Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həddad xalçaları
Həddad xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.). Təbrizdə "Dörd fəsil" ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli).
Əbdülməsih Həddad
Əbdülməsih Həddad (ərəb. عبد المسيح حداد‎; 1888, Homs – 1963, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçısı və jurnalist.
Həddadan (Kəleybər)
Həddadan (fars. حدادان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 629 nəfər yaşayır (152 ailə).
Həşdad
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Amir Haddad
Lorent Amir Xlifa Xedider Haddad (ivr. ‏לורן עמיר חליפה חדידר חדד‏‎; 20 iyun 1984, Sarsel) və ya sadəcə Amir Haddad (ivr. ‏עמיר חדד‏‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Şəddad Cəfərov
Şəddad Cəfərov — Azərbaycan yazıçısı, ölkənin ilk poliqrafçı alimi. Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə yetirmişdir. Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir. Şəddat öz işində yeniliklər axtarmağa başlamış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi adını almışdır. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Sov.
Həşdad Cüt (Bicar)
Səksən (az.-əski. سکسن‎, fars. هشتادجفت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Məhəmməd bin Şəddad
Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi. Minorsky, Vladimir. Studies in Caucasian History.
Əntərə ibn Şəddad
Əntərə ibn Şəddad (525-608) — ərəb şairi. Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq. Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır. Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir.
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi.
Məddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Səddam
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əddas
Əddas (ərəb. عَدَّاس‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Addas əslən assuriyalı olmuşdur. Onun haqqında çox məlumat yoxdur. Onun nə vaxt vəfat etdiyi və məzarının harada olduğu məlum deyil. O, Ninevadan olan xristian qul olmuşdur. O, Məkkə müşriklərindən Ütbə ibn Rəbiə və ya Şeybə ibn Rəbiənin qulu olduğu bilinir. Məhəmməd və Zeyd ibn Harisə ilə Taifdə olarkən, daşqalaq edildikdən sonra Taifdən bir qədər aralıda olan bir üzüm bağında dincəlirlər. Bu zaman Əddas ağalarının əmri ilə Məhəmməd və Zeyd bin Harisə bir boşqab üzüm gətirir. Məhəmməd Bismillahla üzüm yeməyə başlayanda Əddas bunun nə olduğunu soruşur.
Əcdad
Əcdad və ya ata-baba — valideyn və ya (rekursiv olaraq) bir antesedentin valideyni (yəni, baba, nənə, ulu baba, ulu nənə və s.). Əcdad "şəxsin törədiyi hər hansı bir şəxsdir. Qanunda bu, mülkün miras buraxıldığı şəxsdir". Əgər biri digərinin əcdadıdırsa və ya ortaq əcdadı paylaşırsa, iki fərd genetik əlaqəyə malikdir. Təkamül nəzəriyyəsində təkamül əcdadı paylaşan növlərin ortaq mənşəli olduğu deyilir, lakin bu əcdad anlayışı bəzi bakteriyalara və üfüqi gen köçürmə qabiliyyətinə malik digər orqanizmlərə aid edilmir. Bəzi araşdırmalar göstərir ki, ortastatistik insanın kişi əcdadlarından iki dəfə çox qadın əcdadı var. Bu, keçmişdə poliginiya münasibətlərin və qadın hiperqamiyanın yayılması ilə bağlı ola bilər.
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Səddam Bayramov
Səddam Hüseyn
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Səddam Hüseynov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səddam Həsənov
Yusif Məddah
Yusif Məddah (az-əbcəd. یوسف مداح‎) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi. Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Xamuşnamə", "Dastan-ı İblis əleyhüllanə" və "Məqtəl-i Hüseyn" kimi əsərləri var. Şair əsasən Yusif Məddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var. Türk alim İ. Hikmət onun adını Yusifi Məddah kimi təqdim edir.
Səddam (ad)
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səddam fədailəri
"Səddam fədailəri" (ərəb. فدائيي صدام‎) — BƏƏS Partiyasına və İraqın keçmiş prezidenti Səddam Hüseynə məxsus hərbi təşkilat. Bu, İraq Silahlı Qüvvələrinin bir hissəsi deyildi, lakin birbaşa Respublika Prezidenti ilə əlaqəli idi və onun liderləri prezident Səddamın əmrlərini oğlu Udey Hüseynin vasitəsilə yerinə yetirirdi. "Səddam fədailəri" 1995-ci ildə Səddam Hüseynin böyük oğlu Uday Hüseyn tərəfindən BƏƏS rejiminə qarşı daxili təhlükələri aradan qaldırmaq məqsədi ilə yaradılmışdır. Onların vəzifəsi Səddamın şəxsi düşmənlərini məhv etmək və üsyanları yatırmaq idi.
Cənab Qəddar
Cənab Qəddar (ing. Mr. Cruel) 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Viktoriya ştatının Melburn şəhərinin şimal və şərq ətraflarında üç qıza hücum edən naməlum avstraliyalı uşaq təcavüzkarının adıdır. Həmçinin 1991-ci ildə dördüncü qız Karmein Çanın oğurlanması və öldürülməsində əsas şübhəli şəxsdir. 2016-cı ilin aprelində, Karmein Çanın ölümündən iyirmi beş il sonra, Viktoriya ştatının polisi cinayətkarın müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün mükafatı 100.000 Avstraliya dollarından 1.000.000 Avstraliya dollarına qədər artırdı.
Derəfş Şəhdad
"Derəfş Şəhdad" — İranda, Kirman ostanının Şəhdad şəhərində aşkar edilmiş tarixi derəfş. Kvadrat metaldan ibarətdir, ölçüsü 23x23 sm-dir, üzərində qartal təmsil olunmuşdur və çubuq üzərində quraşdırılmışdır. Bu bayraq dünyanın ən qədim bayrağı hesab edilir. Üzərində bir xurma ağacı, iki başqa ağac, beş kiçik və böyük insan, iki şir, bir donqar inək və Ciruft mədəniyyətində təsvir olunan ilanlara bənzər bəzi ilanların şəklini görmək olar. Min illərdir paslandığı üçün yaşıllaşmışdır, lakin əvvəlcə günəşi əks etdirən metal parıltıya sahib idi. Aşkar edildikdən sonra Tehrana aparılmış, İran Milli Muzeyində saxlanılır. Qədim İran mifologiyasında Simurq quşu günəş tanrısının, müdriklik və böyük külək tanrısının simvolu olmaqla yanaşı, İran yaylasının qədim yerliləri hesab olunurdu. Bu səbəbdən onun rəmzi Sasanilər dövründə bu bayrağın və "Derəfş Kavyani"nin dirəyində qoyulmuşdur .
Hədid Surəsi
57-ci surə əl-Hədid (Dəmir) surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir) Surənin adı 25-ci ayədə işlənən "hədid", yəni dəmir sözündən götürülüb. Bismillahir-rəhmanir-rəhim! 1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! 2. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! 3.
Meddah
Meddah - kiçik qruplara o cümlədən qəhvəxana və ya çayxanalarda kiçik auditoriyaya Türk tarixini danışan şəxslərə deyilir. Bu şəxslər 16-ci əsrdə Osmanlı imperiyası dövründə daha məşhurlaşmışdır. Bu dövrdə meddahlar hər hansı hekayəni və ya tarixi bir hadisəni özləri müxtəlif improvizələr edərək danışır və ətrafdakı insanların diqqətini buna cəlb edirdilər. == Dekorasiya == Meddahlar hər zaman çətir, papaq və digər baş geyimlərində istifadə edərək, ifadə etdikləri şəxslərin xarakterini, səsini və dialektini təsəvvür edirdilər. Tamaşanın limiti yox idi və yaxşı meddah onu əhatə edən auditoriyanı fikrini öz bacarığı ilə hekayədən asılı etməyi bacarmalı idi. == Ümumi məlumat == Meddahlar adətən gəzən artistlər mənasını verir. Çünki onlar böyük şəhərlərdən kiçik kəndlərə gedərək yol boyu gördüklərini kənd camaatına hekayə edərək danışırdı. Bu adət ənənə Homerin dövründən başlandığı təsadüf edilir. Onların vəzifələri Yunanıstan o cümlədən Odessa hekayəçilərinin vəzifələrinə oxşayırdı. O dövrdə yaranmış hekayə olan Xosrov və Şirin və Leyli və Məcnunda meddahlar tərəfindən yayıldığı ehtimal edilir.
Eddard Stark
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur. Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır. == Bioqrafiya == === "Taxt oyunları" hadisələrindən əvvəl === Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır. Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir. === Görünüşü və xasiyyəti === …uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi.
Heyday Films
Heyday Films Ltd. — 1996-cı ildə britaniyalı film prodüseri Devid Heyman tərəfindən təsis edilmiş film studiyası. Hazırda İngiltərənin Borehamvud bölgəsində fəaliyyət göstərir. Studiya "Harri Potter" film seriyasının istehsalı ilə məşhurlaşıb.