Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (4 fevral 1988, Sumqayıt) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
Məhkəmə
Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata keçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət edən, dövlətin ali hakimiyyət orqanı. Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ali məhkəməsində, apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir: Birinci instansiya məhkəmələri Apelyasiya instansiyası məhkəmələri Kassasiya instansiyası məhkəmələri Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər. Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxılır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir. Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir. Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Məhkəmə (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.
Məhkəmə baxışı
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Məhkəmə nəzarəti
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə presedenti
Hüquqi presedent — müasir dünyada hüququn daha geniş yayılmış mənbəyi. Hüquqi presedentin mahiyyəti, konkret iş üzrə dövlət orqanının (məhkəmə orqanının və ya inzibati orqanın) əvvəllər çıxardığı qərarın sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olmasıdır. Hüquqi presedentin vətəni İngiltərədir. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Azərbaycanda məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.
Məhluqə Sadıqova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (d. 9 mart 1965) — azərbaycanlı aktrisa Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.
Qida məhsulu
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
Maliyyə məhsulu
Maliyyə məhsulu — müəyyən bir müştərinin problemlərini həll etmək üçün xüsusi olaraq hazırlanmış maliyyə yeniliyi. Maliyyə məhsulu bir-biri ilə əlaqəli olan maliyyə xidmətləri, maliyyə alətləri və maliyyə texnologiyaları paketidir. == Haqqında == Con F. Marşall öz əsərlərindən birində deyirdi ki, maliyyə innovasiyaları istehlak malları sənayesində məhsulların təkmilləşdirilməsi üçün aparılan tədqiqatların nəticələri ilə bağlıdır. Maliyyə yeniliklərinin yaradılması məhsulların təkmilləşdirilməsi yolları ilə sıx bağlıdır. Müəyyən bir müştərinin problemlərini həll etmək üçün hazırlanmış maliyyə yeniliyi maliyyə məhsuluna çevrilir. Maliyyə məhsulu geniş istifadə olunarsa, maliyyə alətinə çevrilir. Maliyyə məhsullarını maliyyə fəaliyyəti sektorundan asılı olaraq bölmək olar: sığorta məhsulu, bank məhsulu, pensiya məhsulu, investisiya məhsulu var. Maliyyə məhsulu bu yaxınlarda yaradılmış, konkret müştəri üçün hazırlanmış, unikal və bahalı yenilik deməkdir. Maliyyə məhsulu maliyyə alətinin prototipidir. Maliyyə bazarında kommersiya münasibətləri proseslərində maliyyə məhsulunun həyata keçirilməsinin nəticəsi maliyyə alətidir.
Məhkəmə antropologiyası
Məhkəmə antropologiyası antropologiyanın anatomik elminin və onun müxtəlif alt sahələrinin, o cümlədən məhkəmə arxeologiyası və məhkəmə tafonomiyasının hüquqi şəraitdə tətbiqidir. Məhkəmə antropoloqu, təyyarə qəzasında baş verə biləcək qalıqları çürümüş, yandırılmış, şikəst olmuş və ya başqa bir şəkildə tanınmayan ölən şəxslərin müəyyən edilməsinə kömək edə bilər. Məhkəmə antropoloqları soyqırım və kütləvi məzarlıqların araşdırılması və sənədləşdirilməsində də mühüm rol oynayırlar. Məhkəmə patoloqları, məhkəmə diş həkimləri və adam öldürmə müstəntiqləri ilə yanaşı, məhkəmə antropoloqları da adətən məhkəmədə ekspert şahidi kimi ifadə verirlər. Skeletdə mövcud olan fiziki markerlərdən istifadə edərək, məhkəmə antropoloqu potensial olaraq insanın yaşını, cinsini, boyunu və irqini təyin edə bilər. Şəxsin fiziki xüsusiyyətlərini müəyyən etməklə yanaşı, məhkəmə antropoloqları potensial ölüm səbəbini, sınmış sümüklər kimi keçmiş travmaları və ya tibbi prosedurları, həmçinin sümük xərçəngi kimi xəstəlikləri müəyyən etmək üçün skelet anormallıqlarından istifadə edə bilərlər. Bir insanı skeletdən müəyyən etmək üçün istifadə edilən üsullar müxtəlif antropoloqların keçmiş töhfələrinə və insan skeleti fərqlərinin öyrənilməsinə əsaslanır. Minlərlə nümunənin toplanması və populyasiya daxilindəki fərqlərin təhlili vasitəsilə fiziki xüsusiyyətlərə əsasən qiymətləndirmələr edilə bilər. Bunların vasitəsilə bir sıra qalıqları potensial olaraq müəyyən etmək olar. Məhkəmə antropologiyası sahəsi iyirminci əsrdə yetişmiş antropoloqları, eləcə də parçalanma və onun skeletə göstərə biləcəyi təsirlər haqqında məlumat toplayan çoxsaylı tədqiqat institutlarını əhatə edən tam tanınmış məhkəmə tibb ixtisasına çevrildi.
Elektron məhkəmə
Elektron məhkəmə — Azərbaycanda vətəndaşlarının fərdi məlumatlarının kənara sızmasının qarşısının alınması məqsədilə bütün audio və videoyazıların yüksək təhlükəsizlik standartlarına cavab verən ədliyyənin daxili infrastrukturunda saxlanılmasının təmin edildiyi bir elektron sistemdir. == Məhkəmə-hüquq sistemində islahatlar == Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezanons doğuran Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir. Fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayır. == Məhkəmə sistemində korrupsiyanın qarşısının alınması == Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Məhkəmə-Hüquq şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün qaynar xəttin yaradılması, Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapmışdır. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsindəiştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilmiş, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirilmişdir. Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir. == Elektron kabinet == Elektron kabinet vasitəsilə istifadəçilər məhkəmələrə getmədən ərizə, şikayət və digər sənədləri elektron qaydada göndərə, iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət və ya protestlər barədə məlumat əldə edə bilərlər. Həmçinin "Elektron kabinet" vasitəsilə istifadəçilər məhkəmə sənədlərini hakimin elektron imzası ilə təsdiq edilmiş formada əldə etmək və məhkəmə rüsumlarını onlayn ödəmək imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmədən də elektron kabinetin açılması mümkündür və bunun əsas əhəmiyyəti ondan ibarətdir ki, elektron kabinet olduğu halda istənilən məhkəmədə barənizdə olan məhkəmə işləri haqqında avtomatik məlumatlandırılacaq və elektron kabinetdə dərc edilmiş bütün məhkəmə sənədləri ilə operativ tanış ola biləcəksiniz.
Məhkəmə fəallığı
Məhkəmə fəallığı (ing. Judicial activism) — məhkəmələrin öz qərarlarının daha geniş sosial nəticələrini nəzərdən keçirmək üçün tətbiq olunan qanundan kənara baxa biləcəyi məhkəmə qərarlarının qəbulu fəlsəfəsi. Bəzən məhkəmə təmkininin antonimi kimi də işlənir. Bu termin ümumiyyətlə hakimlərin presedent əsasında deyil, öz baxışlarına əsaslanaraq qərarlar qəbul etmələrini nəzərdə tutur. Məhkəmə fəallığının tərifi və fəal olan konkret qərarlar mübahisəli siyasi məsələlərdir. Məhkəmə fəallığı məsələsi məhkəmə şərhi, qanunla müəyyən edilmiş şərh və səlahiyyətlərin bölünməsi ilə sıx bağlıdır. == Etimologiyası == Artur Şlezinger “məhkəmə fəallığı” terminini 1947-ci ilin yanvarında Fortune jurnalında “Ali Məhkəmə: 1947” adlı məqaləsində işlətmişdir. İfadə yaradılan gündən mübahisəli idi. Kreyq Qrinin “An Intellectual History of Judicial Performance” məqaləsində Şlezingerin bu termindən istifadə etməsi tənqid edilir; “Şlezingerin məhkəmə fəallığı ilə bağlı ilkin təqdimatı ikiqat qeyri-müəyyən idi: o, nəinki aktivlik sayıldığını izah edə bilmədi, həm də bu cür fəallığın yaxşı və ya pis olduğunu söyləməkdən imtina etdi.” İfadə ilk dəfə istifadə olunmamışdan əvvəl də ümumi anlayış artıq mövcud idi. Məsələn, Tomas Cefferson federalist federal hakimlərin, xüsusən də Baş Hakim Con Marşallın "despotik davranışına" istinad etdi.
Məhkəmə mühasibatlığı
Məhkəmə mühasibatlığı — hüquqi təcrübənin müəyyən məsələləri ilə bağlı mühasibat uçotu və digər maliyyə hesabatları fəaliyyətini öyrənən iqtisadi və hüquqi tətbiqi elm. == Tarixi == Maliyyə fəaliyyəti inkişaf etdikcə mühasibat uçotunun hüquqi tənzimlənməsinə ehtiyac yarandı. Ticarət, kənd təsərrüfatı, bank, vergi və s. hesabatların verilməsinin pozulması və saxtalaşdırılması ilə bağlı oğurluq və cinayətlərin qarşısının alınması üçün iqtisadi hüquqpozmaların araşdırılması üçün xüsusi biliklərdən istifadə etmək zərurəti yaranıb. == Məhkəmə mühasibat uçotunun vəzifələri == Məhkəmə mühasibat uçotunun əsas istiqaməti cinayət, mülki, arbitraj və inzibati proseslər üçün vacib olan maliyyə-iqtisadi pozuntuların müəyyən edilməsi və sübut edilməsidir. Məhkəmə (hüquqi) mühasibat uçotu elmi əsasları inkişaf etdirir: mühasibat auditlərinin, inventarların hüquqi təşkili və aparılması; təsərrüfat əməliyyatlarının qanuniliyi və reallığı ilə bağlı ekspert rəylərinin və audit hesabatlarının qiymətləndirilməsi; törədilmiş qanunsuz mühasibat hərəkətlərinə görə hüquqi məsuliyyət; məhkəmə-maliyyə, təsərrüfat və məhkəmə-mühasibat ekspertizalarının aparılması; hüquq-mühafizə orqanlarının cinayət işi üzrə sübut kimi mühasibat sənədləri ilə (əsl və yalan) işləmə üsulları.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.