Elsevər Saqib oğlu Əliyev (1 yanvar 1992; Arısu, Gədəbəy rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elsevər Əliyev | |
---|---|
Elsevər Saqib oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Arısu, Gədəbəy rayonu, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Elsevər Əliyev 1 yanvar 1992-ci ildə Gədəbəy rayonunun Arısu kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman Azərbaycanda qismən səfərbərlik elan edilir. Bu zaman Elsevər Əliyev səfərbər olunur və hərbi xidmətə çağırılır.
Azərbaycan Ordusunun əsgəri olan Elsevər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elsevər Əliyev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]