Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid olan tarix-memarlıq abidəsi. Qasımbəy hamamı yarımyeraltı tipli hamamlar qrupuna aiddir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır.
Qasım bəy hamamı | |
---|---|
40°21′49″ şm. e. 49°50′03″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, V.Məmmədov küçəsi, 4 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII-XIX əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 83 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır.
Hamam XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir.[1] Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Bu ad onunla əlaqəlidir ki, hamama gələn qonaqlara çayla yanaşı müxtəlif şirniyyatlar da təklif edilirdi.
1970-ci ilin sоnlаrındа hamamda bəpa işləri аpаrılmış və bundan sonra abidə "Yаşıl aptek" (rus. Зелёная аптека) kimi fəaliyyət göstərməyə başlamışdır.
Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır.[2]
Hamamın hər iki hissəsində xaç planı ifadəli forma almışdır. Hər iki hissənin mərkəzi zalı küncləri kəsilmiş kvadrat formasına malikdir. Bu zallarda künc hücrələrinə aparan qapılar yerləşir. Hər iki hissədə mərkəzi zalın perimetri boyunca su kanalları inşa edilmişdir.[2]
Hamama giriş geniş vestibül vasitəsiylə həyata keçirilir. Küçə və hamam döşəməsi arasındakə əhəmiyyətli fərqə görə vestibüldə uzun pilləkən quraşdırılmış və onlar vestibülü bir növ pilləkən hücrəsinə çevirmişdir. Vestibüldən soyunma otağına keçid, küçə tərəfdə yerləşən künc hücrəsi vasitəsiylə həyata keçirilir.[2]
Sabunlanma hissəsi də soyunma hissəsi ilə oxşar plana malikdir. Sabunlanma otağındakı künc hücələrindən biri massaj, digəri isə fərdi yuyunma üçün nəzərdə tutulmuşdur.[3]