Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Eldar Abasov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doktorantura təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir.
Eldar Abasov ailəlidir, bir övladı var.
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Eldar Abasov Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[1][2]
Azərbaycan Revmatoloqlar Assosasiyasının Prezidentidir.