Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rob Elder
Rob Elder (25 aprel 1981, Suva, Fici) — Ficili oxatan. Rob Elder Ficini 2004, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rob Elder birinci dəfə Olimpiya Oyunlarına 2004-ci ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Park Kyung-Mo ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 138:154 hesabı ilə uduzdu. Rob Elder özünün ikinci Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Bun-Min ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 2:3 hesabı ilə uduzdu. Rob Elder növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vei Çun-Heng ilə üz-üzə gəldi.
Banksia elderiana
Banksia elderiana (lat. Banksia elderiana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Eldar Abasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib.
Eldar Abbasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib.
Eldar Abdinov
Eldar Abdinov (Eldar Rzaqulu oğlu Abdinov; 20 aprel 1952, Ərkivan kəndi, Masallı) — 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti" nişanları, "Kömür sənayesi fəxri əməkdaşı" nişanı, "Şəhər qarşısında xidmətlərinə görə" nişanı ilə təltifçisi, Qazaxıstanın Ekibastuz şəhərinin Milli Məclisinə 6 dəfə deputat seçilmişdir, Əməkdar təqaüdçü. == Həyatı == Eldar Abdinov 20 aprel 1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1958–68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970–72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd Eldar Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır. 20 il ərzində "Boqatır Akses Komir" MMC-də Yeməkxana müdiri vəzifəsində çalışıb.
Eldar Abdullayev
Eldar Firuddin oğlu Abdullayev (23 iyul 1982, Sumqayıt – 18 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi. Aysu və Asya adında, həmçinin 2021-ci il fevralın 2-də dünyaya gələn Ahu adında üç qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldar Aslanov
Eldar İkram oğlu Aslanov (19 yanvar 1976, Sığırlı, Kürdəmir rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == 19 yanvar 1976-cı il tarixində Kürdəmir rayonun Sığırlı kəndində anadan olub. 1993-1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununda (hazırkı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) siyasi elmlər üzrə bakalavr pilləsində təhsil alıb. 1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri və dekabr 2006-cı ildən Beynəlxalq Mətbuat Klubunun Direktoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) komissiya sədri və Məclis sədri, 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü və s., ictimai vəzifələri daşıyıb. 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının Eksperti işləyib. 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strateji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı alıb. 2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş olmuşdur. 2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorantura təhsili almış və 20.07.2007-ci il tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində, 2009-2010-cı illərdə “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy­yətliliyinin yüksəldilməsi” üzrə layihədə ekspert kimi çalışmışdır.
Eldar Axundov
Eldar Balağa oğlu Axundov (15 mart 1949, Lənkəran – 17 sentyabr 2014, Bakı) — Azərbaycan müğənnisi (lirik-dramatik tenor), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Eldar Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb və 1971–1973-cü illərdə buranın solisti olub. O, 1974-cü ildə Azərbaycan Estrada-Simfonik Orkestrinin, 1996-cı ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub. Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 25 iyun 2003 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 22 iyun 2006 == Filmoqrafiya == Əzablı yollar (film, 1982) == İstinadlar == == Xarici keçidlər == Oxuduğu mahnılar Eldar Axundov — Axı sənsiz necə dözüm Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Musiqi: Eldar Mansurov, sözləri: Piruz Dilənçi Eldar Axundov — Mən tələsmirəm. Musiqi: Emin Sabitoğlu, sözləri: Səməd Vurğun Akif İslamzadə, Eldar Axundov, Mirzə Babayev — "Əzablı yollarla" filmindən qardaşların mahnısı. Musiqi: Tofiq Quliyev, sözləri: Ramiz Rövşən Eldar Axundov — Çevik polis alayı.
Eldar Baxış
Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). == Həyatı == Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur. == Ailəsi == Rejissor və aktyor Tural Ağayevin atasıdır.
Eldar Baxşıyev
Eldar Sultan oğlu Baxşıyev (7 oktyabr 1998; Bərdə, Azərbaycan — 30 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Baxşıyev 7 oktyabr 1998-ci ildə Goranboy rayonu, Düzqışlaq kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eldar Baxşıyev Madagizin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Baxşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldar Baxşıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldar Bağırov
Eldar Teymur oğlu Bağırov — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991). Eldar Bağırov 1953-ci ildə Ağdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur. Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988 çi ildə Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir. 1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
Eldar Cahangirbəyov
Cahangirbəyov Eldar Xanlaroviç — Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyat == Cahangirbəyov Eldar Xanlaroviç Bakı şəhərində doğulmuşdur. 5 mart 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" adına layiq görülmüşdür.
Eldar Cangirov
Eldar Cangirov (28 yanvar 1987), daha çox Eldar kimi tanınır — pianoçu və cazmen. Qırğızıstanda anadan olub, daha sonra Kanzasa köçmüşdür. Hal-hazırda Nyu-Yorkda yaşayır. Millətcə tatardır. == Erkən illəri == Eldar yalnız 3 yaşındaykən fortepianoda ifa etməyə başladı. İlk müəllimləri onun valideynləri idi. Birinci öyrəndiyi əsəri — standart C-Jam Blues. Daha sonra klassik oyundan dərs aldı. 9 yaşındaykən Nyu-Yorkda Sibirdə keçirilən festivalda çıxış edən Charles McWater fərqlənirdi. Eldarın ailəsi caz tarixinə daha çox cəlb edən Kanzas şəhərinə köçdü.
Eldar Cəfərov
Eldar Cəfərov — 2008 Avroviziya Rəqs Müsabiqəsində Anna Sajina ilə Azərbaycan təmsilçisi, rəqqas. == Həyatı == Eldar Cəfərov 1987-ci ildə Yekaterinburq şəhərində anadan olub. Eldar rəqs etməyə yeddi yaşında başlayıb. Bir müddət sonra Eldar karyerasının başlanğıcı sayılan "Gəl rəqs edək" rəqs klubuna yazılır. Qeyd edək ki, həmin vaxt onun anası Natalya xanım musiqi məktəbində dərs deyirdi. O, məktəb və rəqs dərslərindən başqa piano çalmağı və tennis oynamağı da öyrənirdi. İqtisadiyyat Universitetinin 3 kursunu bitirdikdən sonra o rəqqaslığını daha da inkşaf etdirmək üçün Ceri Abrat və Katerina Arzentonun məktəbində rəqs dərsləri almaq üçün İtaliyaya gedib. Yarım il ərzində o, gənclər üçün keçirilən ən mühüm dünya rəqs müsabiqələrinin birbaşa finalında iştirak edib və onların bir neçəsində qələbə qazanıb. Atası Namid Cəfərov oğlunun rəqqas olmağına qarşı çıxsa da, Eldarın arzusu həyata keçib. 2004-cü ildə həm bal, həm də Latın Amerikası rəqslərində Azərbaycanıda ölkə çempionluğunu adını qazanıb.
Eldar Dəhnəvi
Eldar Dəhnəvi (Dəhnəvi Eldar Musa oğlu; d. 1966. Kiçik Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — Tatarıstan alimi; Kimya elmləri doktoru. Kazan Dövlət Texnologiya Universitetinin ümumi kimya texnologiyaları kafedrasının professoru. NİOST “Sibur holdinq” ASC‑nin riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi. == Həyatı == Dəhnəvi Eldar Musa oğlu 1966-cı il mayın 17-də Azərbaycan Respublikasının Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1988-ci ildə Kazan Kimya-Texnologiya İnstitutunu “lakların, boyaların, lak və boya materiallarının texnologiyası” ixtisası üzrə əla qiymətlərlə bitirib və həmin institutun aspiranturasına qəbul edilib. Aspirant olarkən ictimai fəaliyyətlə aktiv məşğul olub. E.Dəhnəvi 1988-ci ilin noyabrında həmfikirləri ilə postsovet məkanında ilk azərbaycanlı həmyerlilər cəmiyyətlərindən birini yaradıb və ona sədrlik edib. 1993-cü ildə texnika elmləri namizədi elmi dərəcəsini almaq üçün “Əridicilərin köməyi ilə hidroperoksid kumolun turşu-katalitik parçalanması prosesinin idarə olunması” mövzusunda namizədlik dissertasiyası yazıb.
Eldar Fətəliyev
Eldar Hacıyev
Eldar Rasim oğlu Hacıyev (3 dekabr 1962, Bakı) - Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü.Azərbaycan xalçaçılığında miniatür nümunələri xalça üzərinə köçürən və xalça toxunulmasında ipəkdən istifadə edən ilk xalçaçı rəssam. == Həyatı == Eldar Rasim oğlu Hacıyev 1962-ci il 03 dekabr tarixində Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. O, Bakı şəhərində 1969-1979-cu illərdə 20 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.1979-1984-cü illər ərzində M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Xalçaçılıq və Bədii toxuculuq" fakültəsinin Xalçaçı-rəssam ixtisasını başa vurur. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hələ İncəsənət İnstitutunda təhsil aldığı müddət və ondan sonrakı dövrlərdə də Eldar Rasim oğlu Hacıyev Azərbaycan xalçaçılıq irsinin görkəmli nümayəndəsi,profesor,Xalq rəssamı Lətif Kərimovdan, sənətşünas, professor, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyevadan bu sənətin sirlərinə yiyələnmişdir. O dövr xalça sənətimizin canlı ensiklopediyası L.Kərimovdan mənimsədiyi ilmələrin sirri bu gün Eldar Hacıyevin xalçaçı - rəssam kimi formalaşmasında əhəmiyyətli rol oynamışdır. Xalçada portret janrının ənələrini davam etdirən E.R.Hacıyevin portret işləri maraq doğurmaya bilməz. == Yaradıcılıq işləri == O portret janrında Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Məhəmməd Füzulinin, Bülbülün, Corc Buşun, Putinin, II Aleksinin və digər görkəmli şəxsiyyətlərin portretlərini böyük ustalıqla işləmişdir. Eldar Rasim oğlu Hacıyevin yaradıcılığına xas əsas xüsusiyyətlərdən biri də onun müəllifi olduğu xalçalarının müasir günümüzdə qədim Azərbaycan xalça sənətində qismən az müraciət olunan ipək saplarla toxunulmasıdır. Belə ki, xalçaçı-rəssam E.R.Hacıyevin miniatür, dini mövzulu və süjet xalçalarını məhz ipək saplar üzərində yaratmışdır.
Eldar Həsənli
Eldar Həsənli (tam adı: Eldar Həsən oğlu Həsənli; 28 aprel 1960, Daşkənd, Basarkeçər rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həsənli Eldar Həsən oğlu 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikomuna qəbul olmuş və 1983-cü ildə təhsilni başa vurmuşdur. Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir. İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap oluur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır. "Aqilim, Sərrafım qaldı Göyçədə" (1997), "Gözlərimin yaşı qalıb o yerdə" (1998), "Göyçə mənim, qadası, Ələsgərim, Alımdır" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1999, 176 səh. 1000 tiraj), "Sən günəşin zərrəsiydin" (1999) və "Dünya mənim qəfəsimdi" (2001) kitabları çap olunub.
Eldar Həsənov
Eldar Həsənov (hüquqşünas) — Azərbaycan hüquqşünası. Eldar Həsənov (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Eldar Həsənov (əsgər) — Azərbaycanlı şəhid.
Eldar Mahmudov
Eldar Əhməd oğlu Mahmudov (28 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri (2004–2015), general-polkovnik, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin keçmiş üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin üzvü. Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. == Həyatı == Eldar Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980–2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. 1993–2003-cü illərdə Sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Əldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. == Toponimi == Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır === Aldərə çayı === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. == Əhalisi == Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Travmatizm == İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.