Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzəyi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Mirzəyi (rəqs)
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Mirzəyi rəqsi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Vağzalı-mirzəyi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mirzəli oyk. Cəlilabad r-nunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mirzəli (Vərziqan)
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Abbasov
Mirzəli Abbasov (aktyor) — aktyor, rejissor, dramaturq, Gürcüstanın әmәkdar artisti (1928). Mirzə Əli Abbasov (oftalmoloq) — oftalmoloq.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . == Həyatı == Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Mirzəli Kəndi
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. == Həyatı == 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu. 1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu.
Rəşad Mirzəli
Rəşad Hafiz oğlu Mirzəli (26 may 1995; Hacıqərvənd, Tərtər rayonu - 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020. 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı".
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mirzəli Abbasov (aktyor)
Abbasov Mirzəli Hacabbas oğlu (1874, Rusiya imperiyası – 3 noyabr 1943, Tiflis, Gürcüstan Sovet Sosialist Respublikası, Sovet İttifaqı) — aktyor, rejissor, dramaturq, Gürcüstanın əməkdar artisti (1924). == Həyatı == Mirzəli Abbasob 1874-cü ildə o zaman Rusiya imperiyasına daxil olan Tiflis şəhərində azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasının əməkdar artisti adını alan Mirzəli Abbasov elə doğulduğu Tiflis şəhərində 1943-cü ildə vəfat etmişdir. Vəfatından sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu 1898-ci ildən səhnə fəaliyyətinə başlamışdı. İlk oynadığı rol Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərindəki Fərraş obrazı olmuşdur. Tiflis Azərbaycan teatrının təşkilatçılarından olmuş, onun səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarını, "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur. Azərbaycanlı dram qruplarının aktiv üzvü kimi Tiflisdə, Təbrizdə və bir sıra digər şəhərlərdə səfərlərdə olmuşdur. 1916-cı ildən etibarən Tiflisdəki Azərbaycan türklərinin əsas teatr təşkilatçılarından biri olmuşdur. Yaradıcılığı boyunca daha çox Hüseyn Ərəblinski kimi faicəvi taleyə sahib obrazları canlandıran Mirzəli Abbasovun əsas rolları sırasına Əbdülrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsində Qacar obrazı, Uilyam Şekspirin faciəsində Otello obrazı, Fridrix Şillerin "Oğrular" dramında Franz obrazları daxildir.
Mirzəli Möcüz Şəbüstəri
Mirzə Əli Hacı Ağa oğlu Möcüz (29 mart 1873, Şəbüstər, Qacar İranı – 25 sentyabr 1934, Şahrud, İran) — Azərbaycan şairi. == Həyatı == Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün babası İstanbula səfər edərmiş. Hətta onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir. Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır.
Mirzəli bəy Bektaşov
"Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular.
Mirzəli bəy Salahlı-Kəngərli
Mirzəli bəy Seyidəli bəy oğlu Kəngərli (1817 - ?) — Qarabağ bəyi. == Həyatı == Mirzəli bəy Seyidəli bəy oğlu 1817-ci ildə Çiləbörd mahalının Kəngərli-Salahlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. == Ailəsi == Mirzəli bəyin Salah bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
Mirzə Mirzəyev
Mirzə Mirzəyev və ya Şürbi (Mirzə Cəlil oğlu Mirzəyev; 1874, Naxçıvan – 1915, Rəşt) — ziyalı, maarif və teatr xadimi, şair == Həyatı == Mirzə Cəlil oğlu Mirzəyev 12 fevral 1874-cü ildə Naxçıvan şəhərində anadan olub. === Təhsili === 1888–92-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Şərur-Dərələyəz qəzasındakı Aralıq ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1894-cü ildə Cəlil Məmmədquluzadənin müdiri olduğu Nehrəm məktəbində işləyib. Daha sonra isə Naxçıvan şəhər ibtidai məktəbində davam etdirmişdir. Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbinin 1903–1908 və Naxçıvan şəhər rus-tatar məktəbinin 1909–1913-cü illərdə müdirləri olmuşdur. "Kollec registratoru" rütbəsi almışdır. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Cəlil Məmmədquluzadənin təşviqi ilə teatr hərəkatına qoşulmuş, Naxçıvan teatrında qadın rollarını oynamış, ədəbi-maarif tədbirlərinin təşkilində fəal iştirak etmişdir. === İctimai fəaliyyəti === Açıqfikirliliyinə, milli mənafeyi və maarifçiliyi üstün tutmasına, xurafata və fanatizmə qarşı çıxdığı üçün, "siyasi bədgümanlıq" doğurmasına görə Naxçıvan mühitindən uzaqlaşdırmaq məqsədilə Şahbuz ibtidai məktəbinə gəndərilmiş, lakin şərab içməsi bəhanə gətirilərək, şübhəli şəxs kimi 3 aydan sonras vəzifəsindən geri çağırılmışdır. Aşqabad, yaxud Bakı məktəblərində münasib iş tapmaq təşəbbüslərinə də maneəçilik törədilmişdir.
Mirzə Şərif Mirzəyev
Mirzə Şərif Mirzəyev — azərbaycanlı şərqşünas, maarifçi, publisist, jurnalist. == Haqqında == Mirzə Şərif Mirzəyev 1860-cı ildə Tiflis şəhərində anadan olub. Mədrəsədə aldığı təhsili bitirdikdən sonra 1882-ci ildə Qori şəhərində yerləşən Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. 1882-ci ildə Tiflis şiə məktəbində rus dili müəllimi kimi işləməyə başlayıb. 1888-ci ildə Qafqaz Hərbi Dairəsi qərərgahında Şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyətə başlayıb. Uzun müddət burada çalışan M. Ş. Mirzəyev tez-tez İran və Türkiyə ilə aparılan diplomatik danışıqlarda tərcüməçi kimi iştirak edib. Avropaya səyahətə çıxan İran şahlarının, Buxara əmirinin və başqa ölkələrin dövlət xadimlərinin Qafqaz ərazisində müşayiətçisi və tərcüməçisi olub.
Mirzəyev
Mirzəyev — Azərbaycanda soyad. Ataəmi Mirzəyev — Azad Mirzəyev (şəhid) — Elçin Mirzəyev — Ceyhun Mirzəyev — Azərbaycan kino aktyoru və rejissoru. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhəbbət Mirzəyev — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. Murad Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı, Mirheydər Mirzəyev — Nürəddin Mirzəyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mahir Mirzəyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Müharib Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. Rüstəm Mirzəyev — Şirin Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Yusif Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Arif Mirzəyev
Arif Abdulla oğlu Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu, orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2011). Azərbaycanda dini və orqan musiqisinin əsasını qoymuşdur. == Həyatı == Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil almışdır. Hazırda Almaniyada yaşayır. "Dahi prezidentə xatirə duaları" əsəri ABŞ, Fransa və Almaniyada ifa olunmuşdur. Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarı və orqan ifaçısı "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülmüşdür.
Avstraliya dirçəyi
Avstraliya dirçəyi (lat. Ajuga australis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Akif Mirzəyev
Akif Mirzəyev (aktyor) — Aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının əməkdar artisti.
Anar Mirzəyev
Anar Mehman oğlu Mirzəyev — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əslən İsmayıllı rayonunun Basqal kəndindəndir. == Hərbi xidməti == Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olmuşdur. Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi almışdır. Sonda ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirmişdir və hərbi vəzifəsinə başlamışdır. Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olmuşdur. Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ordu üzrə ən yaxşı tabor komandiri yarışı keçirilmiş və Anar Mirzəyev birinci yeri əldə etmişdir.Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20.06.2017-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baba Mirzəyev
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Bahəddin Mirzəyev
Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, İsmayıllı rayonu – 15 aprel 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir. Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi. Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir. 1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu.
Mirzə Şəfi Vazeh muzeyi
Mirzə Şəfi Vazeh muzeyi — Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Muzeyin açılışı 2017-ci il noyabrın 10-da baş tutub. == Muzey haqqında == Şəhərin "Gülüstan" ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatıb.İkimərtəbəli binada sərgi və konfrans zalları, inzibati otaqlar var. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan "Divani-Hikmət" ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər nümayiş olunur. Muzeydə Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgilənir.Muzey 2 hektar ərazidə yerləşir. Muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb.
Mirzə Ələkbər Sabirin ev-muzeyi
Mirzə Ələkbər Sabirin ev-muzeyi — Azərbaycanın satirik şairi, ictimai xadimi, filosofu və müəllimi, Mirzə Ələkbər Sabirə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şamaxıda, M. Ə. Sabirin yaşadığı evdə (qədim Şıxminas məhəlləsində) yerləşir. Muzey Azərbaycanın görkəmli şairi M. Ə. Sabir irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. == Tarixi == Muzey 1962-ci ildə şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılmışdır. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin köhnə binası bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olmaqla yararsız vəziyyətdə idi. Bu bina 1978-ci ildə sökülərək yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərindən sonra muzey 1979-cu ildə yenidən ictimaiyyət üçün açılmışdır. Muzey 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədi üçün sökülüb. == Ekspozisiya == Muzeyin ümumi sahəsi 293 m2-dir.
Mirzə Fətəli Axundovun ev-muzeyi
Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyi. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir. == Tarixi == Ev 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Mirzə Fətəlinin 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır.
Mirzə Fətəli Axundovun ev muzeyi (Şəki)
Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyi. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir. == Tarixi == Ev 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Mirzə Fətəlinin 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır.