Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmmədəmin
Məmmədəmin — Azərbaycanlı kişi adı. Məmmədəmin Rəsulzadə — Məmmədəmin Ramazanov — Məmmədəmin Əfəndiyev — Məmmədəmin Əfəndiyev (professor) — Tibb elmləri doktoru, professor Məmmədəmin Şəkinski — Bakı Şəhər Baş Milis İdarəsinin rəisi Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi.
Məmmədəmin Ramazanov
Məmmədəmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az-əbcəd. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Məmmədəmin Şəkinski
Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü. 1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu. 1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb. Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub. 1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi. 1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub. 1979-cu ildə vəfat edib.
Məmmədəmin Əfəndiyev
Əfəndiyev Məmmədəmin (14 fevral 1897, İrəvan) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Tiflisdəki imperator I Aleksandr kişi gimnaziyasını bitirmiş (1916), Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq qoymağa məcbur olmuşdu. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən təhsilini yol nəqliyyatı sahəsində davam etdirmək üçün Darmstadt institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında M. Əfəndiyevin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Məmmədəmin Salayev
Məmmədəmin Məmmədəli oğlu Salayev (5 aprel 1909, Bakı - 2000, Bakı) — kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1968), AMEA-nın müxbir üzvü (1972), Əməkdar elm xadimi. Məmmədəmin Salayev 5 aprel 1909-cu ildə Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Texniki Universitetinin Kənd təsərrüfatı fakültəsini bitirib. O, 1941-ci ildə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru və 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ilə AMEA-nın müxbir üzvü seçilib. Məmmədəmin Salayev 1930-1933-cü illərdə Azərbaycan Təcrübə Seleksiya Stansiyasında (Gəncə şəhəri) kiçik elmi işçi, 1933-1935-ci illərdə isə Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbaycan filialında baş elmi işçi olaraq çalışıb. O, 1935-1938-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspirantı olan Salayev 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi, 1945-1947-ci illərdə isə Azərbaycan EA Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi vəzifəsində çalışıb. Məmmədəmin Salayev 1945-1987-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 1951-1953-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor müavini, 1961-1963-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvəqqəti direktoru, 1983-1987-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrini icra edib. Məmmədəmin Salayev Torpaqşünaslıq və Aqrokimya İnstitutu­nun Namizədlik Dis­sertasiyası üzrə Müdafiə Şurasının sədri, 1987-ci ildən ömrü­nün sonuna kimi Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun müşaviri, institutdakı Dok­torluq Dissertasiyasının Müdafiə üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədri vəzifəsində çalışıb. Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü; SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Komissiyanın üzvü; Azərbaycan Sovet Ensiklopediyası Elm-Redak­siya Heyətinin üzvü; AR Ali Attestasiya Komissiyasının Biologiya və Kənd təsərrüfatı elm sahələri üzrə Ekspert Komissiyasının üzvü; Məmmədəmin Salayevin tədqiqatı torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, gene­tik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib.
Hafiz Məmmədəmin Şeyxzadə
Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi. O, Azərbaycanın ilk metodik kitablarının müəlliflərindən biri hesab edilir. Şəfiqə Əfəndizadə, Səidə Şeyxzadənin atası olmuşdur. Məmmədəmin Şeyxzadənin şəxsiyyəti haqqında ətraflı araşdırma yoxdur. O, Axalsıx qəzası Azğur kəndində anadan olmuşdur. Şeyxzadə ardınca İstanbulda təhsil almışdır. Ömər Faiq Nemanzadə ilə Şəkidə 1897-ci ildə, həmçinin Şamaxıda məktəb açmışdır. == Kitabları == Şeyxzadə Hafiz Məhəmməd Əmin Azğori. Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət [Mətn]: [dərslik] /Hafiz Məhəmməd Əmin Şeyxzadə Azğori.- B.: 1908 (1326 h.).- 108 s. Şeyxzadə Hafiz Məhəmməd Əmin.
Məmmədəmin Əfəndiyev (professor)
Məmmədəmin Mustafa oğlu Əfəndiyev (23 sentyabr 1897, Şamaxı rayonu – 1984, Bakı) — Tibb elmləri doktoru, professor, Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri. Məmmədəmin Mustafa oğlu Əfəndiyev 1897-ci il sentyabr ayının 23-də Şamaxı rayonunda anadan olmuşdur. M. M. Əfəndiyev 1934-cü ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1936-cı ildə professor elmi adını almış, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) 1-ci müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər propedevtikası kafedrasının professoru vəzifəsində işləmişdir. Professor M. M. Əfəndiyevin elmi tədqiqatları, əsasən kurortologiya, neft sənayesi işçilərinin peşə xəstəlikləri və tibb tarixi problemlərinə həsr edilmişdir. Rus dilindən bir neçə daxili xəstəliklər dərsliyini (müəllifləri: M. V. Çernorudski, M. P. Konçalovski, A. L. Myasnikov) tərcümə etmiş, Azərbaycan dilində tibb termin-lərinin işlənib hazırlanmasında böyük xidməti olmuşdur. Respublikada malyariya xəstəliyinin aradan qaldırılmasında böyük işlər həyata keçirmişdir. O, neftçilər arasında təsadüf edilən peşə xəstəliklərinin profilaktika və müalicə üsullarını öyrənmişdir. Əfəndiyevin ixtisaslı kadrlar hazırlanmasında xidmətləri var. Professor M. M. Əfəndiyev 1944-cü ildən ömrünün sonuna qədər Azərbaycan Tibb İnstitutu I Daxili xəstəliklər propedevtikası kafedrasının müdiri olmuşdur. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Terapevtlər Cəmiyyətinin sədri olmuşdur.
Məmmədəli
Məmmədəli — azərbaycanlı adı. Məmmədəli Məhərrəmov — azərbaycan psixoloqu. Məmmədəli Hüseynov — Azərbaycanlı alim, paleontoloq, professor (1987) Məmmədəli Mehdiyev — Azərbaycan cüdoçusu. Məmmədəli Əliyev — tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı. Məmmədəli Məhzun — Azərbaycan şairi. Məmmədəli Abbasov (snayper) — Böyük Vətən müharibəsi iştirakçısı Məmmədəli Vəlixanlı — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949).
Məhəmmədəmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Məhəmmədəmin Riyahi
Məhəmmədəmin Riyahi (1 iyun 1923, Xoy, Qərbi Azərbaycan ostanı – 15 may 2009, Tehran) — Azərbaycan əsilli İran tarixçisi, ədəbiyyatşünası və dövlət xadimi. Azərbaycan əsilli tədqiqatçı, tarixçi və ədəbiyyatçı Məhəmmədəmin Riyahi 1923-də Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. O, 2009-cu ilin may ayında 86 yaşında Tehranda dünyasını dəyişmişdir. İbtidai və orta təhsilini Xoyda bitirib, ikinci dünya müharibəsinin başlanması və Azərbaycanın işğal olunmasının ardınca təhsilini davam etdirmək məsədi ilə Tehran şəhərinə köçmüşdür. Tehran Universitetinin ədəbiyyat fakültəsində Bədiülzaman Furuzanfər, Abbas İqbali Aştiyani, Məliküşşüəra Bahar, Əbdüləzim Qərib və s… alimlərdən dərs almışdır. 1958-də fars dili və ədəbiyyatı sahəsində diplom almışdır, daha sonra təhsilini davam etdirib, ədəbiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Məhəmmədəmin Riyahi illərlə təlim işində çalışaraq ədəbiyyat və tarix üzrə tədqiqatlar aparmışdır. İran mədəniyyəti, Firdovsinin "Şahnamə" əsəri və İran tarixi haqqında dəyərli tədqiqi əsərlər yaratmışdır. Həmçinin tarix üzrə məktə dərsliklərinin yazılmasında da yaxından iştirak etmişdir. Onun əsas araşdırma mövzusu Firdovsinin, Hafizin yaradıcılığı və fars dili olmuşdur.
Məhəmmədəmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə (az-əbcəd. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Məhəmmədəmin xan
Məhəmmədəmin xan(1817–1855) — Qonquratlar sülaləsindən Xivə xanı. Rəhimqulu xanın yerinə Xivə xanı olan qardaşı Məhəmmədəmin xan (1846–1855) qüvvətli bir orduyla təkrar Sarık türkmənləri üzərinə yürüdü; Cəmşidilərin də yardımı ilə türkmənləri ağır bir məğlubiyyətə uğratdı. Fəqət daha sonra onlara qarşı uyguladığı sərt siyasət, aşağı Murğab yörəsində Təkə türkmənləri ilə onların cənubunda Səraxs bölgəsində yaşayan Salur türkmənləri üzərində pis təsir göstərdi. Daha öncəki illərdə Xivə xanlığının İran ilə apardığı mücadilələrdə Xivə cəbhəsində çarpışmalarına baxmayaraq zaman-zaman Xivə qüvvələrinin hücumuna uğrayıb mallarının talan edilmesini unutmamış olan Təkə türkmənləri Məhəmmədəmin xana üsyan etdilər. Bu üsyana qarşı hazırlıqlı olan Məhəmmədəmin xan, Təkə türkmənləri üzərinə ani bir basqın edərək onları ağır bir məğlubiyyətə uğratdı. Ancaq Məhəmmədəmin xanın bu səfərləri türkmənləri öz aralarında birləşməyə məcbur etdi. Təkə türkmənləri öndərliyindəki birləşmiş Türkmən qüvvələri Xivə ordusunu 1855-ci ilin baharında ağır bir yenilgiyə uğratdı. Savaşdan sonra Məhəmmədəmin xan öldürüldü. Гуломов Х. Г., Дипломатические отношения государств Средней Азии с Россией вXVIII — первой половине XIX века. Ташкент, 2005 Гулямов Я. Г., История орошения Хорезма с древнейших времен до наших дней.
Məmmədəli Abbasov
Məmmədəli İsmət oğlu Abbasov — Böyük Vətən müharibəsi iştirakçısı, "Qızıl Ordu"nun serjantı
Məmmədəli Ağayev
Ağayev Məmmədəli Hüseyn oğlu — Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyası əməkdar mədəniyyət işçisi. Məmmədəli Ağayev 3 sentyabr 1952-ci ildə Naxçıvanın Qaraxanbəyli kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1975-1979-cu illərdə Naxçıvan Musiqili Dram Teatrında baş administrator işləmişdir. 1981-ci ildə Moskva Akademik Teatrında işləməyə başlamışdır. 1992-ci ildən Moskva Akademik Satira Teatrının direktorudur.
Məmmədəli Balayev
Balayev Məmmədəli Bəşir oğlu (23 mart 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən), "Qızıl Dərviş" mükafatçısı. Məmmədəli Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya olunmuşdur. 1954-cü ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil etmişdir. Sonra Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorluq kursunu və həmçinin Pedoqoji İnstitutun "Dil-ədəbiyyat" fakültəsini bitirmişdir.1961-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır.Gəncə Dövlət Dram Teatrının səhnəsində "Məhəbbət əfsanəsi"ndə Xosrov, "Pələng dərisi geyinmiş pəhləvan"da Tariyel, "Qaramanlı Qamboy"da Hacı Zeynəlabdin Tağıyev, "Komsomol poeması"nda Cəlal, "Nəriman ata"da Nəsif bəy Yusifbəyov, "Sokratla söhbətlər"də Anit, "Üç qəpiklik opera"da Gənc,"Dağlı qızı"nda Yusif, "O olmasın bu olsun"da Qoçu Əsgər, "Qatır Məmməd"də Əziz, "Qaçaq Nəbi"də Səlim bəy, "Ağıllılar və dəlilər"də Ədhəm Tağıyev,"Bu dünyanın adamları"nda Qulaməli, "Eşq və intiqam"da Piri baba, "Oktay Eloğlu"nda Hacı Zaman, "Qana qan"da Tacir, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, "Əsrin möçüzəsi"ndə Ədalət, "Qəribə oğlan"da Barsuq, "Son məktub"da Vahid, "Məhəbbətin qənimi"ndə Həkim, "Dan yeri söküləndə"də Cəlil ağa və digər başqa maraqlı obrazları yaratmışdır. Eyni zamanda 1990-cı ildə Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, N. Gəncəvinin Xəmsəsi motivləri əsasında hazırlanmış tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tamaşaçıların hörmət və rəğbətini qazanmışdır. Məmmədəli Balayev həmçinin "Bu dünyadadır", "Sizi unutmarıq" və "Qəza" pyeslərinin müəllifidir. 28 oktyabr 2000-ci il tarixində Respublikanın əməkdar artisti, 10 mart 2002-ci il tarixində "Qızıl Dərviş" mükafatını almışdır. 13 fevral 2014-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdür.
Məmmədəli Hüseynov
Məmmədəli Hüseynov — Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq. Tarix elmlər doktoru (1985), professor (1987), Azərbaycan arxeologiya elminin patriarxlarından, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur. Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur Məmmədəli Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində ali təhsil almışdır. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) əmək fəaliyyətinə başlamışdır. Məmmədəli Hüseynov 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur. Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri"adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır. Ona 1987-ci ildə professor adı verilmişdir.
Məmmədəli Həsənzadə
Məmmədəli Mehdiyev
Məmmədəli Mehdiyev (9 aprel 1993, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. Məmmədəli Mehdiyev 2011-ci ilin noyabrında 18 yaşında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. Bu onun birinci ciddi uğuru idi. 2012-ci il ərzində Məmmədəli Mehdiyev gənclər arasında beynəlxalq turnirlərdə, həmçinin mayda Azərbaycanda baş tutan IJF Qran-Pri beynəlxalq turnirində bürünc medallara sahib oldu. Məmmədəli Mehdiyev üçün 2013-cü il də uğurlu oldu. Yunanıstanda və Almaniyada gənclər arasında beynəlxalq turnirləri, Gürcüstanda isə European Open beynəlxalq turnirini bürünc medalla başa vuran Məmmədəli Mehdiyev iyulda Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarında bürünc medalın sahibi oldu. İlin nüfuzlu turnirlərində isə Məmmədəli Mehdiyev Sarayevo şəhərində (Bosniya və Herseqovina) gənclər arasında Avropa Çempionatında və Lyublyana şəhərində (Sloveniya) gənclər arasında Dünya Çempionatlarında da bürünc medalların sahibi oldu. 2014-cü il ərzində Məmmədəli Mehdiyev Azərbaycanda və Cənubi Koreyada baş tutan IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2015-ci il isə Məmmədəli Mehdiyev üçün uğursuz mövsüm oldu. Məmmədəli Mehdiyev African Open və Oceania Open beynəlxalq turnirlərini müvafiq olaraq bürünc və qızıl medallarla başa vurdu.
Məmmədəli Meybəliyev
Məmmədəli Müsəddiq
Məmmədəli Müsəddiq Hüseyn oğlu (21 mart 1922-?) — tanınmış şərqşünas, tarixçi və filoloq. Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş. M. Xiyabaninin sədaqətli silahdaşlarından idi. Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş. M. Xiyabani 1917–1920-ci illər hərəkatına qədər 1905–1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917–1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M. C. Pişəvəri yazırdı: "Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş… Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhərrəmov
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Məmmədəli Məmmədov
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür. Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
Məmmədəli Novruzov
Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur. 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur. 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır. Bakı Dövlət Universiteti. 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır.