Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etnoqrafiya
Etnoqrafiya — xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, məişətinə, istək və arzularına daha çox bələd olan elm. Etnoqrafiya yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir. == Etnoqrafiya elm kimi == Xalqın məişəti ilə yanaşı, etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi olan tarixi etnoqrafiya məşğul olur. Rus alimlərindən S. P. Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir.
Linoqrafiya
Litoqrafiya — çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür. Litoqrafiya 1796-cı ildə Bavariya yazıçısı Alois Senefelder tərəfindən teatr əsərlərinin nəşri üçün ucuz bir üsul kimi icad edilmişdir. Litoqrafiya mətn və ya rəsm əsərini kağıza və ya digər uyğun materiala çap etmək üçün istifadə edilir amma daha çox musiqi partituraları və xəritələr üçün istifadə edilmişdir. == Tanıtmaq == Litoqrafiya əvvəlcə litoqrafiya daşına tətbiq olunan mum və ya digər yağlı maddə ilə çəkilmiş təsvirdən mürəkkəbi çap vərəqinə köçürmək üçün vasitə kimi istifadə edirdi. Müasir dövrdə təsvir tez-tez çevik alüminium lövhəyə tətbiq olunan polimerdən hazırlanır. Lövhənin və ya daşın düz səthi bir qədər kobud və ya həkk olunub və su təbəqəsini qəbul edən və yağlı mürəkkəbi dəf edən hidrofilik (=su sevən) bölgələrə və suyu dəf edən və mürəkkəbi qəbul edən hidrofobik bölgələrə bölünür. Şəkil birbaşa daşdan və ya boşqabdan çap oluna bilər (bu halda o, orijinal təsvirdən tərsinə çevrilir) və ya çap məhsuluna köçürmək üçün çevik təbəqəyə, adətən rezinə köçürülərək ofset edilə bilər. Bu proses, çap mürəkkəbini ehtiva edən boşluqlar yaratmaq üçün boşqabın həkk olunduğu, həkk edildiyi və ya naxışlandığı qravüra və ya intaqlio çapdan və hərflərin və ya təsvirlərin qaldırılmış səthlərinə mürəkkəbin tətbiq olunduğu taxta bloklu çap və tipo çapdan fərqlidir. Litoqrafiyanın ilk dövrlərində hamar əhəngdaşı parçasından istifadə olunurdu (buna görə də "litoqrafiya"—"litos" (λιθος) qədim yunanca daş sözüdür).
Monoqrafiya
Monoqrafiya – müasir ədəbiyyatşünaslığın əsas formalarından biridir. Monoqrafiyalar müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin, alimin yaradıcılığına həsr edilən elmi əsərdir. Elmi dərəcə almaq üçün yazılan namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir forması sayıla bilər.
İkonoqrafiya
İkonoqrafiya (q.yun. εἰκών — "təsvir, surət" və γράφω — "çəkirəm") — təsviri incəsənətdə hər hansı personajın, yaxud süjet səhnəsinin qəbul edilmiş ciddi nizamlı sistemi. İkonoqrafiya qədimdə sənətin dini sitayiş və mərasimlərlə bağlılığından yaranmışdır. Sənətin dünyəviləşməsi və inkişafı ilə mövçud ikonoqrafiya sxemlərinin coxu dəyişilmiş, həm də yeniləri yaranmışdır. İkonoqrafik sistemlərin başlanğıçını dini kultla əlaqəyə aid edirlər. İkonoqrafiya qaydalarına riayət etmək vacibliyi təşəkkül tapırdı. Ola bilər ki, bu təsvir edilmiş səhnənin və yaxud personajın tanınmasını rahatlaşdırmaq üçün edilib, lakin çox güman ki, bu təsviri dini iddialara uyğunlaşdırmaq zərurəti ilə edilirdi. İkonoqrafiya bölünür: İsanın anasının ikonoqrafiyası; İsa Məsihin ikonoqrafiyası; Xristian incəsənətində mövcud olan "bayramların" ikonoqrafiyası; Buddizm incəsənətində Buddanın və bodxisavtların ikonoqrafiyası və s. Əsrlər ərzində, incəsənətin yeni məzmunla zənginləşməsi ilə, ikonoqrafik sxemlər vaxtaşırı dəyişikliyə məruz qalmışdır. İncəsənətin dünyəviləşməsi, realizmin və rəssamların (avropada intibah dövrü) yaradıcı individuallıqlarının inkişafı köhnə ikonoqrafik sxemlərin izah azadlığını şərtiləşdirdi, həmçininin daha az reqlamentləşdirilmiş yeni ikonoqrafik sxemlərin yaranmasına gətirib çıxardı.
Ankara Etnoqrafiya Muzeyi
Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi. Muzeydə Türkiyənin Səlcuqluların gəlişindən başlayaraq ölkə tarixinin müxtəlif dövrlərinə aid Türkiyənin bütün bölgələrindən məhsullar toplanıb. 15 il ərzində Atatürkün müvəqqəti məqbərəsi də həmin binada yerləşirdi və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri burada səfərlər edirdilər. == Memarı == Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib.
Nizami Gəncəvi (Monoqrafiya)
Ordu Etnoqrafiya muzeyi
Ordu Etnoqrafiya muzeyi və ya Paşaoğlu Etnoqrafiya muzeyi — Türkiyənin Ordu şəhərində yerləşən muzey. Muzey Ordu şəhəri, Taşocak küçəsində yerləşir. Muzeyin binası Paşaoğlu Köşkü kimi tanınan tarixi bir binadır. Diqqətəlayiq memarlıq nümunəsi olan bu bina 1896-cı ildə tikilmişdir. 1982-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən müsadirə edilmişdir. 4 illik bərpadan sonra 18 noyabr 1987-ci ildə muzey kimi istifadəyə verilmişdir. Üç mərtəbəli bina (həyətlə birlikdə) 625 kv.m. (6,730 kv fut) ərazini əhatə edir. Muzeyin birinci mərtəbəsi inzibati ofislər üçün ayrılıb. Əsas etnoqrafik eksponatlar birinci mərtəbədədir.
Arxeologiya və Etnoqrafiya Muzeyi
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Xınalıq tarix-etnoqrafiya muzeyi
Xınalıq tarix-etnoqrafiya muzeyi — 2001-ci ildə Azərbaycan Respublikası, Quba rayonunun Xınalıq kəndində yaradılmış muzey. Xınalıqın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kəndə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki "Muzey içərisində muzey"dir. Muzeydə diqqət çəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Burada olan kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntiq, riyaziyyat, təbabət kimi elmlərə aid olanlar ilə birlikdə fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması ve nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir. Kənd ağsaqqallarının deyiminə görə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çox sayda kitablar gətirilirmiş.
Azərbaycan Respublikasının Coğrafiyası (monoqrafiya)
Azərbaycan Respublikasının Coğrafiyası — Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış üçcildlik monoqrafiya. Əsər 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. == Haqqında == "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik monoqrafiyası Azərbaycanın gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsi mövzularına həsr edilmiş elmi əsərdir. === I cild — Fiziki coğrafiya === "Azərbaycan Respublikasının coğrafiyası" üç cildliyinin birinci cildində ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək təqdim olunmuşdur. Əsərdə Azərbaycan Respublikasınım relyefi, geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, landşaftları geniş şəkildə təhlil olunmuş, onların regional xüsusiyyətləri araşdırılaraq, ölkə ərazisində fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və hər bir rayonlaşdırma vahidi zəngin materiallar əsasında işıqlandırılmışdır. Redaksiya heyəti: C.ü.e.d. Tanrıverdiyev X. K, Xəlilov H. A, Xəlilov M. Y, Qaşqay R. M., C.ü.f.d. Rəhimov X. Ş. İsmayılov M. C, Həsənov M. S. k/t.ü.f.d. Quliyev İ. Ə, Əliyev Ə. A. === II cild — İqtisadi, sosial və siyasi coğrafiya === Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab "Coğrafiya" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kənan Yavuz Etnoqrafiya Muzeyi
Kənan Yavuz Etnoqrafiya Muzeyi — Bayburtun Dəmirözü rayonuna bağlı Beşpınar kəndində yerləşən etnoqrafiya muzeyi. Dəmirözü vadisində, Bayburtdan 40 kilometr aralıda, Dəmirözü Anbar gölünün yaxınlığında yerləşir. Bölgənin qeyri-maddi və konkret mədəni irsini qorumaq üçün yaradılmışdır. 15 min kvadratmetr sahədə 26 müxtəlif məkandan ibarətdir ki, bunun da 5,000 kvadrat metri qapalı sahədir. 2013-cü ildə iş adamı Kənan Yavuz tərəfindən "mədəniyyət evi" kimi təsis edilmiş, 2019-cu ildə “rəsmi özəl muzey” statusu almışdır. Muzey 2021-ci ildə Avropa Muzey Forumu tərəfindən "Silletto" mükafatına layiq görülmüşdür.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli, 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Bakı)
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Ufa)
Arxeologiya və Etnoqrafiya Muzeyi (R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutu Ufa Elmi Mərkəzi balansındadır.) — Cənubi Uralın arxeologiya və etnoqrafiyasına həsr edilmiş, akademik tədqiqat müəssisəsinə daxil olan dövlət muzeyi. Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutu nəzdində 1976-cı ildə fəaliyyətə başlamışdır. Muzey Ponosovoy-Molla binasında yerləşir. Binanın özü XX əsrin əvvəllərinə aid memarlıq və şəhərsalma abidəsi sayılır. Muzey Başqırdıstan Respublikası, Ufa şəhəri, Karl Marks küç. 6 ünvanında yerləşir. == Tarixi == Ufa şəhərində Akademik Arxeologiya və Etnoqrafiya Muzeyinin təşkil olunmasının təşəbbüskarı tanınmış alim-etnolog, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rail Kuzeev olur. Muzeyin təsis olunması haqqında qərar 20 yanvar 1976-cı ildə verilir. Muzey ziyarətçilər üçün tam olaraq açılır. Muzey 1999-cu ildən Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutunun balansındadır.
Qala Dövlət tarix-etnoqrafiya qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi əsasında yaradılmışdır. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 06 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəkildə davam etdirilməklə başa çatdırılmışdır. Haliyədə 1200-dən artıq abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 800-dən artığı indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi "Naxçıvan abidələri" ensiklopediyası, 2010-cu ildə isə "Naxçıvanın tarixi atlası" çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Sərəncamına əsasən 2013-2015-ci illər ərzində "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması işi əsasən İnstitutun əməkdaşları tərəfindən həyata keçirilmişdir. Tədqiqatlar zamanı Ovçulartəpəsində aparılan arxeoloji araşdırmalar Eneolit dövründən Kür-Araz mədəniyyətinə keçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mesopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan verir. Ovçulartəpəsindəki araşdırmalar Eneolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin meydana çıxdığını göstərir. Oğlanqala yaşayış yerində aşkar olunan arxeoloji materialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq edir.
Tbilisi Açıq Hava Etnoqrafiya Muzeyi
41°42′07″ şm. e. 44°44′35″ ş. u. Giorgi Chitaia Açıq Hava Etnoqrafiya Muzeyi ( gürc. გიორგი ჩიტაიას სახელობის ეთნოგრაფიული მუზეუმი ღია ცის ქვეშ , giorgi chitaias sakhelobis et'nograf'iuli muzeumi ghia ts'is k'vesh ) Gürcüstanın Tbilisi şəhərində açıq hava muzeyidir, ölkənin müxtəlif bölgələrindən gələn xalq memarlığını və sənətkarlıq nümunələrini nümayiş etdirir. Muzey, 27 aprel 1966-cı ildə muzeyi quran gürcü etnoqraf Giorgi Chitaia'nın adını daşıyır. 30 dekabr 2004-cü ildən bəri Gürcüstan Milli Muzeyinin bir hissəsi kimi idarə olunur. Muzey Tısbağa gölündən qərbdə, Tbilisinin Vake rayonuna baxan bir təpədə yerləşir. Bu, mahiyyət etibarilə Gürcüstanın bütün əsas ərazi bölmələrindən köçürülmüş binaların yerləşdiyi tarixi bir kənddir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Lev Tolstoy Ədəbiyyat və Etnoqrafiya Muzeyi
Lev Tolstoy Ədəbi-Etnoqrafiya Muzeyi — dahi rus yazıçısı Lev Tolstoyun Çeçenistanda qalmasına həsr olunub. 1980-ci ildə Çeçenistan Milli Muzeyinin filialı kimi yaradılmışdır. == Təsviri == Muzey 1851-1853-cü illərdə Lev Tolstoyun qaldığı Staroqladovskaya kəndində yerləşir. Burada iki dostunun köməyi ilə tərcümə ilə Çeçen folklorunun nümunələrini toplamışdır. Bu onun çeçen folkloru toplamaqda ilk təcrübəsi olmuşdur. Burada o, ilk əsərini – "Uşaqlıq" hekayəsini də bitirmışdir. Muzey 1980-ci ildə Çeçen-İnquş Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış və 1913-cü ildə tikilmiş keçmiş məktəb binasında açılmışdır. 1914-cü ildə bu məktəb Rusiyada Lev Tolstoyun adını daşıyan ilk məktəb olub. Yarandığı gündən muzeyi keçmiş SSRİ-nin hər yerindən minlərlə insan ziyarət etmişdir. Birinci zalda təqdim olunan ekspozisiya onun yaradıcılıq fəaliyyətinin başlanğıcından, Tolstoyun yerli çeçenlərlə dostluğundan bəhs edir.
Heydər Əliyev və klassik irs (monoqrafiya)
"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu — Azərbaycanda qoruq. == Yaranma səbəbi == Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010–2015-ci illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir. Hazırda qoruğun direktoru Həsən Ağayevdir. == Tədqiqatlar == Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə — e.ə.
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)