Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Yəməndə husi çevrilişi
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur. Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər. == Süjet == Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.
Qapıdakı düşmən (film, 2001)
Qapıdakı düşmən (ing. Enemy at the Gates) — Cean-Cacques Annaud tərəfindən 2001-ci ili Paramount Pictures istehsalı müharibə filmi. Filmin adı William Craigin "Enemy at the Gates: The Battle for Stalingrad" kitabından alınmışdır. Ümumiyyətlə Sovet snayperi Vasili Zaytsevin necə iti snayperçi olması və Stalinqrad Döyüşündə rəqibi Alman snayperi Mayor Erwin Königlə mübarizəsi canlandırılmışdır. == Məzmun == Bu film 1942 ci ildə Stalininqrad uğrunda gedən amansız döyüşlərdən bəhs edir.Almanlar ən yaxşı atıcıları olan mayor Keninqi Stalininqrada xüsusi tapşırıqla yollayırlar.O rusların "ölüm mələyi" ləqəbi ilə tanınan atıcısını məhv etməli idi.
Yəməndə dövlət çevrilişi (2014-2015)
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Kərəndəq
Kərəndəq (fars. كرندق‎) və ya Kərəndağ — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (167 ailə).
Səməndər
Səməndər - Xəzərlərin ilk paytaxtıdır. Ənuşirvan tərəfindən tikilmişdir. Sonralar paytaxt ərəblərin tələbi ilə Volqa çayının mənsəbinə yaxın - İtilə köçürülmüşdür İndiki Mahaçqala şəhərinin yerində olamsı ehtimal edilən şəhər. == Tarixi == M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü . Xəzər xaqanlığının paytaxtı 723-cü ilə kimi Səməndər şəhəri olmuşdu. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər.Svetlana Pletnyova Səməndərin Farsсa "ən uzaq qapı" anlamına geldiyini və dolayısıyla şəhərin VI yüzildə İranlılar tərəfindən qurulduğunu yazmıdtır. Halbuki dünyanın bütün nüfuzlu xəzərşünasları bu şəhərin türklər tərəfindən salındığını qeyd edirlər. Səməndər şəhəri Xəzər-ərəb müharibələrinə səhnə olmuşdu. 732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu xəzərlərə qarşı iki tərəfdən – Dəryal dərəsindən və Dərbənddən hücuma keçdi.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Nəmənd
Nəmənd – yerə döşəmək üçün hazırlanan qəlibdir. Nəmənd adətən ağ və ya boz rəngli yundan hazırlanır. Üzərində at, qoç, dəvə və digər rəsmlər, həmçinin ayrı-ayrı ornamentlər işlənir. Çobanların yapıncılarıda bu cür qəlibdən hazırlanır. Yapıncı üçün hazırlanan qəlib nazik olur və üzərinə qaba kətan, yaxudda şəddə çəkilərdi. Qəlibdən hazırlanan tərlikdə çula nisbətdə nazik olur.
Dişmok
Dişmok — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Dişmok bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 710 ailədən ibarət idi.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya (ing. Environmental Modification Convention или ENMOD) — iştirakçılarına biota, litosfer, hidrosfer daxil olmaqla, Yerin dinamikasını, tərkibini və quruluşunu dəyişdirmək üçün təbii proseslərin qəsdən idarə olunması yolu ilə ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsi ilə qadağan edən BMT-nin əsas sənədlərindən biri, atmosfer və ya xarici məkan. == Tarixi == Konvensiyanın inkişafı SSRİ-nin təşəbbüsü ilə başlandı, imzalanma üçün açılışı 18 may 1977-ci ildə baş verdi və 5 oktyabr 1978-ci ildə qüvvəyə mindi. 1997-ci ilin ortalarından etibarən, SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası da daxil olmaqla 58 dövlət iştirakçı oldu. Müqavilə çərçivəsində iştirakçılar təbiətə yaradıcı təsir və ətraf mühitin dinc istifadəsi sahəsindəki işlər barədə elmi və texniki məlumat mübadiləsində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Konvensiya konstruktiv məqsədlər üçün təbii proseslərə təsirində maneə yaratmır, lakin müddəalarına bütün iştirakçı dövlətlər tərəfindən ciddi şəkildə əməl olunmasını təmin etmək üçün bir sıra sərt tədbirləri nəzərdə tutur. Konvensiyanın müddəalarının pozulması barədə məlumat varsa, istənilən dövlət birbaşa BMT Təhlükəsizlik Şurasına şikayət etmək hüququna malikdir . Bundan əlavə, hər hansı bir iştirakçı ölkənin ətraf mühitdəki şübhəli hadisələrin faktiki hallarını aydınlaşdırmaq və qiymətləndirmək üçün bir aydan gec olmayaraq toplanmalı olan bir Mütəxəssis Məşvərət Komitəsinin çağırılması üçün BMT Baş Katibinə rəsmi bir müraciət göndərmək hüququ vardır. Konvensiyanın razılaşmalarının müddəti məhdud deyil, açıq sənəddir, yəni hər bir dövlət istənilən vaxt müstəqil olaraq ona qoşulmaq hüququna malikdir. Mətni giriş, on məqalə və Əlavədən ibarətdir.
Rafiq Səməndər
Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist. == Həyatı == Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib. 2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub. 20 bədii əsərin və 25 pyesin müəllifidir.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Səməndər Axundzadə
Səməndər Axundzadə (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898, Quba – 1933, Azərbaycan SSR) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Repressiya qurbanı. == Həyatı == Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur. == Ailəsi == Atası Axund Zəki Ərşi Hacızadə — 1850-ci ildə Xızıda doğulub.
Səməndər Dadaşov
== Həyatı == Səməndər Xalidşah oğlu Dadaşov oktyabr 1936-cı ildə Xaçmaz rayonunun Qaraçay-Cek kəndində anadan olmuşdur. Azərbaycanın milli etnik qruplarından olan, Şahdağ milli etnik qrupu kimi fərqləndirilən ceklilərin nümayəndəsidir. === Təhsili və karyerası === İbtidai təhsili 1942–1946-cı illərdə Xaçmaz rayon Qaraçay-Cek kənd ibtidai məktəbində, əsas təhsili 1946–1950-cı illərdə Xaçmaz rayon Aşağı-Zeyid kənd səkkizillik məktəbində almışdır. 1951–1953-cü illərdə Quba Pedoqoji Məktəbində oxumuş və oranı əla qiymətlərlə bitirərək Xaçmaz rayon Qarğalıq kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1953–1955-ci illərdə Qarğalıq kənd ibtidai məktəbində müəllim işləyib. Şagirdləri yazıb-oxumağı öyrədib, təhsilə maraq oyadıb. 1955–1960-cı illərdə V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda tarix-filologiya fakultəsində təhsil alıb. 1960–1964-ci illərdə Xaçmaz rayon Çılğır kənd əsas məktəbində ixtisası üzrə müəllim sonra, 1964-cü ildən Xaçmaz rayon Aşağı-Zeyid kənd orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Aşağı-Zeyid kənd orta məktəbində müəllim, partkom, dərs hissə müdiri işləyib. Peşəsinə məhəbbəti, gənc nəslin təlim-tərbiyəsinə qayğısı, çalışdığı pedoqoji kollektivin üzvləri ilə səmimi ünsiyyəti diqqətdən yayınmayıb.
Səməndər Kərimov
Səməndər Fazil oğlu Kərimov — 1994-cü il, Füzuli rayonu, Azərbaycan — 15 iyun 2014-cü il) Tərtər rayonu Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. == Həyatı == Səməndər Fazil oğlu Kərimov — 1994 ve ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 2000-ci ildə Araz Yağlıvənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş. 2001-ci ildə Araz Yağlıvənd kənd orta məktəbini bitirmiş.
Səməndər Rzayev
Səməndər Mənsim oğlu Rzayev (2 yanvar 1945, Ağsu – 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980). == Həyatı == Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub.Aktyor Rəşid Səməndər in və teatrşünas Rübabə Rzayeva nın atasıdır Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı – 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı – 1980 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir.Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
Jeton Kelmendi
Jeton Kelmendi (alb. Jeton Kelmendi; 27 noyabr 1978, Peç) — Albaniya şairi, yazıçı, dramaturq, publisist, tərcüməçi, naşir və universitet professoru. == Həyatı == Jeton Kelmendi Kosovonun Peja şəhərində anadan olub. O, ibtidai məktəbi doğulduğu yerdə bitirib. Daha sonra Priştina Universitetində təhsilini davam etdirib və Kütləvi Kommunikasiyalar üzrə İncəsənət Bakalavr dərəcəsi alıb. O, Beynəlxalq və Təhlükəsizlik Tədqiqatları üzrə ixtisaslaşaraq, Belçikanın Brüssel Azad Universitetində magistratura təhsilini başa vurub. Diplomatiya üzrə ikinci magistr dərəcəsini bitirmişdir. Kelmendi “Aİ-nin siyasi təhlükəsizlik məsələlərində medianın təsiri” mövzusunda fəlsəfə doktoru dərəcəsi alıb. AAB Universitet Kollecində professordur. Avstriyanın Zalsburq şəhərindəki Avropa Elm və İncəsənət Akademiyasının fəal üzvüdür.
Keşənne (Auırqazı)
Keşənne (başq. Кешәннe, rus. Кшанны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 9 km, kənd sovetliyindən (Yeni Kəlsir): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57 %), başqırdlar (42%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Bəxti Minliyər oğlu Ğaysin (1930 — 1991) — akkordeonist, bəstəkar, BMSSR xalq artisti (1962), RSFSR əməkdar artisti (1986).