Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülkənək (Sərdəşt)
Gülkənək (fars. گل كانك‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 472 nəfər yaşayır (86 ailə).
Gülsədəf Kərimova
Gülqədəm Mirzəzadə
Gülqədəm Mirzəzadə (tam adı: Mirzəzadə Gülqədəm Abdulalı qızı; d. Neftçala rayonu , Azərbaycan SSR) — Azərbaycan şairi, yazıçı və ictimai xadimi. Azərbaycan Respublikası Prezident təqaüdçüsü, "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri. == Həyatı və təhsili == Gülqədəm Abdulalı qızı Mirzəzadə, 20 may 1968-ci il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci il tarixdə Neftçala Qarışıq Ticarət idarəsində mühasib kimi başlamışdır. 1999-cu il tarixədək həmin idarədə insan resursları üzrə müfəttiş və baş mühasib vəzifələrində çalışmışdır. 2001–2008-ci illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi, 2008 – 2012-ci illərdə Neftçala Poçt Filialında Müştəri Xidmətləri şöbəsinin müdiri işləmişdir. 2012 – 2016-cı illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmış, Dövlət Qulluğunun II dərəcəsini almışdır. 2015-ci ildən hal- hazıradək Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, eyni zamanda " Neftçalada Qadınların Sosial İnkişafına Dəstək " İctimai birliyinin sədri vəzifəsində çalışır. 2020-ci ildə Aşağı Qaramanlı bələdiyyəsinin üzvü seçilmiş, 2022-ci ilin fevral ayınadək bələdiyyə sədri işləmişdir.
Gülnənə Mustafayeva
Gülnənə Məhəmməd qızı Mustafayeva (5 iyun 1915, Afurca, Quba qəzası – ən tezi 1989, Beynəlmiləl, Dəvəçi rayonu) — Azərbaycan xalça ustası; "Stalin" mükafatı laureatı (1950). == Həyatı == 1943–1960-cı illərdə Qonaqkənd xalça artelində toxucu, sex müdiri, artelin sədri vəzifələrində işləmiş, 1960–1968-ci illərdə Qonaqkənddəki "Qumaş" xalça fabrikində fəaliyyət göstərmişdir. == Toxuduğu xalçalar == Onun toxuduğu "Qolluçiçi", "Açgülçiçi", "Herat-Pirəbədil" və s. çeşidli xalçalar Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Tarix Muzeyində və digər muzeylərdə saxlanılır. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" xalçası (ili: 1949, ölçüsü: 70 m²; saxlandığı yer: Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı) yüksək bədii keyfiyyətə malikdir.
Gülşəhər
Gülşəhər (türk. Gülşehir) — Türkiyənin Nevşehir vilayətində şəhər. 2009-cu ilin məlumatına görə, əhalisi 8,654 nəfərdir. Dəniz səviyyəsindən yüksəkliyi 918 metrdir.
Gülşən
Gülşən — qadın adı.
Gülşəni-şüəra
Gülşəni-şüəra (Şairlər gülşəni) — XVI əsrdə Əhdi Bağdadi tərəfindən qələmə alınan Bağdadda yaşamış türkdilli şair və alimləri haqqında müfəssəl məlumat verən təzkirə. Əsər Azərbaycan dilində yazılmış ilk təzkirə hesab edilir. "Gülşəni-şüəra"da Əhdi Bağdadi 381 (bunlardan 375 türkdilli) şairin özü və əsərləri haqqında çox mühüm və dəyərli məlumatlar verir. Bunlar əsasən azərbaycanlı və Osmanlı şairləridir. Təzkirə əlifba sırası ilə adlar göstəricisi olmaqla dörd rövzədən ibarət bir ensiklopedik abidədir. Təzkirə həmçinin Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüzni, Fəzli, Elmi, Kəlayi, Zaeyi və başqalarının həyat və yaradıcılığı haqqında ilkin məlumatlar verdiyi üçün böyük əhəmiyyət kəsb edir. Tədqiqatçı alim Süleyman Solmaz Əhdi təzkirəsinin önəmini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin digər mənbələrdə olmadığını vurğulayır və yazır: “Çoğunluğu dövlətin doğu kəsimindən olan, digər təzkirələrin heç birində yer almayan 147 şair bunun ən bariz dəlilidir. İraq mehvər olmaq üzərə bugünkü İran və Azərbaycan, hətta Buxarayı da içinə alan, Suriya və Misirə qədər uzanan bir bölgədə yetişmiş bir çox şair ilk dəfə Əhdi ilə ədəbiyyat dünyamızdakı yerini almışdır." == Müəllifi == Əhdi Bağdadi haqqında mənbələrdə ilk məlumatı Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrində rast gəlinir. Bağdadda anadan olan Əhdini əsl adı Aşıq Çələbi və Riyazi təzkirələrində Mehdi, Qınalızadə təzkirəsində və "Künhül-əxbar"da isə Əhməddir."Künhül-əxbar"da Əhdinin azərbaycanlı olduğu qeyd edilir. Türk təzkirəçilik tarixini araşdırdıqda məlum olur ki, Azərbaycan dilində ilk şüəra təzkirəsini Əhdi Bağdadi yazmışdır.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d], İstanbul ili) — Türkiyəli müğənni, bəstəkar.
Gülşən Kazımova
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Gülşən Kərimova
Gülşən Kərimova (d. 16 sentyabr 1979) — Azərbaycanı təmsil edən voleybolçu. Gülşən Kərimova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Gülşən Kərimova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Gülşən Lətifxan
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Gülşən Paşayeva
Gülşən Məmmədəli qızı Paşayeva (1 avqust 1961, Bakı) — Azərbaycan alimi, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində mütəxəssis, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü (2019-cu ildən), Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == Gülşən Məmmədəli qızı Paşayeva 1 avqust 1961-ci ildə Bakı şəhərində, tarixçi alim, professor Məmmədəli Paşayevin ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Bakı şəhərindəki 159 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinə Struktur və tətbiqi dilçilik ixtisası üzrə qəbul olmuş və bu ali məktəbi 1983-cü ildə bitirmişdir. === İctimai-siyasi fəaliyyəti === Paşayeva 1996-cı ildə Azərbaycanda "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı qeyri-hökumət təşkilatını təsis etmiş və 2001-ci ilə qədər ona rəhbərlik etmişdir. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (hazırda BMT Qadınlar Təşkilatı) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olmuşdur. O, 2009-cu ilin iyulundan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, 2011-ci ilin yanvarında isə bu mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilmişdir. 1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində 13 saylı Xəzər ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə o, seçicilərin 48,5 faizinin səsini qazanaraq öz dairəsində lider olub. 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən keçirilmiş seçkilərin nəticəsi təsdiqlənmiş və Paşayeva Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
Gülşən Qurbanova
Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir. Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir. Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi.
Gülşən Səlimova
Səlimova Gülşən Zəki qızı (30 yanvar 1954, Bakı) — Azərbaycan kinosunda montaj üzrə rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2006). == Həyatı == Gülşən Səlimova 30 yanvar 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 1972-ci ildən bu günədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında montajçı vəzifəsində çalışır. "Tütək səsi", "Ad günü", "Üzü küləyə", "İstintaq", "Bağlı qapı", "Özgə vaxt", "Girov" və s. bədii filmlərin montajçısı olmuşdur. 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və operator sənətləri" kafedrasının pedaqoqudur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2011-ci ildən etibarən Azərbaycan Dövlət Film Fondunda şöbə müdiri vəzifəsində çalışır. Ailəlidir.
Gülşən Əkbərova
Gülşən Əkbərova (5 mart 1953, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti (2006), ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti. == Həyatı == Əkbərova Gülşən Məmməd qızı 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası əslən Ordubadlı yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib. Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı Qırmızı Əmək Bayrağı ordenli 190 nörmrəli orta məktəbə qəbul edilib. Həmin ildə paralel olaraq Bakıdakı 1 nömrəli musiqi məktəbinin fortepiano sinfinə də daxil olur və 1968-ci ildə orta musiqi təhsilini müvəffəqiyyətlə başa vurur.1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi. Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan "İlham", "Sabahın ustaları", "Dostluq", "Efirdə gənclik" verilişlərində sınamağa başlayır. 1971–1975-ci illərdə müəllifi və aparıcısı olduğu "Yaşıdlarım", "Romans axşamı", Azərbaycan televiziyasının ilk canlı şou proqramı "Tələbə klubu" az vaxtda ona populyarlıq gətirdi. 1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür.
Gülşən Ənnağıyeva
Ənnağıyeva Gülşən Əjdər qızı — pianoçu, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Gülşən Ənnağıyeva 1979-1984-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almışdır. Tələbə illərindən bu günlərə qədər müxtəlif və çoxsaylı konsert və festivallarda çıxış etmişdir. Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən ona konsert ifaçısı, müəllim, konsertmeyster və kamera ansamblı solisti adı verilmişdir. 1984-1987-ci illərdə ADK nəzdində Ş.Məmmədova adına Opera studiyasında konsertmeyster, 1987-1991-ci illərdə simli alətlər və xor dirijorluq kafedrasında konsertmeyster, 1982-1985-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, 1986-cı ildə M. Maqomayev adına Filarmoniyasının solisti olmuşdur. 1996-cı ildə Türkiyə Respublikasına işə dəvət almışdır və Kayseri şəhərində "Erdjies" Dövlət Universetində müəllim vəzifəsində çalışmışdır. Orada müəllim fəaliyyəti ilə yanaşı konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Türkiyədən qayıdarkən Bakı Musiqi Akademiyasında dosent vəzifəsində işini davam etdirir. 2003-cü ildə Vektor Beynəlxalq Elmi mərkəzin qərarı ilə Tanınmış Azərbaycan Qadınları proyektinin qalibi olmuşdur. 2004-cü ildə iki ayrı konsertdən ibarət iki kompakt diski işıq üzü görmüşdür: "The theatre of the music and painting"; "Fusion".
Şeyx İbrahim Gülşəni
Şeyx İbrahim Gülşəni (1423, Şamaxı – 1534, Qahirə) – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur. Dədə Ömər Rövşəninin vəfatından sonra səccadəsinə 1487-ci ildə İbrahim Gülşəni əyləşir. 50 ildən çox şeyxlik edən İbrahim Gülşəni 1501-ci ildə Təbrizdən ayrılana qədər burada 14 il şeyx olaraq fəaliyyət göstərmişdir. İbrahim Gülşəninin Amiddə (Diyarbəkir) və Azərbaycanın Bərdə şəhərində doğulması haqqında iki fərqli fikir vardır. Həyatı haqqında bilinənlər daha çox oğlu Əhməd Xəyalinin xəlifəsi Mühyi Gülşəninin Mənaqibi-İbrahim Gülşəni adlı əsərindən götürülmüşdür. Mühyi Gülşəni onun 1534-cü ildə vəfat edəndə 114 yaşında olduğunu söyləyir. Bu vəziyyətdə 1423-cü ildə doğulması güman edilir. Mühyi Gülşəni İbrahim Gülşəninin öz soyunu yeddi nəsil ilə oğuz ataya yetişdiyini söyləyir. Ziyalı bir ailəyə mənsub olan İbrahim Gülşəninin atası Məhəmməd Amidi fiqh, kəlam və məntiq mövzusunda əsərləri olan bir alim idi. Müəllimlik edən İbrahim Gülşəninin babası isə fiqh və təsəvvüfə dair əsərlərin müəllifi idi.
Gülşən Əliyeva-Kəngərli
Gülşən Əliyeva-Kəngərli (16 may 1970, Naxçıvan) — filologiya elmləri doktoru, professor, füzulişünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Gülşən Teymur qızı Əliyeva — Kəngərli 1970-ci ildə Naxçıvanda anadan olub. 1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 2000-ci ildə "Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri" mövzusunda namizədlik, 2009-cu ildə "Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri" adlı doktorluq dissertasiyası müdafiə edib. == Əmək fəaliyyəti == 1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyində, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində elmi işçi vəzifəsində işləyib. G. Əliyeva 2005–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müdiri, 2012-ci ildən "Tərbiyə işləri üzrə" prorektor, 2015-ci ildən "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektor vəzifəsində çalışır. Bu müddət ərzində o müxtəlif dövlətlərlə: Türkiyə, İran, Rusiya, Polşa, Orta Asiya türk dövlətləri ilə mədəni əlaqələrin qurulması, saziş və müqavilələr bağlanılması sahəsində əhəmiyyətli işlər görüb, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək məqsədilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır. Azərbaycan elm, mədəniyyət və incəsənətinin dünya mədəni prosesinə qoşulması G. Əliyevanın ziyalı kimi əsas məqsədlərindəndir.
Gülşən Əliyeva (xanəndə)
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Gülşen-i İkbal Parkı
Gülşen-i İkbal Parkı, (Urdu dilində: گلشن-اقبال پارک) Pakistan'ın Pəncab əyalətinin Lahor şəhərində olan 67 hektarlıq böyük bir əyləncə və istirahət parkı. ‘İkbal'in Gül Bağçası’ mənasını verməkdədir. İçində süni göl, lunapark və kiçik bir zoopark vardır. === Hallar === Parka 27 Mart 2016'da axşam üzəri Cemaat'ül Əhrar adlı terror təşkilatı tərəfindən canlı bomba hücumu təşkil edildi. Eyni gün Pasxa Yortusu qeyd edilirdi Saldırıda Paskalya tatilini parkta geçiren Hristiyan aileler ve çocukların hedef alındığı açıklandı. Çoxu uşaq 69 adam öldü, 193 adam yaralandı.