Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
İmfal Beynəlxalq Hava Limanı
İmfal Beynəlxalq Hava Limanı (BMAT: IMF, BHNA: VEI) - şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanı. İmfal şəhərindən 8 km cənubda yerləşir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanı Banqalor, Dehli, Kəlkətə, Mandalay kimi ölkənin böyük şəhərləri ilə birləşdirir. İmfal Beynəlxalq Hava Limanı şimal-şərqi Hindistanın ikinci ən böyük hava limanıdır. Hava Limanı dəniz səviyyəsindən 775 metr hündürlükdə yerləşibdir. Qalxma-enmə zolağının uzunluğu 2746 metr olub, asfalt örtüyə malikdir. İmfal Beynəlxalq Hava Limanı çoxlu müasir qurğulara sahibdir. Buna görə də gecə vaxtı da xidmət vermə imkanına malikdir. Hal-hazırda hava limanında 2 gəliş və 2 gediş qapısı mövcuddur. Gəliş hissəsi 60000, gediş hissəsi isə 35000 sərnişinə xidmət edə bilər.
İqbal
İqbal — kişi adı.
İqal
İqal — Macarıstanın Şomod medyesində yerləşən rayon. İqal Zamardinin 43 km cənubunda yerləşir. İqal spa macəra elementləri olan 12 hovuza malikdir.
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi. Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
İqbal (Sayınqala)
İqbal (fars. ‎اقبال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 713 nəfər yaşayır (157 ailə).
İqbal (qəzet)
İqbal — gündəlik qəzet. 1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913–8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914–27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi. Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.
İqbal Astanlı
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] Evlidir, 2 övladı var. Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
İqbal Babayev
İqbal Alıcan oğlu Babayev (7 avqust 1964, Yardımlı rayonu) — Gömrük xidməti general-mayoru, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini (2018), "Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası"nın təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor. İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) "İnformasiya texnologiyaları" fakültəsində təhsil almışdır. 1986–1987-ci ildə KİMMU-nun "İstehsal prosesslərinin avtomatlaşdırılması" kafedrasında müəllim işləmişdir. 1987–1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya daxil olmuş və eyni zamanda pedoqoji fəaliyyətini davam etdirmişdir. Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı" adına və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə "Ən yaxşı müəllimlik fəaliyyətinə" görə diplomuna layiq görülmüşdür. 1986–1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə "POİSK" şirkətini təsis etmiş və həmin şirkətin bazasında Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir. Evlidir, iki övladı var. 1990-cı ildə Kiyevdə 05.13.07 — "Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sisitemi" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlı idi.
İqbal Bayramov
İqbal Hacıyev
İqbal Hacızadə
İqbal Məmmədov
Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı. Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib. Asif Məmmədovun qardaşıdır. 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir. Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri. İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır. 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub. 2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb.
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması Müharibə şəraitində işğal; IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.
Ənfal
8-ci surə əl-Ənfal (Qənimət) surəsi (Mədinədə nazil olmuşdur, 75 ayədir.
Hüseynabad-i İqbal
Hüseynabad-i İqbal (fars. حسن اباداقبال‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Mərkəz bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 54 nəfər yaşayır (25 ailə).
Yeni iqbal (qəzet)
Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet. “Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi. Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı. “Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu.
İqbal Babayev (əsgər)
İqbal günü (Pakistan)
İqbal günü—9 Noyabrda Məhəmməd İqbalın doğum günüdür. Gün, 2018-ci ildən indiyədək Pakistanın bütün əyalətlərində və federal inzibati bölgələrində dövlət tətili olur. Şair və filosof olan İqbal Pakistan Hərəkatı üçün böyük bir ilham idi. İqbal günü "Şərqin Şairi" olan Əllama Məhəmməd İqbalın xatirəsi olaraq hər il 9 noyabrda bütün əyalətlərdə təşkil olunur və qeyd olunur. İqbal 9 noyabr 1877-ci ildə Britaniya Hindistanının (indi Pakistan) Pəncab əyalətinin daxilindəki Sialkotda anadan olmuşdur. 21 aprel 1938-ci ildə Britaniya Hindistanının Pəncab, Lahor şəhərində vəfat etdi. Pakistan hökuməti onu rəsmi olaraq xalq şairi elan etmişdir.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. Qızılı kefal sırf dəniz balığıdır.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Rəfal Əliyev
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
İdeal (Muğanna)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir. Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən.
İdeal (kitab)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir. İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir. Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən.
İlfat Abdullin
İlfat Abdullin (9 yanvar 1998) Qazaxıstan oxçusu. Olimpiya Oyunlarının iştirakçısı. İlfat Abdullin 9 yanvar 1998-ci ildə Taldıkorqanda anadan olmuşdur. Antalyada keçirilən Dünya Kubokunun üçüncü mərhələsində çıxış etdi. Qazaxıstanlı oxçunun 651 xal toplayaraq 79-cu yeri tutduğu reytinq turu nəticəsində ilk turda belaruslu Anton Prilepovu vuraraq ona 2:6 hesabı ilə uduzdu. Dəkkədə keçirilən 2017 Asiya Çempionatında Abdullin 1/32 finala yüksəldi. Cakartada keçirilən 2018 Asiya Oyunlarında Abdullin dördüncü oldu. Yarımfinalda bürünc medal uğrunda dueldə isə İndoneziyalı Riau Eqa Aqat Salsabillaya 2: 6 hesabı ilə məğlub oldu. O, həmçinin kişilərdən ibarət komandada beşinci, qarışıq cütlər turnirində isə doqquzuncu yeri tutdu. Elə həmin il Dünya Kubokunun üç mərhələsinə qatıldı: Şanxayda fərdi turnirdə 57-ci, qarışıq komandada 9-cu, Antalyada ilk matçlarda məğlub olaraq 57-ci oldu.
İşğal Almaniyası
"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır. 1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu. Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.
Signal (proqram)
Signal pulsuz və açıq mənbəli, platformalar arası şifrələnmiş mesajlaşma proqramıdır. O, Signal Foundation və Signal Messenger MMC tərəfindən hazırlanmışdır. O, faylları, səsli mesajları, şəkilləri və videoları əhatə edə bilən İnternet üzərindən həmyaşıd və ya qrup mesajları göndərmək üçün istifadə olunur. O, həmçinin təkbətək səsli və video zənglər edə bilər, və Android versiyası SMS proqramı kimi də fəaliyyət göstərə bilər. Siqnal identifikator kimi standart mobil telefon nömrələrindən istifadə edir və Siqnalın digər istifadəçiləri ilə bütün rabitələri təmin etmək üçün başdan sona şifrələmədən istifadə edir. Tətbiq istifadəçi personalarının məlumat kanalının şəxsiyyətini və bütövlüyünü müstəqil şəkildə yoxlaya biləcəyi mexanizmləri ehtiva edir. Siqnal proqram təminatı və serverlər tamamilə pulsuz və açıq mənbədir. Müştərilər GPL s3 lisenziyası altında, server kodu isə AGPL s3 lisenziyası altında buraxılır. Rəsmi Android tətbiqi bildirişlər üçün Google Play xidmətlərindən istifadə etsə də, tətbiqin lazımi funksiyalara açıq mənbəli alternativləri var ki, o, Google Play xidmətləri quraşdırılmadan rahat işləyə bilsin. Qeyri-kommersiya Siqnal Fondu 2018-ci ilin fevralında Brian Acton tərəfindən ianə edilən 50 milyon ABŞ dolları məbləğində toxum maliyyəsi ilə başladı.
İdeal qaz
İdeal qaz — orta təzyiq və temperaturda real qazların xassələrini və davranışlarını təsvir etmək üçün geniş istifadə olunan nəzəri model. Bu modeldə, birincisi, qazı təşkil edən zərrəciklərin bir-birinə qarşılıqlı təsir göstərmədiyi, yəni ölçülərinin əhəmiyyətsiz olduğu güman edilir, ona görə də ideal qazın tutduğu həcmdə zərrəciklərin qarşılıqlı qeyri-elastik toqquşmaları yoxdur. İdeal qaz zərrəcikləri yalnız qabın divarları ilə toqquşur. İkinci fərziyyə: qaz zərrəcikləri arasında uzun məsafəli qarşılıqlı təsir yoxdur, məsələn, elektrostatik və ya qravitasiya. Molekulyar kinetik nəzəriyyə çərçivəsində molekullar və qabın divarları arasında elastik toqquşmaların əlavə vəziyyəti ideal qazın termodinamikasına gətirib çıxarır. İdeal qazın müxtəlif genişləndirilmiş modellərində, zərrəciklərin elastik bağlarla (məsələn, iki atomlu molekullar) birləşdirilmiş ellipsoidlər və ya kürələr şəklində təqdim edilə bilən daxili quruluşa və genişlənmiş ölçülərə malik olduğu güman edilir. Qaz zərrəciklərinin poliatomik molekullar şəklində təmsil olunması əlavə sərbəstlik dərəcələrinin yaranmasına gətirib çıxarır ki, bu da bizi zərrəciklərin həm də fırlanma-vibrasiya hərəkətinin enerjisini, eləcə də təkcə mərkəzi deyil, həm də hissəciklərin mərkəzi olmayan toqquşmalarını nəzərdə tutur . Model qaz termodinamikası və aeroqazdinamika məsələlərini həll etmək üçün geniş istifadə olunur. Məsələn, atmosfer təzyiqində və otaq temperaturunda hava praktiki hesablamalar üçün kifayət qədər dəqiqliklə ideal qaz modeli ilə yaxşı təsvir edilmişdir. Klassik ideal qazlar (onun xassələri klassik mexanika qanunlarından irəli gəlir və Maksvell-Boltsman statistikasına tabedir), yarımklassik ideal qaz (bunun üçün - klassik ideal qazdan fərqli olaraq - enerjinin sərbəstlik dərəcələri üzrə vahid paylanması qanunu ödənmir) və kvant ideal qaz (onun xassələri qanunlarla müəyyən edilir) kvant mexanikasının və Fermi-Dirak statistikası ilə təsvir edilmişdir və ya Bose-Einstein ).
İdxal inflyasiyası
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiya. İdxal olunan inflyasiya ölkənin milli valyutasının xarici valyutalara nisbətdə məzənnəsinə təsir edir. Qiymət artım sürətinə təsir göstərir. Hazırda neft məhsullarının dünya qiymətlərinin artması ilə əlaqədar Rusiyada idxal inflyasiyası artıb. İstehsal xərclərinin artması dünya qiymətlərinin qiymət formalaşmasına təsir göstərmişdir. İdxal olunan mallar istehlak bazarının yarısını təşkil edir, onların qiymətləri olması lazım olduğundan daha yüksəkdir ki, bu da inflyasiyanın sürətini artırır. Xarici investisiyaların artması pul kütləsinin artmasına səbəb olur. ABŞ dollarının ucuzlaşması və qlobal valyuta bazarında avronun möhkəmlənməsi rublun məzənnəsinin dinamikasına təsir edib. Bu, ölkə daxilində qiymətlərin formalaşmasına təsir etdi Rusiyaya inflyasiya idxalı əsasən ABŞ-dan gəlir. Bu proses II Dünya Müharibəsi başa çatdıqdan sonra, Bretton-Vuds pul sisteminin prinsiplərinə uyğun olaraq dollar ehtiyat valyuta kimi rəsmi status aldıqdan sonra fəal inkişaf etməyə başladı.
İrfan Xan
Şahabzadə İrfan Əli Xan (7 yanvar 1967 – 29 aprel 2020) — əsasən Hindistan kinosunda, həmçinin də Britaniya və Amerika filmlərindəki işləri ilə tanınmış olan hind aktyorudur. Mediada hind kinosunun ən yaxşı aktyorlarından biri kimi qeyd edilmiş olan Xanın karyerası 30 ildən çox davam etmiş və o bu uzun müddət ərzində Milli Film Mükafatı, Asiya Film Mükafatı və dörd Filmfare Mükafatı daxil olmaqla çoxsayda mükafatlar əldə etmişdir. 2011-ci ildə isə Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri ordeni ilə təltif edilmişdir. 2017-ci ilə kimi onun filmləri dünya miqyasında ümumilikdə film kassalarından 3,6 milyard dollar gəlir əldə etmişdir. 2018-ci ildə isə Xana neyroendokrin şiş diaqnozu qoyulmuşdur. O, 2020-ci il aprel ayının 29-da 53 yaşında qaraciyərində və bağırsaqlarında əmələ gəlmiş olan kütlədən dünyasını dəyişmişdir. Xan The Guardian jurnalının Piter Bradşou adlı jurnalisti tərəfindən "Hindistan və Britaniya filmlərinin görkəmli və xarizmatik ulduzu" kimi təsvir edilmişdir. 23 fevral 1995-ci ildə Xan yazıçı və NSD məzunu olan Sutapa Sikdar ilə ailə həyatı qurmuşdur. Bu izdivac sevgiyə əsaslanan evlilik idi. Bu evlilikdən onların iki oğlu dünyaya gəlmişdir.
İşğal: Yağış
İşğal: Yağış — 2018-ci ildə çəkilmiş İşğal filminin davamı olan Avstraliya istehsalı elmi fantastika döyüş filmidir. Filmin ssenari müəllifi və rejissoru yenə də Luk Sparkdır. == Süjet xətti == Sidneyə hücumdan 2 il sonra yadplanetlilər hücumdan sağ qalmış insanları öldürməyə hələ də davam edirlər. Sağ qalanlar son gücü ilə Avstraliyanın paytaxtını geri almağa çalışırlar. Bununla belə, bu məqsədlərinə nail ola bilmirlər, lakin olduqca vacib ollan məlumatları ələ keçirə bilirlər: yadplanetlilərin hazırlamış olduqları "Yağış" layihəsi haqqında məlumat əldə edirlər. Əsgər Simmons və onun yeni gələn dostu Harri sirli "Yağış"ın axtarışına başlayırlar.
İşğal (dəqiqləşdirmə)
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi İşğal (film, 2017) — Keri Murnion və Conatan Milott tərəfindən 2017-ci ildə çəkilmiş olan Amerika döyüş triller filmidir.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Siqnal
Siqnal — fiziki obyektlərin öyrənilməsi və idarəedilməsi məqsədilə onların xarakteristikaları və xassələri haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasını təmin edən elmi texniki fəaliyyət sahəsi "informasiya- ölçmə texnikası" adlanır. Ölçmə- təcrübə yolu ilə fiziki kəmiyyətlərin qiymətlərinin xüsusi texniki vasitələrin köməyilə tapılması olub, tədqiqat və nəzəriyyə arasında bilavasitə əlaqəni, elmi tədqiqatların doğruluğunu və müasir istehsal məhsullarının yüksək keyfiyyətini təmin edir. Siqnalın zaman ərzində dəyişmə xarakterinə görə ölçmələr kvazideterminə olunmuş siqnalların parametrlərini ölçmələrə və təsadüfi siqnalların parametrlərini ölçmələrə bölünür. Təsadüfi siqnalı ölçdükdə, siqnalın çoxsaylı ani qiymətlərini emaletmə yolu ilə alınmış statistik xarakteristikaları müəyyən edilir. Ölçmənin nəticəsi – fiziki obyektlərin xassə və xarakteristikaları haqqında kəmiyyət və keyfiyyət informasiyasının alınmasıdır ki, sonradan onlar öyrənilmə və idarəetmə məqsədləri üçün istifadə olunur. İnformasiya – ilkin qeyri-müəyyənliyi azaldan məlumatlar toplusudur. Statistik informasiya nəzəriyyəsində informasiyanın alınması qeyri-müəyyənliyin aradan qaldırılması kimi xarakterizə olunur. İnformasiya özü- özlüyündə maddi deyil. İnformasiya daşıyıcıları isə – cərəyan, radio dalğaları, kitablar və s.– maddidirlər. Onlar kütləyə, enerjiyə, çəkiyə və ölçülərə malik-dirlər.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.