Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eynəddin
Eynəddin( fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Zeynəddin kənd tam orta məktəbi fəaliyyət göstərir.
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Yuxarı Zeynəddin
Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Zeynəddin (dəqiqləşdirmə)
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi.2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.80 metr nəticə ilə gümüş medala sahib oldu.
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-qozide» əsərinə 1341-1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, «XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» adlandırmışdır».1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Zeynəddin Xasmətov
Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir. Zeynəddin Xasmətovun 2 övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani - Mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. == Mənbələr == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
Aşağı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Zeynəddin bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zeynəddin Əli Kiçik
Zeynəddin Əli Kiçik (?-1168) — Ərbil bəyliyinin əmiri. == Həyatı == Əmir Bəytəkinin oğlu. Müzəfərəddin Kökbörinin atasıdır.H.563 (M. 1168)-cü ildə Ərbildən başqa bütün mal-mülkünü oğlu Qütbəddin Mövduda buraxdı. Bu şəhərlər Sincar, Harran, Əl-Hamidiyə, Akır qalasə, Həkkari qalaları, Tikrit və Şəhrizoriydu. Ərəbcə kitablarda ondan xeyli bəhs edilməkdədir. Əsədəddin Şeıko bin Sadi ilə H.555 (M.1160) ildə Həccə getdi. Yüz yaşına gəldiyində gözlərini kor olmasıdan Əmir Əli, H.563 (M. 1168)-cü il Zilqədə ayının 11-ci günü Ərbildə vəfat etdi.
Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər — Zülqədəroğulları bəyliyinin banisi, hökmdar. == Həyatı == Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında Hələb və Antəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335). Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu.
Seyfəddin
Seyfəddin — Kişi adı.
Elməddin Abdullayev
Elməddin Telman oğlu Abdullayev (13 fevral 2001; Qam-qam, Quba rayonu, Azərbaycan — 30 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elməddin Abdullayev 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Alxasov
Elməddin Rəsul oğlu Alxasov (24 may 1994; Qaradağ Buduq, Xaçmaz, Azərbaycan — 7 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Alxasov 1994-cü ildə Xaçmazın Qaradağ-Buduq kəndində anadan olub. == Hərbi xidmətləri == Elməddin Alxasov 2014-cü ildə MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. Elməddin Alxasov snayperçi vəzifəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Babayev
Elməddin Cəfərqulu oğlu Babayev (26 oktyabr 1981, Çaylı (dəqiqləşdirmə) – 29 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Babayev 1981-ci il oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elməddin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Babayev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Bədəlov
Elməddin Dəyanət oğlu Bədəlov (3 mart 2000; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayıb. İdmana da marağı olan Elməddin güləşdəki uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə yola düşərək, Gədəbəydə ön cəbhədə qulluq edib. == Hərbi xidmətləri == 27 aprel 2020-cu ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı-snayper kimi xidmətə başlayır.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Bədəlov Füzulinin azad edilməsində savaşıb. Kəşfiyyatçı kimi düşmənin arxasına keçərək, təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. Kərimbəyli kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Elməddin Cəfərov
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. İki övladı var. Evlidir. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Filmoqrafiya == Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elməddin Hüseynzadə
Elməddin Fərman oğlu Hüseynzadə (24 mart 1998; Divanlı, Bərdə rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Hüseynzadə 24 mart 1998-ci ildə Bərdə rayonunun Divanlı kəndində Fərman və Arzu Hüseynzadələrin ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Bərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elməddin Hüseynzadə 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə şəhər üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Bir müddət mülki fəaliyyət göstərdikdən sonra yenidən hərbi xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Hüseynzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elməddin Həsrətov
Elməddin Sərdar oğlu Həsrətov (21 may 1997; Qarasuçu, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdır. Subay idi. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Elməddin Həsənov
Elməddin Elşən oğlu Həsənov (25 fevral 1996; Şərur rayonu, Azərbaycan – 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elməddin Həsənov 1996-cı il fevralın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elməddin Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Şuşanın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Həsənov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Meydanov
Elməddin Bahaddin oğlu Meydanov (11 sentyabr 1989, Vərməziyar, İliç rayonu – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 1997-2004-cü illərdə Vərməziyar kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında "Sərhəd Qoşunları" fakültəsində ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Meydanov oktyabrın 27-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Mustafayev
Elməddin Məhəmməd oğlu Mustafayev (1 may 2001, Qəbələ rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elməddin Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açmışdır. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbə daxil olmuşdur. Orta təhsilini bu məktəbdə bitirdikdən sonra 2017-ci ildə Qəbələ rayonunda yerləşən Peşə Məktəbinə qəbul olmuşdur. Peşə məktəbini aşpazlıq ixtisası üzrə bitirmişdir. Elməddin Mustafayev 5 iyul 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətini Füzuli rayonunda davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Elməddin Mürsəlzadə
Elməddin Cəsur oğlu Mürsəlzadə (7 avqust 2000; əhmədbəyli, Samux rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Mürsəlzadə 7 avqust 2000-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsinin “Bədən tərbiyəsi və idman müəllimliyi" ixtisasına qəbul olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mürsəlzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü, kəşfiyyatçı və radiotelefonçu olaraq iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Mürsəlzadə 17 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi doğulduğu Samux rayonunun Əhmədbəyli kənd qəbirsanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mürsəlzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Elməddin Məhərrəmov
Elməddin Şahlar oğlu Məhərrəmov (13 noyabr 1999, Məşrif, Siyəzən rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Siyəzən rayon Məşrif kənd məktəbini bitirib. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Məmmədli
Elməddin Ələddin oğlu Məmmədli — (26 aprel 1995; Göyşaban, Lənkəran rayonu, Azərbaycan- 24 oktyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyat == İşğala son qoyan, bu zəfəri bizə yaşadan igidlərimizdən biri də Lənkəranın Göyşaban kəndindən olan şəhid əsgər Elməddin Məmmədlidir. Elməddin 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. == İkinci Qarabağ müharibəsində iştirakı == 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən düşmənin endirdiyi minomyot zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Elməddin Məmmədov
Elməddin Mikayıl oğlu Məmmədov (30 iyul 1995; Şəki kəndi, Şəki, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehdi Məmmədov 30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində anadan olub. 2001 – 2012-ci illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb. 2013-cü ilin iyul ayından 2015-ci ilin yanvar ayınadək həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətə qəbul edilib. Vaqif Mustafayevin çəkdiyi "Xoca" filmində şəhid rolunu oynayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mehti Məmmədov Suqovuşan döyüslərində savaşıb. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. şəhid olub. 2 noyabr 2020-ci il tarixdə Şəkidə Turan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir.Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.