Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azan
Azan və ya əzan — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir. == Deyilişi və tərcüməsi == Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər. == Şəriət hökmləri == Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin.Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır.Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur.Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın. Deməli aşağıdakı hallarda azan saqit olur, ehtiyat-vacibə görə onu tərk etmək lazımdır: 1-Cümə günü əsr namazının azanı (cümə, yaxud zöhr namazı ilə birlikdə qılınarsa); 2-Zilhiccənin 9-cu günü olan Ərəfə gününün əsr namazı (zöhr ilə birlikdə qılınarsa); 3-Məş"ərül-həramda olan bir kəsin Qurban bayramı gecəsinin işa namazının azanı (əgər onu məğriblə birlikdə qılıbsa); İki namazı birlikdə (birincidən dərhal sonra) qılmaq qeyd olunan üç halda müstəhəbdir. 4-Əsr namazını zöhrdən, işa namazını məğribdən dərhal sonra qılmalı olan müstəhazə qadının (əsr və işa) namazı; 5-Bovl və qaitin çölə çıxmasının qarşısını ala bilməyən bir kəsin əsr və işa namazı. Bu beş namazda azan o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun, amma zahirən, nafiləni qılmaqla zaman fasiləsi düşür. Əgər namazları bir-birindən ayrılıqda, hər birini onun öz fəzilətli vaxtında qılsa, hər ikisinin azan və iqaməsini oxumaq müstəhəbbdir.Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir.
Ozan
Ozan — ad.
İBAN
IBAN (ing. International Bank Account Number) — Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınmışdır. Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır. Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar 1. IBAN nədir? Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir. 2. Azərbaycanda IBAN-ın strukturu necədir? Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır: IBAN-ın strukturu: 3.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədi ilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. İlanları öyrənən elm serpantologiya adlanır.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Anabad (İran)
Anabad — İranın Rəzəvi Xorasan ostanının Bərdəskən şəhristanının Anabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,968 nəfər və 1,480 ailədən ibarət idi.
Anar (İran)
Anar — İranın Kirman ostanının şəhərlərindən və Anar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,791 nəfər və 3,227 ailədən ibarət idi."Anar", farsca nar deməkdir.
Aqil İman
Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi. == Həyatı == Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub. Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir. == Ailəsi == Ailəli idi. İki oğlu var.
Astara (İran)
Astara — İranın Gilan ostanında yerləşən şəhər. Bu şəhəri Azərbaycan Respublikasında da yerləşən Astaradan, Astara çayı ayırır. Əhalinin əksəriyətini talışlar təşkil edir.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Babək (İran)
Babək — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanının Mərkəzi bəxşində şəhər. Bu şəhər Biləsuvar rayonu ilə sərhəddə yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,656 nəfər yaşayır (760 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Biləsuvar (İran)
Biləsuvar (fars. بيله سوار‎) — İranın Ərdəbil ostanında yerləşən şəhər, Biləsuvar şəhristanının inzibati mərkəzi. Biləsuvar şəhristanı İran-Azərbaycan sərhəddində yerləşir. Məqrib və şimaldan Parsabad şəhəri, şimaldan Azərbaycan Respublikası (Biləsuvar rayonu), cənubdan Germi şəhəri ilə həmsərhəddir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,027 nəfər və 3,251 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Böyük İran
Böyük İran və ya Antik İran (fars. ایران بزرگ‎ - İran-e Bozorg və ya fars. ایرانزمین‎ - Irānzamīn) — İranın mədəni təsirinə məruz qalan bölgələri özündə birləşdirən coğrafi ərazi. Adətən bu ərazi indiki İran platosu mərkəzdə olmaqla Qafqazı, Şərqi Anadolunu, Hind çayı boyunca olan torpaqları və Pakistanı əhatə edir. Bu termin Encyclopædia Iranica tərəfindən də istifadə edilməkdədir.Bu anlayış mədəni bir anlayışdır və irani xalqlarının yerləşdiyi sərhədləri təmsil edir. Bu anlayış heç bir siyasi vəziyyətlə bağlı deyil. Bu bölgü Tunc dövrü məskunlaşmasını göstərir, siyasi meydana gəlmələr isə bu mədəniyyətin süqutundan əsrlər sonra meydana gəlmişdir. III əsr kitabələrində Sasani İmperatorluğunun Böyük İran sərhədlərini tamamilə örtən siyasi bir quruluş olaraq bölgəni idarə etdiyi göstərilməkdədir. Bu vəziyyət yalnız mədəni məzmunla əlaqədar olaraq bir İranlı milləti meydana gətirmişdir. == Tarixçilərin təsvirləri == Riçard Nelson Fray; Böyük İranın ərazisini Qafqaz Əfqanıstan, Pakistan və Orta Asiyanın bir qismi (Xorasan, Xarəzm) olaraq, mədəni sərhədlərinin isə Qərbi Çindən Sami dillərinin danışıldığı Qərbi Mesopotamiya, Aralıq dənizi və Egey sahillərinə qədər uzandığını söyləmişdir.
Bəşər (İran)
Bəşər (fars. بشر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 787 nəfər yaşayır (167 ailə).
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Culfa (İran)
Culfa — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanının inzibati mərkəzi, şəhərdir. == Əhalisi == 2006-cı ildə aparılmış əhalinin siyahiya alınmasına görə əsasında bu şəhərdə yaşayan əhali 4983 nəfər və 1365 ailədən ibarət idi. == Milli tərkibi == Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Cənubi İran
Cənubi İran — Zaqros dağları və Mərkəzi İran silsiləsindən, Xuzistan düzənliyindən, Bəsra körfəzinin şimal sahillərindən və Hörmüz boğazından ibarət region. Buraya Fars, Kohgiluyə və Boyer-Əhməd, Hörmüzgan və Buşehr ostanları daxildir. Bəzən Xuzistan və Kirman da bu regiona aid edilir. Ən böyük şəhərləri Şiraz, Bəndər-Abbas, Buşehr, Mərvdəşt, Cəhrüm, Yasuc, Fəsa və Bürazcandır.İranın cənubu etnik cəhətdən müxtəlifdir. Burada farslar, lurlar, bəxtiyarilər, qaşqaylar, əçomilər, basirilər, bəluclar, ərəblər, ermənilər, afroiranlılar və yəhudilər yaşayır. Cənubi İran sakinlərinin əksəriyyəti İrandillidir. Cənubi İran fars xalqının yarandığı yerdir.
Dilican (İran)
Dilican və ya Delican — İranın Mərkəzi ostanınında şəhər, Dilican şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,852 nəfər və 8,779 ailədən ibarət idi.Bu şəhərin əhalisi raci dilində danışırlar və şiə müsəlmandırlar.
Dirov (İran)
Dirov (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 567 nəfər yaşayır (202 ailə).
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Gültəpə (İran)
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdırİran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Azad Ozan Kərimli
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995). == Həyatı == Kərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi. == Əsərləri == Piano üçün 5 Pyes (1990); M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990); Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994); Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995); Y.İmrənin söz. Kantata (1992 – 1994); 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997); H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998); H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998); 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).