Spiralkirpiklilər dəstəsinin aşağıdakı yarımdəstələri vardır: 1.Müxtəlif kirpiklilər yarımdəstəsi (Heterotricha). Bu yarımdəstənin nümayəndələri spiral şəklində yerləşən ağızətrafı membranellalardan əlavə, bütün bədəni əhatə edən kiçik kirpiklərə də malikdir. Tipik nümayəndəsi stentor infuzorudur . Stentor polymorphus infuzoru 0,5 mm ölçüdə, qıfabənzər formada olub, aydın görünən bir makronukleusa və bir neçə mikronukleusa malikdir. Bədənin aşağı dar hissəsi ilə substrata yapışaraq oturaq həyat tərzi keçirir. Mionemlərin güclü inkişafı ilə əlaqədar stentor infuzoru qıcıqlandırılarkən bədən formasını ani dəyişərək şar formasını ala bilir. Yarımdəstənin digər tipik nümayəndəsi Spirostomum anbiguum növüdür.
Qiyas əd-Din Mənsur Dəştəki
Qiyas əd-Din Mənsur Dəştəki (1462 və ya 1461, Şiraz – 1542) – İran filosofu. Gənc yaşlarında Cəlaləddin Dəvvani ilə apardığı elmi münazirələr şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərmişdir Mənsur Dəştəki Şah İsmayılın dövründə Marağa rəsədxanasının təmiri işlərinə cəlb olunmuş, I Təhmasibin dövründə isə sarayda sədr vəzifəsində (1530-32) fəaliyyət göstərmişdir. Mənsur Dəştəkinin görüşləri Şiraz fəlsəfə məktəbinin formalaşmasında mühüm rol oynamış, Molla Sədranın fəlsəfi sistemi üçün zəmin yaratmışdır. Tənasüx (reinkarnasiya) və can haqqında özünəməxsus fikirləri ilə seçilmişdir. İbn Sina və Sührəvərdiyə şərhlər yazmışdır. Fəlsəfə, məntiq, kəlam, eləcə də astronomiya, tibb və riyaziyyata dair bir sıra əsərin müəllifidir.