Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gedər körpüsü
Gedər körpüsü — İrəvan şəhərində 1664-cü ildə Zəngi çayının qolu olan Gedər çayı üstündə qırmızı daşdan tikilmiş birtağlı körpüdür.
Gəldi Kosa (1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Gedən Dənizdən də Keçib Gedər (1962)
== Məzmun == Film gənc geoloq-alim, Lenin Mükafatı laureatı Fuad Səmədov haqqındadır.
Gedən dənizdən də keçib gedər (film, 1962)
== Məzmun == Film gənc geoloq-alim, Lenin Mükafatı laureatı Fuad Səmədov haqqındadır.
Ağlım başıma gəldi (mahnı)
Ağlım başıma gəldi — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.
Dünən qəfildən gəldi... (2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Dünən qəfildən gəldi (film, 2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sira dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Gedəy (Şot)
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер) — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır. == Gezər Dastanı == Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Geser fövqəladə bir doğumla dünyaya gəlir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən gedən gündən (albom)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Tülkü Həccə Gedir (1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü həccə gedir (dəqiqləşdirmə)
Tülkü həccə gedir - uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmış cizgi filmi. Tülkü həccə gedir - bəstəkar Rəşid Şəfəqin uşaqlar üçün yazdığı opera.
Zirvəyə Gedən Yol (1995)
== Məzmunu == Kinolent Azərbaycan xalqının dünya şöhrətli bəstəkar-müğənnisi Polad Bülbüloğlunun 50 illik yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film "Zəmanə" kiçik müəssisəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq İmirli Ssenari müəllifi: Xamiz Muradov (Hacı Xamiz Muradov kimi) Operator: Sərvər Rəşidoğlu, Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Zəmanə" Kiçik Müəssisəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
Gender
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur.Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. == Cins == Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur: Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş) Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron) Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. == Gender kimliyi == Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.
Hədər
Hədər (Salmas)
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Xeder
Xeder (idiş חדר‎ xeder — ibtidai yəhudi məktəbi; ivr. ‏חֶדֶר‏‎ — otaq) — yəhudi dini ibtidai məktəbi. == Tarixi == Xeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır. == Təlim sistemi == Talmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı). Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı.
A. Qədir
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.
Azadlığa gedən yollar (film, 1990)
Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Xamiz Muradov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev Bəstəkar: Rauf Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Tülkü həccə gedir (film, 1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Zirvəyə gedən yol (film, 1995)
== Məzmunu == Kinolent Azərbaycan xalqının dünya şöhrətli bəstəkar-müğənnisi Polad Bülbüloğlunun 50 illik yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film "Zəmanə" kiçik müəssisəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq İmirli Ssenari müəllifi: Xamiz Muradov (Hacı Xamiz Muradov kimi) Operator: Sərvər Rəşidoğlu, Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Zəmanə" Kiçik Müəssisəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
Şimala gedən yol (film, 2012)
Şimala gedən yol (fin. Tie pohjoiseen, ing. Road North) — 2012-ci ildə Finlandiyada çəkilən film. Komediya elementləri ilə dramı birləşdirən və Miki Kaurismaki tərəfindən idarə olunan kinodur. Film Sankt-Peterburq kinofestivalının tamaşaçılarının rəğbətini və Yusi Fin Milli kinopremiyasında üç mükafat nominasiyası almışdır. == Məzmun == Timo Porola (Edelman) — 38 yaşlı uğurlu musiqiçidir. 30 il bundan əvvəl ailəni tərk edən atası olduğunu iddia edən yaşlı kişi gəlir. İki kişi Finlandiyanın şimalına səyahətə yola düşür. Səfər zamanı onlar müxtəlif insanlarla görüşür, öz keçmişləri haqqında danışır və gələcək planlarını bölüşürlər. == Rollarda == Samuli Edlmen — Timo Porola Vesta Matti Loiri — Leo Porola Piter Françen — Pertti Paakku Mari Perankoski — Minna Paakku Krista Kosonen — Elina İrina Byorklund — Tiya Elina Knikstilya — Maarit Ada Kukkonen — Cenet == Mükafat və nominasiyalar == 2012-ci il-Sankt-Peterburq Beynəlxalq Kinofestivalının "Tamaşaçı Rəğbəti" mükafatı 2013-cü il — Finlandiya Milli Kino Mükafatına üç nominasiya: ikisi "Ən yaxşı aktyor" (Edelman, Loyri) kateqoriyasında, daha biri isə "Epizodik rolda ən yaxşı aktyor" (Fransen) kateqoriyasında.
Arzular səyahət edər (film, 2007)
Have Dreams, Will Travel (Həmçinin bu adlarlada bilinir:Qərb Teksas laylası, Qərb Teksas uşaqlarının əhvalatı, Yüksək səslə arzula) 2007-ci ildə çəkilmiş 1960-cı illərə aid hadisələr canlandırılır. Film Bred İşaqs tərəvindən yazılmış və rejissorluq edilmişdir. Baş rollarda: Annsofiya Robb və Keyden Boyd. == Mövzusu == 12 yaşlı Ben Reynolds (Keyden Boyd) ona etinasızlıq edən valideynləri ilə birlikdə yaşayır. Bir gün evlərinin yaxınında bir maşın qəzası baş verir. Kess Keninqtın (Annsofiya Robb) Benlə yaşıd bir qızdır. O, qəzadan salamat çıxır, lakin valideynlərinin hər ikisi qəzada ölür. Kess sağalana qədər Reynoldların evində qalır və Benlə romantik münasibət yaşamağa başlayır. İkisi bir müddət sonra bir az pul və özlərinin çamadanını da yanlarına alıb evdən ayrılmağa qərar verirlər. Onlar gəlib bir fermaçının evində bir müddət qalır və burada evlənirlər.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. == Etimologiya == Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. == Tarixi == Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Kazan qəsdi
Kazan qəsdi (rus. Казанский заговор) — Polşa və Litvadakı üsyanın başçıları ilə zemlyavolyaçıların razılığına əsasən Volqaboyunda hərbi-kəndli üsyanı qaldırmaq cəhdi. Məqsəd çar hökumətinin hərbi qüvvələrinin bir hissəsini Polşadan uzaqlaşdırmaq idi. Buraxılmış intibahnamə tezliklə üsyana başlamağa, kəndlilərə torpaq vermək üçün yerlərdə inqilabi hakimiyyət orqanları yaratmağa çağırırdı. "Zemlya i volya" təşkilatının mərkəzi və Kazan komitələri isə hesab edirdi ki, üsyanın vaxtı yetişməmişdir. Qəsdin üstü açıldı; iştirakçılardan beş nəfəri güllələndi, qalanları katorqa cəzasına məhkum edildi. == Mənbə == Казан гәсди (1863) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".
Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. == Qısa məlumatlar == "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
Qədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Bala Qəcər
Bala Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bala Qacar kəndi Bərdə rayonunun Şirvanlı inzibati ərazi vahidində yerləşir. Qarabağ düzündədir. Etnotoponimdir. "Qacar yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir.
Böyük Qəcər
Böyük Qacar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qacar Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim qacar tayfa adı ilə bağlı yaranmışdır. Böyük sözü toponimi digər eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə edilmişdir. 1933-cü ildə Böyük Qəcər variantında qeydə alınmışdır.
Bədər Yusupova
Bədər Yusupova (tam adı: Bədər Yusupova, başq. Бәҙәр Әхмәт ҡыҙы Йосопова; 21 dekabr 1901, Orsk, Orsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 30 avqust 1969, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — başqırd sovet aktrisası, BMSSR-in əməkdar və xalq artisti, RSFSR-in əməkdar artisti, Sterlitamakdakı Başqırd Dövlət Teatrının ilk aktrisalarından biri. == Həyatı == 21 dekabr 1901-ci ildə Orenburq quberniyasının Orsk mahalının Orsk şəhərində anadan olmuşdur. 1915-ci ildə məmləkətindəki müəllimlik kurslarını bitirmiş və Orsk tatar məktəbində dərs deməyə başlamışdır. 1916-cı ildə Lusi adı altında Orskun "Gənclər İttifaqı"nda həvəskar teatr səhnəsində İ. Boqdanovanın pyesi əsasında tamaşaya qoyulan "İtkin qadın" dram əsərində və M. Feyzinin "Qaliyabanu" və "Kənddə bayram" əsərlərində Qaliyabanu və Maqrufkamal obrazı ilə ilk dəfə çıxış etmiş, həmçinin başqırd xalq mahnılarını və rəqslərini ifa etməyə başlamışdır.1919-1929-cu illərdə Başqırdıstan Respublikasında məktəblərdə müəllim kimi, həmçinin Başqırd Milli Təhsil Komissarlığının müxtəlif şöbələrində çalışmışdır. 1926-cı ildən ömrünün sonuna qədər Başqırd Dövlət Teatrının truppasında aktrisa kimi fəaliyyət göstərib. Bədər Yusupova kubair, başqırd milli rəqsləri və mahnıları ilə tez-tez səhnədə, radioda və televiziyada çıxış edirdi.Böyük Vətən müharibəsi zamanı o, ön cəbhədə konsertlərdə iştirak edirdi. == Rolları == Qaliyabanu (Qaliyabanu, M. Feyzi) Maqrufkamal (Kənddə bayram, M. Feyzi) Əminə (Salavat, V. Mortazin) Yelizaveta (Karaqul, D. Yutlıy) Tanxılu (Aşkadar, M. Buranqulov) Anna Andreyevna (Revizor, N. Qoqol) Kruçinina (Günahsız müqəssirlər, A. N. Ostrovski) Oqudalova (Cehizsiz qız, A. N. Ostrovski) Emiliya (Otello, U. Şekspir) Xanım Milford (Məkr və məhəbbət, F. Şiller) Luşka (Поднятая целина, M. Şoloxov) Ulmasbika (Xakmar, S. Miftaxov) Kübra (Kaxım-ture və ya 1812-ci il, B. Bikbay) Yelena Koşeyeva (Gənc qvardiya, A. Fadeyev) Məsrurə (Черноликие, M. Qafuri) Sarbi (Başmaqlar, X. İbrahimov) Şəmsinur (O geri döndü, Ə. Atnabayev) və digərləri. == Mükafatları == BMSSR-in əməkdar artisti (1935) BMSSR-in xalq artisti (1940) RSFSR-in əməkdar artisti (1944) "Şərəf nişanı" ordeni (1944) "Qırmızı əmək bayrağı" ordeni (1955) == Xatirəsi == Ufa şəhərindəki aktyorlar evi Bədər Yusupovanın adını daşıyır. Ufa şəhərində "Bədər Yusupova adına aktyorlar evi"nin ictimai nəqliyyat dayanacağı da onun adını daşıyır.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Gəldər (Kəleybər)
Gəldər (fars. گلدر‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (18 ailə).
Qədir-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir.Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir.
Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu (14 may 1944, Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995). == Həyatı == Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb. 1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Ailəsi == Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Qədir Hüseynov
Qədir Hüseynov (21 may 1986, Moskva) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002). == Həyatı == 1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur, hansı ki Müstəqil Azərbaycan Respublikası yarandığı 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi. Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu yarışda iştirakı sual altında idi. Həmin illərdə Azərbaycan müharibə şəraitində Yaxın qohumunun koməyi sayəsində Qədir Hüseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur. Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc şahmatçı Qədir Huseynov var idi. 2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrosmeyster normasını yerinə yetirmişdi.
Qədir Mirzəliyev
Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir. == Həyatı == Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu.
Qədir Möhsünzadə
Qədir Qurban oğlu Möhsünzadə (24 fevral 1914, Lənkəran, Lənkəran qəzası – 1993, Odessa) — baytarlıq elmləri doktoru, professor. == Həyatı == Qədir Möhsünzadə 1914-cü il fevral ayının 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1934-cü ildə Zaqafqaziya Baytarlıq İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir (İrəvan). == Fəaliyyəti == Q.Möhsünzadə institutda oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1934-cü ildə baytarlıq üzrə ən nüfuzlu institutun - Kazan Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş, yüksək səviyyədə elmi-tədqiqat işi apararaq 3 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gənc alim 1937- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (Gəncə şəhəri) işə dəvət olunmuş və 1941- ci ilə kimi baytarlıq fakültəsinin dekanı və klinik diaqnostika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q. Möhsünzadə, 1941-1945-ci illərdə ordu sıralarında Vətən Müharibəsinin iştirakçısı olmuşdur. "Baytarlıq" jurnalı 2005-ci il 5-ci nömrəsində Böyük Vətən Müharibəsində Qələbəmizin 60 illiyinə həsr etmiş, Rusiya Federasiyası Hərbi Silahlı Qüvvələrin baytar-sanitar xidmətinin rəisi, tibb xidməti polkovniki Y.Q.Boyevin "1941- 1945- ci illərdə Böyük Vətən Müharibəsində hərbi baytarlıq xidməti" məqaləsində yazır: "Müharibə cəbhələrində hırbi terapevtiki xəstələrin müalicəsinin təşkilində və onların məharətlə yerinə yetirilməsində istedadlı şəxslərin- İ. M. Qolosov, A.M.Kolesov, Q.Q.Möhsunzadə, N.Z.Objorin, V. P. Spaski, İ. A. Şarobin, S. D. Şelevin- işlərini xüsusilə qeyd etmək lazımdır". Q. Möhsünzadə 1946- 1951- ci illərdə Gəncədə yenidən Kənd Təsərrüfatı İnstitunun Klinik diaqnostika kafedrasının müdiri olmuş, at və qaramalda böyrəyin funksional fəaliyyətinin öyrənilməsinə dair elmi və əməli əhəmiyyətli geniş tədqiqatlar aparmış və 1950- ci ildə Moskva Baytarlıq Akadmiyasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1951- ci ildə Q. Möhsünzadə Leninqrad Baytarlıq İnstituna dəvət olunmuş və 1960- cı ilə kimi orada Klinik diaqnostika kafedrasına rəhbərlik etmişdir.
Qədir Məmişov
Qədir Zülfəli oğlu Məmişov (5 iyul 1989; Mircəlal, Saatlı rayonu, Azərbaycan — 2 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Qədir Məmişov 5 iyul 1989-cu ildə Saatlı rayonunun Mircəlal kəndində Zülfəli Məmişovun ailəsində anadan olmuşdur. 1995–2006-cı illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. İkinci övladı dəfnindən 11 gün sonra dünyaya gəlmişdir. == Hərbi xidməti == Qədir Məmişov 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2009-cu ildə hərbi xidmətdən tərxis olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Qədir Məmişov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Qədir Məmmədov
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. == Həyatı == Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" Mükafatına layiq görülüb. == Albomları == 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.
Qədir Nəsibov
Qədir Nəsibov (Nəsibov Qədir Əşrəf oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi. == Həyatı == Qədir Nəsibov 1967-ci il iyulun 12-də Qərbi Azərbaycanda anadan olmuşdur. Ailəlidir. Üç övladı var.
Qədir Qızılsəs
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. == Həyatı == Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" Mükafatına layiq görülüb. == Albomları == 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.
Qədir Rüstəmov
Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997). == Həyatı == Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir. Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil almışdır. Elə məktəb illərindən həkim Araz Budaqovla da dostluqları formalaşmışdı. Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir. Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır. 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.
Qədir Süleymanov
Qədir Süleymanov (1917, İrəvan – 17 sentyabr 2014, Paris) — Fransadakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, Fransada Azərbaycan Evi təşəbbüs qrupunun üzvü. 1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib. Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub. Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib. Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi. Qədir Süleymanov 17 sentyabrda vəfat etmiş və 19 sentyabr 2014-cü ildə Parisdəki Monparnas məzarlığında torpağa tapşırılıb.
Qədir Tərtərli
Qədir Tərtərli (1936, Əskipara, Tərtər rayonu) — azərbaycanlı şair. == Həyatı == Qədir Hüsü oğlu Allahverdiyev 1936-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, həmin ili Bakı Dövlət Universitetinə daxil olmuş, 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirmişdir. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan "Yenilik" qəzetində redaktor vəzifələrində çalışmışdır. 1971-1973-cü illərdə Moskvada – Sov.İ.K.P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1975-1983-cü illərdə Tərtər rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Tərtər rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1992-ci ilin avqust-oktyabr aylarında "Ağdərə" qəzetinin redaktoru olmuşdur. 1994-1996-cı illərdə "Nizami Gəncəvi" jurnalı və "Şəhriyar" qəzetlərində şöbə mudiri, "Kirpi" jurnalının bölgə müxbiri vəzifələrində çalışmışdır. 1996-cı ilin noyabr ayından Tərtər rayon mətbuatyayımı şöbəsinin rəisidir. 1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür 1977-ci ildə "Şərəf nişanı" ordeni, ayrı-ayrı illərdə isə bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Qədir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. == Həyatı == Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Qəsr-Qədir
Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Qədir Nəzərov
Qədir Xudabağış oğlu Nəzərov — (31 yanvar 1974, Lerik rayonu – 5 fevral 1993, Mehmana, Kəlbəcər rayonu) Birinci Qarabağ döyüşlərində iştirak etmişdir. == Həyatı == 1974-cü il yanvar ayının 31-də Lerik rayonun Cəngəmiran kəndində anadan olub. == Təhsili == 1991-ci ildə Cəngəmiran kənd orta məktəbinin onuncu sinfini bitirib. Qədir orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi məktəbinə verir, lakin müsabiqədən keçə bilmədiyinə görə kəndə qayıdır. == Hərbi xidməti == 1992-ci ilin iyun ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınır. Qədirin döyüş yolu Ağdərə rayonundan başlayır. Qədir Nəzərov 1993-cü il fevral ayının 5-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin cənazəsi Lerik rayonunun Cəngəmiran kəndinə gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının Şəhidlər kompleksində dəfn edilib. Lerik rayonundakı küçələrdən biri Qədir Nəzərovun adını daşıyır.
Qədir İnanır
Qadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, Yeşilçam kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Gellər
Gellər — Strabon və Plininin qeyd etdiyi qədim skif tayfası, çox güman ki, etnik tərkibində heterojen olan Qafqaz albanlarının qəbilə birliyinin bir hissəsi idi. == Tarixi == Vasili Tatişevə görə Gili, Sarmat xalqı və ya slavyanlar, dəqiq məlum deyil, onlar indi Orel adlanan Uqla çayı boyunca yaşamışlar və çayın onların dilində Gilia adlandırılması diqqətəlayiqdir. ruslar tərcümədə Uql tərcümə etdilər, çünki sarmat dilində Gilia coal və guilio west. Bəzən ruslar onlara gel deyirlər, Melyanın gelon dediyi eyni; Ptolemey Litvada qalindalar, qalyonlar və gitonlar qoyur. Strykovsky, Qalindiya bölgəsinin adını saxladığı Prusslara qaliodalar qoyur. Pliniyə görə gelləri, yunanlar kadusilə kimi radlandırdılar. Lüdmila Borovkova öz əsərlərində yazırdı:Xonların və gellərin, Ammian Marsellinə görə, 356-358-ci illərdə birinci Şahanşah II Şapur ilə birlikdə vuruşmağlarını və ermənicə “xüsusilə döyüşkən tayfalar” adlandırılan xionitlərin və gelonların nəsilləri olduğuna şübhə etmək gərək yoxdur. Onlar 359-cu ildə albanlarla birlikdə Amida şəhəri yaxınlığında farslara romalılarla döyüşməkdə kömək etdilər. Birinci fəsilimizdə o da məlum oldu ki, Xionitlər və Gelonlar IV əsrin ortalarında artıq mövcud olmuş Alan tayfalarıdır. == Varisi == Bölgənin Gilyan adı ilə Gels etnonimi arasındakı əlaqə Vasili Bartold tərəfindən ifadə edilmiş və Edvin Qrantovski əsərlərində işlənmişdir.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi. Heydər Biqiçev — Heydər İsayev — Heydər xan — hökmdar Aşıq Heydər — Ağbaba Süvarı Alayının Baş Ozanı Heydər Abbasi — Heydər Qədirov —Yaşayış məntəqələri Baba Heydər — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər.Digər "Heydər Əliyev" ordeni — Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.
Pekər
Pekər, Peker — ad, soyad.
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. == Parametrlər == Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz.Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır.Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Cəbrayıl Qədir xan
Cəbrayıl bin Ömər bin Mahmud bin Yusif bin Harun xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1099-cu ildə qohumu I Mahmud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Fəzəl Qədir Çaudhri
Fəzəl Qədir Çaudhri — Şərqi Pakistan (indi Banqladeş) əsilli Pakistan Milli Məclisinin 5-ci spikeri vəzifəsini icra edən siyasətçi. Əyyub Xanın Konvensiya Müsəlman Birliyinə aid idi. Ayrıca, Əyyub Xanın ölkəni tərk etdiyi zaman Pakistan prezidentinin səlahiyyətlərini icra edirdi. Böyük qardaşı Fəzlul Kabir Çaudhri, Şərqi Pakistan məclisində müxalifətin lideri idi. Böyük qardaşının səlahiyyətlərini əvvəl Təzmuddin xan icra edirdi. == Erkən həyatı == Çaudhri 26 mart 1919-cu ildə Çhittaqonq rayonunun Qahira kəndində anadan olub. Kəlküttə Rəhbərlik Kollecini bitirdi və Kəlküttə Universiteti Hüquq Kollecindən hüquqşünaslıq dərəcəsi qazandı. 1941-ci ildə Bütün Hindistan Müsəlman Tələbə Federasiyasının baş katibi seçildi. Müsəlman Birliyinə qoşulmuş və 1943-cü ildə partiyanın Çhittaqonq rayon təşkilatının katibi seçilmişdir.
Qədir Mirzə Əli
Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir. == Həyatı == Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu.
Qədir bəy Hacıbəyov
Qədir bəy Mehdi bəy oğlu Hacıbəyov (1874-?)—ADR dönəmində Şuşa qəzasının rəisi. == Həyatı == Qədir bəy Mehdi bəy oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Uşaqlığı Şuşa qəzasının Əhmədağalı, Zəngəzur qəzasının Diləli-Müsganlı kəndində keçmişdi. Kənddə mollaxanada ibtidai təhsil almışdı. Sonra Şuşa Real məktəbdə oxumuşdu. Şuşa Qəza Polis İdarəsinə II dərəcəli dəftərxana xidmətçisi kimi işə düzəlmişdi. Bir müddət tərcüməçi kimi çalışmışdı. Sonra polis pristavı kimi xidmət etmişdi. Qədir bəy Hacıbəyov ADR dönəmində Şuşa qəza idarəsinin rəisi idi. == Mənbə == Ənvər Çingizoğlu, Çar üsul-idarəsində qarabağlı hüquqçular, Bakı, "Şuşa", 2001.
Vüsal Hacı Qədir
Vüsal Hacı Qədir (Vüsal Qədir oğlu Əzizov) — Aktyor, Rejissor == Həyatı == Vüsal Əzizov 15 aprel 1978 ci ildə Qax şəhərində anadan olub. 1984–1995 ci illlərdə Qax şəhəri "3 saylı orta məktəbdə təhsil aıb. 1999 cu ildə "Şən və Hazırcavablar " klubunun Qax rayonu üzrə komanda rəhbəri olaraq fəaliyyətə başlayıb. Bununla yanaşı "Бакинский Экспромт" , "Нефтчи Баку " , "Черное Золото " klublarındada yaradıcılıqını genişləndirib. 2009–2010 cu illərdə "Beynəlxaq KVN" festivalında müfəvvəqiyyətlə iştirak edib. 2010 cu il də MDB ölkələri kuboku uğrunda "Черное Золото" komandasının tərkibində mübarizə aparıb.2010–2013-cü illərdə Moskva Televizya və Radyo inustutunda(МИТРО) kino rejissorluğu ixtisası üzrə təhsil alıb.2016 ci ildə çəkdiy"1361" adlı qısametraj film Moskva şəhərində "KONİK FİLM " festivalında iştirak edib və münsiflər heyəti tərəfindən böyük rəğbət qazanıb. 2013 ci ildən Televizya və Kino sahəsində fəaliyyətini davam etdirir. Ailəlidir. İki övladı var. == Filmoqrafiya (rejissor kimi) == Balıq (qısametrajlı bədii film) 2010 1361 (qısametrajlı bədii film)2016 Üçbucaq (bədii film) 2017 Barama (teleserial) 2017 Hozu Zona (Bədii Film) 2019 Sevgi Romani (Bədii film) 2020 Ofis İşi (Teleserial) 2020 Beş Betər (Bədii Filim) 2021 == Filmoqrafiya (aktyor) == "Тяжеловесы ''(художественный фильм 2017)- роль: Медоев "О подоконниках(художественный фильм 2016)- роль: Директор офиса Səhra almazı (bədii film 2014) — rol: Maqa Həyat sən nə qəribəsən (teleserial, 2016) — rol: Teymur İki tüstü (bədii film 2016)- rol: Muxtar Bir zamanlar Şəkidə" (ing.
Bilgə Kül Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.