1. ALLAHSIZ (Allaha, dinə inanmayan şəxs) ...Bu adam kafir və allahsız idi (Anar); ATEİST Əlbəttə, Nəsimi bizim anlamda ateist deyildi [düşmənləri onu allahsız adlandırsalar da] (Anar); BİDİN Ağa Bəşir: Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! (M.F.Axundzadə); DİNSİZ Molla Qafar: Mənim məqsədim dini-islamı bu dinsizlər arasında intişar etməkdən ibarət idi (S.Rəhimov); KAFİR İndi beş ildir tamam dinimə əl atmısız; Sevgili övladımı kafirə oxşatmısız (M.Ə.Sabir); MÜRTƏD (söyüş kimi də işlədilir) Güləndam: Ay mürtəd oğlu, mürtəd! Adamı da çimdiklərlərmi? (N.Vəzirov).
2. allahsız bax insafsız