Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Bəykənd (Hamamlı)
Bəykənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Qaranqu çayının yanında yerləşir. 1728-ci il mənbəyi olan «İrəvan əyalətinin icmal dəftəri»ndə Bəykənd kimi qeyd edilsə də, XIX əsr rus mənbələrində və erməni mənbələrində Bekant formasında qeyd edilir. Təbii ki, Bekant Bəykənd toponiminin erməni və rus dillərində təhrif edilmiş formasıdır. Toponim qədim türk dilində «təpə, yüksəklik, zirvə» mənasında işlənən bəy (<bək) sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulmuşdur.
Hamamlı (Başkeçid)
Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir. == Tarixi == Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır. == Əhalisi == Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Knyaz Aslan — publisist, şair. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.
Hamamlı (Meşkinşəhr)
Hamamlı (fars. حماملو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (30 ailə).
Hamamlı (şəhər)
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Hamamlı rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. == Tarixi == Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Saral (Hamamlı)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Düylün hamamı
Düylün hamamı — Ordubad rayonunun Düylün kəndində memarlıq abidəsi. Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Gənzə hamamı
Azərbaycan memarlığının Naxçıvan məktəbinə məxsus memarların yaratdığı möhtəşəm hamam nümunələrindən biri də Ordubad rayonunun Gənzə kəndindəki hamam tipli memarlıq abidəsidir. Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa olunmuşdur . Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. == Memarlıq quruluşu == Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq tərəfdən olan hamam planda düzbucaqlı formada inşa olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə gətirilirmiş.
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. == Xüsusiyyətləri == Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.
Kiran hamamı
Kiran hamamı — Kiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir. Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir. Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır. Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir. == İstinadlar == == Ədəbiyyat == Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
Mahmudpaşa hamamı
Mahmudpaşa hamamı (türk. Mahmutpaşa Hamamı) ― Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Osmanlı hamamı. II Mehmedin sədrəzəmi Mahmud Paşa tərəfindən başladılmış inşaat 1466-cı ildə tamamlanmışdır. Mahmudpaşa hamamı şəhərdəki ən qədim hamamlardan biridir. Hamam Qapalı çarşının şimal-şərqində yerləşən Mahmud Paşa məscid kompleksinin bir hissəsi olmuşdur. Zamanla ziyan görən tikili 20-ci əsrdə bərpa edilmişdir və hal-hazırda yerli ticarət mərkəzi olaraq xidmət edir. == Tarix == Hamam Fateh sultan Mehmedin sədrəzəmi Mahmud Paşanın qurduğu din və xeyriyyə kompleksinin bir hissəsi idi. Kompleksin əsas hissəsi olan Mahmut Paşa məscidi 1464-cü ildə tamamlanmışdır və İstanbulun ən qədim Osmanlı memarlığı komplekslərindən biridir. Məscidin və ona bağlı xeyriyyə binalarının yerləşdiyi vəqf torpağı olduqca geniş idi və ətrafdakı müxtəlif binaları əhatə edirdi. Bu, II Mehmedin bu mahalın inkişaf etdirilməsini Mahmud Paşaya həvalə etmiş ola biləcəyini göstərir.
Malıbəyli hamamı
Malıbəyli hamamı — Malıbəyli kəndinin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövründən qalan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət olan hamam tikilisidir. Hamamın ayrıca kanalizasiya xətti, isti və soyuq suyu vardı. Bu hamam tikilisi Şərq memarlığı üslubunda inşa edilmiş, sal daşlardan - dağ və çaylaq daşlarından tikilmişdir. Qədim memarlıq sənətinin milli xüsusiyyətlərini özündə əks etdirən və qoruyub saxlayan Malıbəyli hamamından 1960-cı ilə qədər istifadədə olmuşdur. Yerli əhalinin dediklərinə görə, hamamda həftənin cümə günlərində qadınlar, qalan günlərində isə kişilər çimərdilər. Hətta, indiki Xankəndində və vaxtilə onun yaxınlığında mövcud olmuş yaşayış məntəqələrindən, eləcə də, Xanbağından və qonşu Quşçular kəndindən olan adamlar bu hamama gəlib burada çimərmişlər. Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbaycanda bu sahədə olan memarlıq ənənələri əsasmda tikilmişdi. Onların əksəriyyəti 5 hissədən - «tulanbar» adlandırılan qızdırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.
Nobar hamamı
Nobar hamamı — Təbrizdə Qacar dövrünə aid hamamlardan biri. Bu hamam təbrizli memar Bala Kazımın əsərlərindəndir. Nobar hamamı Qacarlar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam 700 kv metr ərazini əhatə edir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. 1999-cu ildən isə mədəni abidələr siyahısına salındıqdan sonra restoran kimi fəaliyyətini davam etdirir. Hamam Tərbiyət küçəsinin yaxınlığında İmam Xomeyni küçəsində yerləşir.
Nüsnüs hamamı
Nüsnüs hamamı — Azərbaycanın Ordubad rayonunun Nüsnüs kəndində yerləşən hamam və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Nüsnüs hamamı yeraltı hamamlar qrupuna aiddir və Ordubad rayonunun Nüsnüs kəndində yerləşir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Uzunluğu 22,6 m, eni 9,4 m, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonu, ona birləşdirilən köməkçi otaqlar iki sferik günbəzlə örtülüb. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilib. Hamamın isti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilirdi.
Ordubad hamamı
Ordubad hamamı — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş memarlıq abidəsi. Hamamın ümumi sahəsi 483 m², divarların qalınlığı 1 metrdir. Bina 20 x 20 x 5 ölçüdə bişmiş kərpiclə inşa olunmuşdur. Hamam düzbucaqlı strukturu ilə digər orta əsr Şərq hamamlarından fərqlənir. Hamam əsasən geniş vestübül, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş var. Hamama vestibülünə eni 1 metr olan çatma tağ formalı dəhlizdən daxil olunur. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Zalın divarlarında hamama gələnlərin əşyalarını qoymaq üçün 4 ədəd dərin (2,8 x 1,3 m, 2,8 x 2,8 m) taxça var. Taxçalar hamamın səthindən 60 sm hündürlükdədir.
Ortaköy hamamı
Xosrov Kəndxuda Hamamı, Ortaköy Hamamı — XVI əsrdə vəziriazam Qara Əhməd Paşanın Kahyası Xosrov Kəndxuda tərəfindən inşa etdirilən ikili hamam, Memar Sinanın əsəridir. İnşa tarixi qəti olaraq bilinməməkdədir. Soyunmalıq qismi, yan-yana, üzərləri iki böyük qübbəylə örtülü iki kvadrat məkandan ibarətdir. Bu hissənin arxasında, biri beşik vault, digərləri Reflektor tonozlarla örtülü vahidlər; ılıqlıq və hela bölümleri yer alır. Istilik məkanı, bir-birlərinə bir böyük kəmərlə açılan iki kiçik qübbəli məkan və bunlara iki istiqamətdən bağlı, arxadakıları qübbə, yandakılar vault örtülü üç hissədən meydana gəlmişdir. Ən arxada isə ortada qübbə, yanlarda beşik vault örtülü su anbarı və külhan var. Quruluşun iki böyük qübbəsi səkkizbucaqlı kasnaklara oturdulmuş və quruluş ətraflı kirpi saçakla əhatə edilmişdir. Hamam söküntü daş və tuğlayla inşa edildikdən sonra üzəri sıvayla örtülmüşdür. Dənizə baxan cəbhəsinə daha sonra yeni bir bölüm əlavə quruluş, orijinal memarlıq vəziyyətindən çox bir şey itirmədən günümüzə qədər qalmışdır. Tikinti 1990-cı illərə qədər hamam olaraq istifadə edilməkdə idi.
Qacar hamamı
Qacar hamamı (fars. حمام قجر‎)- İranın Qəzvin şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Hamam 1647-ci ildə Şahın sifarişi əsasında Əmirgunə xan Qacar tərəfindən tikdirilmişdir. Abidənin bir digər adı Şah hamamıdır. Hamamın sahəsi 1045 m² və iki bölmədən ibarətdir: kişi və qadın bölmələri. Hamamın girişindəki yazıda hamamın memarlıq prinsiplərinin ənənəvi təbabətə uyğun olduğu bildirilir. Ətrafındakı binalardan daha aşağı mövqedə yerləşən hamama giriş pillləkənlər vasitəsilədir. Abidə struktur etibarilə üç əsas hissədən ibarətdir: Sərbinə, Miandar, Gərmxanə. Abidənin qapısı cənuba açılsa da hamamın qərb hissəsində qadınların istifadəsi üçün nəzərdə tutulan ayrı qapı var. Sərbinə hissəsinin planı 8 guşəli olub hər divarda oyuq və tağlar var.
Qasımbəy hamamı
Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid olan tarix-memarlıq abidəsi. Qasımbəy hamamı yarımyeraltı tipli hamamlar qrupuna aiddir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır. Hamam XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Bu ad onunla əlaqəlidir ki, hamama gələn qonaqlara çayla yanaşı müxtəlif şirniyyatlar da təklif edilirdi.
Qobu hamamı
Qobu hamamı və ya Hacı Abdulla hamamı — 1882-ci ildə Qobu kəndində Hacı Abdulla Kazım oğlu tərəfindən tikilmiş hamam. Təmirə ehtiyacı olan hamam tarixi abidə kimi qorunur. Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1882-ci ildə inşa edilib. Hacı Abdulla qeyri-adi bir hamam tikdirmək istədiyinə görə hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli isə Hacıdan hər daş üçün qızıl onluq istəyib. Hamamdan həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar istifadə edirmişlər. Müstəqillikdən sonra hamam öz fəaliyyətini dayandırıb. Hazırda baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Qobu hamamı digər Abşeron hamamlarından fərqli oalraq kəndin kənarında bir yüksəklikdə tikilmişdir.
Saray hamamı
Saray hamamı — Şirvanşahlar saray kompleksinin ən aşağı həyətinin şərq hissəsində yerləşən hamam. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtmüşdür. Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə konservasiya edilmişdir. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlamışdır. Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsilə otaqlara paylanırdı. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün "xəlvəti" adlanan otaqlar da vardır.
Türk hamamı
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. == Etimologiyası == Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. == Tarixi == Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. == Mədəniyyəti == === Dil === Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. === Xalıçılıq === Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hamamçay
Hamamçay — başlanğıcını 2870 m yüksəklikdən, Qaflan dağının (2879 m) ətəklərində "qaynarca" adlandırılan (isti-qaynar su mənasında) iki bulaqdan götürən dağ çayı. Qax rayonunun İlisu kəndi ərazisindən axır, Kürmükçayın sol qoludur. İlisu kəndinin yan erroziyadan mühafizəsi üçün çayın sol sahili boyunca kənd ərazisində bənd salınmışdır. 2011-ci ildə üzərində Tovla-Tala məhəlləsinə keçmək üçün mənsəbdən 30–50 m məsafədə olan körpü inşa edilmişdir. Qaraqaya (3360 m) zirvəsindən qoşulan sağ qolu qısa və daha gursuludur. Əsasən qar suları və buzlaqlarla qidalanır. Buna görə də yaz aylarında bolsulu olur və tez-tez daşqınlar baş verir. Mənbədən 2,5-2.5 km məsafədə tektonik qırılmanı kəsir və burada ilk şəlaləsini əmələ gətirir. Çoxsaylı şəlalələri (Qoçyataq, Gözbulaq, Çaykeçən və s. Bunlardan ən böyüyü Ramramay şəlaləsidir) ilə fərqlənir.
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.