Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (05.11.1938 – 23.02.2015) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir == Fəaliyyəti == 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Ruslan İbadlı
Ruslan Sakit oğlu İbadlı (d. 19 fevral 1995; Nəsimikənd, Biləsuvar rayonu — ö. 28 sentyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
İraqlı Moavedlər
İraqlı Moavedlər (fars. معاودین عراقی‎)– İranda bir qrup İraqlı qaçqınlardırlar ki, İran mənşəli olduqlarına görə Səddam Hüseyn zamanı İraqdan qovulmuşdurlar. Bunların dəqiq sayı məlum deyil və 350.000-dən 650.000 qədər dəyişir. Onlardan məhkəmə yolu ilə İran mənşəli olduqlarını sübut edə bilənlər (400.000 nəfər) İran vətəndaşlığını qəbul ediblər və bəziləri isə Səddam Hüseyn devrildikdən sonra İraqa qayıdıb.
Praqa Qradı
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. == Tarixi == Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — BalaxanımAkademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri (film, 1997) Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Mehri
İradə Mehri (tam adı: İradə Bayram qızı Mehrəliyeva; 18 fevral 1982, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == İradə Mehri 1982-ci il fevralın 18-də Bakıda anadan olmuşdur. 1990-cı illərdə Cücələrim Ansamblında rəqs dərsləri almışdır. 1999-cu ildə Bakı Musiqi Məktəbində təhsilə başlamışdır. 2013–2015-ci illərdə bir sıra ifa (Amma yenədə, Sevmişdim-Aldandım, Sənsiz olmur, Suallarım var) etdiyi mahnılar hitə çevrilərək, müğənnini populyarlaşdırmışdır. Subaydır. 1 övladı var. Hazırda sənətini davam etdirməkdədir. == Karyerası == Talıb Talenin sözlərinə və aranjiman etdiyi Amma yenədə mahnısı uzun illər hit mahnılar siyahısında qalmaqdadır. Müğənni bir çox populyar ifaçılar ilə dueti oldu, bunlardan Ramil Sədalı, Məna Əliyev, Mürsəl Səfərov, Talıb Tale və digərləri ilə duet və iş birliyi olmuşdur.
İradə Rövşən
İradə Rövşən — Azərbaycanlı memar alim, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü. == Həyatı == İradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1990), Azərbaycan Memarlar İttifaqının üzvüdür (2013). İradə Abdullayeva 1975-1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil almışdır. X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə qurtararaq ali təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə Şəki şəhərindəki AMEA Şəki Regional Elmi Mərkəzində başlamışdır. 1998-ci ilədək burada laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb işləmiş və 2004-cü ildə yenidən Şəkiyə qayıdıb AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə davam etmişdir. == Əmək fəaliyyəti == Şəki Regional Elmi Mərkəzində işləyəndə kollektivin böyük hörmətini qazanmış İradə xanımın bilik və bacarığı alimlərin də nəzərindən qaçmamış və ona elmi iş üzərində fəaliyyətini davam etdirməyi tövsiyə etmişlər.
İradə Rəşidova
İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa. == Həyatı == İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Bianka – ("Otello", V. Şekspir) 2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski) 3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov) 4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov) 5.
İradə Səyya
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. == Həyatı == İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Quruluş verdiyi tamaşalar (2000–2015) == "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) == İştirak edib == Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. == Ailəsi == Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
İradə Vəkilova
İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova 20 avqust 1935 – 30 may 1998) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu == Həyatı və təhsili == İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir. === Vəfatı === İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. === Ailəsi === Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur.
İradə Xəlilova
İradə Xəlilova — biologiya elmləri üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin rektoru. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olmuşdur. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 2014-cü ilin sentyabr ayından XƏzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlamış, 2015-ci ilin oktyabrında hüceyrə patologiyasının tədqiqat mərkəzinin direktoru təyin olunmuşdur. 20-dən çox elmi məqalənin müəllifidir. == Üzvlüyü == Society of Free Radical Research Australasia (SFRR Europe & SFRR Australia) Union Allergists and Immunologists Commonwealth of Independent States (CIS) == Elmi əsərləri == . Khalilova IS, Dickerhof N, Mocatta TJ, Bhagra CJ, McClean DR, Obinger C, Kettle AJ. (2018). A myeloperoxidase precursor, pro-myeloperoxidase, is present in human plasma and elevated in cardiovascular disease patients.
İradə Zeynalova
İradə Aftandil qızı Zeynalova (20 fevral 1972, Moskva) — rusiyalı jurnalist, müxbir, teleaparıcı. NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib və eyni zamanda Böyük Britaniya (London) və İsrail (Tel-Əviv) və eyni zamanda Böyük Britaniya (London) Kanal Birin müxbir bürosunun rəhbər olub. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub: atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. Svetlana Zeynalovanın (1977-ci il təvəllüdlü) böyük bacısıdır. İdrak və tərbiyə baxımından İradənin daha çox Azərbaycanlı, Svetlanadan daha çox rus olduğu qeyd olunur. == Bioqrafiyası == Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. İxtisası - ərimələrin yüksək sürətlə bərkiməsi nəticəsində əldə edilən toz materialları və qoruyucu örtüklər üzrə proses mühəndisliyi.
İradə azadlığı
İradə azadlığı (yun. τὸ αὐτεξούσιον və ya τὸ ἐφ᾽ ἡμῖν, lat. liberum arbitrium) — şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması. İradə azadlığı problemi hələ çox qədim zamanlardan insanları düşündürmüş və zaman-zaman bu problem haqqında düşünüb daşınanlar məsələyə müxtəlif prizmalardan yanaşaraq çeşidli münasibətlər bildirmişlər. Bu problem düşüncə tarixində ən mühüm və mübahisəli məsələlərdən biri kimi tarixə düşmüşdür. İradə azadlığı problemin qoyuluşu insanların təbii maraqlarıyla yanaşı həm də onlarda etdikləri əməllərə, atdıqları addımlara görə məsuliyyət daşıyıb daşımaması kimi çox vacib sosial-psixoloji məsuliyyət məsələsilə sıx bağlı olmuşdur. Bu səbədən də iradə azadlığı problemi istər müxtəlif fəlsəfi-ideoloji cərəyanlar arasında, istərsə də dinlərdə qızğın mübahisə obyektinə çevrilmişdir. Birincilər öz görüşlərində müəyyən əqli mülahizələrdən çıxış edirdilərsə, ikincilər əsas etibarilə ilahi buyruqlara, dini mətnlərə söykənmişlər. Bununla belə, bir sıra diniideoloji cərəyanlar öz görüşlərində dini prinsiplərlə yanaşı əqlin mühakimələrinə də geniş yer vermişlər.
İradə İbrahimova
İradə İbrahimova (3 aprel 1980, Bakı) — Azərbaycanlı müğənni. == Həyatı == İradə İbrahimova əslən Ağstafa rayonundan olub Bakı şəhərində doğulub və uşağ vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dan yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-ci il). 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. == Uşaqlıq İlləri == 1980-cı il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci qız olaraq dünyaya göz açmışdır. Ailəsi adını İradə qoyur.
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. == Həyatı == İradə İsaq (Muradova) 1 sentyabr 1980-cı ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
İradə İsgəndərova
İradə Həbib qızı İsgəndərova (7 iyun 1958-ci il, Bakı) - Hüquqşünas, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səadət Sarayının - Bakı Nikah evinin müdiri (2020-ci ildən) == Həyatı == İradə İsgəndərova 07 iyun 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bül-bül adına musiqi məktəbinə daxil olmuş, 1975-ci ildə 15 N-li orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə məsləhətçi vəzifəsinə qəbul edilmişdir. 1983-cü ildən isə Ali Məhkəmənin Plenum və Prezidium Katibliyinin müdiri vəzifəsində çalışmışdır. 1985-1990-cı illər Ali Məhkəmənin hakimi. 1990-cı ildə Bakı şəhər Məhkəməsində məsləhətçi, sonradan sədrin köməkçisi vəzifəsində işləmişdir. 1998-ci ildən 2003-cü ilədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şöbə müdiri vəzifəndə çalışmışdır. 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində çalışır.
İradə Əlili
İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü. == Həyatı == 1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktorudur. == Fəaliyyəti == İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Atriplex graeci
Atriplex rosea (lat. Atriplex rosea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex alba Scop. Atriplex albicans Besser Atriplex arenicola Hauman Atriplex arenicola var. albescens Hauman Atriplex argentea Schrad. ex Moq. Atriplex axillaris Ten. Atriplex besseriana Schult. Atriplex foliolosa Link Atriplex foliosa Guss. Ex Nyman Atriplex graeci Tineo Atriplex monoica Weigel Atriplex monoica Moench Atriplex polysperma Ten.
II İrakli
II İrakli (gürc. ერეკლე II; 7 (18) noyabr 1720, Telavi – 11 yanvar 1798, Telavi) — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı. 11 yanvar 1798-ci ildə vəfat etmişdir. == İlkin həyatı == 7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər. == Hakimiyyəti == 1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə mahal qoymadı.
I İrakli
I İrakli (lat. Flavius Heraclius Augustus; təq. 575[…], Kappadokiya, Mərkəzi Anadolu regionu – 11 fevral 641, Konstantinopol) — 5 oktyabr 610 – 11 fevral 641 illərdə hökmranlıq etmiş, 100 illik İraklilər sülaləsinin əsasını qoymuş Bizans imperatoru. Onun hökmranlığı ilə Bizans imperiyasının tarixində yeni dövrü başlanmış olur. I İrakli V əsrdə Suriyada məşhur olan ailədən çıxmışdır. Onun eyni ada malik atası Sananid imperiyasına qarşı müharibədə sərkərdə və Karfaqo eksarxı olmuşdur. I İrakli atasının dəstəsilə Konstantinopola daxil olaraq imperator Fokanı devirərək 5 oktyabr 610 ildə imperator taxtına oturmuş olur.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Çıraqçı (Həştrud)
Çıraqçı (fars. چراغچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 22 km qərbdədir.
İrakli Abaşidze
Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1960), Gürcüstan SSR Dövlət mükafatı Laureatı (1966), Beynəlxalq Nehru mükafatı laureatı (1966), Sosialist Əməyi Qəhrəmanı (1979).. == Həyatı == İrakli Abaşidzenin əsərləri 1928-ci ildən dövrü mətbuatda nəşr olunmağa başlamışdır. O, 1931-ci ildə Tbilisi Universitetinin filologiya fakultəsini bitirmişdir və 3 il sonra SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak etmişdir. O, lavrenti Beriyanın əleyhinə şeir yazdığına görə qısa müddət Stalin repressiyasına məruz qalmış, İslah əmək düşərgəsinə göndərilmişdir. İrakli Abaşidze 1939-cu ildə Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. İrakli Abaşidze Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur və müharibə illərində hərbi-vətənpərvərlik mövzusunda bir sıra şeirlər yaratmışdır. O, sonralar "Mnatobi" jurnalının baş redaktoru (1946–1953), Gürcüstan Yazıçılar İttifaqı Rəyasət Heyətinin sədri (1953–1967), Gürcüstan SSR Ali Sovetinin sədri (1971–1990), Gürcüstan Sovet Ensiklopediyasının baş redaktoru (c. 1–12, 1975–1987) olmuşdur. 1960-cı ildə ona Gürcüstan Elmlər Akademiyasının akademiki adı verilmişdir. O, həmçinin 1958-ci ildə Amerika Birləşmiş Ştatlarının Livana təcavüzünə qarşı SSRİ-nin kommunist rəhbərliyinin ABŞ və İngiltərə əleyhinə təbliğatının fəal iştirakçısı olmuş və sonralar Xruşovun və Brejnevin səlahiyyətli nümayəndəsi kimi tez-tez həmin ölkərin rəhbərləri ilə aparılan danışıqların iştirakçısı olmuşdur.
İrakli Alasaniya
İrakli Alasaniya (gürc. : ირაკლი ალასანია; 21 dekabr 1973, Batumi) 2012-ci ildən 2014 -cü ilə qədər Gürcüstanın müdafiə naziri vəzifəsində çalışan gürcü siyasətçi, əsgər və keçmiş diplomatdır. 11 sentyabr 2006 -cı ildən 4 dekabr 2008-ci il tarixinə qədər Gürcüstanın Birləşmiş Millətlər Təşkilatında səfiri olub. Əvvəlki vəzifələrinə Abxaziya Hökumətinin sədri və Gürcüstan Prezidentinin Gürcüstan-Abxaz danışıqlarında köməkçisi daxildir. İstefasından qısa müddət sonra Alasaniya Mixail Saakaşvili administrasiyasına qarşı çıxdı və 2009-cu ilin iyulunda Bizim Gürcüstan - Azad Demokratlar Partiyasını qurdu. Alasania 2012-ci ildən 2014-cü ilə qədər Müdafiə Naziri vəzifəsini icra edib. == Erkən həyat və karyera == İrakli Alasaniya Acarıstanın Batumi şəhərində anadan olub. Yetkin olmamasına baxmayaraq Abxaziya müharibəsinə qatılıb, ancaq müharibənin son günlərində atası General Mamia Alasaniyanın təzyiqi ilə Abxaziyada yaşamaq məcburiyyətində qaldı, atası Soxumi məğlub olduqdan sonra digər gürcü siyasətçiləri ilə birlikdə öldürüldü. İrakli Alasaniya 1995 -ci ildə Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Eyni zamanda 1994-1996 -cı illərdə Gürcüstan Təhlükəsizlik Akademiyasında kurslar keçib.
İrakli Kobaxidze
İrakli Kobaxidze (gürc. ირაკლი კობახიძე; 25 sentyabr 1978, Tbilisi) — 2016-2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri olan gürcü siyasətçi. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi.Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi almışdır. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs demişdir. Eyni anda BMTİP-in layihə meneceri olaraqda çalışırdı. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmişdir və Açıq Cəmiyyət - Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılaraq icra katibi oldu. 2016-cı il parlament seçkilərində Gürcü arzusu partiyasının qələbəsindən sonra Kobaxidze 2016-cı il noyabrın 18-də 3 səsverməyə 118 səslə Parlamentin sədri seçildi. Onun seçimi müxalifətdəki "Birləşmiş Millətin Hərəkatı" partiyasının üzvləri tərəfindən tənqid edilib.Natalya Motsonelidze ilə evlidir və iki oğlu var.
İrakli Kvirikadze
İrakli Mixayloviç Kvirikadze (gürc. ირაკლი მიხეილის ძე კვირიკაძე; 12 iyul 1939, Batumi) — Sovet və gürcü kinorejissoru, ssenaristi, yazıçısı, müəllimi. Gürcüstan SSR əməkdar artisti (1983). == Həyatı == İrakli Kvirikadze 1939-cu il iyulun 12-də Batumidə anadan olub. 1964-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kvirikadze 1968-ci ildə isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq fakültəsindən (Qriqori Çuxrayın emalatxanası) məzun olub. 1971-ci ildə bədii filmə rejissorluq diplomunu müdafiə edib. "Gürcüstan-film" studiyası paralel olaraq "Gürcüstan gəncləri" qəzetinin redaksiyasında işləyib. 1969–1974-cü illərdə — "Telefilm" (Tbilisi) yaradıcılıq birliyinin direktoru kimi çalışıb. İrakli Kvirikadze burada bir neçə sənədli film çəkmişdir.
İrakli Metaksa
İrakli Metaksa (1889, Batumi – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. == Həyatı == İrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.
İrakli Morkov
İrakli İvanoviç Morkov (rus. Ираклий Иванович Морков; 1753–1828) — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796). == Həyatı == İrakli İvanoviç Morkov 1753-cü ildə Rusiyada anadan olmuşdu. Moskva quberniyası zadəganlarındandır. 1798-ci ildən 1799-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. İrakli Morkov 1828-ci ildə Rusiya imperiyasının Moskva şəhərində vəfat etmişdi.
İrakli Qamrekeli
İrakli Qamrekeli (gürc. ირაკლი გამრეკელი; 17 may 1894 və ya 1894, Qori, Tiflis quberniyası – 10 may 1943 və ya 1943, Tbilisi) — gürcü quruluşçu rəssamı və gürcü avanqard səhnə dizaynının yaradıcılarından biri.Qəmrəkeli Qoridə anadan olub. Onun istedadı Oskar Uayldın "Salome" əsəri üçün Qamrekelinin illüstrasiyalarına heyran olan aparıcı gürcü teatr rejissoru Kote Marcanişvilinin əsərlərindən ibarət sərgi zamanı aşkar edilib. 1922-ci ildən 1943-cü ilə qədər Qamrekeli Rustaveli Teatrında əvvəlcə Marcanişvilinin, daha sonra isə Sandro Axmetelinin rəhbərliyi altında işləmiş və burada Uilyam Şekspirin Hamlet (1925), Sandro Şanşiaşvilinin Anzor (1928), Fridrix Şiller Quldurlar (1933) və Şekspirin Otello (1937) da daxil olmaqla 50 tamaşanın dizaynını hazırlamışdır. Mücərrəd həndəsi konstruksiyaları və geniş, lakin seyrək bəzədilmiş ölçüləri ilə diqqət çəkən Qəmrəkelinin mənzərəli dizaynları Rustaveli Teatrına xas olan monumental və qəhrəmanlıq üslubunu müəyyən etməyə kömək etdi. Daha sonrakı karyerasını 1930–1940-cı illərdə Qəmrekeli Opera və Balet Teatrında və də Tbilisi Qriboyedov adına Rus Dram Teatrında davam etdirib. O, həmçinin Tbilisidəki Gürcüstanın dövlət kinostudiyası ilə əməkdaşlıq edib: 1929-cu ildə o, həmkarı rəssam Valerian Sidamon-Eristavi ilə Kote Mikaberidzenin təməlini qoyan "Mənim nənəm" ekspressionist filmi üzərində işləyir, lakin film onilliklər ərzində Sovet senzurası tərəfindən qadağan edilmişdi. Qamrekeli həm də " Arsena" (1937) və Giorgi Saakadze (1942–1943) filmlərinin bədii rəhbəri olub. Səhnə dizaynı ilə yanaşı, Qəmrəkeli 1924-cü ildə mənsub olduğu eyniadlı gürcü avanqard rəssamlar qrupunun ilk və yeganə nəşri – H2SO4-ün tərtibatını hazırlamaq üçün də seçildi.O, Gürcüstanın əməkdar artisti adına və "Şərəf nişanı" ordeninə layiq görülüb. 1943-cü ildə Tbilisidə vəfat etmiş və Didube panteonunda dəfn edilmişdir.
İrakli Qaribaşvili
İrakli Qaribaşvili (gürc. ირაკლი ღარიბაშვილი; 28 iyun 1982, Tbilisi) — 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilə kimi və 22 fevral 2021-ci ildən Gürcüstan Respublikasının Baş Naziridir.
İrakli sülaləsi
== İraklilər sülaləsinin zaman xətti ==
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).
Şakir İravbi
Şakir İravbi — Azərbaycan aşığı. == Həyatı == Şakir İravbi 1972-ci ildə Qaradağın Xudavər məntəqəsinin Heydərxanlı kəndində dünyaya gəlib. Ustadı atası Allahqulu olub. 12 il atasına şəyirdlik edib. Yaxşı balabançı kimi tanınıb. O, Aşıq Məhbubla, Aşıq Əhməd Cəmşidi və başqa aşıqları müşayiət edir. == Mənbə == Tacir Səmimi. Qaradağ aşıqları. "Elimiz. Günümüz" qəzeti.