Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
İşmirzə (Baymak)
İşmirzə (başq. Ишмырҙа, rus. Ишмурзино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşmirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 22 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 63 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (100%) üstünlük təşkil edir.
Abbas Mirzə
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canışını, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Ağalar Mirzə
Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). == Həyatı == Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur. Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur.
Baysunqur Mirzə
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur. == Həyatının erkən dönəmi == Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.
Bəhmən Mirzə
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Diya Mirzə
Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981, Heydәrabad) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisası və modeldir. == Bioqrafiyası == Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır. Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir. Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır. O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın şahı Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mirzə Novruzov
Mirzə Səlvər oğlu Novruzov (1984, Bakı – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == Mirzə Novruzov 1984-cü ildə Bakı şəhərində anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb. == Hərbi xidməti == Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mirzə Nəsirov
Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Həyatı == Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. == Əmək fəaliyyəti == Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur.
Rüstəm Mirzə
Əbülmüzəffər Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) == Həyatı == Uzun Həsənin nəvəsi, Maqsud mirzənin oğludur. 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə salınmışdı. Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu İbrahim tərəfindən həbsdən azad edilmişdir. 1492-ci ildə də hakimiyyəti ələ keçirmişdi. == Hakimiyyəti == 1492-ci ildə, hakimiyyətə gələrkən etdiyi ilk şey Şeyx Heydərin oğlanlarına Ərdəbilə qayıtmaq icazəsi vermək idi. Lakin 2 il sonra, Eybə Sultan onların yenidən həbs edilməsini əmr etdi. İsmayıl qaçdı. Beş il hakimiyyətdə qaldıqdan sonra, 1497-ci ildə Gödək Əhməd Osmanlıdan qayıdaraq Diyarbəkirdən hücuma keçdi. Rüstəm Mirzə Gürcüstana qaçdı və orada öldürüldü.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sultanəli mirzə
Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu. == Həyatı == 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı. 1642-ci ildə İsfahanda vəfat etdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi).
Süleyman Mirzə
Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi. == Həyatı == Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur. 1570-ci ildən atasının yanında yaşamışdır. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı. İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi.
Mirzə Qasımı
Mirzə Qasımı İranın Gilan bölgəsinə aid olan ənənəvi yeməklərdən biridir ki ilk dəfə olaraq Nasirəddin şah Qacar dönəmində Gilan bölgəsinin valisi olan Məmmədqasımxan tərəfindən əldə edilib və elə buna görədə bu yemək onun adını daşıyır. == Lazım olan ərzaqlar == Dörd nəfərliyə: 4 diş sarımsaq 6 ədəd badımcan 2 ədəd yumurta 2 ədəd pomidor Yarım stəkan yağ Duz və istot (istəyə görə) == Hazırlanma qaydası == İlk olaraq badımcanları yuyuruq və yüksək alovda izqara edirik ki, badımcanın qabığı yanıb içi yumşaq olsun. İstəsəniz, badımcanları odda və ya kömürdə də izqara edə bilərsiniz. Ancaq izqara etməyi bəyənmirsinizsə, badımcanları qızartmaq olar. Bütün badımcanları izqara etdikdən və ya qızartmaqdan sonra soyun və elektrikli və ya əl ət dəyirmanı ilə yaxşıca əzin, ancaq qarışdırıcıya da qoya bilərsiniz. Kiçik bir qazana su tökün və tez qaynayanadək istiliyi artırın, sonra pomidorları bir az yumşalması üçün içərisinə qoyun və soyun. Tava içərisinə bir az yağ tökün və istilənmək üçün bir az qarışdırın, sonra sürtgəcdən keçirilmiş sarımsağı yağda qızardın. Pomidorları bir az doğrayın və tavaya əlavə edib sarımsaqla qovurun və qarışıq badımcanı tavanın tərkib hissələrinə əlavə edin. Yeməyi yenidən qovururuq və maddələrin üzərinə duz və istiot tökürük və tərkibindəki suyun tamamilə buxarlanana qədər sözdə yağa düşməsini gözləyirik. (Bir az yağa bir az pomidor pastası əlavə edib qızardın ki, Mirzə Qasımı daha rəngli olsun.
Mirzə Quliyev
Mirzə Məcid oğlu Quliyev (11 yanvar 1974, Saatlı, Bərdə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1980–1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Quliyev Mirzə dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Mirzə Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. == Döyüşlərdə iştirakı == Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir.
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələri İmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.