Dəlləkli (Zəngəzur)

DəlləkliYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Tsav kəndindən 2 km qərbdə yerləşirdi.

Kəndin adı Dəlləkli nəsil adı əsasında yaranmışdır.[1]

Kənddə 1886-cı ildə 118, 1905-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı yaşamışdır.[2] 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.[1]

  1. 1 2 İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  2. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.