Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kütləvi qırğın silahları
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Kütləvi qırğın silahı
Kütləvi qırğın silahı — Kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahlar aiddir. Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir. == Nüvə silahı == Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == Kimyəvi silah == Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədi ilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədi ilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
Kütləvi məzarlıq
Kütləvi məzarlıq - dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət məzarlıq. BMT kriminal kütləvi məzarlığı dəfn ərazisində qətl edilmiş üç və daha çox qurbanın olduğu yer kimi qəbul etsə də, yekdilliklə qərar verilmiş konkret bir izah yoxdur. Kütləvi məzarlıqlar, adətən, çox insan öldükdən və ya öldürüldükdən sonra sanitariya narahatlığı səbəbindən cəsədləri tez zamanda basdırmaq üçün yaradılır. Baxmayaraq ki, kütləvi məzarlıqlar müharibə və cinayət kimi böyük münaqişələrdə ortaya çıxır, müasir dünyada belə məzarlıqlardan aclıq, epidemiya və təbii fəlakətlərdən sonra da istifadə edilir. Fəlakətlərdən sonra infeksiya və xəstəliklərin yayılmasının qarşısını almaq üçün kütləvi məzarlıqlar yaradılır. Belə hallarda tez-tez fərdi orqanların düzgün müəyyənləşdirilməsinə və atılmasına imkan yaradan sosial infrastrukturun sıradan çıxması olur.
Kütləvi qətl
Kütləvi qətl və ya Qətliam — bir çox insanın tipik olaraq eyni vaxtda və ya nisbətən qısa bir müddətdə və coğrafi yaxınlıqda qətlə yetirilməsidir. FTB kütləvi qətli qətllər arasında "soyutma müddəti" olmayan bir hadisə zamanı dörd və ya daha çox insanın öldürülməsi kimi təyin edir. Kütləvi qətl, ümumiyyətlə, bir və ya daha çox insanın bir neçə nəfəri öldürdüyü tək bir yerdə baş verir.Kütləvi qətl fərdlər və ya təşkilatlar tərəfindən törədilə bilər, bir adam öldürmək isə bir və ya iki şəxs tərəfindən törədilir. Kütləvi qatillər qətllər arasında demək olar ki, heç bir zaman fasiləsi olmayan iki və ya daha çox yerdə öldürən və qurbanların sayı ilə təyin olunmayan qırğın qatillərindən və insanları uzun müddət öldürə biləcək seriyalı qatillərindən fərqlənir.
Demmində kütləvi intihar
Demmində kütləvi intihar (alm. Massensuizid in Demmin‎; ing. Mass suicide in Demmin) - 1945-ci ilin 1 may tarixində Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən Demmin şəhərində baş vermiş kütləvi intihar hadisəsi. Üçüncü Reyx tərəfindən Sovet ordusuna qarşı aparılan propaqandadan təsirlənən şəhər sakinləri sovet əsgərlərinin şəhərə yaxınlaşması ilə bağlı xəbərləri aldıqdan sonra, sağ ələ keçməməkləri üçün özlərini öldürmüşdür. Kütləvi intihar nəticəsində mindən çox şəhər sakinin bir necə saat ərzində canına qəsd etdiyi ehtimal olunur.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gümrüdə kütləvi qətl
Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. == Qətli törədən şəxsin kimliyi == Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub. == Etiraz aksiyaları == Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.
Kütləvi informasiya vasitələri
Kütləvi informasiya vasitələri (KİV) — informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. Kütləvi kommunikasiya anlayış baxımından bir şəxs və ya bir qrup insan tərəfindən yaranan ötürücü cihaz (medium) vasitəsilə böyük bir auditoriyaya göndərilən ismarışdır. Kütləvi informasiya vasitələri isə kütləvi kommunikasiyanı ötürmək üçün istənilən mediumdur. Dövrümüzə qədər kütləvi informasiya vasitələri müəyyən edilmiş və səkkiz KİV industriyası tərəfindən təşkil olunmuşdur: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet. İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış "Günün hadisələri" adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Quba kütləvi məzarlığı
Quba kütləvi məzarlığı — 2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıq. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın kənarında yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, Hmazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə ümumilikdə isə 167 kəndi dağıdıb talan edib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Bakıda kütləvi informasiya vasitələri
== Media == Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. == Telekanallar == Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. == Radio == İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya redgionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdure. == Mətbu orqanlar == Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. == Həmçinin bax == "Başkortostan" qəzeti == Ədəbiyyat == Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
Kütləvi Açıq Onlayn Kurs
Kütləvi açıq onlayn kurs (ing. Massive open online course) və ya açıq onlayn kurs dedikdə internet vasitəsilə təşkil olunan kurslar nəzərdə tutulur . Adətən videomühazirələr, fərqli yazılı dərs materialları və tapşırıqlar kimi ənənəvi kurs elementlərindən ibarət olur. Lakin zamanımızda bir çox kütləvi açıq onlayn kurslar tələbələr, professorlar və müəllim köməkçiləri (TA) arasında qarşılıqlı əlaqəni təmin etməkdən ötəri virtual forumlar və ya sosial media müzakirələri ilə müzakirələr, təcrübə mübadilələri də təşkil edirlər. Kütləvi açıq onlayn kurs distant təhsilin bir formasıdır. Qısa olaraq MOOC kəliməi ingilis dilində “massive open online course" yəni “kütləvi açıq onlayn kurs" deməkdir. Termin 2008-ci ildə ABŞ-da pulsuz, asanlıqla əldə edilə bilən, tamamilə onlayn kurslar üçün istifadə edilməyə başlamışdır. Hazırda Coursera, edX, FutureLearn və s. Kimi kütləvi açıq onlayn kursları dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır. Kütləvi açıq onlayn kurslarda adətən qəbul kriteriyaları olmur.
Kütləvi kitabxanaların maraqlarının qorunması
Kütləvi kitabxanaların maraqlarının qorunması — ictimai kitabxanaya maliyyə və fəlsəfi məqsədlərinə və ya ehtiyaclarına nail olmaq üçün verilən dəstəkdir. Çox vaxt bu, kitabxanaya nəzarət edən qurumlara pul və ya maddi ianələr və ya kampaniyalar şəklində olur. Kitabxana təbliğatı əvvəlcə kitabxananın özünə yönəlmişdi, lakin mövcud tendensiyalar göstərir ki, kitabxanalar “ictimaiyyətə iqtisadi dəyər” gətirdiklərini nümayiş etdirmək üçün özlərini yerləşdirirlər. == Növləri == === Məktub yazma kampaniyaları === Məktub yazma kampaniyaları ilk növbədə qanunvericiləri, kitabxanaçıları və vətəndaşları ictimai kitabxana qərarlarının nəticələri haqqında məlumatlandırmaq və kitabxana ilə bağlı ideyaları təşviq etmək üçün nəzərdə tutulub. Məktub yazmaq ictimai kitabxana müdafiəçiləri arasında dəyərli ünsiyyət forması olmuşdur. Vaxtında yazılmış əlyazma e-poçt və ya strateji olaraq göndərilən məktub seçilmiş məmurların və kütlələrin qərarlarına təsir etmək üçün istifadə edilən güclü mexanizm ola bilər. Məktublar praktikdir, çünki onlar bir çox insana paylana bilər və mühüm yığıncaqlarda və ya mitinqlərdə iştirak edə bilməyən ictimai kitabxana müdafiəçiləri üçün nümayəndə kimi xidmət edə bilər. === İctimai nümayişlər === Kitabxanaların xeyrinə kütləvi nümayişlər çox vaxt mitinqlər, etirazlar və tətil oxunuşları formasında keçir. ===== Mitinqlər ===== Kütləvi kitabxanalara dəstək aksiyaları adətən insanları bir araya gətirmək və ictimai kitabxanaların üzləşdiyi problemlərə diqqəti cəlb etmək məqsədi daşıyan müsbət tədbirlərdir. Onlar adətən peşəkar kitabxanaçılar və ya Amerika Kitabxana Assosiasiyası kimi təşkilatlar tərəfindən təşkil edilir.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. == Dövri nəşrlər == Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. === Qəzetlər === İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Xocavənd rayonunda kütləvi məzarlıqlar
Xocavənd rayonunda kütləvi məzarlıqlar — Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan hərbçilərinə aid olan, 2022-ci ildə Xocavənd rayonu ərazisinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nəzarətinə qaytarılan hissəsində aşkar edilmiş kütləvi məzarlıqlar. Azərbaycan hakimiyyətinin məlumatına görə, məzarlarda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən edam edildiyi iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilmişdir. Dəfnlər şahidlərin ifadəsi əsasında və ya qazıntı və təmir-tikinti işləri zamanı aşkar edilmişdir. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları aşkar edilmişdir. Onların kəllə sümüklərindəki güllə izləri güllələndiklərini təsdiq edirdi. == Tədqiqat == === Fevral 2022-ci il === Xocavənd rayonunda ilk kütləvi məzarlıq 2022-ci ildə, fevralın sonunda Edilli kəndində aşkar edilmişdir. Onun yeri Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən toplanmış bəyanatlar və materiallar əsasında müəyyən edilmişdir. Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılovun verdiyi məlumata görə, aparılan işlər zamanı kütləvi məzarlıqda 15–20 nəfərin qalıqları aşkar edilmişdir. İsmayılovun sözlərinə görə, ərazilər minalardan təmizlənərkən aşkarlanması planlaşdırılan digər kütləvi məzarlıqlar barədə də Dövlət Komissiyasında məlumat var. === Oktyabr 2022-ci il === 2022-ci il oktyabrın əvvəlində Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi-məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova bildirmişdir ki, Edilli kəndində azərbaycanlı hərbçilərin qalıqlardan ibarət 3 kütləvi məzarlıq aşkar edilmişdir.
Çin kütləvi informasiya vasitələri
Çin kütləvi informasiya vasitələri — Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri. == Tarixi == Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır. == Dövri nəşrlər == 2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır. === Qəzetlər === Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar: "Jenmin jibao" (azərb. "Xalq qəzeti"‎) ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir. "Qunjen jibao" (azərb. "Fəhlə qəzeti"‎) Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır.
İrəvanda kütləvi iğtişaşlar (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır.Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı. Nümayişçilərin arasında qadınlar, uşaqlar və yaşlılar var idi, onıar həmçinin gecə burada qalmışdırlar.
Kütləvi çoxnəfərli onlayn rol oyunu
Kütləvi çoxnəfərli onlayn rol oyunu (abr. KÇORO, ing. Massively multiplayer online role-playing game, (abr. MMORPG) — çox sayda oyunçunun kompüterlərindən və ya oyun konsollarından internetə bağlanaraq birlikdə oynadığı, oyun əsnasında müxtəlif xarakterlərə büründüyü nəhəng videooyun janrı. 1997-ci ildən bəri yayılmışdır. MMORPG-lərdə oyunçuların seçdikləri ya da meydana gətirdikləri xarakterlər tamamilə fantaziya məhsuludur və oyunçuların oyundakı irqləri və digər şəxsiyyət məlumatları bəzi istisnalar xaricində həqiqəti əks etdirmir. Xarakterin idarəsi əksəriyyətlə tamamilə oyunçuya aiddir. MMORPG-də oyunçular oyuna daxil olduqdan sonra ümumiyyətlə müəyyən qruplara və ya qəbilələrə üzv olaraq, oyunun xəyali kainatını kəşf etməyə başlayırlar.
İrkutskda kütləvi spirt zəhərlənməsi (2016)
İrkutskda kütləvi spirt zəhərlənməsi (rus. Массовое отравление метиловым спиртом в Иркутске) - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi. Hadisə nəticəsində 62 nəfər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabun və şampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.
Silahlar
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
İ̇randa məktəbli qızların kütləvi zəhərlənməsi
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Kırılqız (qırğ.) — qırılmayan, vurula bilməyən Kırğın (qırğ.) — qırıcı, qıran Kıruu (qırğ.) — qırmaq, məhv etmək Azərbaycanca: qırğı — məhv edilmə Altay dilində: qırğın — qırıcı Qazax dilində: kıru — qırmaq, məhv etmək Monqol dilində: kırqı — məhv edilmə, qırılma Xakas dilində: xırqıs — qıran Yakut dilində: kırqısс (kırqıhın) — qırğı, məhv edilmə == Tarixi == == Mədəniyyəti == == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir.Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub. == Reaksiyalar == Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir: Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır.Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
Atmosferin kütləsi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin kütləsi == Atmosferin ümumi kütləsi 5. 1015tondan bir qədər çoxdur. Bu isə yerin öz kütləsindən təqribən milyon dəfə kiçikdir.Atmosferin bütün kütləsininyarısı aşağı 5km-də, dörddə üçü aşağı 10km-də, 95%- i aşağı 20 km-də yerləşir.
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. == Tipləri == Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsiRütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi)Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur.Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Bioloji silahlar
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.
Elektron silahlar
Elektron silahlar — əsas istifadə olunanı elektron silah CRTs (elektron yayıcısı da deyilir) bəzi vakuum borularında, kinetik enerjiyə sahib olan dar, kolimasiya edilmiş bir elektron şüa istehsal edən bir elektrik komponenti silahıdır. Ən böyük istifadə, demək olar ki, bütün televizorlarda, kompüter ekranlarında və düz panel ekranlarda olmayan osiloskoplarda istifadə olunan katot şüa borularındadır. Bunlar, eyni zamanda, son dərəcə kiçik katot şüaları borularından düz panel ekranlar olan sahə emissiya ekranlarında (FED) istifadə olunur. Bunlar induktiv çıxış boruları, dalğa boruları və girotronlar kimi mikrodalğalı xətti şüa borularında, elektron mikroskoplar və hissəcik sürətləndiriciləri kimi elmi cihazlarda da istifadə olunur. Elektron silahların elektrik sahəsi istehsal növünə görə (DC və ya RF), emissiya mexanizmi ilə (termionik, fotokatod, soyuq emissiya, plazma mənbəyi), fokuslanaraq (təmiz elektrostatik və ya maqnit sahələri ilə) və ya elektrodların sayına görə təsnif edilə bilər.
Genetik silahlar
== Genetik silahlar == Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir: Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək; Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək; Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək; Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək; Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək; 4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək; Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq; Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək; Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaşbaş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.
Kimyəvi silahlar
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub. == Kimyəvi silahın növləri == Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur: İnsan orqanizminə təsir xarakterinə görə; Taktiki təyinatına görə; Təsir tezliyinə görə; Dayanıqlığına görə; Tətbiq vasitələrinə görə.Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli); Ziyanverici (Psixotrop maddələr və İrritantlar).Təsir sürətinə görə kimyəvi silahlar: Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr); Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.Təsir müddətinə görə kimyəvi silahlar: Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər. == İnsanlara təsiri == İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var. Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir. Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.
Odlu silahlar
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır.Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Psixotron silahlar
Psixotron silahlar — müasir elmdə psixikanı idarə etməyə imkan verən hipotetik texniki qurğular. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyəvi və soliton nəzəriyyələri xüsusilə aktualdır. Bunlardan birincisində – insanın fikir əməliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, ikincisində – kimyəvi proseslərlə əlaqələndirilir, sonuncu isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (solitonlar) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayar, digər tərəflərdənsə, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyəvi preparatlar vasitəsilə yeritməyə imkan verərdi. == Xarici keçidlər == Jerry E. Smith, Haarp: The Ultimate Weapon of the Conspiracy, Adventures Unlimited Press, 1998. Jim Marrs, PSI Spies: The True Story of America’s Psychic Warfare Program, Career Press, 2007.
Soyuq silahlar
Kublevi
Kublevi (fr. Coublevie) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38133. Kommunanın 2006-cı il üçün əhalisi 4116 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 250 ilə 651 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Qiaqin
Qiaqin (adıq Джаджэ) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibinə daxil olan kənd. Qiaqin rayonunun və Qiaqin kənd sovetliyinin mərkəzidir. == Coğrafi yerləşməsi == Kənd Qiaqin rayonunun qərb hissəsində, Qiaqin çayının hər iki sahilində yerləşir. Maykopdan 28 km şimalda və Beloreçensk şəhərindən 20 km şimal-şərqdə yerləşir. Kəndin cənub kənarında Şimali Qafqaz dəmiryolunun Qiaqin dəmiryol stansiyası yerləşir. Kəndin sahəsi 32.63 km²-dir ki, bu da kənd ərazisinin sovetliyin 13,07% -ni təşkil etməsi deməkdir. Zakuban düzündə, düzənlikdən respublikanın dağətəyi zonasına keçən ərazidə yerləşir. Bölgənin relyefi, cənub-şərqdən şimal-qərbə ümumi bir yamacda olan, təpəli və təpəli yüksəklikləri olan piedmont dalğalı düzənliklər ilə təmsil olunur. Çay vadiləri dərin yarğanlar və çökəkliklər ilə kəsilir. Orta hündürlüklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Amritsar qırğını
Amritsar qırğını — İngiltərə müstəmləkəçilərinin terror siyasətinə qarşı 1919-cu il aprelin 13-də Amritsar şəhərindəki (Hindistan) mitinqin gülləbaran edilməsi. İngiltərə hakimiyyət orqanları 1918-ci ildən başlayıb getdikcə genişlənən (xüsusilə Pəncab əyalətində) milli azadlıq hərəkatının qarşısını almaq məqsədi ilə görkəmli ictimai xadimlərdən doktor Kitçlu ilə doktor Satyapalanı məhkəmənin qərarı olmadan Amritsardan sürgün etmişdilər. Bununla əlaqədar aprelin 13-də dini bayram günü Calianval-Baqh meydanında Amritsar, habelə yaxın şəhər və kənd sakinlərinin etiraz mitinqi keçirildi. General Dayerin komandanlığı ilə şəhərə çağırılan əsgərlər mitinqə toplaşan silahsız xalqı gülləbaran etdilər. Nəticədə mindən çox adam öldürüldü və yaralandı. Amritsar qırğını Pəncabda və bütün Hindistanda antiimperialist hərəkatın güclənməsinə səbəb oldu.
Eilabun qırğını
Eylabun qətliamı, 30 oktyabr 1948-ci ildə Hiram əməliyyatı zamanı İsrail ordusundakı Qolani briqadası qüvvələrinin Qalileydə xristianların çoxluq təşkil etdiyi Fələstinli Eilabun kəndindən 14 kişinin ölümü ilə nəticələnən qırğındır. Onlardan 12-si gülləbaran edilərək edam edildi, sonra qırğından sonra kəndlilər bir neçə aydan sonra Livana qayıtmağa icazə verilmədən kütləvi surətdə deportasiya edildi. Bu, sakinlərinin geri qayıtmasına icazə verilən bir neçə Fələstin kəndlərindən biridir. == qırğın hadisələri == Qolani Briqadası 30 oktyabr 1948-ci ildə Xilas Ordusunun bir diviziyasını məğlub edərək şimala çəkildikdən sonra Eilabun kəndini işğal etdi, burada kəndlilər kilsələrə toplaşdılar və ruhanilər təslim olduqlarını rəsmən elan etdilər. Lakin əsgərlər onları kilsələrdən çıxarıb kənd meydanında toplaşaraq onları atəşlə qorxutdular, nəticədə bir nəfər həlak oldu.Həmin vaxt diviziya komandiri daha 12 gənci seçərək edam etdi. güllələr vurdular, qalanlarını isə Livana sürgün etmək məqsədi ilə zorla qovdular.Deportasiya zamanı daha bir nəfər öldürüldü. Noyabrın 2-də İsrail əsgərləri Əl-Batuf düzənliyindəki Eilabun torpağında növbəti qətliam törədiblər, orada əsgərlər həmin ərazidə yaşayan Əl-Məvasi qəbiləsindən olan 15 gənci apararaq edam ediblər. Saad Muhammad al-Dheeb adlı bir adam qırğından sağ çıxdı və qətliamın üstünü açıb. İsrail əl-Məvasi qəbiləsinin böyük əksəriyyətini Suriyaya sürgün etdi, o zamanlar Qaliley, Tiberiya və Safed bölgələrində üzvləri təxminən 2000 nəfərə çatan bir qəbilə. bir hissəsi isə Eylabun kəndində qaldı.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi.SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi. Rusiya tərəfi qırğının qurbanlarının ölməsi səbəbindən istintaqı bağladı və hadisə Böyük təmizləmənin bir hissəsi olaraq qəbul edilmədiyi üçün öldürülənlərə bəraət verilməsi proseduru tətbiq olunmadı.2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması, qətliama əmr verdiyi üçün Stalin və digər dövlət xadimlərinin hadisə ilə bağlı günahkar olduğunu özündə əks etdirən bəyannaməni təsdiqlədi. == Zəmin == 1 sentyabr 1939-cu ildə Polşanın Nasist Almaniyası tərəfindən işğalına başlandı.
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. == Qırğın ərəfəsi == Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. == Kütləvi qırğın == Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. == Nəticə == İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Utslevi
Utslevi (gürc. უწლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 15 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Gərgin (Bicar)
Gərgin (fars. گرگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (72 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.