ƏJDƏR

[ fars. ] bax əjdaha.
[İsmət:] Gerçəkdən pək gözəl, pək süslü xəncər; Bir parçacıq polad, lakin bir əjdər… H.Cavid.
Lakin əjdər olur suda hər yosun; Səni əjdahalar istəyir udsun. O.Sarıvəlli.

Синонимы

  • ƏJDƏR əjdər bax əjdaha
ƏJDAHA
ƏKDİRİLMƏ
OBASTAN VİKİ
Əjdər Ağayev
Əjdər Əbdülhüseyn oğlu Ağayev (10 oktyabr 1937, Qırmızıkənd, Salyan rayonu – 27 noyabr 2018) — azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, respublika müəllimlər şurasının sədri. Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960). Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır (1981-ci ildən).
Əjdər Babayev
Əjdər Babayev — Azərbaycanın Milli Qəhrəmanı. 1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. 1995-ci il… 13-17 mart hadisələri…Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb. Azərbaycan Respubliksaı prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Əjdər Dadaşov
Əjdər Həmidov
Əjdər Qüdrət oğlu Həmidov (28 sentyabr 1953, Aygünlü, Dəvəçi rayonu – 24 noyabr 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018). Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır. Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır. Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır. Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir.
Əjdər Məcidov
Əjdər Məcidov (Əjdər Əkbər oğlu Məcidov; d. 1938, Bakı) — Kimya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2017) Məcidov Əjdər Əkbər oğlu 1938-ci il martın 6-da Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olub. O, 1941-ci ildə ailəsi ilə birlikdə Poxvistnev şəhərinə köçmüşdür. 1950-ci ildə Bakıya qayıtmış və 1955-ci ildə burada orta məktəbi bitirərək Azərbaycan Dövlət Uni­versitetinin kimya fakültəsinə daxil olmuşdur. Daha sonra elmi fəaliyyətə olan marağı onu tədqiqat sahəsinə yönəltmiş və 1961-ci ildə aspiranturaya daxil olaraq Kimya İnstutuna göndərilmişdir. O, 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əjdər Məcidov 1960-cı ildə universiteti bitirmədən bir il əvvəl AMEA-nın Neft-Kimya Prosesləri İnstutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsinə təyin edilmişdir. O burada "Fiziki-kimyəvi üsullarla tədqiqatlar laboratoriyası"nı təşkil etmiş və maddənin müasir fiziki tədqiqat metodları üzrə əldə olunmuş nəticələri institutun təcrübəsinə tətbiq etmişdir. Əjdər Məcidov 1964-1969-cu illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda, sonra isə SSRİ EA KFİ-nin Çernoqolovkadakı filialında çalışmış, 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləmişdir.
Əjdər Məlikov
Əjdər Dadaş oğlu Məlikov (1889, Pirşağı, Bakı qəzası – 1921, Binəqədi, Bakı qəzası) — Hümmət Partiyası qurucularından, Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü. Əjdər Məlikov 1889-cu ildə Pirşağı kəndində anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının sıralarına qatılmışdır. Əjdər Məlikov Hümmət Partiyasının qurucularından biri olmuşdur. 1917-ci ildə Binəqədi Rayon Sovetinin üzvü seçilmişdir. Burada o Hümmət Partiyasının liderlərindən olmuşdur. Oktyabr inqilabından sonra Məlikov Binəqədi Rayon Partiya Komitəsinin katibi, Binəqədi Rayon Sovetinin sədri və Bakı Sovetinin üzvü olmuşdur. Əjdər Məlikov Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. 1920–1921-ci illərdə Bakı Şəhər Qida Komitəsinin Binəqədi Rayonu üzrə nümayəndəsi, Qida, Sağlamlıq və Torpaq Şöbəsinin sədri və İcraiyyə Komitəsinin sədri olmuşdur. 1921-ci ildə Pirşağıda öldürülmüşdür.
Əjdər Ol
Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir.
Əjdər Qurbanov
Qurbanov Əjdər Məmməd oğlu (1962, Astara) — Azərbaycanlı hərbçi, Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin keçmiş rəisi. Qurbanov Əjdər Məmməd oğlu 1962-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olub. Orta məktəbi Astara rayonunda bitirmiş, 1984-cü ildə isə Bakı Ali Ümumdiviziyon Komandirlər məktəbini bitirmişdir. Bakı Ali Ümumquşun Komandirlər məktəbini bitirdikdən sonra 38 illik hərb xidmətinin 8 ilini Sovet ordusunda Hava Desant Qoşunlarında keçirib. 1992-ci ildə Azərbaycana, Gəncə Hava Desant Dviziyasına gəlib. 1992-ci ilin avqustun 5-də Elbrus Orucovun komandiri olduğu 704 saylı hərbi hissədə Əlahiddə Motaatıcı Taborun komandiri olub. 1992-ci ilin sentyabrına qədər Pirəbulaq istiqamətində döyüşüb. 1993-cü ilin yaz, yay və payız aylarında 704 saylı hərbi hissənin komandiri vəzifəsini icra edib. 2014-ci il yanvar ayının 16-da Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olub. 20 yanvar hadisələri zamanı Bakıda Az TV-nin enerji bloku partladıldığına görə televiziya işləmirdi.
Əjdər Sabirli
Əjdər Xanlar oğlu Sabirli (22 dekabr 1996; Tərtər rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əjdər Sabirli 1996-cı il dekabrın 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 8-də Talış istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əjdər Soltanov
Əjdər Əliabbas oğlu Sultanov (8 dekabr 1909 — 10 yanvar 1962) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Əjdər Sultanov 1909-cu ilin dekabrın 8-də Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları ilə də çıxışlar edib. Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də Gəncə şəhərinə köçürüləndə Əjdər Sultanov da kollektivlə gedib. Teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib. Kollektivin nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov burada rejissorluqla məşğul olmağa başlayıb. 1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu səhnədə Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz), "Aydın" (Surxay), "Almaz" (Balarza və Hacı Əhməd), "Dönüş" (Qüdrət Arslan), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun "Xanlar" (Mamuliya), "İnsan" (Şahbaz), "Xosrov və Şirin" (Şapur və Xosrov), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Çingiz), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Bağır xan), Hüseyn Cavidin "Şeyx Sənan" (Dərviş), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Qurban), İlyas Əfəndiyevin "Bahar suları" (Zəfər), "Atayevlər ailəsi" (Xosrov Atayev), Mehdi Hüseynin "Nizami" (Munis), Mirzə İbrahimovun "Məhəbbət" (Kərim) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb.
Əjdər Sultanov
Əjdər Əliabbas oğlu Sultanov (8 dekabr 1909 — 10 yanvar 1962) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Əjdər Sultanov 1909-cu ilin dekabrın 8-də Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında "Əjdər", "Əjdər Sultan" imzaları ilə də çıxışlar edib. Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də Gəncə şəhərinə köçürüləndə Əjdər Sultanov da kollektivlə gedib. Teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib. Kollektivin nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov burada rejissorluqla məşğul olmağa başlayıb. 1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu səhnədə Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz), "Aydın" (Surxay), "Almaz" (Balarza və Hacı Əhməd), "Dönüş" (Qüdrət Arslan), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun "Xanlar" (Mamuliya), "İnsan" (Şahbaz), "Xosrov və Şirin" (Şapur və Xosrov), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Çingiz), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Bağır xan), Hüseyn Cavidin "Şeyx Sənan" (Dərviş), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Qurban), İlyas Əfəndiyevin "Bahar suları" (Zəfər), "Atayevlər ailəsi" (Xosrov Atayev), Mehdi Hüseynin "Nizami" (Munis), Mirzə İbrahimovun "Məhəbbət" (Kərim) pyeslərinin tamaşalarında uğurlu rollar oynayıb.
Əjdər Tağıoğlu
Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu – 13 mart 2022, Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan siyasətçi. Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur. 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur. Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur. Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılın atasıdır. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur.
Əjdər Xanbabayev
Əjdər Xanbabayev (1931, Ordubad, Naxçıvan MSSR – 30 may 1990, Bakı) — Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olmuşdur. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülmüşdür. 1990-cı ilin mayında Əjdər Xanbabayevin qətlini təşkil etməkdə ittiham olunmuşdur. Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. İstintaqın məlumatına görə, zərərçəkmiş şəxs Azərbaycan KP MK-nın keçmiş birinci katibi Heydər Əliyevin tərəfdarlarından biri və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuşdur. Azərbaycan SSR hakimiyyət orqanları onun qayıdışını istəmirdilər və Xanbabayev Azərbaycan SSR DTK-nın operativ nəzarəti altında idi. Azərbaycan Prokurorluğunun məlumatına görə, əməliyyat nəzarətinin təşkilatçıları DTK-nın 3 saylı idarəsinin rəisi, polkovnik-leytenant Vladimir Mirzoyev və Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin rəisi, 3 saylı idarə rəisinin müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur. Cinayət işinin materiallarına görə, onlar DTK sədri Vaqif Hüseynovun birbaşa göstərişlərini yerinə yetirmişdir. Тумшис, Михаил.
Əjdər Xaspoladov
Əjdər Mahmud oğlu Xaspoladov — Rusiyanın Azərbaycan əsilli ilk ədliyyə generallarından biri Ədliyyə general-mayoru Əjdər Mahmud oğlu Xaspoladov 1901-ci il fevral ayının 22-də Göyçay şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirən balaca Əjdər ehtiyac üzündən bir rus keşişinin evində xidmətçilik edir. Burada rus dilini mükəmməl öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir qədər sonra o, Bakıya gedir, işə ...düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir. 1919-cu ilin payizinda Ə.Xaspoladov oxumaq üçün N.Nərimanovun təqdimatı ilə bir qrup qabaqcıl gənclə birgə Moskvaya göndərilir. Həmin ildən etibarən həyatını birdəfəlik Moskva ilə bağlayan Əjdəri və onun dostlarını o zamankı Sovet dövlətinin rəhbərlərindən biri olan M.İ.Kalinin qəbul edir və onları "Şərq zəhmətkeşləri universitetinə" qəbul etdirir. 1920-ci ildə Ə.Xaspoladov təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının nümayəndələrindən təşkil olunmuş polkunda xidmət edir. O, Moskvada Sovet dövlətinin rəhbəri Lenini dəfələrlə görmüş və onun çıxışlarını dinləmişdi. 1924-cü ildə Leninin ölümündən sonra onun tabutu önündə fəxri qarovulda dayananlardan biri də Ə.Xaspoladov idi. Həmin ildə o, Ukrayna Hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilir.
Məlik Əjdər Türbəsi
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər. Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur.
Əjdər Babayev (podporuçik)
Əjdər Zeynalov
Əjdər Zeynalov — Azərbaycan teatr və kino aktyoru. Zeynalov Əjdər Mehdi oğlu 1964-cü ildə anadan olmuşdur. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının aktyorudur. Əjdər Zeynalov 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirmişdir. 1982-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrına aktyor ştatına götürülmüş, İsi Məlikzadənin “Gəl qohum olaq” komediyasında Ədalət rolu ilə böyük səhnədə yadda qalan obraz yaratmışdır. Elə həmin ildə, yəni 1982-cü, ildə ali təhsil almaq cavan aktyor kimi teatrda fəaliyyətini davam etdirmək üçün Bakıya göndərilmişdir. 1988-ci ildə məlum hadisələr nəticəsində erməni millətçiləri tərəfindən teatr da dağıdılmış, milyonlarla insanlar kimi teatr və aktyorlar Azərbaycana köçmüşlər. 1989-cu ildə teatr öz fəaliyyətini artıq Bakıda bərpa eləyir və fəaliyyətə başlayır. Ə.Zeynalov 1989-cu ildən bu günə qədər İrəvan Dövlət Azərbaycan Dram teatrında yüksək dərəcəli aktyor kimi öz fəaliyyətini davam etdirir. Bu müddət ərzində aktyor səhnədə Z.Yaqubovun “Didərginlər”, İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, H.Hikmət “Unudulan adam”, N.Dumbadre “Ağ bayraqlar”, K.Qaldoni “Məzəli hadisə” , C.Mitrasloviç “Gecə yarı soyğunçuluq”, Anar “Adamın adamı”, E.Xuqayev “Elburus evlənir”, M.F.Axundov “Lənkəran xanının vəziri”, “Mürafiyyə vəkilləri”, N.B.Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük”, A.P.Çexov “Ayı”, Malyer “Məcburən doktor” və s.
Əjdər İbrahim
Əjdər Mütəllim oğlu İbrahimov (29 aprel 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 20 sentyabr 1993, Moskva) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi. 1952-ci ildən ÜİK(b)P-nin üzvü olmuşdur. Əjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954–1959-cu illərdə Bakı kinostudiyasında işləyib.
Əjdər İbrahimov
Əjdər Mütəllim oğlu İbrahimov (29 aprel 1919, Aşqabad, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 20 sentyabr 1993, Moskva) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi. 1952-ci ildən ÜİK(b)P-nin üzvü olmuşdur. Əjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada — "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954–1959-cu illərdə Bakı kinostudiyasında işləyib.
Əjdər İsmayılov
Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu – 13 mart 2022, Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan siyasətçi. Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur. 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur. Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur. Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılın atasıdır. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur.
Əjdər Əhmədov
Əjdər Əhmədov (tam adı: Əhmədov Əjdər Sultan oğlu) — Naxçıvan Muxtar Respublikasının prokuroru (1992 - 1993). 9 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 182 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin edilmişdir. 5 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 761 nömrəli Fərmanı ilə başqa işə keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunmuşdur.
Əjdər Əliyev
Əjdər Əjdər oğlu Əliyev (1937) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR tikinti naziri (1986–1989), Azərbaycan SSR sənaye tikintisi naziri (1983–1986). Əjdər Əjdər oğlu Əliyev 1937-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda ("Azərneftdövlətlayihə") texniki kimi başlamış, "Sibtexquraşdırma" Trestinin Krasnoyarsk Quraşdırma İdarəsinin ustası olmuşdur. Sonra yeddi il ərzində Azərbaycan Neft Kimyası Qurğularını Quraşdırma Trestinin Sumqayıt və Bakı (3 nömrəli idarə) quraşdırma idarələrində müxtəlif mühəndis-texnik vəzifələrində, 1967-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini işləmişdir. Əjdər Əliyev 1970-ci ildən Azərbaycan SSR sənaye tikintisi nazirinin müavini olmuş, 1983-cü ildən sənaye tikintisi naziri, 1986-cı ildən isə tikinti naziri vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri olmuşdur. Əjdər Əliyev 1967-ci ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Əjdər Əlizadə
Əjdər Əlizadə — şair, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993). 2001-ci ildən “Kirpi” satira yumor jurnalının feiyeton şöbəsinin redaktorudur. Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. 1970-1976-cı illərdə Kirovabad Baza İnşaat texnikumu, 1976-1981 İnşaat mühəndisləri institutunda təhsil almışdır. 1982-1984 Moskva Dövlət Universitetinin nəzdində "Jurnalist Sənətkarlığı İnstitutu"nda Jurnalistika ixtisasına yiyələnmişdir. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Beynəlxalq PULSE ACADEMY - nin üzvü, İSR PHARMACEUTİCALS Beynəlxalq Şirkətin 2009-dan bəri Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc olunmuşdur.
Əjdər Ələsgərzadə
Əjdər Əli oğlu Ələsgərzadə (1895 – 1964) — Tarixçi-etnoqraf, arxeoloq. 1895-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsini bitirib. ADU-nun Şərq fakültəsi 1922-ci il martın 30-da açılmışdır. 1945-ci ildə tarix elmlər namizədi adını almışdır. 1929-1932-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ölkəşünaslıq bölməsinin və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun elmi işçisi vəzifəsində işləyib. 1933-1958-ci illərdə Az.SSR-in EA Tarix İnstitutunun, 1958-1962-ci illərdə isə Şərqşünaslıq İnstututunun əməkdaşı olub. 20-dən çox əsəri nəşr olunub. Onun tərəfindən epiqrafika üzrə xeyli material - təxminən 300 yazılı kitabə toplanıb və 150 yeni abidə aşkar edilib. Salman Mümtaz ilə birlikdə Füzulinin elmi-tənqidi mətnini hazırlayıb.
Əjdər bəy Axundov
Əjdər bəy İskəndər bəy oğlu Axundov (?-?) — Cümhuriyyət tələbəsi. Əjdər bəy İskəndər bəy oğlu Şamaxı şəhərində anadan olmuşdu. Arxiv materiallardan aydın olur ki, Əjdər bəy Axundov Fransaya ali təhsil almağa göndərilməmişdən əvvəl Bakı Dövlət Universitetinin tibb fakültəsinlə oxumuşdur. Onun atası İsgəndər bəy Axundov Azərbaycan Parlamentində "İttihad" franksiyasını təmsil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "İttihad" fraksiyasında İskəndər bəy Axundovdan savayı on üç nəfər parlament deputatı vardı.
Elşən Əjdərov
Hacı Əjdərbəy məscidi
Əjdər bəy məscidi — 1912-ci ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır. Memarı — Zivər bəy Əhmədbəyovdur. == Tarixi == Ötən əsrin əvvəllərində, 1912–1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır. Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdərbəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət otaqlarının sayını artırmağı qərara alıb. Hesablamalara görə, yenidənqurma işləri başa çatdıqdan sonra burada 2000-ə yaxın dindar ibadət edə biləcək.
Hüseyn Əjdərov
Hüseyn Qədim oğlu Əjdərov (15 mart 1933, Gədəbəy rayonu – 15 mart 1984, Bakı) — İqtisadçı alim, İqtisad elmləri namizədi (1970), Azərbaycanın Əməkdar iqtisadçısı. == Həyatı == Əjdərov Hüseyn Qədim oğlu 1933-cü ilin mart ayının 15-də Gədəbəy rayonunun Poladlı sovetliyinin Kəlaman kəndində anadan olmuşdur. 1951-ci ildə M.Füzuli adına Böyük Qaramurad kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1951-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunun ticarətin-iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1956-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası ticarət Nazirliyinin göndərişi ilə 26 Bakı komissarı adına rayonda (indiki Səbail rayonunda) iqtisadçı vəzifəsində çalışmışdır. 1958-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi yanındakı Marksizim-Leninizm Universitetini bitrmişdir. 1961–1965-ci illərdə Moskva Dövlət Universitetinin Fəlsəfə fakultəsində təhsilini davam etdirir. 1965-cildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1969-cu ildə "Dövlət ticarətinin maddi-texniki bazası və onun daha da inkişaf etdirilməsi yolları" barədə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 1970-ci ildə SSRİ ali attestasiya komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik elmi dərəcəsi almışdır.
Hüsnü Əjdərov
Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub. == Əsas elmi nəticələri == Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb. Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib. == Əsas elmi əsərləri == Negative magnetoresistance in Indium Arsenide in the extreme quantum limit — Phys. Stat.
Rəhman Əjdərov
Təhmasib Əjdərov
Əjdərov Təhmasib Hüseyn oğlu (17 aprel 1964, Bakı) — Azərbaycan və Ukrayna alimi; iqtisad elmləri doktoru (2002); işlədiyi dövrdə 1-ci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri – Vergi Xidməti Generalı; sambo və qaçış üzrə idman ustası. Təhmasib Əjdərov 17 aprel 1964-cü ildə Bakıda anadan olmuşdur. Hərbi partiya məktəbini, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnmişdir. Sonralar Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Xidməti Akademiyasında təhsil almışdır. Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra Baş Dövlət Vergi inspeksiyasında hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Baş Dövlət Vergi müfəttişliyinin rəis müavini təyin edilmiş, uzun illər həmin vəzifədə çalışmış, I dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri (vergi xidməti generalı) rütbəsinə qədər yüksəlmişdir. Fransa, Almaniya, Avstriya və Türkiyədə vergi üzrə beynəlxalq ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək, həmin ölkələrin sertifikatlarını almışdır. 1996-cı ildə İqtisadiyyat İnstitutunun aspiranturasını əla qiymətlərlə bitirərək namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 1997-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova "İqtisad elmləri namizədi" alimlik elmi dərəcəsi verilmişdir. Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri üzrə ilk tədqiqatçı alimdir.
Şəhid Həşimov Bəxtiyar Əjdər oğlu
Əjdərha
Əjdaha (yun. δράκων — drakon) — mifik varlıq. Əjdaha obrazı birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində durur, su əldə etmələrinə imkan verir. Qarşısını kəsdiyi su dolub daşanda, yatağına sığmayıb özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda əjdahanın çoxlu sayda başları əmələ gəlir (3, 7, 9, 40). Qanadlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar.
Mikayıl Əjdəroğlu
Mikayıl Əjdər oğlu Nəsirov – Azərbaycanlı aktyor, rejissor və ssenari müəllifi. Daha çox bəddi-sənədli filmlərin rejissoru kimi tanınır. == Bioqrafiya == Mikayıl Əjdər oğlu Nəsirov 13 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil alıb. 1975-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işıqçı kimi fəaliyyətə başlayıb. Həmin dövrlərdə işıqçı vəzifəsində çalışmasına baxmayaraq verilişlərdə rejissor köməkçisi və rejissor assisenti kimi fəaliyyəti olub. Rejissor Arif Qazıyevin ekranlaşdırdığı "Niyazi", "Bəstəkar Qara Qarayev. Opus-78" (1979), "Rəşid Behbudov", "Salam Zeynəb" (1982) filmlərində ikinci rejissor kimi fəaliyyət göstərib. Arif Babayevin ekranlaşdırdığı Alma almaya bənzər (1975) filmində "alma satan", Əlisəttar Atakişiyevin ekranlaşdırdığı Qərib cinlər diyarında (1979) filmində isə "cin" epizodik obrazlarında çəkilib. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivi rejissoru" fakültəsinə daxil olub və 1995-ci ildə həmin universiteti bitirib.

Значение слова в других словарях