Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev (12 mart 1953, Ağdaş)— fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. == Əsas elmi nailiyyətləri == Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. Təhsili 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Ailəsi Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Emin Fərzəliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Emin Fərzəlizadə
Emin Fərman oğlu Fərzəlizadə (30 yanvar 1995; Beyləqan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Fərzəlizadə 1995-ci il yanvarın 30-da Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Emin Fərzəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Fərzəlizadə noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Fərzəlizadə ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi. Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Fərzəlioba
Fərzəlioba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Köhnə Xudat inzibati ərazi vahidində kənd. == Tarixi == Fərzəlioba kəndi Samur-Dəvəçi ovalığındadır. 1917-ci ildə Hacı Fərzəlioba variantında qeydə alınmışdır. Oykonim Fərzəli (ŞƏRQa.) və oba komponentlərindən duzelib, "Fərzəlinin obası, Fərzəliyə məxsus oba" mənasındadır. Keçmiş oba sonralar daimi yaşayış məntəqəsinə çevrilmışdir.
Fərzəliyev
Fərzəliyev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslər Abbasqulu Fərzəliyev — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Abdin Fərzəliyev — Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı. Çingiz Fərzəliyev — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi. Əkbər Fərzəliyev — Azərbaycan kino aktyoru, hüquqşünas. Firdovsi Fərzəliyev — Azərbaycan karateçisi. Məşədi Məmməd Fərzəliyev — Qarabağ xanəndəsi. Murad Fərzəliyev (d. 1963) — Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi. Natiq Fərzəliyev — Aktyor Pəhlivan Fərzəliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Murad Fərzəliyev
Murad Fərzəliyev (22 avqust 1963, İmişli rayonu) — Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. == Həyatı == Murad Fərzəliyev, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru olub. Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət" hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…" xüsusi buraxılışının müəllifidir. İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. == Həyatı == Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Natiq Fərzəliyev
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Pəhlivan Fərzəliyev
Pəhlivan Fərzəliyev (27 sentyabr 1958, Qobu Dilağarda, Qaryagin rayonu – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir. == Döyüşlərdə iştirakı == BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. == Ailəsi == Evli idi.
Pərviz Fərzəliyev
Pərviz Elçin oğlu Fərzəliyev (d. Quba, Azərbaycan - ö. 27 fevral 2017; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Pərviz Fərzəliyev Quba rayonunun Zizik kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Pərviz Fərzəliyev 2017-ci ildə, fevralın 27-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatını alan zaman şəhid olub. Fevralın 28-i isə Pərviz Fərzəliyev doğulduğu Quba rayonunun Zizik kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fərzəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rizvan Fərzəliyev
Rizvan Fərzəliyev - Araz Naxçıvan MFK-ın müdafiəçisi kimi oynayan Azərbaycan futzalçısıdır. O, Azərbaycan yığmasının kapitanıdır. 2011-ci ildə UEFA Avropa Furzal Çempionatında Ukraynanı məğlub edərək yarım finala yüksəlməyə kömək edən son penalıtini qola çevirən futzalçı. Yarımfinalda Portuqaliya ilə düşən Azərbaycanın qələbə qolunun müəllifi. Bu ölkənin bu idmanda ən yaxşı performansı idi.
Samir Fərzəliyev
Samir Vaqif oğlu Fərzəliyev (8 dekabr 1996; Quzanlı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Fərzəliyev 8 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Vaqif Fərzəliyevin üçuşaqlı ailəsində anadan olmuşdur. Əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002–2011-ci illərdə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Samir Fərzəliyev 2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında, Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vurmuş və bir müddət mülki fəaliyyət göstərmişdir. Samir Fərzəliyev 7 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Samir Fərzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Təhmasib Fərzəliyev
Təhmasib Əhməd oğlu Fərzəliyev (1928, Naxçıvan) — Folklorşünas, filologiya elmləri namizədi. == Həyatı == Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Vahid Fərzəliyev
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri == Ümumi məlumatlar == Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəlidir:2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == Vahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər.
Vaqif Fərzəliyev
Vaqif Məcid oğlu Fərzəliyev (19 dekabr 1939, Bakı) — kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Kimya fakültəsinə qəbul olunub. Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərən Vaqif Fərzəliyev birinci kursda Tələbə Elmi Cəmiyyətinə üzv olmuş və "Duz-su sisteminin analizi" mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən TEC-in sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü V. Fərzəliyevin əldə etdiyi elmi nəticələr uğurlu olduğundan 1962-ci ildə "ADU-nun elmi xəbərləri" məcmuəsində məqalə halında dərc edilmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır. Vaqif Fərzəliyev aşqarlar kimyası elminin inkişafı sahəsindəki böyük uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı. == Həyatı və yaradıcılığı == 1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır. Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı yaratmışdır. Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
Çingiz Fərzəliyev
Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub. Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir. == Fəxri adları == "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006; Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012; Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015; Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015; V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017; Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022; == Orden və mükafatları == "Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976; "70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977; MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998; Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014; Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015; Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015; "Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015; MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016; "Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016; Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018; Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018; Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019; Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019; Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019; "Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019; Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019; İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021; Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022; Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023 == Nəşr fəaliyyəti == "Natürmort haqqında hər şey", Bakı (2004) "Portret haqqında hər şey", Bakı (2005) "Mənzərə haqqında hər şey", Bakı (2006) "Azərbaycan Rəngkarlığı.
Şamil Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi == Həyatı == Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Xurşud oğlu Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi == Həyatı == Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Əkbər Fərzəliyev
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas. == Həyatı == Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Fərzalı Gədəbəy rayonunun Arabaçı inzibati ərazi vahidində, dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S.Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən hal hazıra kimi Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsidir.
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Dərzili
Dərzili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Fərəhli
Fərəhli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyində yerləşir. == Toponimikası == Fərəhli oyk, sadə. Qazax r-nunun Alpout i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin II yarısında r-nun Ağköynək kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılar oykonimin əslinin Fəxrəli olduğunu güman edirlər. XX əsrin əvvəllərində Qazax qəzasında Faxralı adlı qışlaq və Fərəhli adlı kənd qeydə alındığından bunlar ayrı-ayrı toponimlərdir. Türk dillərində fərəhli sözü "genişlik, açıq yer" mənasında işlənir. 1917-ci ildə Cavanşir qəzasında Fərəhqanlı adlı yaşayış məntəqəsi də qeydə alınmışdır.
Həmzəli
Həmzəli (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Həmzəli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mirzəli oyk. Cəlilabad rayonunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mərzili
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. == Toponomikası == Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] == Toponimikası == Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Zərnəli
Zərnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Zərnəli kəndi Həkəri çayının sahilində, təpəli düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalindan, Arazın sağ sahili boyundakı Zərnə kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Fəsəli
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qəzəli
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fəzli
Fəzli (1543 – 1605) — azərbaycanlı şair. == Həyatı == XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur. == Yaradıcılığı == Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb. Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Asif Mərzili
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı. == Həyatı == Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1977-ci ildə Mərzili kənd orta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə qəbul olunub. 1979–1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirb. 1984-cü ildə Neft Kimya Sənayesi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin edilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çoxtirajlı qəzetinin baş redaktoru təyin edilib. 1982–1988-ci illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar əməkdaşı olub. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin orqanı "Respublika" qəzetinə köçürmə yolu ilə müxbir təyin olunub. 1991-ci ildə köçürmə yolu ilə Milli Məclisin orqanı "Həyat" (indiki "Azərbaycan") qəzetinə parlament müxbiri təyin edilib. 1992-ci ildə "Ədalət" qəzetinə baş redaktorun 1 müavini təyin olunub.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Beringiya bərzəxi
Beringiya — Biocoğrafi bölgə olaraq Avrasiyanın şimal-şərqi və Şimali Amerikanın şimal-qərbində yerləşirdi. Hazırkı Berinq boğazı, Çukot dənizi və Berinq dənizi akvatoriyasının müəyyən hissəsini özündə birləşdirirdi. Üstəlik Çukot yarımadası və Kamçatka (Rusiya), Alyaska ştatının (ABŞ) ərazisini özündə birləşdirirdi. Berinq və ya Beringiya adanı almış tarifdə suya bataraq yenidən üzə çıxan tarixi bərzəx.. == Tarixi == Alimlər müəyyənləşdirmişlər ki, Berinq boğazının yerində bərzəx olmuşdur və həmin bərzəx ən azı 8 dəfə üzə çıxaraq suyun dibinə gömülmüşdür. Hər dəfə materiklərin birləşməsi baş verərkən hər iki tərəfə heyvanlar miqrasiya etmişlər. Ümumiyyətlə götürdükdə iki materikin birləşdiyi bu ərazini heçdə bərzəx adlandırmaq olmaz. Beləki onun şimaldan cənuba eni 2000 km təşkil edirmiş. Beringiya termini bərzəx anlamında ilk dəfə 1937-ci ildə isveç botanik və coğrafiyaçı Erik Hulten tərəfindən işlədilir. Sonuncu dəfə materiklər 10–11 min il öncə ayrılmışdır.
Civırkoy bərzəği
Civırkuy bərzəği — əvəz olunmaz, az miqdarda bataqlaşmış, uzunluğu 20 km, eni 8 – 18 km arası olan quru parçası. Svyatoy yarımadasını materiklə bieləşdirir. Civırkuy körfəzi bəzəğin şimalında, Barquzin körfəzi isə cənub-qərbində onun sahillərini yuyur. Barquzin körfəzi sahillərində qumlu çımərlik vardır. Onun üzərindən mühüm atvomobil yolu keçir. Bərzəx ərazisində Kulinıe bataqlığı yerləşir — ərazi bir çox su quşlarının qidalandığı yerdir. Onun ərazisində kiçik Aranqatuy gölü yerləşir ki, dar boğazla Civırkuy körfəzinə birləşir. Göldə sazan, nərə və bir sıra balıq növlərinə rast gəlinir. == Mənbə == Данные о Чивыркуйском заливе Интересные истории Бурятии. Байкал, Чивыркуйский залив Географическая точка.
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. == Həyatı == Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Civırkuy bərzəği
Civırkuy bərzəği — əvəz olunmaz, az miqdarda bataqlaşmış, uzunluğu 20 km, eni 8 – 18 km arası olan quru parçası. Svyatoy yarımadasını materiklə bieləşdirir. Civırkuy körfəzi bəzəğin şimalında, Barquzin körfəzi isə cənub-qərbində onun sahillərini yuyur. Barquzin körfəzi sahillərində qumlu çımərlik vardır. Onun üzərindən mühüm atvomobil yolu keçir. Bərzəx ərazisində Kulinıe bataqlığı yerləşir — ərazi bir çox su quşlarının qidalandığı yerdir. Onun ərazisində kiçik Aranqatuy gölü yerləşir ki, dar boğazla Civırkuy körfəzinə birləşir. Göldə sazan, nərə və bir sıra balıq növlərinə rast gəlinir. == Mənbə == Данные о Чивыркуйском заливе Интересные истории Бурятии. Байкал, Чивыркуйский залив Географическая точка.